MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə10/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   6   7   8   9   10   11   12   13   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



30 

tərbiyə ön plana keçdi. ġair, filosof, mütəfəkkirlərin əsərlərində 

nəsihətçilik  əsas  yer  tutdu.  Mənəviyyat  məsələləri  önə  keçdi. 

Yalnız  mənəviyyat,  maddidən  imtina  çağırıĢları  öz  təsirini 

göstərdi.  Maddiliyin  ikinci  olması  maddiyə  maraq  və  tələbatı 

artırdı.  Lakin  bu,  aĢkar  deyil,  gizli  mahiyyət  daĢıdı.  Ona  görə 

də  deyilirdi:  «Vaiz  özü  lüm-lüm  udur  batində,  ancaq  zahirdə 

dediyi mənaya bir bax». 

Bu mənada məĢhur hind filosofu Vivekananda gözəl de-

yib:  «ġərqin  heyrətamiz  ruhi  nailiyyətlərini  Qərbin  eyni  dərə-

cədə heyrətamiz maddi nailiyyətləri ilə bölüĢdürmək lazımdır». 

Müxtəlif dövrləri, ictimai tarixi Ģəraiti öyrənən əksər təd-

qiqatçılar konkret tarixi Ģəraitdə yaĢayan insanların dünyagörü-

Ģü,  Ģəxsiyyəti  və  mənəviyyatını  tədqiq  edərkən  həmin  dövrün 

insanlarının psixologiyasının öyrənilməsini vacib Ģərt kimi irəli 

sürmüĢlər. Belə yanaĢmanın səmərəliliyi bir də ondadır ki, hər 

bir konkret dövr həyat tərzi, mənəvi dəyərləri baxımından bən-

zərsiz,  təkrarolunmazdır.  Bütün  bunlar  isə  insana  özünün 

təsirini  göstərir,  ictimai-tarixi  Ģəraitə  uyğun  Ģəxsiyyətlər 

formalaĢdırır.  

Məlumdur  ki,  qədim  dövrün  insanlarının  daxili  dünyası, 

xarakteri,  maraqları,  tələbatı  orta  əsrlərin  və  müasir  dövrün 

adamlarından fərqli olmuĢdur.  

Əlbəttə, biz bu fərqləri heç də bütləĢdirmək istəmirik. Bu 

fikri  qəbul  edirik  ki,  adət-ənənə,  tarixi  və  mədəni  nailiyyətlər 

nəsildən-nəslə  keçərək  eyni  millətə,  xalqa,  coğrafi  məkana 

məxsus  insanlarda  əsrlər  boyu  davam  edən  oxĢar  xarakterli, 

dünyagörüĢlü,  uyğun  psixoloji  tipli  Ģəxsiyyətlər  də  formalaĢ-

dırır. 

Nizami, Xəqani, Nəsimi, Füzuli və digər mütəfəkkirlərin 



yaradıcılığında  həm  qədim  türk,  həm  də  islam  dəyərləri  bir 

tərəfdən  qovuĢmuĢ,  vəhdətdə  götürülmüĢ,  digər  tərəfdən  zid-

diyət təĢkil etmiĢdir. 

Nizami  Ģeyxdir,  islamın  tədqiqatçısıdır.  Əsərlərini  fars 

dilində  yazıb.  Amma  mənĢəcə,  xaraktercə  türkdür.  O,  əsərlə-



www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

31 


rində  350-dən  artıq  türk  adı  iĢlədib.  Türkə  xas  olan 

keyfiyyətləri  onun  kimi  dəqiq  heç  kim  göstərə  bilməyib.  O, 

türkçülüyün əsl təbliğatçısı olub, bütün yaxĢı keyfiyətləri onun 

adı  ilə  bağlayıb.  Lakin  onun  özü  də  etiraf  edir  ki,  bir  çox 

hallarda  nə  qədər  axtarsa  da,  müəyyən  qənaətə  gəlməkdə 

çətinlik çəkib: 



Nə qədər oraya at çapsam da mən

Bir xəbər gətirmək gəlmir əlimdən. 

deyir. 


Professor  Ə.S.Bayramov  yazır:  «Nəsiminin  təbliğ  etdiyi 

fikir  və  mülahizələr,  görüĢlər  isə  o  dövrün  hakim  islam  dini 

ideyalarının  tamamilə  əksinə  olmuĢdur.  Buna  görə  də  onun 

Ģerlərini oxuyanlar belə ölüm təhlükəsinə məruz qalmıĢlar». 

Orta  əsrlərdə,  o  cümlədən  1613-cü  ildə  ġah  Abbasın 

(1587-1629)  Osmanlılara  qalib  gəlməsindən  sonra  Qafqazdan 

Ġrana  xeyli  əhali  köçürüldü.  Təbrizdən  xeyli  əhali  Ġsfahana 

gətirildi.  Belə  yerdəyiĢmələr,  təbii  ki,  o  dövrün  adamlarının 

dünyagörüĢünə təsir edir, adət-ənənələri dəyiĢdirirdi.  

Orta  əsrləri  ġərqin  intibah  dövrü  də  adlandırırlar.  Bu 

dövrdə  Bağdadda,  DəməĢqdə,  Qahirədə  və  digər  Ģəhərlərdə 

yeni-yeni  elm  ocaqları  yaradıldı.  Elmin  müxtəlif  sahələrində 

nailiyyətlər qazanıldı, görkəmli Ģəxsiyyətlər yetiĢdi. 

Bu dövrdə ərəb və fars dili, adət-ənənəsi yuxarı dairələr-

də,  ədəbiyyatda  geniĢ  yayılsa  da,  sadə  xalq  arasında  türk  dili, 

türk  ənənəsi  qorunub  saxlanılırdı.  Azərbaycan  xalqının  psixo-

logiyası da məhz bu zəmində formalaĢırdı.  

XVIII əsrin sonları – XIX əsrin əvvəllərində belə mürək-

kəblik, ziddiyyət, dolaĢıqlıq azmıĢ kimi, dini, düĢüncəsi, həyat 

tərzi tamamilə fərqli olan ruslar Azərbaycana daxil olur. Psixo-

loji fikrin ikinci mərhələsi başa çatır, üçüncü mərhələ başlayır. 

FormalaĢmıĢ  bir  çox  keyfiyyətlər,  xüsusiyyətlər  dəyiĢir.  Yeni 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



32 

tip  məktəblər  açılır.  Bir  çox  mütəfəkkirlər  yeni  mühitin 

yaratdığı  adamlar  oldu.  FormalaĢmıĢ  xüsusiyyətlərlə  yeni 

arasındakı ziddiyyət tədricən yeninin yayılması, güclənməsi ilə 

nəticələndi. 

XIX  əsrin  sonlarına  doğru  Azərbaycanda  maarif,  mədə-

niyyət  inkiĢaf  edir,  ziyalılar  nəsli  yetiĢirdi.  Çar  Rusiyasından 

Azərbaycana sürgünlər edilir, vəzifə borcu ilə bağlı çinovniklər 

gəlir, digər tərəfdən Rusiyada təhsil alanlar, qulluq edənlərin sayı 

artırdı.  A.Bakıxanov,  M.F.Axundov,  N.Vəzirov,  H.Zərdabi  və 

baĢqaları  elmə,  mədəniyyətə,  dövrə,  zamana  uyğun,  əvvəl-

kilərdən fərqli, həm də köhnəliyi, fanatizmi tənqid edən əsərlər 

yaratmaqla  bərabər  milli,  bəĢəri  hisslərin  formalaĢması  üçün 

əllərindən gələni edirdilər. 

M.F.Axundovun  1850-1855-ci  illər  arasında  yazdığı 

pyeslər  nəinki  Azərbaycanda,  bütövlükdə  ġərqdə  yeni  bir 

hadisə  idi.  Orta  əsrlərdə  qəzəl  janrı  necə  məĢhur  idisə,  geniĢ 

yayılmıĢdısa,  Axundovdan  sonra  dram  janrları  da  XIX  əsrin 

ikinci 

yarısında 



eləcə 

geniĢ 


yayılmıĢdı, 

xalqın 


maariflənməsində əvəzsiz rol oynamıĢdı. 

XIX əsrin ikinci yarısında - 1875-ci ildə «Əkinçi» qəze-

tinin  nəĢrinə  baĢlanması  böyük,  əhəmiyyətli  hadisə  idi.  Bu 

qəzet Azərbaycanda maarifin, mədəniyyətin, elmin inkiĢafında 

önəmli  yer tutur. Qəzetin yaradıcısı Həsən bəy Zərdabi nəinki 

həmin  dövrün,  eləcə  də  sonrakı  dövrlərin,  bundan  sonrakı 

zamanın ən böyük maarifçisi, ziyalısı olaraq qalacaq.  

Bu  dövrdə  diqqəti  cəlb  edən  digər  bir  məsələ  isə  teatr 

tamaĢalarının  göstərilməsi  ilə  bağlıdır.  Oxumağı,  yazmağı 

bacarmayan  xalq  məhz  bu  tamaĢalar  vasitəsilə  öz  hüquq  və 

azadlıqlarını  baĢa  düĢür,  tədricən  onun  uğrunda  mubarizəyə 

hazırlaĢırdılar. 

Azərbaycanda  neft  sənayesinin  sürətli  inkiĢafı  da 



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə