Maşınqayırmada keyfiyyətin normallaşdırılması



Yüklə 2,95 Mb.
səhifə15/21
tarix26.10.2023
ölçüsü2,95 Mb.
#131427
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   21
C fakepath lav v sait - LABORATORIYA

LABORATORİYA İŞİ №6

YİV ELEMENTLƏRİNİN UNİVERSAL ALƏTLƏRLƏ (ADDIMÖLÇƏN, KALİBRLƏNMİŞ MƏFTİLÇİK VƏ MİKROMETR VASİTƏSİLƏ) ÖLÇÜLMƏSİ

Yiv elementlәrinin alәtlәrlә ölçülmәsi iki metodla aparılır:



  1. Yivin orta diametrinin üç məftilcikvasitәsilətәyini.

Tәlәbә әvvəlcə addımölçәn vasitәsilə, verilmiş detalda yivin addımının nominal qiymətini təyin edir. Müәyyәn olunmuş addım әsasında lazımi ölçüdә məftilcik seçir, şkalada mikrometrin sazlığını yoxlayır, sonra mәftilciklərlə birlikdә yivi ölçür.Alınan ölçü әsasında yivin orta diametrini hesablayır vә bu qiymәtә görә cədvəldən yivin başqa elementlәrinin ölçülərini tapır.

  1. Yiv mikrometri ilә orta diametrin təyini.

Tәlәbә yivölçәn vasitәsilә, verilmiş yivin addımının nominal qiymәtini tәyin edir. Sonra, addımın ölçüsünә әsasәn mikrometr üçün ucluq seçir və orta diametri ölçür. Alınan orta diametrә görә yivin başqa elementlәrini təyin edir.
Silindrik yivlәr, girişlərin sayından asılı olaraq bir və çoxgirişli olurlar. Yiv elemenqlәrinə, yəni yivin hər parametrinә ayrıca vә bir neçә kompleks üsulla eyni zamanda nәzarәtetmək olar.
Detala kompleks metodla nәzarәt yiv kalibrlәri və yaxud xüsusi cihazlar vә tәrtibatlar (məsələn,indikator bәndi, pnevmatik yiv kalibri və i.) vasitəsilә aparılır. Yivin әsas parametrlərinә һәr element üzrә ayrıca nәzarәt etmək, onların һәqiqi qiymətlәrinin vә xətanın dәyişmə qanunauyğunluğunu müәyyәn etməyə imkan verir. Yivin әsas parametrlәrinә nәzarәt (һәr element üzrә ayrıca nәzarət) yiv kalibrini, yivaçan alәti, mikrometrik gediş vintlәrini vә һabelә yüksək dәqiqlikli yivi olan detalları yoxlayarkәn tәtbiq edilir. Bu növ nәzarәt yivin әsas parametrlərinin qiymәtini vә onların xәtasının dәyişməsinin qanunauyğunluğunu müәyyәn etmək imkanı verir.
Bu işdә yivin orta diametrinin iki metodla yoxlanılması öyrәnilir.
Bildiyimiz kimi, təlәb olunandәqiqlikdәn asılı olaraq ortadiametrin ölçülmәsi ya toxunma üsulu ilә üç mәftilcikmetodu, yaxud da toxunmadan alәt vә ya bıçaqlı universalmikroskoplarda aparılır.
İsteһsalat şәraitindә nәzarәt apararkәn qiymәti baha olan mikroskoplardan istifadә etmək çәtin olduğundan daha sәmәrəli istehsalat üsulundan – üç məftilcik metodundan vә yiv mikrometrlәri ilә ölçmәdәn istifadә etmək məslәһәtdir.
Tәlәb olunan dәqiqlikdәn asılı olaraq xarici diametrlәrin ölçülmәsi һamar sәtһlәrin ölçülmәsikimi aparılır. İşә başlamazdan әvvәl, mikrometrin һәdlərini seçmәküçün yivli hissənin xarici diametri müәyyәn edilir.Sonra mәftilciyin diametrini seçmәküçün addımölçәn (yivölçәn) vasitәsilә yivin addımı tapılır.
Müxtәlif addımlı yiv ülgülәri dәsti (komplekti) yivölçәn adlanır. Ülgülər üzәrində onların markaları vurulmuşdur.Ülgünü yiv üzәrinə növbə ilə qoymaqla, ülgünün yiv profilinəkip oturmasına görә təxmini olaraq yivin addımı tәyin edilir.
Bundan sonra yivin orta diametrinin üç mәftilcik metodu ilә ölçülmәsiiә başlamaq olar. Bu ölçmə metodu ən geniş yayılmış və dәqiq metodlardan biridir. Bu metodla ölçmә zamanı yivin orta diametrinә silindrik һamar diametrkimi baxılır. Hәmin silindrik sәtһi yivlərin dolaqlarını elә kəsmәlidir ki, dolağın en kəsikdә qalınlığı çökәyin eninә bәrabәr olsun.
Bu metod aşağıdakı mərһәləlәrdən ibarətdir: yivin çökək һissәsinә üç bərabər diametrdә məftil qoyurlar. Ölçәn alәt vasitәsilә M məsafәsi ölçülür (şəkil 29).


Şəkil 29

Yivin orta diametri ( ) üç mәftil vasitəsilә alınmış M ölçüsünə әsas aşağıdakı formul üzrә hesablanır:



burada, M – mikrometrlə ölçülərkən məftillərinin kənar nöqtələri arasındakı məsafə; – məftilin diametri, P – yoxlanılan yivin addımının nominal ölçüsüdür.

Mәftilin diametri yivin addımına görә verilmiş cədvəldən götürülür.
Ölçmә zamanı mәftili ölçü aləti üzәrində qurulmuş kronşteyndәn sərbәst asmaq və yaxud başmaqlarda bərkitmәk olar.
Tələb edilən ölçmә dәqiqliyindәn asılı olaraq, M məsafəsini ölçməküçün cihazın növü ölçmә dəqiqliyinә görә seçilir.
Әgәr yivin addımı 0,6 mm-ә bәrabәr və yaxud ondan kiçikdirsə, onda iki mәftil bir-birinə qonşu dolaqda yerləşdirilmәyib, aradan bir dolaq buraxılmalıdır..
Ölçməni aparan zaman ölçulən detalın yerinin dəyilşməmәsi üçün ehtiyatlı olmaq lazımdır. Məftillәrin cilalanmış orta hissəsinin yivinçökək һissәsindә yerlәşmәsinә vә yaxud mәftillәrin rәnglәnmәsinә diqqәt yetirilmәlidir. Laboratoriya işini apararkәn Mmәsәfәsini ancaq bir enkəsikdә ölçməkkifayәtdir.
M mәsafәsini ölçdükdәn sonra yivin orta diametrini ( ) formulu vasitәsilә hesablamaq lazımdır. Ölçmә nəticəsindә alınmış bütünqiymətlәr cədvəlә yazılnr. Hesablanmadan alınmışyivin orta diametrinin ( ) son nəticəsi göstәrilir.
Mikrometr vә yiv başlıqları ilә ölçmә (şәkil 30,31) xarici yivlәrin (metrik,düymә,trapes) orta diametrinin tәyin edilmәsində tәtbiq edilir. Bumikrometr adi mikrometrdәn şpendeli üzәrindәki əks yivә xüsusi başlıqlar qurmaq üçün olan barmaqla fәrqlənir.


Şəkil 30


Şəkil 31
Metrikyivlәri ölçməküçün başlıqlar dәsti yivin addımına uyğun olan yeddi cütdən, düymə yivindә isә başlıqlar dәsti bir düymədəki dolaqlar sayına uyğun altı çütdәn ibarәtdir. Trapes yivlәri ölçməküçün başlıqlar yivin һәr addımına müvafiq cüt-cüt һazırlanır.
Konus başlıqlar yivin yuvalarına keçir, bu yuvanın qarşısındakı dolaq isә prizmatik başlığa daxil olur. Bu üsulla ölçmәdә yivin orta diametri bir dəfәdә tәyin edilir. Yivlәrin orta diametrlərinin ölçülmәsindә dəqiqlik 0,025-0,2 mm arasında olmalıdır.
Mikrometrdən istifadəetmə və ölçülәri oxuma 2-ci işdә (sәlist kalibrlərdә) olduğu kimidir.
Detalın ölçülməsi (5–6 ədәd detal üzərindә) iki biri-birinə perpendikulyar müstәvilәrdә və üç enkәsiyindә aparılır. Ölçmә nəticəsində alınan mәlumatlar cədvәlә yazılır.



Yivin
addı­mı, mm

Məf­til

Yivin
addı­mı, mm

Məf­til

Yivin
addı­mı, mm

Məf­til

Yivin
addı­mı, mm

Məf­til

0,20

0,118

0,50

0,291

1,25

0,724

3,5

2,020

0,25

0,142

0,60

0,343

1,50

0,866

4,0

2,311

0,30

0 170

0,70

0,402

1,75

1,008

4,5

2,505

0,35

0,201

0,75

0,433

2,0

1,157

5,0

2,866

0,40

0,232

0,80

0,461

2,5

1,441

5,5

3,177

0,45

0,260

1,00

0,572

3,0

1,732

6,0

3,468


Azərbaycan Neft və Sənaye Universiteti
“Maşınqayırma və materialşünaslıq”
kafedrası

Yiv elementlərinin universal alətlərlə ölçülməsi

İş
№6

Ölçülən detalın sxemi






Ölçmənin nəticəsi, mm

Sıra №-si

Eskiz üzərindəki işarələr



Ölçmə

Nəticələ­rin orta qiymətləri

1

2

3

1

d













2

d2ölçmə













3

M













4

d2hesab













5















6

Dx
















Hesablama formulası:

İşləmə tarixi




İşin təhvil tarixi




Tələbənin imzası




Müəllimin imzası







Yüklə 2,95 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə