Masalli folkloru 2


Tanıyıram, mənim qonşumdu



Yüklə 2,37 Mb.
səhifə15/57
tarix26.09.2017
ölçüsü2,37 Mb.
#1735
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

Tanıyıram, mənim qonşumdu



Gənə hüzr məclisidi. Orucluq ayıdı. Qonşu kənddə olub. Günortadan soradı, day günorta, zad yoxdu demə. Mollagil gediblər məçidə, namaz qılmağa. Adam seyrəydi. Biz də get­diy oturduğ. Biznən bir yoldaş var, bizdən yaşdıdı. Bunun ata­sı molladı, Allah canına sağlığ versin, yanı bir az din sarıdan savadı var. O oturub söhbət eliyir, ordan-burdan. Başdadı keç­mişdən rəhməttiy Bəhlul Danəndədən danışmağa. Dostum dedi: – Hə, tanıyıram. Mənim qonşumdu. Dedi: – A bala, yox e, mən o Bəhlul Danəndəni deyirəm.

Sabah qaytaracağam



Kənddə bir kişi olur. Hamı bunu üstünə borca gəlirmiş, bu da verirmiş. Təmənnasız verirmiş. Məsələn, biri deyirmiş ki, ver beş günə qaytaracam, o biri deyir üç günə qaytaracam və s. Bir dəfə də biri gəlir. Bu kişi öz-özünə deyir ki, bu elə həmişə alır, məni incidir, qaytarmağa çətinniy çəkir.

Deyir:

– Ay dayı, mənə 200 manat pul ver, sabah qaytaracam.

Deyir:

– Sabah qaytara bilməzsən.

Deyir:

– Yox e, sabah qaytaracam da, səhər qaytaracam.

Deyir:

– Yaxşı, quqquluqu, səhər açıldı, qaytar görüm hardan qaytaracaqsan?

Xaşıl



Bi qardaş gedir bacısının evinə, bacısı gətirir buna xaşıl bişirir. Yeyir, yeyənnən sorasına deyir ki:

– Bacı, bunun adı nədi? Yaxşı bir şeydi, gedərəm evə yoldaşıma diyərəm bunnan bişirər mən həmişə yeyərəm.

Diyir:

– Qardaş, bunun adı xaşıldı.

Bu, “xaşıl” deyə-deyə gedir. Gəlir bu batağlığ yer var­mış, suyu keçəndə söz çıxır yadından. Söz çıxır bunun yadın­nan, diyir ki, bıy söz çıxdı mənim yadımnan. Bu yeməyin adı nəyidi, bacımın da evi uzağ mən ora necə gedim. Başdıyır bu diyir suyu keçəndə söz düşdü bura. Burdan keçəndə düşdü. Başdıyır buranı ayağlamağa, ayağlıyır-ayağlıyır. Kənardan bi kişi gəlir diyir:

– A bala, bu palçıxı sən xaşıla döndərdin.

Diyir:

– Tapdım, tapdım xaşıl.

Nə istiyirsən



Əminninin on iki dənə camışı varmış. Camışlar da bir-bir mın­dar olurmuş. Axırıncı camışı qalır. Bi gün arvad gəlir ki, bıy a kişi, camış mındar olur tez gəl kəsək heç olmasa ba­şı­nı kə­­­sək mındar olmasın, verərsən əttiyə. Kişi gəlir başına bı­çağı qo­yanda göy bi gurulduyur, bi gurulduyur, ildırım ça­xır. Əmin­ni əlin uzadır göyə diyir nə istiyirsən axırıncısın kəsirəm.

Xiyabanı balaca tikə bilmirdin?



Oğlunun təzə tikdirdiyi evə girib çaş-baş qalan Kərbə­la­yı Əliməmməd deyir:

– Bala, bu xiyabanı bir az balaca tikə bilmirdin?

Həmişə təmizlikdə



Qaz gəlmir, odun baha... Ümumi hamamda tanişların­dan biri Əliməmmədə deyir:

– Əmi, həmişə təmizlikdə!

– Həmişə təmizlikdə olsun sənin əzizlərin. Bu bahalıqda ayda bir dəfə hamama gəlsəm, hünər eləyərəm.

Nə boyda xaraba tikirsən



Günlərin bir günü, biri gəlir, Əliməmməd kişi də bazar­da alver eliyir, ama, çox hazırcavab kişi olur. Bu bazarda otu­rub mismar, mıx satırmış. Bir kişi gəlir bunnan mıx alır, səhə­ri gün yenə gəlib mıx istyir. Əliməmməd kişinin dili dinc dur­mur, deyir:

– Bala, bu qədər mıxı neynəyirsən? Nə boyda xaraba tikirsən ki?..

Bu gün arvad hamamıdır



Andropovun sərt intizam qadağaları imiş. Dəllək Bəxti (Bəxtiyar) öz şəxsi maşınında xaltura edirmiş. Bakı yolunda müfəttiş oxu saxlayıb soruşur:

– Harda işləyirsən?

– Hamamda dəllək.

– İş vaxtı buralarda nə gəzirsən?

– Nəcənniy, bu gün arvad hamamıdır.

100 manata doldura bilirsən?



Pulun pul vaxtı bir nəfər Əliməmməddən 3 manata ka­ğız torba (kulok) alır və deyinir ki, çox bahadır. Əliməm­mə­din ovqatı təlx olur:

– Əyə, nə deyinirsən? Get görüm 3 manata aldığın kuloku 100 manata doldura bilirsən?

Orucu batil sayılır



Məclislərin birində Asif Əzizov mollaya sual verir:

– Molla, oruc tutan adam tüpürcəyini udarsa, onun oru­cu batil olur, yoxsa yox?

Mollanın çətinlik çəkdiyini görən Asif öz sualına özü ca­vab verir:

– Mənə belə gəlir ki, adam öz tüpürcəyini yox, özgəsinin tüpürcəyini udarsa, orucu batil sayılır.

Üzüm qaradı qardaş



Bizdə Zeyti olub, Zeydulla adında kişi. O da kino mexa­nik işdiyib. Onun da çox maraqlı əhvalatları var. O vaxtı plan var idi də kinonun da planı var idi. Aylığ plan verməliydin. Planı doldura bilmir. Müdürü onu otağına çağırır. Zeyti onun otağna daldalı girir. Müdür soruşur:

– Ə, bu nə hərəkətdi edirsən?

Deyir:

– Üzüm qərədi qardaş, ona görə daldalı girirəm.

At xəndəyə



Sabir (Şəmi) təzə maşın alır. Qonşusu Zeytidən xahiş edir­ ki, ona maşın sürməyi öyrətsin. Zeyti də təcrübəli sürücü idi, buna maşın sürməyi öyrədir. Razılaşırlar. Sabir sükan ar­xa­sına keçir, Zeyti göstəriş verir. Arada Zeytinin şitliyi tutur və onu sınamaq üçün deyir:

– At birə, at ikiyə, ay üçə, at xəndəyə.

Zarafat onnlara çox baha başa gəlir. Özünü itirən Sabir maşını xəndəyə aşırdır.
Qoy görsünlər ki, özümdədir

Bir nəfər boradigahlı, dostunu saqqallı görüb soruşur:

– Dostum, bu saqqal nə məsələdir?

– Qoy görsünlər ki, özümdədir, hələ arvad əlinə ver­məmişəm.

Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə