Masalli folkloru 2



Yüklə 2,37 Mb.
səhifə41/57
tarix26.09.2017
ölçüsü2,37 Mb.
#1735
1   ...   37   38   39   40   41   42   43   44   ...   57

Qaçax Mirzəmməd kişi



Bu kəndin adamları da cəsarətli olub. Burda həmişə sö­zü yeriyən adamlar olub. Məsələn, bizim kətdə Əsədxan Ta­­lı­şinski olub. Oların nəsli, tayfası çox belə imkanlı olub. Onun əmisi uşağları Mir Abdullaxan, İsaxan uzun müddət bizə bö­yük­lük eliyiblər. Bizim kənd heç vaxt heç kimin qa­ba­ğında əyil­miyib. Babam da İsa kişi, həmin o Əsədxannan siğə qar­daş olub. Onun qardaşı Mir Abdullaxan. Olar mənim ba­bam üçün bi dənə şirniyyat maqazini düzəldiblər. Qamaş ça­yı­nın ya­nında oların evləri var idi. 50 il oların evlərində bizim mək­təb oldu. Sora biz burda orta məktəb tikdirdüy, yəni köşdülər ora.

Ana babam isə Mirzəmməd kişi, o vaxtı kəntxuda olub, qaçax olub. O vaxtı bu irannılar basqın eliyərmişdər bizim kən­də, evləri çaparmışdar. Hətta Zöylə kəndi var, biraz bizim kətdən aşağı. Ordan gəlib bi dənə qızı qaçırtmışdılar. Fazil kişi var idi orda, onun qızını. Çox da gözəl bi qız idi. Amma bizim kəndə heç kim mənim babamın qorxusunnan girə bil­məzdi. O vaxtı deyilənə görə beşatılan tüfəngi olub. Bi dəfə iran­nılar gəlillər bizim yerli adamlarnan, mənim böyük xala­mın evindən oğurruğ eliyillər. Basqın eliyillər ordan at, mal-qara aparıllar. Aparıllar bıra Sığdaş kəndinə, ordan da ki, dağ­lara aparmalıymışdar. Xəbər çatır mənim babama, babam mi­nir atı, düz buların rəddinnən gedir. Gedir, oları demək qrani­sanın yanında görür, görür ki, yatıblar bılar. Atan kimi birini öldürür. Bılar ayılılllar, dəyillər bir-birinə. Çoxunun şeyləri də hamısı qalır orda, biri də yaralanır, qalannarı qaçır. Babam oları götürür, səhərə yaxın gətirir verir yiyəsinə.

Əsədxan



Əsədxan da 1929-cu ildə, sovet hökümətinin vaxtında, qaçır gedir İrana, 1946-cı ilə kimi Tehranda vəkil olur. Təmiz rus dilini bilirdi. Peterburqda oxumuşdu. O, bu kəndə hava­dar­lığ eliyirdi. Bi dəfə mənim babamı da aparmağ istiyiblər, babam getmiyib deyib ki, əşi siz hamıvız gedirsüz, qoyun mən qalım burda da. Hə, babam qalıb, getməmişdi. Yəni bu kəndin tarixi var, gözəl adamları da var.

Paşa kişi



Qağam şura hökuməti vaxtı qaçaq düşdü, şuraylə barışa bilmədi. Gündüzlər qamışlıqda gizlənərmiş, gecələr də kol­xozun anbarını damdan söküb buğda, çəltik apararmış, verər­miş, əvəzində yemək-içmək alarmış, həm özü yeyərmiş, həm də ayləsini ac qoymazmış. Qağam deyərdi, mən həm qa­çax ol­muşam, həm də oğru. Amma baxır nətəri oğru. Mən öm­rü bo­yu kiminsə gedib mal heyvanını oğurruyam, ya biri­nin to­yuğunu gətirəm uşaxlarıma yedizdirəm, ömrü boyu belə şey eləməmişəm.

Vaxt gəldi, qağam da şurayla barışmalı oldu, amma hö­kumətə bir gün də işləmədi. Qağamın yaxşı qardaşdarı olub eeee. Bi qardaşı ölüncən kənd soveti işdiyib, bi qardaşı kol­xoz sədri olub, bi dənə qağam əvvəlcə qaçağ, sora da qu­mar­baz oldu. Həm də dələğayı idi. Qumara uduzurmuş. Bi rəh­mət­dik Abi – kolxoz sədri bunnan yaxın dost olub. Qumara bir yerdə gedillərmiş. Qumar oynıyannar da Səlyandan gəlil­lər­miş. Səlyannan 2-3 nəfər gəlib bırda qumar oynuyurlarmış, bular udduğunda dermişdər biz pul istəmirik, bizə cəltik, buğ­da verin aparağ. Uduzanda qağam dururmuş ayağa, kolxoz səd­ri belə göz eleermiş ki, yəni dimmə. 3-4 dənə siyəzi götür, get. Gedirdim deer, ambarın taxtasını cıxardardım, çəltiyi, buğ­­danı doldurardım, ağzın bağlardım, atardım ciynimə, aparıb atardım o səlyannının arabasına, sağ ol-sağ ol. Götürüb çı­xıb gedərdilər. Mınnan da bitərdi.

Amma and icərdi ki, mən 1 kilo bi adamın bi şeyini oğur­ramamışam. Özu də cox quvvalı olub eee qağam. Sarı Sü­leymannan güləşib. Sarı Süleyman özü qağamı şagird götü­rürmüş özünə. Deyib, gəl mənnən işdə, qağam deyib, yox. Qu­marı qoyub gedərdi heç. Ancax düzgün adam idi. Çox düz da­nışan olub. Oturardı məsəl evdə, biri vırıb birini öldürüb qan düşüb, ya məsəl hayatınnan tiryək, xaşxaş tapıblar. Du­rar­dı gedərdi, 3-4 il iş veriləcək də filankəsə, işi bağlıyardı gə­lərdi. Bir kəlməsiynən davalılar barışardı. Girdiyi qapıda sülh kəsərdi. Belə kişi idi. Qoçu idi də.

Kişilik



Çox namıssı, qiryətdi idi. Muharibə vaxtı Şura höku­mə­tinə qaçaqçılıq etdiyinə görə aparmadılar. Burda qaldı, ona qa­cağtutanlığ işi verildi. At veriblər, belinə qatar, beşaçılan, tufəng veriblər. Veriblər ki, muharibəyə getməyib qaçan qa­cağ­ları tutsun. Qağam muharibədən qacıb gizdənənnəri tutur­muş, verirmiş təhvil. 3-nü deer, tutdum, təhvil verdim, bi dənə orden deer vurdular mənə. Deer bi at veriblər mənə qara atdi, val­lah, at deer, əlləri üssə qalxır. Biri də deer ailəsinin az qalıb­mış doğmağına, gəldim deer, bını güdə-güdə gördüm deer, bı evdədi. Gəldim yavaşca qapını açdım girdim icəri. Deer, dik qalxdı ayağa. Arvadı yaylığını açdı, atdı ayağımın altına ki, sən gəl mənim ailəmi aparma. 3-4 günə azad ola­cam. Mənim onnan başqa hec kimim yoxdu. Yetim adamam. Mən bına gümannıyam. Baxdım, baxdım deer, dedim, insandı dana. Əgər bı gedərsə, vətəni qorumağa elə bu da vətəninin adamıdı də. Deer, dedim, mən səni ələ vermərəm. Amma biz 2 yoldaşıq, o da mənnəndi. Məəm kəçimdi.

Nəisə, üssünnən 4-5 gün keçdi, səhər-səhərdi, atı min­mişəm. Hələ hava tam işıxlaşmıyıb. Gedirəm, deer. Yer də deer, əl naziklikdə buzdu. Atı sürdüm bizdə çay var – Adıgö­zəl­di adı. Helə ora az qalmışdım, gördüm bi dənə atlı, qaba­ğın­da bi arvad gətirir. Arvad da buracağ tumanının ətəyini, tutub əlində gəlir. Yer buz, deməynən 3-cə gündü azad olub­muş. Mən də deer, ayrı yerə getmişəm qacağ tutmağa. Bılar­dan xəbərim yoxdu. Hə bi də gördüm atın qabağında həmən mənim kəçim.

– Ayə bu nədi, dedim.

Ağlım başımnan çıxdı. Ayə bı nağayrır? Gəl ha gəl, gəl ha gəl, gördüm, əəəəə, bu həmin qadındı. Suyu keçdim. Dedim:

– Əəəə, bu kişilikdəndi? Bu arvadı neynirsən, sənə deyiblər kişini tut, bu arvadı neynirsən.

Deer dedi:

– Əmi, belə başaa dönüm, ayağıın altında ölüm, sən də məni bağışda, 3 gündü azad olmuşam.

Dedim:

– Ə, sən nə təhər adamsan.

Bunu deer, hərbələdim. Qolumun pencəyini belə elədim ki, əli əlimə dəyməsin. Bala, Allahın da yanında üzüm ağdı, bən­dənin də, pencəyimi belə elədim, dedim, bala, yapış mə­nim əlimnən. Yapışdı burdan deer, götdüm atdım atın tərkinə. Ata bi qırmanc, aman çəkmədi ki, hazır olduğ bunnarın haya­tında. Hey deyərdi, bala, o uşaxların səsi mənim qulağımnan getmir. Biri 3 yaşında, biri 3 gündü doğulub. Ikisi də nətəri ağ­laşır, mələşir. Uşağın səsi beynimə girdi.

Dedim:

– Tfuuu, nəhlət olsun sənə, sən nə yava adamsan, ə.

Bala, düş atdan, bıni düşürtdüm.

Həmən bu kəççim bunu görəndə:

– Paşa, səni tutduracam, dedi.

Getdim, deer, Masallıya, rayona, gördüm ordadı. Gör­düm oturub mənnən döşüyur. Mən əhvalatı olduğu kimi də danışdım böyügümüzə. Danışan kimi bu vayankom qalxdı ye­rinnən hax-tfuu üzünə. Hec ölürsən? O nədi əəəə, 2 körpənin sən anasını gətirirsən mənə təhvil verməyə, salaq türməyə, o 2 körpəyə kim baxacaq?

Nəisə, qacaxlardan 2-ni tutdum verdim, bunu isə ələ ver­mirəm. Deer, dedim səni ələ vermirəm, ailəvi, uşağıvı sax­la. İnan, deer, az qalır uzana ayağımın altına. Belə oldu ki, o kəç­çim gedir deer ki, Paşa qacaxları görür, tutmur. Deer dedim:

– Ayə mən 4 qacax tutmuşam, sən hec bir dənə də tutmamısan.

Deer:

– Yox, mən tuta bilmirəm, sən qacırdırsan.

Nəisə, ikimizi də tutdular. İkimizə də iş verdilər. 6 il ona verdilər, 5 il mənə. Getdik türməyə. O, orda öldü. Mən isə türməmi çəkdim qayıtdım gəldim.

Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə