www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
117
117
117
117
117
117
117
117
117
son dərəcədə rasionallaĢdırılıb və verballaĢdırılıb. Belə olan
Ģəraitdə uĢaqların affektiv – emosional duyumu öləziyir.
Nəticədə insanlar arasında laqeidlik, etinatsızlıq, biganəlik,
soyuqluq əmələ gəlir. Odur ki, Ģagird təfəkkürünün
fəallaĢdırılması, onun inkiĢafı hiss və emosiyalardan təcrid
olunmuĢ halda yox, onunla vəhdətdə, onun köməyi ilə həyata
keçirilməlidir. Eksperimental Ģəkildə sübut olunmuĢdur ki,
emosional fəallıq olmadan hər hansı mürəkkəb fikri və
praktik məsələnin həlli subyektiv surətdə mümkün deyildir.
Odur ki, hər hansı mürəkkəb məsələ iki planda həll edilir: 1)
emosional, 2) intellektual.
Emosional həll dedikdə, Ģəxsdə məsələnin həlli
prinsipinin tapılmasına olan inam hissinin əmələ gəlməsidir.
Bundan sonrakı əməliyyatla əlaqədar olaraq emosional fəallıq
da artır. Məsələnin emosional planda həlli, onun intellektual
planda həllini surətləndirir. Belə ki, emosiyalar idrak
proseslərini nəinki fəallaĢdırır, həm də problemlə bağlı
qavrayıĢın, hafizənin, təfəkkürün məzmununa seçici təsir
göstərir.
Müasir təlim nəzəriyyəsinin mühüm tələbi - Ģagirdlərin
təfəkkürünün inkiĢaf etdirilməsi problemini yalnız hiss və
emosiyaların fəallaĢdırılması zəminində, təfəkkürlə hissin
vəhdətinin təmin edilməsi əsasında uğurla həll etmək olar.
Təxəyyül ali psixi funksiya kimi idrak fəaliyyətində
mühüm rol oynayır. O, ilk növbədə hissləri fəallaĢdırmağın
baĢlıca vasitəsidir. Təxəyyül gücündən itsifadə etməklə
gələcək peĢəsi qanadında səyahət edən gənc tələbə öz
hisslərini daha da rövqləndirir. Bununla da özünün təlim
fəaliyyətinə münasibəti dəyiĢir və tələbə daha səylə oxumağa
baĢlayır. Təxəyyülün aktivləĢdirilməsi tələbənin emosional
cəhətdən fəallaĢdırılmasının önəmli Ģərtlərindən biridir.
Beləliklə, idrak poseslərinin motivasiya əsası bilavasitə
hisslərlə bağlıdır. Hiss və emosiyaların köməyi ilə Ģagirdlərin
idrak fəallığının artırılması müasir dərsə verilən psixoloji
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
118
118
tələblərdəndir.
IV 13.2. Hisslərin xarici ifadəsi və əsas keyfiyyətləri
Hisslərin xarici ifadəsi. Biz ünsiyyətdə olduğumuz
adamları
hansı
hisslər
keçirdiklərini
onların
sifət
cizgilərindən, bədən hərəkətlərindən, səsindən aydın duya
bilərik. Adətən, insanın razı və narazı olmasını, sevinc və
kədərini, narahatlığını, pərt olmasını, utanması və qorxmasını
və s. onun sifət cizgilərində, bədənin ifadəli hərəkətlərində,
eləcə də səsində əks olunur.
Hər Ģeydən əvvəl insanın nə kimi hisslər keçirməsi onun
tənəffüs və qan dövranı üzvlərinin fəaliyyətində xarici
ifadəsini tapır. Qorxu hissi keçirən adamın sanki nəfəsi kəsilir,
lazımi sözləri tapıb deməkdə çətinlik çəkir. Sevinc hissi
keçirdikdə isə tamamilə baĢqa cür nəfəs alır.
Ġnsanın hansı hissləri keçirməsi qan dövranında daha
aydın təzahür edir. Beləki adam utandıqda, pərt olduqda
üzünün rəngi qızarır, qorxduqda isə ağarır.
Ġnsanın nə kimi hisslər keçirməsi əsasən onun
mimikasında və intonasiyasında daha aydın əks olunur.
Bunlarla yanaĢı, insanın keçirdiyi hissləri, onun
bədəninin ifadəli hərəkətlərindən – pantomimikasından da
baĢa düĢmək mümkündür. Adətən, balet tamaĢaları zamanı
artist bir kəlmə söz iĢlətmədən bədəninin ifadəli hərəkətləri ilə
keçirdiyi müvafiq hissləri təzahür etdirir.
Nəhayət, insanın keçirdiyi hisslər onun nitqində də öz
ifadəsini tapa bilir. Ġnsan müəyyən hadisəyə münasibətini
nitqinin intonasiya tərzi ilə ifadə edə bilir. (Məsələn, necə?
sözünü müxtəlif intonasiya ilə ifadə etməklə). Beləliklə
mimika, pantomimika, jestlər, intonasiya, kinesika və
proksimika qeyri-verbal ünsiyyət vasitəsi kimi emosiyaları
təzahür etdirir.
Hisslərin əsas keyfiyyətləri. Psixoloji tədqiqatlar
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
119
119
119
119
119
119
119
119
119
göstərmiĢdir ki, insanın öz hisslərinin obyektinə necə
yanaĢması, indiki anda ona necə münasibət bəsləməsi bu
hissin keyfiyyət məzmununu müəyyən edir. Bu baxımdan
hisslərin özünəməxsus əsas keyfiyyətləri diqqəti cəlb edir. Bu
keyfiyyətlər olmadan heç bir psixi hadisəni emosional sahəyə
aid etmək mümkün deyildir. Ona görə ki, hissin əsas
keyfiyyətləri Ģəxsiyyətin obyektə emosional münasibətinin
zəruri və özünəməxsus əlamətidir.
Hər Ģeydən əvvəl, insanın gerçək aləmdəki cisim və
hadisələrə emosional münasibətində müsbət və mənfi olmaqla
iki əsas keyfiyyəti qeyd olunur. Əgər cisim və hadisələr
insanın tələbatlarını ödəyirsə, bu zaman müsbət, baĢqa sözlə
stenik hisslər özünü göstərir. Əksinə, cisim və hadisələr
insanın tələbatlarını ödəmirsə mənfi – astenik hisslər baĢ verir.
Psixoloji tədqiqatlar hisslərin bu iki keyfiyyəti ilə yanaĢı
olaraq daha iki keyfiyyətini aĢkara çıxarmıĢdır. Beləki hissi
törədən obyektə Ģəxsiyyətin müsbət və mənfi münasibətindən
baĢqa ikili münasibət və qeyri-müəyyən bələdləşmə
münasibətinin də olduğu müəyyən edilmiĢdir. Ġkili və yaxud
ambivalent hissdə razılıq və narazılıq təkcə birləĢmir, onların
biri o birinə keçir, hər iki hiss yanaĢı yaĢanılır. Bu cür
ambivalent hissə qısqanclıq hissini misal göstərmək olar.
Beləki qısqanclıq zamanı adamda məhəbbət və nifrət hissi
özünəməxsus Ģəkildə birləĢə bilir.
Ambivalent hissə baĢqa bir misalı da göstərmək olar.
Məsələn, isti günəĢ altında səhra yolunu keçən bir insan
susuzluqdan əziyyət çəkir. Keçdiyi yolun bir hissəsində su
gölməçəsinə rast gəlir. O, gölməçədən ovuclarını dolduraraq
içir. Susuzluqdan əziyyət çəkdiyinə görə bundan razılıq hissi
keçirir. Bununla yanaĢı gölməçədə olan sudan bataqlıq tamı
gəlir. Ona görə də həmin su onda həm razılıq, həm də
narazılıq hissi yarada bilir.
Ġnsanın
öz
hisslərinin
obyektlərinə
emosional
münasibətinin digər keyfiyyəti hisslərin qeyri-müəyyənliyidir.
Dostları ilə paylaş: |