MahirəNərimanqızı



Yüklə 5,95 Mb.

səhifə18/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
1   ...   14   15   16   17   18   19   20   21   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



54 

vasitələr  elmi  tədqiqat  metodları  adlanır.  Həmin  metodların 

köməyi ilə müvafiq elmin qanunauyğunluqları aĢkara çıxarılır. 

Elmdə  əldə  edilən  nəticələrin  gücü  tətbiq  olunan  tədqiqat 

metodlarının  təkmillik  dərəcəsindən,  onların    validliyi  və 

etibarlılığından və s. asılıdır. Metod nə qədər düzgün seçilər və 

tətbiq  olunarsa  nəticə  bir  o  qədər  səmərəli  olar,  elmin 

araĢdırdığı 

hadisələri, 

onların 


qanunauyğunluqlarını 

incəliklərinə  qədər  aĢkara  çıxarar.  Bütün  qeyd  olunanlar 

psixologiya və onun tədqiqat metodlarına da aiddir. 

Psixologiyanın öyrəndiyi hadisələr olduqca mürəkkəb və 

özünəməxsus, öyrənilməsi çətin olan hadisələrdir. Ona görə də 

bu  hadisələri  öyrənmək  üçün  həddindən  artıq  kamil,  həmin 

hadisələri araĢdırmağa imkan verən metodlardan istifadə etmək 

tələb edilir. Məhz buna görə də psixoloji tədqiqatlar müəyyən 

prinsiplərə  uyğun  Ģəkildə  həyata  keçirilməlidir.  Bu  baxımdan 

müasir  psixologiya  elmi  tədqiqatların  genetik  (tarixi)  prinsip 

əsasında  aparılmasını  vacib  hesab  edir.  Bu  prinsipə  görə 

öyrənilən hər bir psixi hadisə proses kimi nəzərdən keçirilir və 

tədqiqatçı  onun  inkiĢafının  bütün  cəhətlərini  bərpa  etməyə, 

onların  bir-birini  necə  əvəz  etdiyini  görməyə  və  anlamağa 

çalıĢır,  öyrənilən  psixi  faktı  onun  konkret  tarixində,  təsəvvür 

etməyə təĢəbbüs göstərir. 



Psixoloji  tədqiqat  metodlarının  təsnifi.  Psixologiyanın 

tədqiqat metodlarını hər Ģeydən əvvəl əsas və yardımçı olmaqla 

təsnif  edirlər.  Əsas  metodlara  müĢahidə  və  eksperiment 

metodlarını aid edirlər. 



Müşahidə  psixi  hadisələrin  gediĢinə  qarıĢmadan  onları 

sadəcə  olaraq  izləmək  yolu  ilə  empirik  məlumatların  əldə 

edilməsindən  ibarət  əsas  tədqiqat  metodudur.  Psixoloqun 

Ģəraitə,  psixi  hadisələrin  gediĢinə  qarıĢmaması,  müdaxilə 

etməməsi  müĢahidə  metodunu  xarakterizə  edən  baĢlıca 

xüsusiyyətdir.  MüĢahidə  planlı,  məqsədəmüvafiq  Ģəkildə 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

55 


həyata  keçirilir.  MüĢahidə  metodunun  üstün  cəhəti  ondan 

ibarətdir ki, bu zaman üzərinə müĢahidə aparılan bundan xəbər 

tutmur,  müĢahidə  təbii  Ģəraitdə  (iĢ  zamanı,  oyun,  dərs  və  s.) 

aparıldığına görə öz hərəkətlərində dəyiĢiklik etmirlər. 

MüĢahidə  qısamüddətli,  uzunmüddətli,  dövrü  və 

sistematik  ola  bilir.  Qısamüddətli  müĢahidə  dəqiqələr  ərzində 

insan  psixikası  və  davranıĢının  təzahürünü  izləməklə  həyata 

keçirilir.  Məsələn,  müəllimin  izahına  Ģagirdlərin  münasibətini 

aĢkara  çıxarmaq  üçün  həmin  anda  onların  üzərində  aparılan 

müĢahidə  buna  misal  ola  bilər.  Uzunmüddətli  müĢahidəyə 

bütün  dərs  və  ya  bütün  rüb  ərzində  aparılan  müĢahidələri  aid 

etmək  olar.  Dövrü  müĢahidəyə  gəldikdə  bu  müəyyən 

dövrlərdə, məsələn hər rübün sonunda eyni bir psixi hadisənin 

təzahürünü  izləməkdən  ibarətdir.  Dövrü  müĢahidə  psixi 

hadisənin  inkiĢaf  dinamikasını  aĢkara  çıxarmağa  imkan  verir. 

Sistematik müĢahidə də inkiĢaf dinamikasını aĢkara çıxarmağa 

xidmət  edir.  Lakin  burada  müĢahidə  arası  kəsilmədən  uzun 

müddət  məsələn,  bütün  dərs  ili,  müəyyən  yaĢ  dövrü  ərzində 

aparılır. MüĢahidənin nəticələri qeydə alınır, sonradan təhlil və 

ümumiləĢdirmə əsasında müvafiq nəticələrçıxarılır. 

MüĢahidə  əsasən  obyektiv  nəticələrə,  psixi  hadisələrin 

gediĢini  izləməyə  imkan  verir.  Buna  baxmayaraq  müĢahidə 

zamanı  bəzi  çətinliklər  mövcud  ola  bilir.  Hər  Ģeydən  əvvəl 

psixoloq  müĢahidənin  həyata  keçirildiyi  Ģəraitdəki  dəyiĢikliyi 

müəyyən  dərəcədə  görə  bilsə  də  ona  tam  nəzarət  etmək 

imkanına malik olmur. Məhz buna görə də nəzarətdən kənarda 

qalan  amillərin  təsiri  altında  tam  dəqiq  məlumat  əldə  etmək 

çətinləĢir.  Bundan  baĢqa  müĢahidə  psixoloqun  subyektiv 

mövqeyindən  kənar  qalmaya  bilər.  Burada  psixoloqun  elmi 

baxıĢları,  təcrübəsi,  peĢə  hazırlığı  ilə  yanaĢı  formalaĢmıĢ 

qiymətləndirmə stereotipi, etik prinsipləri, ustanovkası  və s. öz 

təsirini  göstərə  bilər.  ġübhəsiz  müĢahidə  aparan  psixoloq  bu 

kimi təsirlərin aradan qaldırılmasına çalıĢmalıdır. 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



56 

MüĢahidənin çətinliklərindən biri də bu və ya digər psixi 

hadisənin, davranıĢ tərzinin təzahürünü uzun müddət gözləmək 

lazım  gəlməsi  ilə  baglıdır.  Ona  görə  də  psixologiyada  ən  çox 

əsas tədqiqat metodu kimi eksperimentdən istifadə olunur. 

Eksperiment  müĢahidədən  birinci    növbədə  onunla 

fərqlənir  ki,  bu  zaman  psixoloq  psixi  hadisələrin  gediĢinə 

qarıĢır,  tədqiqatın  təĢkili  üçün  qarĢısına  qoyduğu  məqsədə 

müvafiq olaraq Ģərait yaradır. Bu, müĢahidə zamanı Ģəraitə tam 

nəzarət edə bilməməklə bağlı çətinliyi aradan qaldırır. 

Eksperimentin  birinci  növbədə  iki  növünü  –  təbii  və 



laborator eksperiment növünü qeyd etmək olar. 

Təbii  eksperiment  rus  psixoloqu  A.F.Lazurski  (1874-

1917)  tərəfindən  irəli  sürülmüĢdür.  Təbii  eksperimentin 

məqsədi eksperiment zamanı psixi hadisələrin təzahürünə təsir 

göstərə biləcək amilləri  aradan qaldırmaqdan ibarət  olmuĢdur. 

Bu  cür    eksperiment  təbii  Ģəraitdə  (təlim,  əmək,  oyun 

Ģəraitində)  həyata  keçirilir.  Məsələn,  hansı  materialın 

Ģagirdlərin  təfəkkürünün  inkiĢafını  yüksək  inkiĢafetdirici  təsir 

göstərdiyini aĢkara çıxarmaq üçün hazırlıq səviyyəsi eyni olan 

iki  qrupdan  birində  (eksperimental  qrup)  təlim  materialları 

problem situasiya  yaratmaq əsasında, digərində  (kontrol  qrup) 

ənənəvi yolla öyrədilir. Hər iki qrupda Ģagirdlərə eyni müəllim 

dərs  deyir  və  onlar  bu  iĢləri  adi  dərs  kimi  qəbul  edirlər.  Ona 

görə də heç bir həyəcan, qorxu hissi keçirmirlər. Sonra hər iki 

qrupda  yoxlama sorğu iĢləri keçirilərək hansı qrupda üstünlük 

olduğu aĢkara çıxarılır. 

Laborator  eksperimentə  gəldikdə  bu  laboratoriya 

Ģəraitində, xüsusi cihazların köməyi ilə həyata keçirilir. Müasir 

dövrdə psixi hadisələrin təzahür xüsusiyyətlərini aĢkara çıxaran 

qurğular  hazırlanmıĢdır  ki,  onların  köməyi  ilə  tutarlı  elmi 

nəticələr əldə etmək mümkündür. 





Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   219


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə