MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə32/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   28   29   30   31   32   33   34   35   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

101 

nəticədə  cəmiyyətin  inkiĢafına  səbəb  olan  pozitiv  təzahür,  müsbət 



hadisə kimi xarakterəzə edir. 

 

Multikultural  cəmiyyətin  formalaĢması  və  inkiĢafı  –  tarixi 



təkamülün  xüsusiyyətləri  ilə,  konkret  olaraq,  sosial  amillərlə 

müəyyənləĢmiĢdir.  Onu  da  qeyd  edək  ki,  multikultural  cəmiyyətin 

formalaĢmasında  və  inkiĢafındademokratiya  mühüm  rol  oynayır, 

daha  dəqiq  desək,  demokratiya  multikultural  cəmiyyətin  təkamülü 

üçün  əlveriĢli  Ģərait  yaradır.  Multikultural  cəmiyyət  ilk  növbədə 

Qərbi  Avropanın  və  ġimali  Amerikanın  demokratik  ölkələrində 

mövcud  olmuĢdur.  Həmin  ölkələrdəki  tolerantlığın,  əxlaqi 

qaydalara  uyğunluğun  və  demokratiyanın  yüksək  inkiĢaf  səviyyəsi 

orada multikulturalizmin ideyalarının yayılması üçün münbit Ģərait 

yaratmıĢdır. 

 

Yuxarıda deyilənləri nəzərə almaqla, qeyd edək ki, bölgələrin tarixi 



inkiĢafındakı 

müxtəlifliyə 

uyğun 

olaraq, 


həmçinin 

multikultkralizmin  də  müxtəlif  modelləri  mövcuddur.  Bu  spesifik 

modellərin  arasında  mən  Amerika,  Ġsveç,  Avstraliya  və  Kanada 

modellərini qeyd etmək istərdim. 

 

a. Multikulturalizmin Amerikan modeli. 



 

1960-cı  illərin  ortalarınadan  etibarən  ABġ  anqlo-saksonları 

immiqrantlarla  bir  yerə  qatan  bir  növ  ―əridici  qazan‖  (―melting 

pot‖)  rolunu  oynayırdı.  Bu  «qazanda»  anqlo-saksonlar  üstün 

mövqeyə  malik  idilər.  Lakin  bir  müddət  keçdikdən  sonra  vəziyyət 

tamamilə  dəyiĢdi.  ―Əridici  qazan‖  proqramı  multikulturalizm 

ideologiyası  ilə  əvəz  olundu.  Bunun  əsas  səbəbi  iki  mühüm 

qanunun  –  ―VətəndaĢ  Hüquqlarına  dair  Qanun‖  (1964)  və 

―Ġmmiqrasiya  haqqında  Qanun‖  (1965)  –  qəbul  edilməsi  olmuĢdu. 

Birinci  qanun  ölkədə  anqlo-saksonların  mövqelərini  bir  qədər 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

102 


zəiflətməklə  yanaĢı,  bütün  millətlərin  bərabərliyini  təmin  etdi. 

Ġkinci qanun isə ölkəyə immiqrasiyanı sürətləndirdi. 

 

Bu  gün  biz  ABġ-ın  multikultural  siyasətində  bir  tərəfdən  –  



mühacirlərin  Amerika  cəmiyyətinin  dəyərlərini  qəbul  etməsini; 

digər tərəfdən isə – etnik və irqçi ekstremizmin qarĢısını alan əlavə 

mexanizmlərin  formalaĢması  kimi  bu  cəmiyyətdə  etno-mədəni 

oxĢarlğın çatıĢmazlığını qörürük. 

 

b. Multikulturalizmin Ġsveç modeli. 



 

Multikulturalizmin  Ġsveç  modelinin  xüsusiyyəti ondan  ibarətdir  ki, 

cəmiyyətdə  mədəni  müxtəlifliyin  saxlanılmasında  dövlət  fəal  rol 

oynayır. Dövlətin bu cür fəallığı ilk növbədə ölkədəki konkret siyasi 

durumla əlaqədardır. Belə ki, Ġsveçdə uzun müddət çox güclü siyasi 

mövqeyə malik Sosial-Demokrat partiyası hakimiyyətdə olmuĢdur. 

1976-cı  ildə  Ġsveç  hökuməti  əcnəbilərə  səs  vermək  hüququ  verdi. 

1997-ci  ildə  qəbul  olunmuĢ  ―Ġmmiqrasiya  haqqında  Qanun‖  isə 

Ġsveçi multikulral cəmiyyət kimi qələmə verir. 

 

Ġsveçin  multikultural  siyasətinin  əsas  istiqamətləri  –  dil  və  təhsil 



strategiyalarıdır.  Bu  strategiyalar  immiqrantları  həm  öz  doğma 

dillərini, həm də Ġsveç dilini öyrənməyə sövq edir. Ġsveç hökuməti 

ölkədəki  mədəni  müxtəlifliyə  vacib  və  zəruri  olan  bir  reallıq  kimi 

yanaĢır. 

 

c. Multikulturalizmin Avstraliya modeli. 



 

Avstraliyada  multikultural  cəmiyyətin  formalaĢması  uzun  müddət 

dövlət  tərəfindən  təqib  edilən  izolyasionizm  siyasəti  ilə  müĢaiyət 

olunmuĢdur. 1901-ci ildə Avstraliyada qəbul olunmuĢ ―Ġmmiqrasiya 

haqqında  Qanun‖  izolyasionizm  siyasətininin  idarə  olunmasında 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

103 

hakim  elita  üçün  inzibati  əsas  rolunu  oynamıĢdır.  Situasiya  yalnız 



aĢağıda  adı  çəkilən  qanunların  qəbul  edilməsi      ilə  dəyiĢməyə 

baĢlamıĢdır:  ―VətəndaĢlıq  haqqında  Qanun‖  (düzəliĢlərlə)  (1948); 

―Miqrasiya  haqqında  Qanun‖  (düzəliĢlərlə)  (1958),  ―Əcnəbilər 

haqqında  Qanun‖  (düzəliĢlərlə)  (1984)  və  ―Viza  rejimi  haqqında 

Qanun‖ (düzəliĢlərlə) (1997). 

 

Qeyd etmək lazımdır ki, ―multikulturalizm‖ termini siyasi leksikona 



ilk dəfə 1970-ci ildə – Avstraliyada Ġmmiqrasiya naziri vəzifəsində 

çalıĢmıĢ Al Kresbi tərəfindən daxil edilmiĢdir. O, anglo-saksonlarla 

yeni  avstraliyalılar  arasındakı  nifaqın  aradan  götürülməsində  çox 

səy  göstərmiĢdir.  1979-cu  ildə  hökumət  Mədəni  Müxtəlifliyin 

Problemləri  üzrə  Avstraliya  Ġnstitutunu,  1987-ci  ildə  isə 

Multikulturalizm  Problemləri  Komitəsini  yaratdı.  Bu,  Avstraliya 

dövlətinin immqrasiya siyasətində necə mühüm rol oynadığının və 

onun  irqçilikdən  multikulturallığa  qədər  inkiĢafında  əldə  etdiyi 

parlaq uğurların göstəricisidir. 

 

d. Multikulturalizmin Kanada modeli. 



 

Kanadada  multikultural  cəmiyyətin  formalaĢması  1960-cı  illərə 

təsadüf  edir. Kanada  hökuməti  əhalinin  irqi,  etnik  və  konfessional 

müxtəlifliyini qəbul edirdi ki, bu da Kanada cəmiyyətinin əsas milli 

xüsusiyyətinə  çevrilmiĢdi.  Bu  o  deməkdir  ki,  multikulturalizm 

kanadalıların ən mühüm milli xüsusiyyətlərindən biridir. Bu ölkədə  

multikulturalizm Azadlıq və Hüquqlar Kanada Nizamnaməsinin 27-

ci maddəsi ilə qorunur. 

 

ABġ  və  Avstraliyadan  fərqli  olaraq  Kanadada  etnik  azlıqlara 



münasibətdə  hakim  etnik  qrup  tərəfindən  assimilyasiya  siyasəti 

yeridilmir. Kanadada hər bir etnik qrupun üzvləri öz ana dilini azad 

Ģəkildə  istifadə  etmək,  həmçinin  öz  doğma  dillərində  təhsil  almaq 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə