MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə3/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   2   3   4   5   6   7   8   9   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



psixodiaqnostik  metodlardan biri kimi. Riyazi-statistik və kibernetik 

metodlar  (modelləĢdirmə).  Onların  psixoloji  tədqiqatda  yeri. 

Bioqrafik metodlar.  




www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 



I. 1.1. Psixologiyanın predmeti 



 

Elm  və  texnikanın  sürətlə  inkiĢaf  etdiyi  bir  dövrdə 

yaĢayırıq.  Bu  dövr  yeni  elm  sahələrinin  meydana  gəlməsi  ilə 

fərqlənən  bir  dövrdür.  Özünün  qədim  tarixiliyi  ilə  fərqlənən 

elm  sahələri  ilə  yanaĢı  tamamilə  yeni  elmlərin  meydana 

gəlməsi  onları  bir-birlərindən  fərqləndirməyi,  onlardan  yerli-

yerində  bəhrələnməyi  tələb  edir.  Bu  elmlərin  bir  çoxunun 

obyekti  eyni  olduğu  halda,  onlar  öz  predmetlərinə  görə  bir-

birlərindən fərqlənirlər. Hər bir elmin predmetini özünəməxsus 

hadisələr  təĢkil  edir.  Bu  hadisələrdən  bəziləri  olduqca 

mürəkkəb, çətin dərk olunan hadisələrdir. Psixologiya elminin 

predmetini təĢkil edən hadisələr də məhz özünün mürəkkəbliyi 

və  çətin  dərk  olunması  ilə  fərqlənir.  Həmin  hadisələr  hələ 

qədim  zamanlardan  insanların  diqqətini  cəlb  etmiĢ,  bu  sahədə 

müxtəlif  fikirlərin,  görüĢlərin  meydana  gəlməsinə  səbəb 

olmuĢdur.  Psixologiyanın  öyrəndiyi  bu  hadisələr  psixi 

hadisələr  adlandırılmıĢdır.  Psixi  hadisələrin  təsnifi  və  onun 

strukturu  müxtəlif  mövqelərdən  Ģərh  olunmuĢdur.  Bu  sahədə 

daha çox diqqəti cəlb edən psixi hadisələrin üç qrupa ayrılması 

ilə  bağlı  olan  fikirlərdir:  psixi  proseslər,  psixi  hallar,  psixi 



xassələr (bax Ģəkil 1). 

Psixi  proseslər  insan  davranıĢının  ilkin  tənzimləyicisi 

kimi  meydana  çıxır.  Psixi  proseslərə  duyğu,  qavrayıĢ,  hafizə, 

diqqət, təfəkkür, təxəyyül, hissləri və iradəni daxil edirlər. Psixi 

proseslərin  müvafiq  baĢlanğıcı,  gediĢi  və  sonu  vardır.  Məhz 

buna  görə  də  psixoloqlar  psixi  proses  termininin  psixi  faktın 

prosessuallığını  nəzərə  çarpdırmağını  qeyd  edirlər.  Psixi 

prosesləri  üç  qrupa  ayırırlar:  idrak  prosesləri,  emosional  və 

iradi proseslər. 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



10 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

ПСИХИ ЩАДИСЯЛЯР 

Психи 

просесляр 



Психи 

щаллар 


Психи 

хассяляр 



Идрак 

просесляри 

Дуйьулар, 

гаврайыш, щафизя, 

тяфяккьр, тяхяй-

й

üл, нитг, диггят 



Дирчялиш, 

мяйуслуг, 

горху, 

üмüдсüзлüк, 



рущдан д

üшмя, 


э

üмращлыг вя с. 

Шяхсиййятин 

истигамяти, 

темперамент, 

характер, габи-

лиййятляр 

Емосионал 

просесляр 

Севинъ, кядяр, кин, мящяббят, 

нифрят вя с. 

Иради просесляр 

Гярар гябулу, чятинликляри арадан 

галдырмаг, мотивляр м

üбаризяси, 

давранышыны идаря етмяк 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

11 


ġəkil 1. Psixi hadisələrin quruluĢu. 

 

İ



DRAK PROSESLƏR

İ

 GERÇƏKLIYI DƏRK ETMƏK

,

 GERÇƏK 



ALƏM 

HAQQINDA 

MƏLUMATLARIN 

QAVRANILMASI 

VƏ 

IġLƏNMƏSI  ILƏ  BAĞLI  OLAN  PSIXI  PROSESLƏRDIR



.

 

B



UNLARA 

DUYĞULAR


,

  QAVRAYIġ

,

  HAFIZƏ


,

  DIQQƏT


,

  NITQ


,

  TƏFƏKKÜR

,

 

TƏXƏYYÜLÜ AID ETMƏK OLAR





Emosional  proseslərə  insanların  gerçəkliyə  münasibət-

ləri ilə bağlı olan hisslər daxildir. Gerçək aləmdə baĢ verən hər 

hansı bir hadisə insanda müsbət və mənfi emosiya yarada bilir 

ki, bu da onun fəaliyyətinə müvafiq təsir göstərir.  

Ġnsanın  həyat  və  fəaliyyətində  iradi  proseslərin  də  rolu 

az deyildir. Ġradi proses özünü insanın qərar qəbulu, çətinlikləri 

aradan  qaldırmaq,  öz  davranıĢını  idarə  etmə  Ģəraitində  aydın 

Ģəkildə göstərir. 



Psixi  hallara  gəldikdə  onlar  bütövlükdə  insanın  psixi 

vəziyyətini  xarakterizə  edirlər.  Onlar  da  psixi  proseslər  kimi 

özlərinin  dinamikliyinə,  istiqamətinə,  nisbi  davamlılığına, 

intensivliyinə  görə  fərqlənirlər.  Bununla  yanaĢı  olaraq  psixi 

hallar  psixi  proseslərin  gediĢinə  və  nəticələrinə  təsir  göstərə, 

fəaliyyəti gücləndirə və ya ləngidə bilər. Psixi hallara dirçəliĢ, 

məyusluq,  qorxu,  ümidsizlik,  ruhdan  düĢmə,  gümrahlıq  və  s. 

aid etmək olar. 

Psixi  hadisələrin  üçüncü  qrupuna  şəxsiyyətin  psixi 

xassələrini  aid  edirlər.  ġəxsiyyətin  psixi  xassələri  özlərinin 

yüksək davamlılığı  və sabitliyi ilə fərqlənirlər. Psixi xassələrə 



şəxsiyyətin 

istiqamətini, 

temperament, 

xarakter 

və 

qabiliyyətləri aid edirlər. Psixoloqlar belə qənaətə gəlmiĢlər ki, 

bu  xassələrin  inkiĢaf  səviyyəsi,  eləcə  də  psixi  proseslərin 

inkiĢaf  səviyyəsi  və  psixi  halların  üstünlüyü  insanın 

təkrarolunmazlığını, fərdiyyətini təmin edir. 




Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə