MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə4/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   2   3   4   5   6   7   8   9   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



12 

Bütün  qeyd  olunanları  nəzərə  alaraq  psixologiyaya  bir 

elm  kimi  belə  tərif  vermək  olar:  Psixologiya  obyektiv 

gerçəkliyin beyində əks  olunmasından ibarət psixi  hadisələr

onların yaranma və inkişaf qanunları haqqında elmdir.    

 

I. 1.2.   Psixologiyanın elmlər sistemində  



yeri və sahələri

 

 

Müasir  elmlər  sistemi  və  psixologiya.  Müasir  dövrdə 

psixologiya  insan  haqqında  ən  mühüm  elmlərdən  biri  kimi 

diqqəti cəlb edir. Təsadüfü deyildir ki, hazırda insan həyatı və 

fəaliyyətinin  elə bir sahəsi  yoxdur ki,  psixologiya elmi  oraya  

nüfuz  etməsin.  Mübaliğəsiz  demək  olar  ki,  hazırki  dövrdə 

bütün  dünyada  hər  cür  fəaliyyətin  və  insan  munasibətlərinin 

səmərəliliyini  psixoloji  biliklərin  tətbiqində  görürlər.  Lakin 

nəzərə almaq lazımdır ki, mühüm elm sahəsi olan psixologiya 

baĢqa elmlərdən təcrid olunmuĢ Ģəkildə deyil, onlarla vəhdətdə 

mövcuddur  və  fəaliyyət  göstərir.  Bəs  elmlər  sistemində 

psixologiya elmi hansı yeri tutur, onun baĢqa elmlərlə qarĢılıqlı 

əlaqəsi nədən ibarətdir? 

Elmlər  sisteminin  təsnifatını  verən  B.M.Kedrov  bu 

sistemdə psixologiyanın roluna xüsusi diqqət yetirmiĢdir. Onun 

«elmlər üçbucağı»nda bunu aydın görürük. B.M.Kedrova görə 

psixologiya  bir  tərəfdən  fəlsəfə  elmləri,  digər  tərəfdən    təbiət 

elmləri,  üçüncü  tərəfdən  humanitar  elmlər  içərisində  aralıq 

mövqe tutur (bax Ģəkil 2). 

 

 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

13 


 

 

 



 

 

 



 

ġ

ƏKIL 



1.

 

P



SIXOLOGIYANIN ELMLƏR SISTEMINDƏ YERI

Psixologiya bu elmlərin məlumatlarını özündə birləĢdirir 



və eyni zamanda onlara təsir etməklə insan haqqında elmlərin 

modelinə çevrilir. Psixologiyanın baĢqa elmlərlə əlaqəsinə qısa 

nəzər yetirək. 

Ġnsan  psixikası  və  davranıĢını  onun təbii  və  sosial  möv-

cudluğu  haqqında  biliklər  olmadan  baĢa  düĢmək  mümkün 

deyildir.  Ona  görə  də  psixologiyanın  öyrənilməsi    insan 

biologiyası,  onun  ali  sinir  sisteminin  quruluĢu  və  fəaliyyəti 

haqqında  biliklərə  yiyələnməyi  tələb  edir.  Psixi  hadisələr  və 

mərkəzi  sinir  sisteminin  fəaliyyəti  arasındakı  əlaqə  haqqında 

biliklər ali sinir fəaliyyətinin fiziologiyasında öz konkret əksini 

tapmıĢdır.  Təsadüfü  deyildir  ki,  psixologiyanın  təbii  elmi 

əsaslarından  danıĢarkən  məhz  ali  sinir  fəaliyyətinin 

qanunularına istinad edilir. 

Psixologiya  cəmiyyətin  tarixi  və  mədəniyyəti  ilə  sıx 

bağlıdır.  Belə  ki,  insanda  ali  psixi  funksiyaların  inkiĢafında 

sivilizasiyanın əsas tarixi nailiyyəti olan əmək alətləri və iĢarə 

sistemi  həlledici rol oynamıĢdır. 

Ġnsan  psixikasının  dərindən  öyrənilməsinə,  onun  baĢa 

düĢülməsinə  sosiologiyanın  əsasları  haqqında  biliklər  də 

Фялсяфя 


Тябият 

Щуманитар 

Психолоэийа 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



14 

imkan  yaradır.  Bunu  sosial  psixologiyanın  sürətlə  inkiĢafı  bir 

daha  təsdiq  edir.  Müasir  dövrdə  sosial  psixologiya  insan 

münasibətlərinin bütün sahələrinə nüfuz etməklə insanın sosial-

bələdləĢmə  davranıĢının  psixi  xassələrə  necə  yiyələnməsini 

aydınlaĢdırmağa  imkan verir.  

Psixologiya  fəlsəfə  elmi  ilə  ciddi  qohumluq  əlaqəsinə 

malikdir. Bu təsadüfü deyildir. Məlum olduğu kimi psixologiya 

müstəqil  bir  elm  kimi  fəaliyyət  göstərənə  kimi  fəlsəfənin 

daxilində  formalaĢmağa  baĢlamıĢdır.  ġübhəsiz  Ģəxsiyyətin 

psixoloji  «ölçülərini»  insan,  onun  spesifik  həyat  Ģəraiti, 

gerçəkliyi  dərk  etməsi  və  fəaliyyət  haqqında  fəlsəfi  biliklərə 

istinad  etmədən  müəyyənləĢdirmək  və  öyrənmək  mümkün 

olmazdı. 

ġüur,  təfəkkür  və  digər  psixi  hadisələr  insanlara 

anadangəlmə, hazır Ģəkildə verilmir. Bunlar ontogenezdə (fərdi 

inkiĢaf  prosesində)  insanın  təlim  və  tərbiyəsi  prosesində  əldə 

edilir. Buradan isə psixologiyanın pedaqogika elmi ilə əlaqəyə 

malik  olduğu  özünü  göstərir.  Psixologiya  və  pedaqogika 

elmləri  arasında  baĢlıca  əlaqə  həmin  elmlərin  predmetlərinin 

yaxınlığı  ilə  bağlıdır.  Əvvala  həmin  elmlərin  obyekti  inkiĢaf 

etməkdə  olan  insandır  (uĢaq  və  yaĢlı).  Digər  tərəfdən, 

psixologiya  insan  psixikasının  inkiĢaf  qanunlarını  öyrənir. 

Pedaqogika  isə  Ģəxsiyyətin  inkiĢafının    idarə  olunması 

qanunlarını  iĢləyib  hazırlayır.  Ġnsanın  tərbiyəsi,  təhsili    təlimi 

onun 


psixikasının, 

təfəkkürünün, 

fəaliyyətinin 

məqsədəyönəlmiĢ  Ģəkildə  inkiĢaf  etdirilməsi  deməkdir. 

Psixologiya  və  pedaqogika  elmlərinin  mühüm  qarĢılıqlı 

əlaqəsini  göstərən  amillərdən  biri  də  onların  tədqiqat 

üsullarındakı  eyniyyətdir.  Bir  çox  elmi  psixoloji  axtarıĢlar 

pedaqoji problemlərin həlli üçün vasitə rolunu oynaya bilir. Bir 

elmi  fənn  kimi  pedaqogikada  pedaqoji  faktların  izahı,  Ģərhi, 

sistemləĢdirilməsi  üçün  psixoloji  biliklərdən  istifadə  olunur. 




Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə