MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə56/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   52   53   54   55   56   57   58   59   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

174 


Ġtaliya məktəblərində xaç gəzdirmək və yerləĢdirmək; 

Ġsveçrədə minarələrin tikilməsinə qadağa; 

Etnik  əlamətə  görə  dövri  təqiblər  (Fransadan  qaraçılar,  Böyük 

Britaniyadan irlandiyalılar və s.) 

müxtəlif geyim növlərinə, dini simvollara qadağa və s. 

Fransada küçədə ibadət yasağı, buna qədər isə ictimai yerdə hicab 

daĢımaq yasağı. 

2008-ci  ildə  Fransa  və  Belçika  ictimai  yerlərdə  baĢ  örtüklərinin 

geyilməsinə  qadağa  qoydu.  Ġtaliyanın  konstitusiya  məsələləri  üzrə 

parlament komissiyası    2011-ci ilin avqust ayında ictimai yerlərdə 

pərəncə  geyməyi  qadağan  edən  qanun  layihəsini  təsdiq  etdi. 

Qadağanı pozanlar ―islami cinayətdən ötrü‖ 150€-dan 300€-a kimi 

ən  sərt  cərimə  ödəməli,  habelə  ictimai  iĢlər  yerinə  yetirməlidirlər. 

Bu qadınların ərləri 30.000€-a qədər cərimə edilə və ya bir ilə kimi 

həbs  cəzası  ala  bilərlər.  2011-ci  ilin  27  sentyabrında  Ġsveçrənin 

Milli  ġurası  77  razılaĢmayan  üzvə  qarĢı  101  ―lehinə‖  səslə 

xalqçıların  ―sağ‖  partiyasından  deputat  Oskar  Frayzingerin 

təxribatçı  Ģəkildə  ―Maskaları  atın!‖  adlandırdığı  analoji  təklifini 

qəbul  etdi.  BaĢqalarının  paltarları  ilə  mübarizə  heç  də  özgə  həyat 

tərzini ―qəbul və təqdir etmə‖ devizi ilə uyuĢmur. Ancaq mahiyyət 

etibarilə multikulturalizm əslində elə bundan ibarətdir. 

 

Yaxud sonuncu nümunə. 



 

Amerikalı  Ġrum  Abbasi  mart  ayında  Kaliforniyada  təyyarə  reysinə 

buraxılmadığına  görə  Southwest  Airlines  aviakompaniyasını 

məhkəməyə verdi. Abbasinin iddia etdiyi kimi, bütün bunlar onunla 

bağlı olub ki, baĢında  müsəlman qadınların baĢ örtüyü – hicab var 

imiĢ.  Ġddiada  deyildiyi  kimi  ―o,  qorxudulmuĢ,  pərt  edilmiĢ,  təhqir 

edilmiĢ,  mat qalmıĢdı‖. ABġ vətəndaĢı olan Abbasi San-Dieqodan 

San-Xoseyə  gedən  reysdən  endirilmiĢdi.  Abbasinin  sözlərinə  görə, 

stüardessaya elə gəlib ki, o, kiməsə mobil telefonla ―qərara alındı!‖ 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

175 

deyib (―it’s a go‖). Əslində, Abbasinin dediyinə görə, o söyləyirmiĢ 



ki,  getməlidir  (I  have  to  go),  çünki  təyyarə  artıq  havaya  qalxmaq 

üzrəymiĢ.  Qadının  üzərində  axtarıĢ  apardıqdan  sonra  təyyarənin 

göyərtəsinə  qayıtmasına  icazə  vermiĢlər.  Ancaq  pilot  bildirib  ki, 

ekipaj  onunla  uçmaq  istəmir  və  beləliklə  Abbasini  laynerə 

buraxmırlar.  Ona  sonrakı  reyslə  uçmaq  üçün  icazə  vermiĢlər.  Los 

Angeles Timesin verdiyi xəbərə  görə üç gün sonra aviakompaniya 

üzr istəmiĢdir. 

 

Bütün bu faktları assimilyasiya siyasətinin aktları adlandıra bilərik. 



Adıçəkilən  siyasətin  məqsədi  azadlıqların  müdafiəsi,  dini  və  ya 

etnik  asılılığın  bu  və  ya  digər    növləri  ilə  mübarizə  deyil.  Bu 

siyasətin  mahiyyəti  ölkəyə  gələn  əmək  miqrantları  və  qaçqınların 

assimilyasiyası  və  onların  mühacir  qəbul  edən  cəmiyyətə  xas  olan 

və qəti Ģəkildə təsbit edilmiĢ milli əlamətləri daĢıyan vicdanlı yerli 

bürgerlərə çevrilməsidir. 

 

Bununla  yanaĢı,  əgər  Avropada  həqiqətən  də  multikulturalizm 



olsaydı,  imiqrant  və  qaçqınlara  dövlət  həyatında  iĢtirak  etmələri 

üçün  geniĢ  imkanlar  verilərdi.  Bu  imkanlar  o  qədər  geniĢdir  ki, 

Avropa  dövlətləri-millətləri  bu  imkanları  tamamilə  təmin  edə 

bilmir. 


 

Beləliklə,  Avropadakı  multikulturalizm  haqqında  hətta  əvvəllər  də 

əsasən  Ģərti  olaraq  danıĢmaq  olardı.  Avrointeqrasiya  prosesinin 

siyasi  çərçivələrindən  birinə  çevrilmək  üçün  bu  konsepsiyanın 

bütün  Ģansları  var  idi,  ancaq  demokratiyadan  sui-istifadə  və  insan 

hüquqlarının  təhrif  edilmiĢ  Ģəkildə  Ģərh  edilməsi  bir  sıra  böyük 

Avropa  dövlətlərinin  yeni  vətəndaĢlarına  ―azad  dünyanın‖ 

bəhrələrindən  tam  mənasilə  yararlanmağa  imkan  vermirdi.  ġərti 

Avropa  multikultiralizmi  Ģərti  dözümlü  Avropa  cəmiyyətində 

özünün məntiqi Ģərti tənəzzülünü yaĢadı. Beləliklə, mulikulturalizm 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

176 


siyasətinin nəticəsi istər ənənəvi, istərsə də yeni gəlmiĢ mədəniyyət 

nümayəndələrinin  mühitinə  cavab  olaraq  fərdi  və  qrup  Ģüurunda 

nisbətən  zəif  dəyiĢikliklərlə  səciyyələnən  uzunmüddətli  adaptasiya 

prosesi olmalıdır. 

 

Bugün  keçmiĢin  incikliklərinin,  Ģovinist,  millətçi,  islamofob 



təsirlərin aradan qaldırılması üçün vahid Rusiya dövlətinin təkibinə 

daxil  olan  bütün  xalqların  azad  inkiĢaf  etmək  imkanına  malik 

olmaları çox vacibdir. Təəssüf ki, çox vaxt millətlərarası, dinlərarası 

təfriqələrə  yol  verməyən  konstitusiya  müddəaları  deklarativ  olaraq 

qalır. Dövlət səviyyəsində xalqların inteqrasiyası, onların qarĢılıqlı 

hörmət,  etibar,  ümumi  problemlərin  müasir  həlli  əsasında 

birləĢdirilməsi siyasətini həyata keçirmək zəruridir. 

 

Bütün deyilənlərdən də göründüyü kimi ―multikulturalizm‖ termini 



Rusiya və bir sıra digər ölkələrə münasibətdə baĢqa məna qazanır. 

Rusiyanın  tarixi  göstərir  ki,  onun  bir  çox  xalqları  əsrlər  boyu  yox 

olmamıĢ,  tamamilə  assimilyasiyaya  uğramamıĢlar,  onlar  öz  həyat 

tərzlərini,  dillərini,  mədəniyyətlərini  saxlayaraq,  rus  mədəniyyəti, 

rus  hüquq  sistemi  əsasında  inkiĢaf  etmiĢlər.  Bu  baxımdan  demək 

olar ki, Rusiya onun siyasi və mədəni təsiri altına düĢən xeyli sayda 

xalqı qoruyub saxlamıĢdır. Rusiya xalqlarının mədəniyyətləri daima 

qarĢılıqlı  təsirdə  olmuĢ,  bir-birinin  təsiri  altında  zənginləĢmiĢlər. 

PuĢkin,  Lermontov,  Tolstoy  və  digər  dahi  yazıçılar  öz 

yaradıcılıqları ilə Qafqaz xalqlarının milli Ģüurunun formalaĢmasına 

yardımçı  olmuĢlar.  Rus,  ümumrusiya  mədəniyyəti  Qafqaz  xalqları 

və  digər  Rusiya  xalqlarının  bu  mədəniyyətə  töhfəsi olmadan  xeyli 

kasıb  olardı.  Rusiya  xalqları  arasında  sosiomədəni  dostluq, 

qardaĢlıq  əlaqələrinin  qurulması  ziddiyyətlərin,  qara  qüvvələrin  və 

irtica güclərinin qarĢıdurmalarının aĢılmasından keçir. 

 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə