MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə30/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   26   27   28   29   30   31   32   33   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

95 

quruluĢ prinsiplərinin yanlıĢlığı ucbatından təbiilik xassəsinə malik 



empirik nəticələr kimi ortalığa çıxır.  

    Müasir  dünya  prosesi  olan  qloballaĢmada  xalqlar  unifikasiya 

cəhdlərində  öz  milli  identikliyi  üçün  təhlükə  görür  və  daha  sərt 

müqavimət  göstərirlər.  Unifikasiya  istehsalın  seriyalılığının 

yüksəldilməsinə,  yüksək  məhsuldar  və  avtomatlaĢdırılmıĢ  vasitələr 

və  onları  hazırlayan  mütərəqqi  texnologiyalar  tətbiq  edilməsinə, 

istehsalın 

ixtisaslaĢdırılması 

və 

kooperativləĢdirilməsinin 



dərinləĢməsinə səbəb olur. Unifikasiya nəticəsində əmək və maddi 

ehtiyatlara  qənaət  edilir,  yeni  məhsul  növlərinin  iĢlənilməsi  və 

mənimsənilməsi  vaxtının  və  onun  hazırlanmasının  istehsal 

dövrünün  müddəti  qısaldılır,  əmək  məhsuldarlığı,  məhsulun 

keyfiyyəti və istehsalın səmərəliliyi yüksəldilir. Bu proseslər yalnız 

bəĢəriyyətin  vahid  və  standart  model  üzrə  inkiĢafı  fonunda  həyata 

keçə bilər. BəĢəriyyətin vahid və standart model üzrə inkiĢaf etməsi 

çətin məsələdir və unifikasiyaya aid fikirlərin perspektivsizliyi artıq 

heç kimdə Ģübhə doğurmur.  

    Ġdentikliyin  formalaĢması  prosesində  mühüm  rol  oynayan 

insanlararası  canlı  ünsiyyəti  isə  informasiya  cəmiyyətində  ənənəvi 

olan  sosial-identik  təĢkilatlanma  fəaliyyətdə  olduğumuz  məkanı 

surroqat  ünsiyyət  forması  ilə  əvəzləyir,  yəni  alternativ  qrup 

identikliyi  formalarını  yaradır.  Həmin  bu  dəyiĢiklik  inkiĢaf  etmiĢ 

ölkələrdə asudə vaxtın artması və iĢ vaxtının azalmaması ilə həyata 

keçir.  Yaranan  həmin  dəyiĢiklik  -  bütövlükdə  həyat  tərzinin  və 

davranıĢ  modellərinin  radikal  transformasiyası  -  adekvat  identiklik 

mexanizmlərinin  zəiflədir,  əhalinin  rəqəmsal  asimmetriyası 

nəticəsində  qütbləmə  yaranır.  Bu  vəziyyət  də,  öz  növbəsində, 

dünyagörüĢlərinin və müxtəlif identiklik formalarının toqquĢmasına 

gətirib çıxarır.  

    Biz Avropa Birliyində bir-birinə rəqib olan siyasi, dini dəyərlərin 

və 

layihələrin 



mübarizə 

meydanına 

çevrildiyi 

ərəfənin 

müasirləriyik. 

Dünyada 


identiklik 

böhranı  normal 

hala 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

96 


çevrilməkdədir. Avropa isə kəskin identiklik böhranını yaĢayır. Bu 

məkanda üç əsas layihə: sekulyar-liberal, konservativ və panislamist 

layihələr  hökm  sürür.  Həmin  layihələr  Avropa  dövlətlərinin 

müstəqilliyini  və  xalqların  özlərinin  maddi  güzəranını  çətin 

vəziyyətə salır. Məsələn, bu gün "Böyük Venetsiyaya" tənəzzül edir 

və Ģəhər-muzeyə çevrilir.  

    Hər  hansı  bir  etnosun  ölkə  daxilində  xüsusi  diqqətlə 

möhkəmlənməsinə  rəğbət  bəsləyən  və  vətəndaĢ  millətçiliyini, 

dövlətçiliyi  arxa  plana  çəkən  multikulturalizm  ziyanlı  prosesdir. 

Bütün dünyada gedən bu proses Azərbaycandan da yan keçmir, ona 

hazır  olmaq,  onun  ziyanlı  təsirlərini  azaltmaq  üçün  dövlətin  aktiv 

fəaliyyəti  lazımdır.  10-11  oktyabr  2011-ci  ildə  Bakıda  keçirilmiĢ 

Beynəlxalq Humanitar Forumun açılıĢında Ġlham Əliyev dedmiĢdir:  

    -  Multikulturalizmin  alternativi  özünütəcriddir.  Mən  inanmıram 

ki,  iyirmi  birinci  əsrdə,  qloballaĢan  dünyada  hər  hansı  bir  siyasi 

qüvvə  özünütəcrid  siyasətini  aparmağa  cəhd  etsin.  Bu  yol  heç  bir 

yerə 

aparmır. 



Multikulturalizmin 

dəyərləri, 

əsasları 

möhkəmləndirilməlidir. 

Multikulturalizm 

baĢqa 


xalqın 

nümayəndəsinə  hörmət,  baĢqa  dinə  hörmətdir.  Öz  dininə  hörmət 

baĢqa dinə hörmətdən baĢlayır. Multikulturalizm ayrı-seçkiliyə yol 

vermir,  əksinə  bütün  xalqları  birləĢdirir.  Eyni  zamanda,  hər  bir 

ölkənin  öz  qaydaları,  öz  ənənələri  vardır.  Hər  bir  insan  -  həm 

ölkənin vətəndaĢı, həm ölkəyə gələn qonaq, əlbəttə ki, o qaydalara, 

o  ənənələrə  hörmətlə  yanaĢmalıdır.  Mən  əminəm  ki,  bu  amillərin 

sintezi  nəticəsində  bu  gün  müxtəlif  dairələrdə  multikulturalizmlə 

bağlı səslənən bədbin fikirlər aradan götürüləcəkdir. Bizim bu gün 

keçirdiyimiz 

Forum 

multikulturalizmin 



təsdiqidir, 

onun 


təntənəsidir.  

    Multikulturalizm  etnik  özəlliyi  qabartdığı  üçün  narahatlıq 

doğurur və narahatçılığa səbəblərdən biri kimi, "aqressiv azlıqların" 

azadlıq  və  hüquqlardan  istifadə  edərək  mühüm  mövqeləri  ələ 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

97 

keçirməsi və sonra öz məqsədləri üçün bundan sui-istifadə etməsi, 



yaĢadıqları dövlətə öz Ģərtlərini diktə etməsini göstərmək olar. 

    Bu  fakt  inkaredilməzdir  ki,  identikliyin  ənənəvi  meyarlarının 

hüdudları sezilməz olmuĢ – gözdən itmiĢdir. QütüblənmiĢ dünyanın 

qütblərin  birində  kosmopolitik  dünya  vətəndaĢlığı,  digərində  isə 

alternativ  qismdə  olan  fundamentalist  etnik-dini,  konfessional, 

sivilizasion  identiklik  seçimləri  durur  bə  bunlar  qarĢı-qarĢıyadır. 

Belə bir Ģəraitdə hər bir dövlətin öz vətəndaĢları üçün təmin etdiyi 

identiklik  məkanına  iki  tərəfli  təzyiq  yaranmıĢdır.  Bu  təzyiqlərdən 

biri  mədəni  hegemoniya  və  informasiya  qlobalizminin  unifikasiya 

meyillərinin  təzyiqidir,  digəri  isə  etnik-dini  və  s.  birliklərin 

təzyiqidir.  

    Məlumdur  ki,  "neqativ  (mənfi)  identiklik"  nisbətən  az  təhlil 

olunmuĢ  baxıĢdır  və  neqativ  identiklik  -  "biz  onlar  kimi  deyilik" 

kimi "biz-onlar" məntiqinin total qarĢıdurmasına əsaslanır. Neqativ 

identikliyin  müəyyən  hədləri  aĢmaması  üçün  onun  elementlərinin 

pozitiv məzmunla tamamlanmasına cəhd göstərilməsi çox vacibdir. 

Əks  təqdirdə,  neqativ  identiklik  qrup  həmrəyliyindən  baĢlayaraq, 

Ģovinist  separatizmə,  vətəndaĢ  cəmiyyətinin  böhranına  qədər  yol 

aça  bilən  təhdidə  çevrilir.  Bu  proseslərin  nəticələrini  hələ  də 

Azərbaycan yaĢamaqdadır. Belə ki, tarixi yaddaĢı tamamilə neqativ 

identikliklə  zəhərlənən  erməni  identikliyi  milli  quruculuq 

proseslərini  mütləq  baĢqa  xalqın  təmsilçilərinin  qaralanması  və 

pislənməsi, düĢmən obrazının yaradılması zəmini üzərində qurmağa 

səy  göstərir,  erməni  elitası  siyasi  məqsədlərə  nail  olmaq  üçün 

səfərbəredici məqam kimi "düĢmən ölkə" ritorikasından sui-istifadə 

edir.  Lakin  bu  yol  yanlıĢ  olduğu  üçün  onun  gələcəyi  yoxdur. 

ĠnkiĢafın fundamental resursu rolunu oynadığı üçün identiklik məhz 

bu məqamlarda özünü daha aydın büruzə verir.  

    Müasir  etnopolitoloji  elm  birmənalı  Ģəkildə  sübut  edir  ki, 

Ģovinizm,  milli  müstəsnalıq,  separatizm  meyilləri  arxaik 

düĢüncənin,  mili  inkiĢafın  primitiv  səviyyələrinə  müvafiq  olan 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə