www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
107
107
107
107
107
107
107
107
107
qoyur. Beləliklə də, nəticə etibarı ilə uĢağın təxəyyül
fəaliyyəti ümumən onun fəaliyyətinə bir ixtiyarilik gətirir.
Təxəyyülün uĢaqlarda inkiĢafı onların oyunlarını daha
mürəkkəb və davamlı edir. Psixoloqlardan V.S.Muxinanın
tədqiqatlarına əsasən oyun 3-4 yaĢlı uĢaqlarda 10-15 dəqiqə,
5 yaĢlı uĢaqlarda 40-50 dəqiqə, 6-7 yaĢlı uĢaqlarda bir neçə
saat davam edə bilir.
UĢaqlarda oyun fəaliyyətinin bu Ģəkildə olan inkiĢafı
onların təxəyyülünü də zahiri köməyə ehtiyacı olan bir
fəaliyyətdən elementar Ģəkildə olsa da söz yaradıcılığını və
bədii yaradıcılığı həyata keçirməyə imkan verən daxili bir
fəaliyyətə çevirir.
Bəzən yanlıĢ olaraq uĢağın oyun prosesində özünü
göstərən fantaziyanın, necə deyərlər, «çox yüksəkdən
uçuĢunu» uĢaqlarda təxəyyülün böyüklərə nisbətən daha çox
inkiĢaf etməsi kimi qiymətləndirirlər. Əslində isə uĢaqlarda
təxəyyülün inkiĢafı böyüklərə nisbətdə aĢağı səviyyədə olur.
UĢağın həyat təcrübəsi çox az, bilikləri məhdud
olduğundan o, bu və ya digər təxəyyül obrazını yaradarkən
obyektiv varlığa xas olan qanunauyğunluqları nəzərə almır,
həyatı reallığı pozur.
Oyun prosesində uĢağın duyğuları, qavrayıĢı, hafizəsi və
təfəkkürü inkiĢaf edir və bütün bunlar onun təxəyyül
fəaliyyətinin də inkiĢafına səbəb olur. Getdikcə uĢağın
təxəyyül fəaliyyəti keyfiyyət dəyiĢmələrinə uğrayır. Məsələn,
3-4 yaĢlı uĢağın oyununda müəyyən bir predmet baĢqa bir
predmetin əvəzləyicisi kimi istifadə edilir. UĢaq kibrit
qutusunu beĢik, kibritin dənələrini isə uĢaq, çağa kimi hesab
edir və öz oyununu qurur. Göründüyü kimi burada əvəz
edənin əvəz edilənə oxĢaması o qədər də vacib deyil. Lakin 5-
6 yaĢlı uĢaq heç zaman oxĢarlıq baxımından bu qədər bir-
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
108
108
birindən uzaq olan /kibrit qutusu-beĢik/ predmetləri öz
oyununda biri digərinin əvəzləyicisi /bədəli/ kimi götürməz.
Bu yaĢda təxəyyüldə yaradılan obrazların əvəzləyiciləri, real
olanın özünə müəyyən dərəcədə oxĢaması uĢaq tərəfindən
zəruri sayılır. O, oyuncaq gəlinciklərdən, maĢınlardan, kürək
və dırmıxdan, su qablarından və s. istifadə edərək oynunu
qurur.
Beləliklə də təxəyyül xüsusi bir psixi proses olmaq
etibarilə uĢağın oyun prosesində inkiĢaf edən qavrayıĢ, hafizə
və təfəkkür kimi psixi proseslərin arasında aralıq bir mövqe
tutur. Bu psixi proseslərin inkiĢafı ilə təxəyyülün inkiĢafı
arasında qarĢılıqlı təsir mövcud olur.
IV. 12. 5. Təxəyyül və yaradıcılıq
Y a r a d ı c ı l ı q i n s a n ı n e l ə b i r m ü r ə k k ə b
f ə a l i y y ə t i n ə
d e y i l i r
k i ,
b u
f ə a l i y y ə t i n
n ə t i c ə s i n d ə
e l m ,
i n c ə s ə n ə t ,
t e x n i k a
s a h ə s i n d ə
y e n i
ə s ə r l ə r
m e y d a n a
g ə l i r .
Y a r a d ı c ı l ı q s ö z ü n h ə r f i m ə n a s ı n d a n ə i s ə
y e n i n i n y a r a d ı l m a s ı d ı r .
Adətən yaradıcılıq dedikdə insan fəaliyyətinin o sahəsi
nəzərdə tutulur ki, bu fəaliyyətin sahəsində nə isə yeni bir
ideya, nəzəriyyə, qanun (elmi yaradıcılıq), yeni maĢın,
mexanizm (texniki yaradıcılıq), yeni bir bədii əsər (bədii
yaradıcılıq)
yaranır.
Rus
psixoloqu
S.L.RubinĢteyn
yaradıcılığa belə bir tərif vermiĢdir: «Yaradıcılıq insanın
xüsusi növ fəaliyyəti olub ictimai əhəmiyyəti olan maddi və
mənəvi dəyərlərin yaradılması prosesidir. Yaradıcılıq da
mahiyyət etibari ilə idrakdır. Yaradıcılığa sadəcə olaraq
idrakdır demək də azdır. Ona görə ki, hər cür idrak fəaliyyəti
elə insanın fəallığıdır. Yaradıcılıq insanın fəallığının xüsusi
formasıdır».
Yaradıcılıq prosesində insanın bütün psixi prosesləri,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
109
109
109
109
109
109
109
109
109
onun duyğu, qavrayıĢ, hafizə, təfəkkür və təxəyyülü iĢtirak
edir. Bu da bir həqiqətdir ki, yaradıcılıq prosesində
təxəyyülün rolu daha qabarıq Ģəkildə özünü göstərir. Xüsusilə
bədii yaradıcılıqda təxəyyül müstəsna dərəcədə əhəmiyyətə
malikdir. Hər bir ədəbi–bədii əsər ideya məzmuna malik olur.
Sənətkar yazıçı bu ideyanı elmi əsərlərdəkindən fərqli olaraq
konkret obrazların vasitəsilə əks etdirir.
Obrazları yaradan isə yazıçının bədii təxəyyülüdür.
Bədii təxəyyülün mahiyyəti yeni obrazlar yaratmaqdan
ibarətdir. Məhz bu obrazlar yazıçının ideyalarının, fikirlərinin,
düĢüncələrinin daĢıyıcısı funksiyasını yerinə yetirir.
Ədəbi-bədii
yaradıcılıqda mühüm rol oynayan
təxəyyülün gücü onda ifadə edilmir ki, sənətkar həyati
reallıqdan daha çox uzaq olan obrazlar yarada bilsin, əksinə
yazıçının, rəssamın təxəyyülünün gücü onda ifadə edilir ki,
onlar özlərinin həyati qavrayıĢlarını həyatın tələblərinə,
özünün ideyasına uyğun bir Ģəkildə elə dəyiĢdirir, birləĢdirir,
yenidən iĢləyir ki, tamamilə yeni, əyani obrazlar yarada
bilirlər. S.Rəhimov «Saçlı» romanındakı Kosa surətinin
yaradılması haqqında yazır ki, «bir kosa kənddə uĢaqlıq
yaĢlarından ona tanıĢ idi, sonra bu kosanın birini də mən
Laçında gördüm, daha sonra bir kosaya da NoraĢen rayonun
Qıvraq kəndində rast gəldim. Lakin bu üç kosanın heç biri
hələ də «Saçlı»dakı Kosa deyildir, üç kosa mənə ancaq
zahirən material vermiĢdir.
Bəs, «Saçlı»dakı kosanın daxili aləmi? Qulluq mərəzi,
dolaĢıq imza yaratmaq həvəsi haradan gəlmiĢdir? Deməliyəm
ki, bu bir lopabuğ kiĢidən, bizim raykomda xidmət edən, bir
çox adamın baĢına ağıl qoymaq istəyən bir adamdan
gəlmiĢdir».
Yəni, üç kosadan, bir lopabuğdan «Saçlı»dakı Kosa
düzəlmiĢdir. Bütün bu dediklərimiz belə düĢünməyə əsas
vermir ki, bədii yaradıcılıqda yaradıcının təxəyyül fəaliyyəti
heç zaman obyektiv reallıqdan uzaqlaĢa bilməz. Əgər belə