www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
30
tərbiyə ön plana keçdi. ġair, filosof, mütəfəkkirlərin əsərlərində
nəsihətçilik əsas yer tutdu. Mənəviyyat məsələləri önə keçdi.
Yalnız mənəviyyat, maddidən imtina çağırıĢları öz təsirini
göstərdi. Maddiliyin ikinci olması maddiyə maraq və tələbatı
artırdı. Lakin bu, aĢkar deyil, gizli mahiyyət daĢıdı. Ona görə
də deyilirdi: «Vaiz özü lüm-lüm udur batində, ancaq zahirdə
dediyi mənaya bir bax».
Bu mənada məĢhur hind filosofu Vivekananda gözəl de-
yib: «ġərqin heyrətamiz ruhi nailiyyətlərini Qərbin eyni dərə-
cədə heyrətamiz maddi nailiyyətləri ilə bölüĢdürmək lazımdır».
Müxtəlif dövrləri, ictimai tarixi Ģəraiti öyrənən əksər təd-
qiqatçılar konkret tarixi Ģəraitdə yaĢayan insanların dünyagörü-
Ģü, Ģəxsiyyəti və mənəviyyatını tədqiq edərkən həmin dövrün
insanlarının psixologiyasının öyrənilməsini vacib Ģərt kimi irəli
sürmüĢlər. Belə yanaĢmanın səmərəliliyi bir də ondadır ki, hər
bir konkret dövr həyat tərzi, mənəvi dəyərləri baxımından bən-
zərsiz, təkrarolunmazdır. Bütün bunlar isə insana özünün
təsirini göstərir, ictimai-tarixi Ģəraitə uyğun Ģəxsiyyətlər
formalaĢdırır.
Məlumdur ki, qədim dövrün insanlarının daxili dünyası,
xarakteri, maraqları, tələbatı orta əsrlərin və müasir dövrün
adamlarından fərqli olmuĢdur.
Əlbəttə, biz bu fərqləri heç də bütləĢdirmək istəmirik. Bu
fikri qəbul edirik ki, adət-ənənə, tarixi və mədəni nailiyyətlər
nəsildən-nəslə keçərək eyni millətə, xalqa, coğrafi məkana
məxsus insanlarda əsrlər boyu davam edən oxĢar xarakterli,
dünyagörüĢlü, uyğun psixoloji tipli Ģəxsiyyətlər də formalaĢ-
dırır.
Nizami, Xəqani, Nəsimi, Füzuli və digər mütəfəkkirlərin
yaradıcılığında həm qədim türk, həm də islam dəyərləri bir
tərəfdən qovuĢmuĢ, vəhdətdə götürülmüĢ, digər tərəfdən zid-
diyət təĢkil etmiĢdir.
Nizami Ģeyxdir, islamın tədqiqatçısıdır. Əsərlərini fars
dilində yazıb. Amma mənĢəcə, xaraktercə türkdür. O, əsərlə-
www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
31
rində 350-dən artıq türk adı iĢlədib. Türkə xas olan
keyfiyyətləri onun kimi dəqiq heç kim göstərə bilməyib. O,
türkçülüyün əsl təbliğatçısı olub, bütün yaxĢı keyfiyətləri onun
adı ilə bağlayıb. Lakin onun özü də etiraf edir ki, bir çox
hallarda nə qədər axtarsa da, müəyyən qənaətə gəlməkdə
çətinlik çəkib:
Nə qədər oraya at çapsam da mən,
Bir xəbər gətirmək gəlmir əlimdən.
deyir.
Professor Ə.S.Bayramov yazır: «Nəsiminin təbliğ etdiyi
fikir və mülahizələr, görüĢlər isə o dövrün hakim islam dini
ideyalarının tamamilə əksinə olmuĢdur. Buna görə də onun
Ģerlərini oxuyanlar belə ölüm təhlükəsinə məruz qalmıĢlar».
Orta əsrlərdə, o cümlədən 1613-cü ildə ġah Abbasın
(1587-1629) Osmanlılara qalib gəlməsindən sonra Qafqazdan
Ġrana xeyli əhali köçürüldü. Təbrizdən xeyli əhali Ġsfahana
gətirildi. Belə yerdəyiĢmələr, təbii ki, o dövrün adamlarının
dünyagörüĢünə təsir edir, adət-ənənələri dəyiĢdirirdi.
Orta əsrləri ġərqin intibah dövrü də adlandırırlar. Bu
dövrdə Bağdadda, DəməĢqdə, Qahirədə və digər Ģəhərlərdə
yeni-yeni elm ocaqları yaradıldı. Elmin müxtəlif sahələrində
nailiyyətlər qazanıldı, görkəmli Ģəxsiyyətlər yetiĢdi.
Bu dövrdə ərəb və fars dili, adət-ənənəsi yuxarı dairələr-
də, ədəbiyyatda geniĢ yayılsa da, sadə xalq arasında türk dili,
türk ənənəsi qorunub saxlanılırdı. Azərbaycan xalqının psixo-
logiyası da məhz bu zəmində formalaĢırdı.
XVIII əsrin sonları – XIX əsrin əvvəllərində belə mürək-
kəblik, ziddiyyət, dolaĢıqlıq azmıĢ kimi, dini, düĢüncəsi, həyat
tərzi tamamilə fərqli olan ruslar Azərbaycana daxil olur. Psixo-
loji fikrin ikinci mərhələsi başa çatır, üçüncü mərhələ başlayır.
FormalaĢmıĢ bir çox keyfiyyətlər, xüsusiyyətlər dəyiĢir. Yeni
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
32
tip məktəblər açılır. Bir çox mütəfəkkirlər yeni mühitin
yaratdığı adamlar oldu. FormalaĢmıĢ xüsusiyyətlərlə yeni
arasındakı ziddiyyət tədricən yeninin yayılması, güclənməsi ilə
nəticələndi.
XIX əsrin sonlarına doğru Azərbaycanda maarif, mədə-
niyyət inkiĢaf edir, ziyalılar nəsli yetiĢirdi. Çar Rusiyasından
Azərbaycana sürgünlər edilir, vəzifə borcu ilə bağlı çinovniklər
gəlir, digər tərəfdən Rusiyada təhsil alanlar, qulluq edənlərin sayı
artırdı. A.Bakıxanov, M.F.Axundov, N.Vəzirov, H.Zərdabi və
baĢqaları elmə, mədəniyyətə, dövrə, zamana uyğun, əvvəl-
kilərdən fərqli, həm də köhnəliyi, fanatizmi tənqid edən əsərlər
yaratmaqla bərabər milli, bəĢəri hisslərin formalaĢması üçün
əllərindən gələni edirdilər.
M.F.Axundovun 1850-1855-ci illər arasında yazdığı
pyeslər nəinki Azərbaycanda, bütövlükdə ġərqdə yeni bir
hadisə idi. Orta əsrlərdə qəzəl janrı necə məĢhur idisə, geniĢ
yayılmıĢdısa, Axundovdan sonra dram janrları da XIX əsrin
ikinci
yarısında
eləcə
geniĢ
yayılmıĢdı,
xalqın
maariflənməsində əvəzsiz rol oynamıĢdı.
XIX əsrin ikinci yarısında - 1875-ci ildə «Əkinçi» qəze-
tinin nəĢrinə baĢlanması böyük, əhəmiyyətli hadisə idi. Bu
qəzet Azərbaycanda maarifin, mədəniyyətin, elmin inkiĢafında
önəmli yer tutur. Qəzetin yaradıcısı Həsən bəy Zərdabi nəinki
həmin dövrün, eləcə də sonrakı dövrlərin, bundan sonrakı
zamanın ən böyük maarifçisi, ziyalısı olaraq qalacaq.
Bu dövrdə diqqəti cəlb edən digər bir məsələ isə teatr
tamaĢalarının göstərilməsi ilə bağlıdır. Oxumağı, yazmağı
bacarmayan xalq məhz bu tamaĢalar vasitəsilə öz hüquq və
azadlıqlarını baĢa düĢür, tədricən onun uğrunda mubarizəyə
hazırlaĢırdılar.
Azərbaycanda neft sənayesinin sürətli inkiĢafı da
Dostları ilə paylaş: |