MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə12/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   8   9   10   11   12   13   14   15   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



36 

vaxt  lazımdır.  Keçid  dövrü  öz  insanlarını,  düĢüncə  və  həyat 

tərzini  yaradır.  Yəqin  ki,  vaxtilə  Amerika  Prezidentlərindən 

birinin – A.Linkolnun dediyi sözlər bizə də aiddir. O demiĢdir: 

«SoruĢma  ki,  Amerika  sənin  üçün  nə  edib,  soruĢ  ki,  sən 

Amerika üçün nə etmisən?». 

Bir də yeni dövrdə hər birimizin iĢ və əməlində, sözündə 

türk Ģairi Tofiq Fikrətin dediyi bu sözlər olmalıdır: 



Millət yoludur, haqq yoludur tutduğumuz yol

Ey haqq! Yaşa ey sevgili millət, yaşa, var ol! 

 

 

Azərbaycanda elmi psixologiyanın yaranması və inkiĢafı 

 

1920-ci il aprel ayının 28-də XI Qızıl Ordu Bakıya daxil 



oldu.  Azərbaycan  Demokratik  Respublikasının  hakimiyyətinə 

son qoyuldu, hakimiyyət bolĢeviklərin əlinə keçdi. 

«1920-ci ilin mayın 12-də «Köhnə orta və ibtidai məktəb 

tiplərini politexnik məktəblərlə əvəz etmək haqqında» hökümət 

dekreti elan oldundu. May ayının 26-da isə «Azərbaycan Sovet 

Sosialist 

Respublikası 

vahid 


əmək 

məktəblilərinin 

Əsasnaməsi»  qəbul  olundu.  Bu  əsasnamə  və  dekretdə 

məktəblərdə  təlimin  ana  dilində  və  pulsuz  aparılması, 

zəhmətkeĢ  balalarının  üzünə  açıq  olması  elan  edildi» 

(F.A.Rüstəmov,  Ən  yeni  dövrün  pedaqogika  tarixi,  B., 

«Nurlan», 2005, s.62). 

Azərbaycanda  Sovet  hakimiyyəti  qurulduqdan  sonra 

təhsil  müəssisələrinin  Ģəbəkəsi  geniĢləndirildi.  Ali  məktəblər 

açıldı.  Kadr  hazırlığı  vacib  tələb  kimi  qarĢıya  qoyuldu.  Lakin 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

37 


ali məktəblərdə çalıĢan yüksək ixtisaslı kadrlar çatıĢmırdı.  

1921-ci  ildə  orta  məktəblərdə  müxtəlif  fənlər  üzrə  dərs 

deyəcək  müəllim  kadrları  hazırlamaq  üçün  yeni  bir  ali  təhsil 

müəssisəsi  –  APĠ  yaradıldı.  1931-ci  ildə  Azərbaycan  Dövlət 

Elmi  Tədqiqat  Pedaqogika  Ġnstitutu,  1936-cı  ildə  Kirovabad 

(Gəncə) Dövlət Pedaqoji Ġnstitutu təsis edildi. 

Azərbaycan  Dövlət  Universiteti  isə  hələ  Azərbaycan 

Demokratik  Respublikasının  vaxtında  –  1919-cu  ildə  yaradıl-

mıĢdı.  Universitetdə  yaradılan  kafedralardan  biri  də 

psixologiya kafedrası idi. Kafedraya görkəmli alim A.O.Mako-

velski rəhbərlik edirdi. Ali məktəblərdə ən böyük çətinliklərdən 

biri  də  ana  dilində  dərs  aparan  ixtisaslı  kadrların  çatıĢmaması 

ilə bağlı idi. Vəziyyətdən çıxıĢ  üçün dilləri  Azərbaycan dilinə 

yaxın  olan  Krımdan,  Kazandan,  Türkiyədən  yüksək  ixtisaslı 

müəllimlər  dəvət  olunur.  Onların  sırasında  A.O.Makovelski

X.Fikrət,  M.Tofiq  və  baĢqaları  var  idi.  Onlar  həm 

psixologiyadan  dərs  deyir,  həm  də  milli  kadrların 

hazırlanmasına kömək edirdilər. A.O.Makovelskinin bu sahədə 

xidmətləri isə əvəzsizdir. 

A.O.Makovelski  1920-ci  ildə  Azərbaycan  Dövlət 

Universitetində  iĢə  dəvət  olunur.  O,  1920-ci  ildən  1930-cu  ilə 

qədər  Psixologiya  kafedrasına  rəhbərlik  etmiĢdir.  1921-ci  ildə 

ADU-da  «Sokrata  qədərki  fəlsəfə»  mövzusunda  doktorluq 

dissertasiyası müdafiə etmiĢdir. O, 1931-ci ildən 1940-cı ilədək 

AETPĠ-də  iĢləmiĢ,  elmi  tədqiqatlar  aparmıĢdır.  1948-ci  ildə 

Makovelski yenidən Azərbaycan Dövlət Universitetinə qayıdır 

və  1960-cı  ilə  qədər  məntiq-psixologiya  kafedrasına  rəhbərlik 

edir.  Makovelskinin  yüksək  ixtisaslı  psixoloq  kadrlarının 

hazırlanmasında 

əvəzsiz 

xidmətləri 

olmuĢdur. 

O, 


Ə.K.Zəkuyevin  doktorluq  dissertasiyasının  rəsmi  opponenti, 

M.Məhərrəmov,  M.Abbasov,  M.Hacıyev,  Ġ.Seyidov  və 

baĢqalarının elmi rəhbəri olmuĢdur. 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



38 

Makovelski  eyni  zamanda  geniĢ  tədqiqat  iĢləri  aparmıĢ, 

Azərbaycan  Ģair  və  filosoflarının  yaradıcılığının  psixoloji  təh-

lilini vermiĢdir. 

Azərbaycanda  psixologiya  elminin  inkiĢafında,  psixoloq 

kadrlarının  hazırlanmasında  B.B.Komarovskinin  də  (1899-

1965)  böyük  xidmətləri  olmuĢdur.  1921-ci  ildə  Bakıya  gələn 

Komarovski  1921-1924-cü  illərdə  Azərbaycan  Dövlət  Univer-

sitetinin  aspiranturasında  oxuyur.  1927-ci  ildə  pedaqogika 

ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edir. Elə həmin il 

o,  professor  elmi  adı  alır.  Komarovski  ilk  elmi  məqaləsini 

1914-cü  ildə,  15  yaĢında  yazmıĢdır.  ÇoxĢaxəli  yaradıcılığa 

malik  olan  Komarovski  «Psixologiya  cədvəlləri»  (1923), 

«UĢaqlığın sosiologiyası» (1921), «Təkrarlama metoduna dair» 

(1940) və s. onlarla fundamental əsərlərin müəllifidir. 

Azərbaycanda  psixologiya  elminin  digər  tanınmıĢ  bir 

nümayəndəsi  F.Ə.İbrahimbəyovdur  (1901-1988).  O,  respub-

likamızda ilk psixologiya laboratoriyasının yaradıcısıdır. Onun 

Azərbaycan Dövlət Universitetində 1926-1927-ci illərdə təĢkil 

etdiyi  psixologiya  laboratoriyasında  çoxsaylı,  müxtəlif  istiqa-

mətli tədqiqatlar aparılmıĢdır. 

F.Ġbrahimbəyov  1927-1949-cu  illərdə  V.Ġ.Lenin  adına 

APĠ-də,  sonrakı  illərdə  Azərbaycan  Pedaqoji  Xarici  Dillər 

Ġnstitutunda psixologiya kafedrasının müdiri olmuĢdur. 

F.Ġbrahimbəyov təlim və psixi inkiĢaf, Ģəxsiyyət, xüsusilə 

bilinqvizm  sahəsində  uğurlu  tədqiqatlar  aparmıĢdır.  Onun 

tədqiqatları  nəinki  ittifaq  miqyasında,  eləcə  də  dünyanın  bir 

sıra  ölkələrində  rəğbətlə  qarĢılanmıĢdır.  O,  ana  dili  və  rus 

dillərinin  mənimsənilməsinin  psixoloji  əsaslarını  tədqiq 

etmiĢdir.  Onun  bu  sahədə  apardığı  təqdiqatlarla  bağlı 

Ümumittifaq  və  Beynəlxalq  Konqreslərdə  etdiyi  çıxıĢlar  bir 

qayda  olaraq  yüksək  dəyərləndirilmiĢdir.  Onun  «Ġkidillilik, 




Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə