MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə36/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   32   33   34   35   36   37   38   39   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

113 

mozaika‖ hətta ölkənin ictimai-siyasi vəziyyətinə də müəyyən təsir 



göstərmək imkanına malikdir. 

 

Ġkinci  vacib    problem  təkcə  Ukraynaya  deyil,  həm  də  bir  çox 



müstəqil  dövlətlərə,  o  cümlədən  kecmiĢ  Sovetlər  Ġttifaqının 

ərazisindəki  müstəqil  ölkələrə  də  aid  edilə  bilər.  Bu  ziddiyyətin 

yaranması  milli  inteqrasiya  və  milli  azlıqlar  arasında  mədəni,  dil 

haqları  zərurətindən  baĢ  verir.  National  building  (Milli  quruculuq) 

və  milli  azlıqların  təminatlı  hüququnu  necə    birləĢdirməli?  Bu  – 

siyasi debatlarda ən çox ortaya çıxan problemdir. 

 

90-cı illərin əvvəllərində Ukraynada yaranan spesifik problemlərdən 



biri  –  ölkənin  rusdilli  əhalisi  arasında  separatçi  əhval-ruhiyyənin 

yaranmasıdır.  Üstəlik  də  90-cı  illərdə  öz  anna  vətənləri  olan 

Ukraynaya  fəal  surətdə  qayıdan  krım-tatar  icması  arasında  milli-

ərazi muxtariyyəti ideyası çox populyar idi və bu «populyarlıq» bu 

gün  də  galmaqdadır.  Rus  icmasının  və  krım-tatar  icmasının  milli-

ərazi  muxtariyyəti  cəhdlərini  necə  birləĢdirməli?  Mən  hələ  nə 

zamansa  deportasiya  olunmuĢ  Krım  tatarlarının  sosial-iqtisadi 

problemləri  barədə,  həmçinin  torpaq  məsələsi  haqqında 

danıĢmıram. 

 

Və nəhayət, Ukraynanın 20 illik müstəqillik dövrü ərzində yaranmıĢ 



ən  mühüm  problemlərdən  biri  –  ölkədə  rus  dilinə  münasibətdə 

uyğun  statusun  qəbul  olunması  ilə  əlaqədar  fərqli  fikir 

mübadiləsidir.  Millətlərarası  münasibətlər  sferasında  Ukraynanın 

dövlət  siyasətinin  baĢlıca  vəzifələri  hansılar  idi?  Ölkə 

ictimaiyyətinin polimilliyini nəzərə alsaq, bir nömrəli vəzifə – vahid 

ukrain  siyasi  millətinin  formalaĢmasıdır.  Ġkinci  vacib  vəzifə  – 

burada  yaĢayan  müxtəlif  millətlərin  nümayəndələrinin  eyni 

hüquqlarının təmin edilməsi və eyni zamanda, ölkə ictimaiyyətində 

millətlərarası  razılığın  əldə  edilməsidir.  Lap  əvvəldən  etnomilli 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

114 


siysətin  əsas  məsələlərindən  biri,  ukrayna  dilinin  ictimai  həyatın 

bütün  sahələrində  dövlət  dili  səviyyəsində  fəaliyyəti  və  eyni 

zamanda  mədəni  tələbatın  yaranması  və  reallaĢması  məqsədiilə 

müəyyən Ģəraitin yaradılması, inkiĢafı və təbii ki, krım-tatarlarının 

geri  qayıtması  sayılır.  Bu  yonümdə  əsas  məsələlərdən  biri  krım 

icmasının  inteqrasiyası,  milliyyətçilik  faktoru  ilə  sürgün  olunmuĢ 

Ģəxslərin  ictimaiyyətə  uyğunlaĢdırılması,  ümumiyyətlə  etnik 

ayrıseçkiliyin  qarĢısının  alınmasıdır.  Qeyd  etmək  lazımdır  ki, 

Ukraynanın  beynəlxalq  münasibətlərinin  müəyyən  dərəcədə 

―yumĢaq‖, münaqiĢəsiz vəziyyətini müəyyən edən, müstəqilliyin ilk 

dövrlərində  yaranmıĢ  harmonik  beynəlxalq  münasibətlərin  hüquqi 

əsaslarının  təmin  edilməsi  sayılır.  1991-ci  ildə  ―sıfır  varianti‖ 

(nulevoy  real)  adlandırılan  vətəndaĢlıq  haqqında  qanunun  qəbul 

olunması  nəticəsində  Ukraynada  yaĢayan  hər  bir  Ģəxs,  milli 

mənsubiyyətindən  asılı  olmayaraq  vətəndaĢlıq  əldə  etdi. 

Müstəqilliyin əldə edilməsindən öncə, 1989-cu ildə milli azlıqların 

dil  hüquqlarının    təmin  olunması  haqqında  qanun  imzalanmıĢ, 

1992-ci ildə isə Ukraynanın milli azlıqlar haqqında ümumi qanunu 

təsdiq    olunmuĢdur.  90-cı  illərin  ortalarında    Ukrayna  Avropanın 

alman  dili  xəritəsini  ratifikasiya  etmiĢ,  lakin  bundan  öncə 

Ukraynanın  unitar  xüsusiyyətini  müəyyən  edən  1996-cı  ildə 

konstitusiya vasitəsi ilə təsdiqlənmiĢ qanun qəbul edilmiĢdir. Bizdə 

unitar  dövlət  quruluĢudur.  Yeganə  dövlət  dili,  yeganə  vətəndaĢlıq, 

yeganə  istisna  –  Krım  Respublikasının  muxtariyyət  statusu 

olmuĢdur.  Lakin  durumu  yumĢaldan  səbəbi  nədən  ibarətdir?  Mən 

buna  xüsusi  diqqət  ayırardım.  Siyasətdə  milli  azlıqların  hüquqi 

təminatından daha cox yüngül sosiomədəni siyasi vəziyyətə böyük 

rol  ayrılmıĢdır.  Birincisi,  müsbət  rolu  ukrain  və  rus  dillərinin 

yaxınlığı oynadı. Əhalinin əksər hissəsi hər iki dilin daĢıyıcısıdır və 

bu  səbəbdən  dillərarası  kommunikasiya  ziddiyyəti  yaranmır. 

Ġkincisi,  milli  azlıqlar  üçün  siyasi  elitanın  optimallığı  lap  öncədən 

təmin olunmuĢdur. Ölkə əhalisinin rusdilli qismi ölkənin yeni siyasi 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

115 

elitasının  formalaĢmasında  aktiv  rol  oynamıĢdır,  etnik  spesifikada 



hec  bir  differensiasiya  hiss  olunmamıĢdır.  Siyasi  gərginliyi  aradan 

qaldırmağı  bacaran  Ukraynanın  siyasi  sisteminin  demokratik 

xüsusiyyəti  də  bu  məsələlərin  təhlükəli  həddə  çatmaması  üçün  

müsbət  rol  oynamıĢdır.  Ukraynanın  təhsil  sistemi  xidmətində, 

informasiya sahəsində mobil ukrainləĢmə aparılmıĢdır. 

 

Ukraynanın  Avropaya  inteqrasiya  siyasəti  milli  azlıqların 



hüquqlarının  möhkəmlənməsinə  və  inkiĢafına  xidmət  edir.  Ən 

mühüm  rolu  milli  mədəni  icmalar  tərəfindən  milli  azlıqların 

maraqlarının  dəstəklənməsi,  həmçinin  dövlət  dəstəyi  və  milli 

azlıqların  doğma  dillərindəki  KĠV-lər,  milli-mədəni  cəmiyyətlərin 

ayrı-ayrı  mədəni-tədris  layihələri  oynayır.  Mən  həmçinin  Ukrayna 

siyasətinin  bir  vacib  spesifikasını  da  qeyd  edərdim  –  bu,  ölkədə 

radikal  və  milli  siyasi  hərəkatların  qeyri-populyar  olmasıdır. 

Hazırda  Avropa  və  keçmiĢ  sovet  ölkələrində  sağyönlü  radikal 

hərəkat  müĢahidə  olunmaqdadır.  Bu,  Ukraynada  da mövcuddurlar, 

lakin  nisbətən  cüzi  miqyasda.    Ukrainlərin  coxu  həm  sağ,  həm  də 

sol təmayüllü radikal siyasi hərəkatları təkzib edir. Demək lazımdır 

ki,  Ukraynanın  bu  spesifikası,  o  cümlədən  mülayim  etnomilli 

siyasət öz müsbət nəticələrini verməkdədir. 

 

Ukrayna  –  keçmiĢ  sovet  ittifaqının  böyük  miqyasda  və  kəskin 



millətlərarası  münaqiĢəsi  olmayan  tək-tük  ölkələrindən  biri  sayılır. 

Bizdə ciddi separatçı problem olmayıb və ərazimizdə müharibə baĢ 

verməyib.  Qeyd  etmək  istərdim  ki,  əgər  90-cı  illərin  əvvəlində– 

Moldova,  Qafqaz  kimi  qonĢu  ölkələrdə  baĢ  verən    münaqiĢələr 

səbəbindən Ukrayna əhalisinin yarısı millətlərarası münaqiĢələrdən 

çəkinirdisə,  hazırda  belə  təhlükələrdən    çəkinənlərin  sayı  ölkə 

əhalisinin  yalnız  12%-ni  təĢkil  edir.  Bizim  ölkədə  milli  zəmində 

diskriminasiya mövcud deyil, yalnız 3% əhali bu  məsələ ilə bağlı 

bu  və  ya  digər  faktları  qeyd  edir.  Onu  da  qeyd  etmək  istərdim  ki 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə