MahirəNərimanqızı



Yüklə 5,95 Mb.

səhifə7/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

21 


tapmıĢdır. 

Ġlkin  elmi  təsəvvürlər  (ikinci  mərhələ).  Bu  dövr 

eramızdan  əvvəl  VII-VI  əsrlərdən  baĢlayaraq  XVIII  əsrin 

sonuna  qədər  olan  dövrü  əhatə  edir.  Bu  dövrdə  psixologiya 

elmi  fəlsəfənin  tərkibində inkiĢaf etmiĢdir.  II  mərhələnin baĢa 

çatması ilə bağlı psixoloji ədəbiyyatda fikir və mövqelər fərq-

lidir.  Kimi  ilk  psixologiya  məktəbinin    -  assosionizmin 

yaranmasıyla  (XVIII  əsrin  sonları),  kimi  də  fəlsəfə  və  təbiət 

elmlərindən  fərqli  psixologiya  terminlərinin  yaranmasıyla 

(XIX əsrin ortaları) II mərhələnin baĢa çatdığını qəbul edir. 

Psixologiyanın  inkiĢafının  mərhələlərə  ayrılması  digər 

elmlərdə olduğu kimi Ģərti xarakter daĢıyır. Bəzən psixologiya 

elminin  müstəqil  elm  sahəsi  kimi  yaranmasını  V.Vundtun 

eksperimental 

psixologiya 

laboratoriyasının 

yaranması 

tarixindən  götürməyi  təklif  edənlər  də  var.  Bunlarla  yanaĢı 

psixologiyanın  müstəqil  elm  sahəsi  kimi  daha  əvvəlki 

dövrlərdən meydana çıxdığını qəbul edənlər də olmuĢdur. Bu, 

psixologiyanın  müstəqil  Ģəkildə  predmetinin  müəyyənləĢməsi, 

humanitar  və  təbiət  elmləri  sistemində  öz  yerini  tutması, 

psixikanın  daxili  və  xarici  təzahürlərinin  eyni  vaxtda 

öyrənilməsi  ilə  bağlıdır.  Psixologiyanın  müstəqil  mövqeyi 

onun  bir  fənn  kimi  üniversitetlərdə  tədris  olunması  ilə  də 

əlaqələndirilir. Bu isə XVIII əsrin sonu, XIX əsrin əvvəllərinə 

təsadüf edir.  

Psixoloqların  böyük  əksəriyyəti  psixologiya  elminin 

müstəqil  elm  sahəsi  kimi  meydana  çıxmasının  tarixini  XIX 

əsrin  ikinci  yarısından,  eksperimental  psixologiyanın 

yaranması tarixindən götürməyi daha düzgün hesab edirlər.  

Ġstənilən  halda  qəbul  etmək  lazımdır  ki,  psixologiyanın 

müstəqil  elm  sahəsi  kimi  mövcudluğu  tarixi  onun  fəlsəfənin 

tərkibində inkiĢafı tarixindən qat-qat azdır. Təbii ki, fəlsəfənin 

tərkibində  olduqda  belə  bu  elm  inkiĢaf  etmiĢ,  onun  predmeti, 

məzmunu təkmilləĢmiĢdir. 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



22 

Uzun  müddət  psixologiyanın  predmeti  ruh  olmuĢdur. 

Lakin  müxtəlif  dövrlərdə  ruh  anlayıĢı  müxtəlif  məzmun, 

mahiyyət  kəsb  etmiĢdir.  «Ruhi  aləm»  anlayıĢının  əmələ 

gəlməsi  ibtidai  insanların  animistik  görüĢləri  ilə  əlaqədardır. 

Ġbtidai  insanların  təsəvvürlərində  ruh  bədəndən  aydın  surətdə 

ayrılmır.  Bu  təsəvvürlər  həyat  fəaliyyəti  və  Ģüur,  o  cümlədən 

yuxu, ölüm, ürəkkeçmə və s. hadisələrin elməqədərki, primitiv 

– materialist Ģərhi nəticəsində əmələ gəlmiĢdi. Belə hadisələrin 

səbəbini  izah  etməkdə  çətinlik  çəkən  ibtidai  insanlar  onların 

bilavasitə qavranılan zahiri cəhətlərini onun əsl mahiyyəti kimi 

qəbul  edirlər.  Qədim  insanlara  görə  insanın  ruhu  –  onun 

bənzəridir.  Onun  tələbatı  və  adətləri,  mövcudluq  Ģəraiti  canlı 

insanlarda olduğu kimidir.  

Bununla  yanaĢı,  hesab  edilirdi  ki,  ruhun  baĢlıca 

funksiyası  bədəni  fəallaĢdırmaqdır.  Qədim  dövrün  alimləri  – 

psixoloqlar  hesab  edirdilər  ki,  bədən  ətalətdə  olan  kütlədir  və 

onu  məhz  ruh  hərəkətə  gətirir.  Ruh  yalnız  fəallıq  üçün  enerji 

vermir, eyni zamanda onu istiqamətləndirir, insanın davranıĢını 

tənzim edir.  

Tədricən  ruhun  funksiyasına  idrak  da  əlavə  olundu. 

Beləliklə,  fəallığın  mənbəyi  kimi  idrak,  onun  mərhələləri 

psixoloji tədqiqatların mühüm məsələlərinə çevrildi. 

Orta  əsrlərdə  ruhun  öyrənilməsi  ilə  bağlı  dini 

nəzəriyyələr meydana çıxdı və elmi araĢdırmaları sıxıĢdırmağa 

baĢladı.  Buna  görə  də  formal  olaraq  psixologiyanın  predmeti 

dəyiĢmədi,  bədənin  fəallığının  növləri,  idrakın  xüsusiyyətləri, 

ilk növbədə hissi idrak tədqiq olunurdu. Tənzimedici funksiya, 

iradi  davranıĢ,  məntiqi  təfəkkür  və  s.  ilahi  iradə,  allaha  inam 

kimi təqdim olunmağa baĢlandı. 

Lakin  dini  ideologiya  real  aləmə  neqativ  münasibət 

formalaĢdırmıĢdı, haqq-təalaya qovuĢmaq istəyən insandan özü 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

23 


ilə tək qalmaq tələb olunurdu. Din xadimləri hesab edirdilər ki, 

mövcud  olanlar  artıq  yaradılmıĢdır  və  əbədi  olaraq  dəyiĢməz 

qalacaqdır.  Yeganə  radikal  dəyiĢiklik  yalnız  insanın  «ikinci 

zühuru»  zamanı  baĢ  verəcəkdir.  O  vaxta  qədər  isə  heçnə 

dəyiĢməyəcəkdir.  

Lakin  bu  kimi  təzyiqlərə  baxmayaraq,  artıq  feodalizmin 

daxilində  mütərəqqi  psixoloji  təlimlər  meydana  çıxır.  Həmin 

dövrdə  universitet  tələbələri  ilk  mühazirədə  professoru 

qiymətləndirmək  istədikdə  deyirdilər:  «Bizə  ruhi  aləm 

haqqında danıĢın!». 

Digər  elm  sahələri  kimi,  psixologiya  elmi  də  tədricən 

dinin  təzyiqlərindən,  buxovundan  azad  olmağa  baĢladı.  Antik 

dövrlərdə  olduğu  kimi,  elm  yenə  də  obyektiv,  rasional 

düĢüncəyə,  yanaĢmaya,  ağıla,  inama,  real  faktlara  istinad 

etməyə baĢladı. Lakin bununla yanaĢı, dini inamlardan hələ də 

tam  imtina  etmək  mümkün  deyildi.  Buna  görə  də 

psixologiyanın  predmeti  dəyiĢdi.  Onun  predmeti  ruh,  ruhu 

aləm  deyil,  Ģüur,  onun  məzmunu,  formalaĢdırılması  yolları 

oldu. 

Lakin  bu  dövr  ona  gətirib  çıxardı  ki,  artıq  XVIII  əsrdə 



faktiki  olaraq  idrak  prosesləri  psixologiyanın  predmetinə 

çevrildi. Eyni zamanda, davranıĢ, emosional proseslər, eləcə də 

Ģəxsiyyət,  onun  inkiĢafı  hələ  də  psixologiyanın  predmetindən 

kənarda  qalırdı.  Tədqiqatların  belə  məhdud  dairəsi  ilk 

dövrlərdə  həm  də  əhəmiyyətli  idi.  Belə  ki,  bu  vəziyyət 

psixologiyaya  dini  mövqedən  uzaqlaĢmağa,  sonra  isə 

eksperimental elmə çevrilməyə imkan yaratdı. Bu həm də onun 

müstəqil  elm  sahəsinə  çevrilməsinə,  tədqiqat  sahəsinin,  pred-

metinin  fəlsəfədən  fərqlənməsinə,  ayrılmasına  təkan  verdi. 

Digər  tərəfdən  isə  belə  yanaĢma  psixologiyanın  inkiĢafına 

əngəl  olurdu.  Buna  görə  də  XIX  əsrin  ikinci  yarısında  bu 

məsələlərə  yenidən  baxmaq  zərurəti  yarandı.  Biologiyanın 






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   219


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə