Masalli folkloru 2



Yüklə 2,37 Mb.
səhifə13/57
tarix26.09.2017
ölçüsü2,37 Mb.
#1735
1   ...   9   10   11   12   13   14   15   16   ...   57

Gələr ahu bu kəməndə



Bizdə baməzə kişilər də çox olub. Səməd bəy var idi bizdə. Gəlib biri deyərmiş ki, ay Səməd bəy, nə deyirsən sən, bu Qumru bəy yaman bərk gedir aaa. Deyərmiş, bala, fikir vermə. Gələr ahu bu kəməndə, hələ bədhəvadu qoy getsin.

Qızı qaçırmağ istədik



Günlərin bir günüdü çobanığ, Çökəl Şükür vardı onnan ikimiz qoyun otarırığ. Bi gün qərara gəldik ki, gedib filan­kəsin qızın qaçırdağ – Surunu.

Baxdıq ki, Suru gəlir. Novruzgilin evlərindən bəri ke­çəndə süpürlədik bunu döyə-döyə saldıx çaya. Çay içi bunu sü­rüyə-sürüyə aparmağa. Qızzar hay-həşir saldı. İrəşid gəldi çıxdı. Bı gələnnən sora, bınnan tutaşdığ, qız əlimizdən qutar­dı. İrəşidə beş-altı çəkdik. Qız qurtardı, çıxdı getdi. Səhərəcən bunnarın həyətində yatdıx. Yatdıx ki, çıxsın çölə bu oğraşın balası, bunu tutağ. Bu da səhərəcən çıxmadı çölə.

Dan yeri sökülürdü, işıxlaşırdı hava. Bizi axı Təyyar məl­lim, Usubəli məllim görsə, mələdəcəklər bizi. Qaşdıx çıx­dıx getdik. Səhər yenə gəldik, oturdux. Hay gözzə ha. O gecə də apara bilmədik. Getdik yenə birsüyün axşam gəldik. Yenə eyni vaxtda gəldik girdik o nalın altına. O soxa hünü də bizi dağıdır eee. Səhərrəri gözzədik, gözzədik, gözzədik, da heç nə­fəsimizi də çəkmirik ki, içəridəkilər oyanmasın. Nahayət, baxdığ ki, qız yuxulu-yuxulu bayıra çıxır. Aşağı düşməyinnən də ordaca da onu süpürrədik. Basdım ağzını, basanda çapa­la­dı, çapaladı. Mən də canavar kimi idim onda. Ya Allah, bını göt­düm. Keçirtdik Təyyarın əvinin dalına. Elə orda bına iki dənə ağac çəkdim.

Hə ba elənçik eliyib ba qız qaçırtmışığ.

Höcət əmi



Mənim bir Höcət əmim vardı, o ajdıx vaxtı, girərmiş qamışın içinə, lüt, özü də tüklü kişi olub. Saqqallı zaddı olub. Ajdıxdı də, salyannılar arabeynan üzüm-zad-gətirərmişdər. Bı lapdan çıxarmış qamışın dalınnan. Vəhşi insan deyib olar ara­banı qoyub qaçarmışdar salyannılar. Bı arabanı kəndə gətirib camaata paylıyarmış üzümü. O vaxtı da kalxoz sədri dövrü olub da, pis dövr idi. Güllələnmə-zad verirdilər adama.

Bi dəfə oturmuşuğ Höcət əmimnən, Təvəkkül deyir:

– Ay Höcət dayı.

Dedi:

– Nədi?

Dedi:

– O səlyannıların lüt çıxıb qabağına arabasın əlinnən alıırdın haaa, yadındadı?

Deer:

– Həə, bacoğlu, yadımdadı. Mən o səlyannıların qovub qabağın almaseydım, gəlib anavı evdə gecə zad eliyəcəkdilər. Bunun anası da o vaxt pozğun qadın olub.

Adə, bu ölüb ki



Babam o vaxt idarədə kuryer işdiyirdi. Abı da ki o vaxtı KQB kimi bi şey imiş də kətdə. Deyər, get qukqu Heydəri çağır. Bu gələr görər qukqu Heydar xəssədi möhkəm. Qayıdar gələr deyər:

– Abu, Heydar xəssədi.

Deyər:

– Get, Heydarı götür gəl.

Gələr görər Heydarı uzadıplar, uje ölür. Qayıdar gələr deyər:

– Abı, valla, ağır xəssədi, ölür.

Deyər:

– Get, ya ölüsün gətir, ya da dirisin.

Gələr görər uje ölüb, yuyullar.

Gələr deyər:

– Abı, uje öldü.

Deyər:

– Əşi, mən səə deyirəm get ölisin gətir.

Babam çıxar idarədən, gözziyər, görər mafədə gətirillər ölini. Deyər:

– Abı, gəldi.

Abı çıxar görər ki, doğurdan da ölü.

Deyər:

– Adə, bı ölüb ki.

Deyir:

– Bə mən səə dedim axı ki, ölüb. Dedin ölisin gəti, bude camaat gətirir.

Sənə görə üc dəfə vurmuşam



Biri xəstələnir, gedir həkimin yanına. Qarnı gedir də, sax­lıya bilmir. Nə qədər həkim buna malıcə eliyir, xeyri ol­mur. Axırda həkim əlacsız qalır, deyir, get stansiyada dyadya Mişa var. Get onun yanına. Səni ancağ o sağaldacağ. Gedir onun yanına, görür ki, bu dyadya Mişa əlində qırmızı fənər, ba­xır ki, bu poyuzsaxlıyan kişidir. Həkim döör. Dyadya Mişa bını görcək deer:

– Nə işdi?

Deer:

– Bəs mən qarnağrısına düşmüşəm, həkim kəsə bilmədi, göndərdi sənin yanıva.

Bu da tanıyırmış da onu. Deer:

– Hə neynək.

Şalvarı çək aşağı dombal. Üc dəfə qırmızı işığı yan­dırır, söndürür.

Deer:

– Hə, get.

Deer:

– Əşi, sən mənə heç nə eləmədün axı.

Deer:

– Hələ danışırsan da, bi dəfə fənəri yandırıb söndür­mək­lə mən o boyda poyuzu saxlıyıram. Sənə görə üc dəfə vurmu­şam. Dayanacağ qorxma.

Arif, mən, Yadigar



Bi gün Arif, mən, Yediyar getmişik İstilə çimməyə. Arif də Bakıda oxuyur. Dedim, Yediyara gəl örgədəg Arifi də tur­si­yimizi cıxardağ atağ o yana, lüt tullanağın suya. Görək kim suyun altında çox qalacağ. Arifi pişirdiy, birinci Arif girdi at­danmağa, qaldı lümbələm lüt. Daldan qaşdığ gəldiy, Arif at­dan­dı biz də bının paltarrarın götdük, özümüz də geyindik qaş­dığ evə. O da qaldı orda lüt. İndi üzə-üzə gəlib çıxıb bizim suaddan. Mən də baxıram evin böyrünnən. İndi bı belə baxır, yatır. Mən də baxıram. Nənəm də deyir:

– A bala, o lüt kimdi orda helə?

Dedim:

– Ay nənə, mən nə bilim axı.

Məən də nənəm onun xalasıdı.

Nənəm yabeynən yavaş-yavaş gedər, görər, Arif.

– Xala, gəlmə, xala, gəlmə lütəm.

– Ay bala, niyə lütsən?

Deyər:

– Qənbər paltarrarımı oğurruyub aparıb, özümü də lüt qoyub burda.

Gördüm nənəm gəlir, tez ədyalı çəkdim başıma. Zıp­pıl­tıynan qoydu yabanı mənə. Ver onun paltarrarın. Nəsə ver­dim. Apardı, verdi, o da geyib getdi evinə.


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə