MahirəNərimanqızı



Yüklə 5,95 Mb.

səhifə13/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

39 


onun  forması  və  fərdi  fərqlərə  görə  təsnifatı»,  «Milli 

məktəblərdə  rus  dili  təliminin  psixoloji  əsasları  haqqında», 

«Nitqin qavranılmasının seçiciliyi və dilin tədrisi» və s. əsərləri 

təlim psixologiyası, nitq inkiĢafı sahəsində SSRĠ-də aparılan ən 

uğurlu tədqiqatlardan hesab olunur. 

Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasında, 

psixoloji  fikrin  inkiĢafı  və  təĢəkkülündə  Əhməd  Kərədi 

Zəkuyevin (1888-1968) böyük xidmətləri olmuĢdur. O, 1921-ci 

ildə  Türkiyədə  təhsilini  baĢa  vurduqdan  sonra  Bakıya  gəlmiĢ, 

1922-1960-cı  illərdə  V.Ġ.Lenin  adına  APĠ-də  dərs  demiĢ, 

müxtəlif  vaxtlarda  psixolgiya  kafedrasına  rəhbərlik  etmiĢdir. 

1960-cı  ildən  ömrünün  sonunadək  Azərbaycan  EA-nın  fəlsəfə 

Ģöbəsində çalıĢmıĢdır. 

1933-cü  ildə  V.Ġ.  Lenin  adına  APĠ-nin  nəzdində 

aspirantura  Ģöbəsi  açılır.  Bu  Ģöbənin  yaradılmasıyla 

psixologiya üzrə kadr hazırlığında da bir dönüĢ yaranır. 

20-ci illərin sonu – 30-cu illərin əvvəllərində digər sahə-

lərdə olduğu kimi, psixologiyada da kəskin diskussiyalar, pole-

mikalar  baĢladı.  Qeyd  etmək  istərdik  ki,  SSRĠ  miqyasında 

gedən  proseslər  eynilə  Azərbaycanda  da  baĢ  verirdi.  Bununla 

bağlı  F.  Rüstəmov  yazır:  «20-ci  illərin  əvvəllərində  pedaqoji 

elmdə  demokratik  fikir  güclü  idi,  əsasən  qeyri-marksist 

mövqedə  dayanan  nəzəriyyələr  üstün  mövqeyə  malik  idi.  Bu 

nəzəriyyələrin  bir  qismi  Avropadan  türk  pedaqoq  və 

psixoloqlarının  (X.  Fikrət,  Mühiddin,  Ġ.  Hikmət,  T.  Tofiq,  N. 

Ġsmət və H. Məhbubənin) əsərləri vasitəsilə yayılır, digər qismi 

isə  rus  pedaqoji  fikrindən  tərcümə  edilmiĢ  əsərlərdən  milli 

pedaqoji fikrə keçirdi. 

Ġntellektual  mübahisələr  çox  zaman  bir-birinə  qara  yax-

maqla  baĢa  çatırdı.  Bu  proses  hər  yerdə  –  mərkəzdə  də, 

yerlərdə  də  gedirdi.  Rusiya  və  Ukrayna  üçün  səciyyəvi  olan 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



40 

yanlıĢlıqlar  eyni  ilə  Azərbaycanda  da  təkrar  olunurdu. 

Moskvada  A.P.  Pinkeviçin,  P.P.  Blonskinin  baĢına  gətirilənlər 

Bakıda  B.B.  Komarovski,  A.O.  Makovelski,  Ə.  Seyidov,  Ə. 

Zəkuzadə  üçün  təkrarlanırdı.  Hədə,  təhqir  və  yalanlara  cavab 

vermənin  fiziki  cəhətdən  məhvə  səbəb  olacağını  dərk  edən 

alimlər  özlərini  əsassız  itihamlardan  qorumaq  üçün  etiraf 

məktubları  yazır,  düzgün  elmi  mövqelərini  tənqid  etmək 

məcburiyyətində qalırdılar». 

Acınacaqlısı odur ki, polemika və tənqidlər yalnız mütə-

xəssislər arasında deyil, ixtisas sahibi olmayan, ancaq «əqidəli 

marksistlər»  tərəfindən  də  keçirilir,  təəssüf  ki,  çox  vaxt  məhz 

onlar  «haqlı»  çıxırdılar.  Tənqid  olunanlar  sırasında  adətən 

həqiqi elm fədailəri, görkəmli alimlər olurdu. 

1931-ci  ildə  F.Ə.Ġbrahimbəyov  testlər  metodunun  milli 

psixologiyanı  öyrənmək  sahəsindəki  zərərli  nəticələri  barədə 

danıĢmağa  məcbur  olur.  Onun  1936-cı  ildə  nəĢf  etdirdiyi 

«UĢaqların əqli inkiĢafında zərərli nəzəriyyə» adlı məqaləsində 

pedalogiyanın metodoloji yararsızlığından, təhsilə, psixologiya 

və pedaqogika elminə vurduğu zərərdən bəhs olunurdu. 

30-cu  illərin  ortalarında  Azərbaycan  psixologiya  elminə 

gənc və istedadlı alimlər gəlir.  Onların sırasından S. Hacıyev, 

M. Məhərrəmov, M. Abbasov və baĢqaları xüsusilə seçilirdilər.  

1931-ci  ildə  Azərbaycan  Elmi-Tədqiqat  Pedaqogika 

Ġnstitutu  fəaliyyətə  baĢlayır.  Fərəhli  haldır  ki,  institutun 

nəzdində  pedologiya-psixologiya  kabineti  və  laboratoriyası  da 

fəaliyyət  göstərir.  Təlim-tərbiyə  prosesi  ilə  bağlı  aparılan 

tədqiqatlar  psixologiya  elminin  inkiĢafında  xüsusi  yer  tutur. 

Ġnstitutda  yaradılan  Ģöbəyə  M.R.  Abbasov  baĢçılıq  edir.  Bu 

institutda  müxtəlif  dövrlərdə  F.Ə.  Ġbrahimbəyov,  A.O.  Mako-

velski,  S.  Hacıyev,  M.  Hacıyev,  Z.M.  Mehdizadə,  Ə.K. 

Zəkuyev, M.C. Məhərrəmov, M.Ə. Həmzəyev, Ə.S.Bayramov, 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

41 


Ə.Ə. Əlizadə və baĢqa görkəmli alimlər çalıĢmıĢ, tədqiqat iĢləri 

aparmıĢlar. 

Hazırda institut Təhsil Problemləri Ġnstitutu adı ilə fəaliy-

yət  göstərir.  Ġnstitutun  psixologiya  və  yaĢ  fiziologiyası  Ģöbə-

sində təhsilin müxtəlif sahələri üzrə tədqiqatlar aparılır. 

Respublikamızda  psixologiya  elminin  inkiĢafında 

APRDƏĠ  (hazırda  Bakı  Slavyan  Universiteti),  SSRĠ-nin  50 

illiyi  adına  APXDĠ  (hazırda  Azərbaycan  Dillər  Universiteti), 

KDPĠ (hazırda Gəncə Dövlət Pedaqoji Universiteti) və s. təhsil 

müəssisələri də özünəməxsus rol oynamıĢdır. 

1946-cı  ildə ÜĠK(b)P MK-nın  xüsusi qərarı ilə 1947/48-

ci  tədris  ilindən  baĢlayaraq  orta  məktəblərin  buraxılıĢ 

siniflərində məntiq və psixologiyanın tədris olunması ilə bağlı 

qərar  qəbul  olunur.  Qərara  uyğun  olaraq  1947/48-ci  tədris 

ilində  Azərbaycan  Dövlət  Universitetində  məntiq-psixologiya 

kafedrası  yaradılır.  Kafedraya  rəhbərlik  A.O.  Makovelskiyə 

tapĢırılır.  O,  1960-cı  ilə  qədər  bu  kafedraya  rəhbərlik  edir. 

1960-cı  ildən kafedra pedaqogika və psixologiya kafedrası  adı 

ilə  fəaliyyətini  davam  etdirir.  1960-1970-ci  illərdə  kafedraya 

M.C.  Məhərrəmov,  daha  sonra  professor  Ə.S.  Bayramov 

rəhbərlik  edir.  Hazırda  kafedraya  professor  B.H.  Əliyev 

rəhbərlik edir. 



M.C. Məhərrəmov (1909-1970) həm psixoloq kadrlarının 

hazırlanmasında, həm də psixologiya elminin inkiĢafında əvəz-

siz xidmətlər göstərmiĢdir. 

O,  1931-1935-ci  illərdə  Azərbaycan  Dövlət  Pedaqoji 

Ġnstitutunun  pedaqoji-psixoloji  fakültəsini bitirmiĢdir. 1944-cü 

ildə ADU-nun aspiranturasına daxil olmuĢ və ömrünün sonuna-

dək orada çalıĢmıĢdır. O, 1955-ci ildə «Orta məktəbdə psixolo-

giyanın  tədrisi  üsullarına  dair»,  1960  və  1961-ci  illərdə  «Psi-

xologiya  oçerkləri»,  1968-ci  ildə  «Psixologiya»  əsərlərini 





Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   219


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə