MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə14/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   10   11   12   13   14   15   16   17   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



42 

yazır.  1964-cü  ildə  M.Məhərrəmovun  redaktorluğu  ilə  nəĢr 

olunan «Psixologiya» dərsliyi mühüm bir hadisə idi. 

50-ci illərdən baĢlayaraq Azərbaycanda psixologiya elmi-

nin yeni bir inkiĢaf mərhələsi baĢlayır. Bu dövrdə A.K. Abdul-

layev, ġ.S. Ağayev aspiranturada, Ə.S. Bayramov, Ə.Ə. Əliza-

də, Ə.Ə. Qədirov, M.Ə. Həmzəyev və digərləri psixologiya fa-

kültəsində təhsil almıĢdır. 

Ġ.Ə.  Seyidov,  K.S.  Əbilov,  M.S.  Nəcəfov,  M.Ə.  Həm-

zəyev,  M.M.  Hacıyev  50-ci  illərdə  namizədlik  dissertasiyaları 

müdafiə edirlər. 

1963-64-cü tədris ilində V.Ġ. Lenin adına APĠ-də psixolo-

giya  kafedrası  yenidən  müstəqil  fəaliyyətə  baĢlayır.  1963-

1975-ci  illərdə  kafedraya  görkəmli  psixoloq  ġ.S.  Ağayev 

rəhbərlik edir.  

Ş.S. Ağayev 1954-cü ildə  «Fikri məqsədin  xarakterindən 

asılı olaraq görmə qavrayıĢının dinamikası» mövzusunda nami-

zədlik,  1967-ci  ildə  isə  «Əmək,  tərbiyə  və  inkiĢaf»  mövzu-

sunda doktorluq dissertasiyası müdafiə etmiĢdir. ġəxsiyyət psi-

xologiyası,  təlim  psixologiyası,  tərbiyə  psixologiyası  və  s. 

sahələr  üzrə  tədqiqatlar  aparmıĢ,  dərsliklərin  hazırlanmasında, 

kadrların  yetiĢməsində  önəmli  rol  oynamıĢ  professor  ġ.S. 

Ağayev  müəyyən  müddət  V.Ġ.  Lenin  adına  APĠ-nin  rektoru 

olmuĢdur. 

1960-70-ci  illərdə  sovet  psixologiya  elmində  bir  inkiĢaf 

mərhələsi baĢladı. Psixologiyanın müxtəlif sahələri üzrə tədqi-

qatlar geniĢləndi.  

Gənc və istedadlı psixoloqlar Ə.S. Bayramov, T.Ə. Mus-

tafayev, C.A. Təhmasib,  Ġ.A. Fərəcov, A.U. Məmmədov, Q.E. 

Əzimov, R.M. Rəsulov, M.ġ. Əbdülov və baĢqaları namizədlik 

dissertasiyaları 

müdafiə 

etdilər. 

Bu 

dissertasiyalar 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

43 


psixologiyanın bir çox sahələrini əhatə etsə də əsas diqqət yaĢ 

və pedaqoji psixologiyaya yönəldilmiĢdi. 

60-cı  illərin  sonu  –  70-ci  illərin  əvvəlləri  Azərbaycan 

psixologiya  elmi  üçün  daha  məhsuldar  olmuĢdur.  Ə.S.  Bayra-

mov, M.Ə. Həmzəyev, M.S. Nəcəfov, Ə.Ə. Qədirov, Ə.Ə. Əli-

zadə  müxtəlif  mövzularda  doktorluq  dissertasiyaları  müdafiə 

etmiĢlər. Bundan sonra 20 il müddətində Azərbaycanda psixo-

logiya  üzrə  doktorluq  dissertasiyaları  müdafiə  olunmamıĢdır. 

Yalnız 

90-cı  illərin  ortalarından  baĢlayaraq  yenidən 



respublikada  doktorluq  dissertasiyaları  müdafiə  olunmağa 

baĢladı.  Ə.T.  BaxĢəliyev,  S.Ġ.  Seyidov,  B.H.  Əliyev,  Ġ.M. 

Novruzlu,  R.Ġ.Əliyev,  G.K.Məmmədova,  Ġ.Ə.Məmmədova 

doktorluq dissertasiyaları müdafiə etdilər. 

Azərbaycanda  psixologiya  elminin  inkiĢafında  1947-48-

ci tədris ilindən 1954-55-ci tədris ilinədək Azərbaycan Dövlət 

Universitetində  təĢkil  olunmuĢ  məntiq-psixologiya  Ģöbəsinin 

müstəsna rolu olmuĢdur. Bu müddət ərzində 150-dən artıq yük-

sək  ixtisaslı  psixoloq  kadrı  oranın  məzunu  olmuĢdur.  Onların 

sırasından Ə.S.  Bayramov, Ə.Ə. Əlizadə, Ə.Ə.  Qədirov, M.S. 

Nəcəfov,  Q.E.  Əzimov,  M.ġ.  Əbilov  kimi  tanınmıĢ  alimlər 

çıxmıĢlar.  Məhz  onların  sayəsində  Azərbaycan  psixologiya 

elmi mühüm inkiĢaf yolu keçmiĢdir. 

1947-52-ci  illərdə  Azərbaycan  Dövlət  Universitetinin 

məntiq-psixologiya  Ģöbəsini  bitirənlərdən  biri  də  professor 

Ələddin  Əhməd oğlu  Qədirov (1929-2003) olmuĢdur. Ə.Qədi-

rov  1963-2001-ci  illər  ərzində  Gəncə  Dövlət  Pedaqoji  Ġnstitu-

tunda  dosent,  kafedra  müdiri,  prorektor,  rektor  vəzifələrində 

çalıĢmıĢdır.  

Ə.  Qədirov  2001-2003-cü  illərdə  Təhsil  Problemləri 

Ġnstitutunda aparıcı elmi iĢçi kimi fəaliyyət göstərmiĢdir. 

O,  1961-ci  ildə  «Kiçik  məktəbyaĢlı  uĢaqlarda  mücərrəd 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



44 

təfəkkürün inkiĢafı» mövzusunda namizədlik, 1974-cü ildə isə 

«KiçikyaĢlı məktəblilərdə mücərrədləĢdirmənin inkiĢafı» möv-

zusunda  doktorluq  dissertasiyası  müdafiə  etmiĢdir.  Ə.Qədirov 

təlim-tərbiyə 

psixologiyasına 

dair 

çoxsaylı 



əsərlərin 

müəllifidir.  2003-cü  ildə  nəĢr  etdirdiyi  «YaĢ  psixologiyası» 

dərsliyi  isə  ümumən  Azərbaycan  psixologiya  elminin 

nailiyyətlərindən hesab olunur. 

Azərbaycan  psixologiya  elminin  inkiĢafında  əvəzsiz 

xidmətləri  olan  alimlərdən  biri  də  professor  Muxtar  Əliş  oğlu 



Həmzəyevdir  (1929).  O,  1952-ci  ildə  Azərbaycan  Pedaqoji 

Ġnstitutunu  bitirmiĢdir.  1956-cı  ildə  «Ġbtidai  məktəbin  II  sinif 

Ģagirdlərində  samitlər  üzrə  düzgün  yazı  vərdiĢlərinin  təĢəkkül 

etməsi və inkiĢafının psixoloji xüsusiyyətləri» mövzusunda na-

mizədlik  dissertasiyası  müdafiə  etmiĢdir.  Bundan  sonra 

M.Həmzəyevin  təlim-tərbiyə  məsələləri  ilə  bağlı  əsərləri  nəĢr 

olunur.  «Ailədə uĢaqların oyunlarına rəhbərlik»  (1965),  «Yazı 

təliminin  bəzi  məsələləri»  (1961),  «ġagirdlərin  düzgün  yazı 

vərdiĢlərinə  yiyələnmə xüsusiyyətləri» (1984) və onlarla digər 

kitablar  M.Həmzəyevin  qələminin  məhsulu  olsa  da,  ümumən 

Azərbaycan  psixologiya  elminin  nailiyyətləri  hesab  edilir. 

Onun  «Pedaqoji  psixologiya»  (1991),  «YaĢ  və  pedaqoji 

psixologiyanın əsasları» (2000-2003) və digər dərslikləri geniĢ 

istifadə olunan uğurlu dərsliklərdəndir. O, uzun müddət I sinif 

Ģagirdləri  üçün  «Ana  dili»  dərsliyinin  müəlliflərindən  biri 

olmuĢdur. 

M.  Həmzəyevin  fəaliyyətinin  uzun  və  məhsuldar  bir 

dövrü Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər Ġnstitutu ilə 

bağlı  olmuĢdur.  O,  1956-74-cü  illərdə  baĢ    elmi  iĢçi,  Ģöbə 

müdiri,  psixologiya  laboratoriyasının  müdiri  iĢləmiĢdir.  1974-

77-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Ġns- titutunda 

kafedra müdiri olmuĢdur.  

1978-ci ildən M.Həmzəyevin elmi fəaliyyəti Azərbaycan 



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə