Masalli folkloru 2



Yüklə 2,37 Mb.
səhifə10/57
tarix26.09.2017
ölçüsü2,37 Mb.
#1735
1   ...   6   7   8   9   10   11   12   13   ...   57

6.2. Çöpçülük



Həştat beş yaşım var. Yetmiş ildən çoxdur ki, çöpçülük edirəm. Mən seyidəm, ağır seyidin qızıyam. O vaxtı bu çöp­çülüyü mənə yuxuda verdilər, nənə canı. Hə, çöpçülük ögrən­mək­lə olmur, gərək vergili olasan, vergi verilə. On iki yaşım­da mənə verilib bu çöpçülük. Elə o vaxtdan da çöpçülük eli­yirəm. Oğlum məə deyirdi ki, çöpçülük eləmə. Bizi biabır eliyirsən. Məni çox incitdi.

Çöpü burunnan piliyirəm, boğazdan gəlir düşür. Çöpü ötürmək yaxşı deyil. Mən mədə də söğıyıram. Bakıdan gəlir­lər mədə sığıyıram. Bağışda məni – uşağı olmuyanın qarnını çəkib bağlıyıram olur uşağı. Məni İrana apardılar, Ərdəbilə, on beş ildi bi dənə gəlin alıblar, əri boşamağ istiyir onı, qay­nana qoymur boşamağa, bular mənim yerimi bildilər. Getdim Ərdəbilə. Üç gün ac qarnına çəkdim, bağladım. Eşitdim ki, doğub – qızı olub. Mən uşağ tutmuram, ancağ bel bağlıyıram. Am­ma əsas işim çöpçülükdü. Çöp böyükdə də qalanda çıxar­dıram. Kişilər də gəlir, balığ sümüyü qalır boğazlarında çıxar­dıram. Çoxsunu eləmirəm. Çöpü çölə çıxardıram. İçəri ötür­səm, mədəyə-zada batar.
* * *

Mənim nəvəm balacaydı, çiləli uşağıydı. Demək, gecəni yatmadı. Ondan qabağ anası uşağı qucağında uzatmışdı qıçı­nın üstünə, əlində heyva soyub yeyirdi. Hə, gecəynən götür­düy apardığ çöpçüyə. Çöpçü onu üflədi, kimyələdi boğazın. Onun boğazınnan heyvanın qalığı düşdi.
* * *

Uşağ bırnını eşəliyirdi belə-belə. Həə, bilirdim ki, uje çöpliib. Aparırdım çöpçiyə. Çöpçi piliirdi ağzınnnan, bo­ğa­zında qalannar bırnınnan gəlib düşürdü.
* * *

Uşaq qızdıranda, qusanda, yemiyəndə, burnun eşəndə, gözünü ovanda deyillər, aaaa bunun çöpü qalıb. Mən məsəl qlandasınnan bilirdin ki, əgər düyün olsaydı, deməy cöp var. Apararduğ çöpcüyə.

6.3. Sınıqçılıq



Sınıqçılıq dədə-babadan keçən sənətdi. Mən atamnan ögrənmişəm, babamız bilib, babamızdan atamıza keçiv. Qa­bağ­lar sınıqçı özü baxar, özü bağlardı. İndi adamın bir yeri sı­nanda bağlıyırığ rengin çəkir. Əvvəllər barmağlarnan bilirdik. Əlnən baxırığ çıxıbsa salırığ, sınıbsa bağlıyırığ. Bu ata-baba sənətidir. Keçmişdən keçib gəlib buralara. Mən məşğul ol­mu­şam uzun müddətdir. Bu nəsildən-nəslə keçir. Bu artığ vergi kimidir. Telvizyada çox veriblər məni, hətdən artığ çox verib­lər. Elə olur ki, sınığı heç mən də bilmirəm göndərrəm gedir Bakıya. Təmiz əlnən baxıram çıxıbsa salıram yerinə, sınıbsa bağ­lıyıram çıxıb gedir.

Çıxıx oynağdan çıxır. Oynağın yerləri var da. Hər hansı tərəf olur olsun bir dənə onurğa sütununnan başqa bütün sı­nığ­lara baxıram. Qanun qayda nətərdi tibbi qayda ilə gibsə qo­yuram bağlıyıram. Gibsi aptekdən alırığ. Tərkibinə heçnə qat­mıram, qabağ yumurtaynan bağlıyırdım. İndi day sən gör­düyün adamlar döyül. Yumurta əhvalatı qurtarıb. Mən uşa­ğımı öyrəd­mişəm imtahan götürmüşəm onnan sərbəst işdi­yir. Onnan sora onu buraxmışam özü-öz işiynən məşğul olur. Atamın adı Cəlal kişiydi. Məhşur adam idi. Burda telvizyaya çox çəkirdilər. Axır­da lap telvizya filmi yadı çəkdilər. Rusya­da da verirlər onu. Marağlı verliş çıxmışdı həddən artığ. Uşağ vaxtı atam fəhlə olub həmdə sınığçı olub. Sizdən qabağ bir xa­nım gəlmişdi ye bura. Belinin sütününün fəqərəsində uje sümüyündə rak var. O, qədər əlləşdiriblər oyana buyana. De­yirəm a bacı sənniy döyül axı bura. Belə hadisələr çox olur. Bel diskləri çıxanda otuzdururam hamısını yerinə. Sınığ ol­ma­sın bir dənə. Ona kadın baxır, yəni yoldaşım. Mən özüm öyrədmişəm ona.
* * *

Sınıxçılığda əsas baş lazımdı, odu ki sən durmusan orda, xəstə uzanıb orda. Baxırsan ona, bunda çıxıx yox, sınığ yox, heç bir şey yox. Sənə kimsə arxadan bunu deyir ki, bı bıdı. Bu hissiyatdı. Bı xəstədi bının beli çıxmıyıb. Uje hissiyat xəbər verir sənə ki, bu sənniy döyül. Çox çətin sənətdi.

İpliy var oynağı saxlıyan o, nazik sap kimidi. Amma onu dartanda bir metrə uzanır. Oynağın düz içərsindədi. Bax oynağı saxlıyan odu. O, xırda bi şeydi oynağı saxlıyan. O qı­rı­lıb eliyəndə həm oynağ düşür aşağıya, həm də əl işləmir. Qolun bir hissəsi var ki, ona bağlıdı. Barmağlar da ona bağ­lıdı. Onda uzanma olur az miqdarda o elənçik öz-özünə çıxır. Müalicə eliyirlər onu, apresya eliyirlər, yığırlar dərman eliyir­lər. Bizdə onun müalicəsi yoxdu. Bu sınığçının işi döyül. Kadın­larda çox olur. Üçüncü fəqərə sümüyündə genişlənmə olur. O da ağrı verir. Bu da bizim işimiz döyül.

İstiyir atam, istiyir mən xəstəylə pıl danışmamışıx, ev­la­dıma da demişəm pıl söbəti eləmə. Atam da mənə deyib, lap elə ağır sınığ olsun, iki manat qoyursa cibimə, gedirsə, heç ma­rağlanmaram, çıxıb gedərəm. Heç əvvəldən danışmıram, marağlanmaram. Mənim kəndə budu xidmətim.
* * *

Fərəkə Hümbətov gəldi bura bi dəfə. Gəldi dedi ki, vəzyyət belədi mən yarışa girəcəm, belimdə xarab dı işləmir. Mən də tanımıram bını. Dedi, mənim belimdə belə bir ağrı var. Dedim, gətir bura mən keyləşdirəcəm. Masaj zad elədim biraz duz var idi belində. Getdi gör neçə gün durdu orda ayağ üstə. Sora zəng elədi dedi, doğurdan da mən dura bildim aya­ğa. Qabağ çox məşğul olardım. Mən elə dərmanlar düzəl­dir­dim ki, otdardan o vaxtlar kitab yazmışdım. Adi rematizimə, duza, yarıya-xorıya – belə şeylərə qarşı.

Çənə sümüyü də çıxır. Onu yerinə salmax çətindi. Çə­nəyə salmağ yerləri var, baş barmağım işdiyir onda içərdən.
* * *

Afaq Bəşirqızı yıxılmışdı, beli çıxmışdı. Afaq Bəşirqızı Masallıya gəlib, İsti suya dincəlməyə. İsti suda yıxılıb, fəqərə sütünu çıxıb. Qalıb elə İsti suda öz adamlarıynan, qalıbdı sora bizdə İsti sudan Masallıdan olan həkimlər İsti suda işdiyən nümayəndələr vardi. Deyblər:

– Bunu aparın Fürsədin yanına onu ancağ o düzəldər.

Afaq Bəşirqızı sözün düzü, gəldi bizə. Mən dedim ki, istədim mən özüm baxam buna qardaşım arvadıda bizdə idi. Mənim qardaşım arvadı da sözün düzü Afaq Bəşirqızınnan xoşu gəlir. Dedi, qoy buna yaxşı baxım mən. Sora Afaq Bəşir qızı dedi ki, olmaz. Mən gəlmişəm mənim üçün Fürsəd bax­ma­lıdı. Fürsəd kimdi gəlsin o, mənə baxsın. Sora Fürsəd keç­di getdi ona onurğa sütünuna baxdı, düzəldi, çıxdı getdi. Sa­ğol, sağol təşəkkürnən getdilər. Onurğa sütünun fəqərələri çıx­mışdı. Bi olar e iki ilin sözüdü. Şəhərdən çox adam olur bizdə. Gəlir düşür onurğa sütünü çıxır və yaxud qolu sınır Fürsəd bağlıyır.
* * *

Ürək göbəyə baxıram, düzəliş verirəm keçir gedir sa­ğalır da. Ürək göbəy düşəndə qarın ağrısına gedir. İstiyir uşağ, isti­yir böyüy. Uzadıram sora barmağımın düz dördündə uşağın göbəyinin üstünə qoyuram az miqdarda belə döndərən­dən sora uşağ rahatdaşdı. Noşba tabletkası verdim, bağladım uşağın qar­nını uşağın onda qarın getməsi dayanır. Əlimnən ki, fırradıram uşağ rahatdaşır. Elə hal böyüylərdə də olur. Mənim əmim oğlu var adı da Vasifdi. O uşağın həmişə ürək göbəyi düşür usta iş­diyir güc eliyir taxtıya. O da həmişə gəlir ki, xala, mənim ürək göbəymi sağald. Elə nəvəm kimi götürürəm ra­hatdaşır gedir.

Söyləyicilər:


Nurməmməd Ağa. Boradigahım mənim, Bakı, Elm və təhsil, 1997

Gülcahan Ələkbərova, doğum tarixi 1927, təhsili yoxdur, Qızılagac kəndi

Mədinə Kərimova, doğum tarixi 1942, təhsili, 7-illik, Şərəfə kəndi

Bulqeyis Gözəlova, doğum tarixi 1947, təhsili orta, Xırman­dalı kəndi

Həlimə Rzayeva (həbəçi), doğum tarixi 1924, təhsili yoxdur, Digah kəndi

Gülcahan (Reyhan) Ələkbərova, doğum tarixi 1928, təhsili yoxdur, Masallı şəhəri

Mərziyyə Məmmədova, doğum tarixi 1951, təhsili orta, Səmidxan

Şabikə Bəşirova, 75 yaş, təhsili yoxdur, Dadva kəndi

Fürsəd Quliyev, doğum tarixi 1948, təhsili orta ixtisas, Ça­xır­lı kəndi

Şüküfə Behbudova, doğum tarixi 1956, təhsili orta, Çaxırlı kəndi

Toplayıcılar:


Füzuli Bayat

Nailə Rəhimbəyli

Vüsalə Kərimova

7. MƏZƏLİ, GÜLMƏLİ, QƏRİBƏ ƏHVALATLAR

Alışoğlu Mürsəl



Mürsəl mənim ata babamdır. Əsli ərdəbillidir. O vaxtı atası Masallının Həsənli kəndinə köçüb. Alışoğlu Mürsəl 1884-cü ildə Həsənli kəndində anadan olub. Babam hələ kiçik yaşlarından ərəb, fars dillərini gözəl bilirdi. Alışoğlu son də­rə­cə zarafatcıl, baməzə, zirək, hazırcavab, Quran oxunuşunda hə­mişə qalib çıxan bir şəxs idi. Babam həm də mahir diş­çəkən idi, həm də uşaq sünnətləmək və dəlləkliklə də məşğul olub. İyirmi altı yaşında hələ subay ikən Dağıstana gedib mü­səlman kəndlərinin birində 7 il uşaq sünnətləməklə, dəllək­lik­lə pul qazanıb. Ləzgilərin milli geyimini, başdan ayağa xən­cər, uzunboğaz çəkməyə kimi alıb kəndə qayıdır. Səhih mə­lumata görə, babam gətitdiyi bir dəst milli geyimi düz qırx yaşına kimi geyib, hətta toylarda güləşməyi də varmış. Türkə­ça­rəni gözəl bildiyindən ona el arasında Mürsəl Loğman deyərdilər. Dəli Həbi ilə möhkəm münasibəti olub.

Müdrük el ağsaqqalı Molla Mürsəl 1972-ci ilin yazında vəfat edib. Dillərə dolanan bir çox lətifələr şəxsən onun öz başına gəlmişdir.


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə