www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
110
110
olsaydı, onda bizim nağıllarımız, əfsanələrimiz yarana
bilməzdi. Lakin insanın təxəyyülü nə qədər əcayib, qərayib,
fantastik obraz yaradırsa yaratsın, onun ayrı-ayrı bütün
elementləri real həyatdan götürülür. Bu cür təxəyyül obrazları
həyatın müəyyən tərəfini vasitəli Ģəkildə əks etdirir. Yazıçının
təxəyyül fəaliyyəti yazıçıya gələcəyə baxmaq, gələcəyi
qabaqcadan xəbər vermək imkanı verir. Böyük S.Vurğun
«Bakının dastanı» poemasında təxəyyülünün yaratdığı
obrazlarla gələcəyə belə baxır:
Bakı! Gecə! Yadımdadır üç il qabaq
Sahil boyu Ģölə saçan çırağbanlar!
Yanacaqdır! Yanacaqdır yenə onlar.
Ulduz kimi qatar-qatar alıĢaraq,
Yenə hilal Ģəklindəki qızıl kəmər
Dolanacaq kərdəninə bu dənizin.
O vaxt bu sahilin ağ Ģamları
Min toy qurub neçə gəlin köçürəcək.
Ah, o zaman bizim Bakı axĢamları
Bir ilahi əfsanə tək görünəcək!
Təxəyyül təkcə ədəbi-bədii yaradıcılıqda deyil, elmi
yaradıcılıqda da zəruri olan bir prosesdir. Fransız psixoloqu
Rıbonun fikrinə görə, hətta təxəyyül fəaliyyətinin yeri elmi,
texniki yaradıcılıqda bədii yaradıcılıqda olduğundan da
artıqdır.
Təbiidir ki, alimin, ixtiraçının fikri prosesində
anlayıĢlarla yanaĢı əyani obrazlar da bu və ya baĢqa Ģəkildə
iĢtirak edir. Lakin qavrayıĢ, eləcə də hafizə obrazlarının
mövcudluluğu təfəkkürün qarĢısında duran məsələni həll
etməyə imkan vermir. Belə olduqda qavrayıĢ, hafizə obrazları
dəyiĢdirilir ki, bu da yeni bir nəzəriyyənin, kəĢfin meydana
çıxması ilə nəticələnir. Bu prosesdə hakim rol təxəyyülün
üzərinə düĢür.
Özünü yoxlamaq üçün sual və tapşırıqlar
1.
Təxəyyül nəyə deyilir?
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
111
111
111
111
111
111
111
111
111
2.
Təxəyyülün digər psixi proseslərlə əlaqəsi nədən
ibarətdir?
3.
Təxəyyülün fizioloji əsaslarından danıĢın.
4.
Təxəyyülün insanın həyat və fəaliyyətində rolu nədən
ibarətdir?
5.
Təxəyyülün passiv növlərini səciyyələndirin.
6.
Bərpaedici və yaradıcı təxəyyülü Ģərh edin.
7.
Xəyal nədir? Onu səciyyələndirin və xülyadan fərqini
göstərin.
8.
Təxəyyül surətlərinin yaradılması prosesini Ģərh edin.
9.
Təxəyyül və oyunun qaĢılıqlı əlaqəsi nədən ibarətdir?
10.
Təxəyyülün bədii və elmi yaradıcılıqda rolu nədən
ibarətdir?
Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular
1.
Təxəyyül və onun funksiyaları.
2.
Təxəyyülün inkiĢafı.
3.
Təxəyyülün digər idrak prosesləri ilə əlaqəsi.
4.
Təxəyyül, oyun və yaradıcılıq.
Ədəbiyyat
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. 2-ci nəĢri.-
Bakı, 2002, s.369-380
Qədirov Ə.Ə.YaĢ psixologiyası. – Bakı, 2001, s. 284-
286
Qədirov Ə.Ə.UĢaqlarda idrak proseslərinin inkiĢafı. –
Bakı, 1970
Əlizadə Ə.Ə. Təxəyyül. – Bakı, 2007.
Əlizadə Ə.Ə. Ġdrak prosesləri və hisslər. Psixopedaqoji
məsələlər. – Bakı, 2006, səh. 175-
257.
Əlizadə Ə.Ə. ġagirdlərdə təxəyyülün inkiĢafı və
tərbiyəsi - Bakı, 1965
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
112
112
Əlizadə
Ə.Ə.
ġagirdlərdə
yaradıcı
fəaliyyətin
psixologiyası.- Bakı, 1968
Seidov S.Ġ. Soüialğnaə psixoloqiə tvorçestva. Baku,
1994.
KorĢukova L.S. Voobrojenie i eqo rolğ v poznanii.- M.,
1979. s. 3-30
RubinĢteyn S.L. Osnovı obĢey psixoloqiə. V 2 t.-t.1.-
M. 1989, s. 344-360
Bruner D.S. Psixoloqiə poznaniə. Za prededelami
neposredstvennoy informaüii.- M.,
1977, s. 304-319
Vıqotskiy L.S. Sobranie soçineniy. V 6 t.- t. 2.- M.,
1982, s.436-454.
Neysser U. Poznanie i realğnostğ.- M., 1981(
voobrajenie i pamətğ, 141-165)
Nemov R.S. Psixoloqiə. V 3-x kn., kn. 1.- M., 1998, s.
260-273
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
113
113
113
113
113
113
113
113
113
13-cü FƏSĠL
HĠSSLƏR. EMOSĠONAL HALLAR
Qısa xülasə
Hisslər haqqında anlayış. Hisslər insanın gerçəkliyə
bəslədiyi subyektiv münasibət sistemi kimi. Hissləri duyğulardan
fərqləndirən xüsusiyyətlər. Hisslərin obyekti və subyekti.
Emosiyalar və onların hisslərlə oxĢarlıq və fərqi. Emosiyalar
hisslərin təzahür forması kimi. Ġnsanın idrak fəaliyyətində hisslərin
rolu.
Hisslərin xarici ifadəsi və əsas xüsusiyyətləri. Hisslərin
insanın tənəffüs və qan dövranı üzvlərinin fəaliyyətində, mimika və
pantomimikasında, nitqində ifadəsi. Hisslərin qütbiliyi, müsbət və
mənfi keyfiyyətləri, ikili və qeyri-müəyyən xarakter daĢıya bilməsi.
Hisslərin fizioloji əsasları və funksiyaları. Hisslər beyində
gedən sinir proseslərinin nəticəsi kimi. Hisslər və dinamik stereotip.
Hisslərin siqnal, tənzim, kommunikativ funksiyaları.
Hisslərin keçirilmə formaları. Əhvallar, affektlər, stress (gər
ginlik), frustrasiya hisslərin əsas keçirilmə formaları kimi.
Ali hisslər. Əxlaqi, intellektual, estetik və praksis hisslərin
xarakteristikası.
IV.13.1. Hisslər haqqında anlayıĢ
Ġnsan ətraf aləmdə baĢ verən hadisələri yalnız duyub
qavramaqla, yadda saxlamaqla kifayətlənmir. O, həm də dərk
etdiklərinə müəyyən münasibət göstərir. Ona görə də insan
idrak prosesləri vasitəsilə ətraf aləmi öz beynində əks etdirir,
hiss və emosiyaların köməyi ilə isə onlara münasibətini
bildirir. Deməli, hisslər insanın münasibəti ilə bağlıdır.
Dostları ilə paylaş: |