Maşınqayırmada keyfiyyətin normallaşdırılması



Yüklə 2,95 Mb.
səhifə16/21
tarix26.10.2023
ölçüsü2,95 Mb.
#131427
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   21
C fakepath lav v sait - LABORATORIYA

LABORATORİYA İŞİ №7

YİV ELEMENTLƏRİNİN ALƏT MİKROSKOPUNDA

İşin aparılması üçün tələb olunan
cihazlar və ləvazimatlar

  1. Alət mikroskopu.

  2. Yivli detal.



Alət mikroskopu haqqında qısa məlumat

Alәt mikroskoplarında yiv elementlәriıin ölçülәri tәyin edilir. Bu alәt vasitәsilә yiv kalibrlәrinin, metçiklәrin (yivaçanların),yiv frezlәrinin vә başqa yivli hissəlәrin xarici yivlәrinin bütün əsas elementlәrini ölçmək olar.


Ən geniş yayılmış mikroskop tiplәri bunlardır:

  1. ММИ – kiçik alәt mikroskopu (şəkil 32, a).

  2. БМИ – böyük alət mikroskopu (şәkil 32, b).

  3. УИМ-21 vəУИМ-23 – universal mikroskoplar.

Bu mikroskopların modelləri eyni prinsip üzrә qurulmuşdur. Onlar bir-birindənəsasənəndazә ölçüləri, ölçmә һədlәri vә ləvazimatlar yığımı ilə fәrqlənir.
Göstәrilən mikroskoplar çox geniş yayılmışoptiko-mexaniki cihazlara daxildir. Bu cihazlarla yüksəkdәqiqlikləmüxtəlif xәtti vә bucaq ölçməlәri aparmaq olar. Bu ölçmәlәr düzbucaq vəkoordinatlarda da aparıla bilər.
Bu işdə yivin elementlәrinnn bucaqölçәn universalbaşlıqı olan kiçik alәt mikroskopunda (şəkil 32, a) ölçmək tәlәb edilir. Mikroskopların quruluşu belədir: mikroskopun 1 gövdәsi və onun üzәrində iki bir-birinəperpendikulyar istiqamətdə yerdəyişәn 3 mizi var. Bölgüsünün qiyməti 0,05 mm və ölçmə həddi 0–25 mm olan mikroskopikqurğular vasitəsilə mizi hərəkət etdirmək olur.

Şəkil 32


Şəkil 33

Kiçik modellərdə 75 mm qədər,böyük modellərə isə 150 mm kimi ölçmә һәddini artırmaq olar. Bunun üçün ölçüsü 25 mm olan ucluqdan istifadə edilir. Mizi (3) sağa çəkdikdə onun gövdәsindә əmələ gələn yarığa ucluğu yerləşdirirlər.


Miz ucluqları sferik olan mikrovintlərә, yayın tәsiri altında sabit qüvvә iləsıxır. Ucluqları yerlәrinә qoyan və yerindәn çıxaran zaman mizin vintə zәrbə ilә vurula bilməsinin qarşısını almaqüçün uzununa yerdәyişәn karetkada pnevmatik tormozlar var ki, bu da onun sürәtlә hərəkәt etmәsini һududlaşdırır (БМИ-dә isә һәm dә eninә karetka hərəkәt edir).
Mikroskopun mizinin (3) şüşəliüst һissәsi şaquli oxətrafında dönә bilәr. Bu da ölçmә xətti ilә mizin uzununa vә eninә yerdәyişmә istiqamәtlәrinin dәqiq olaraq uyğunlaşmasına qulluq edir. Kiçikmodeldə mizin dönmәsi 10° һüdudunda olur. Böyük modeldә isə əl çarxı vasitəsilә miz 360° döndәrilib vә istәnilәn vәziyyәtdә dayandırıla bilәr. Mizin dönmә bucağı bölməsinin qiymәti 3 olan noniusla müәyyən edilir. İşıqlandırıcı cihaz 14 dayağın aşağı hissәsinә bərkididir vә elektrik şəbəkəsilә bilavasitә birlәşdirilir. Lampa mikroskopun gövdәsindәn kənara çıxarılmışdır ki, bu da onun soyuması şәraitini yaxşılaşdırır vә cihazda һәrarәtin yüksəlmәsi səbəbindәa əmәlə gәlә bilәn һәrarәt xәtasını azaldır.
İşıqdandırıcı cihazmikroskopda məmulun konturunun işıqlandırılmış fonda görünməsini, ona nəzarət olunmasını, yaxud kölgә metodu ilә ölçmənin aparılmasını tәmin edir. İşıqlandırıcı ciһaz (14) lampadan, kondensatordan vә 15 nizamlayıcı һalqası olan diafraqmadan ibarәtdir.
Bu mikroskopun 5 tubusu 9 kronşeyndә yerlәşir və11 dayağının şaquli yönәldicilәri boyunda hərəkәt edir. Әl çarxı vasitәsilә dayaq 16, һәr iki tәrәfə 13 oxuna nisbətәn ±12,5° altında meyl edir ki, bu da mikroskopu ölçülən yivin dolaqlarının qalxma bucağı altında qurmaq üçündür. Maillikbucağı 16 әl çarxının şkalası üzrə təyin edilir. Ətrafında 11 dayağına mail vәziyyətə gәtirәn ox, mikroskopun mizi üzərindəölçməküçün qurulan fırlanma detallarının oxları iləkəsişir. Əl çarxının(10) fırlanması vasitəsilә kronşteyn şaquli üzrə yerdəyişir vә bununla mikroskop fokusa salınır. Bu vәziyyәt 12 vinti iləbərkidilir. 12 vintiniaçdıqda kronşteyni saxlamaq üçün yaylı tormoz vardır. Bu kronşteynin aşağa düşmәsinin və 4 mikroskopunun obyektivinin zәdәlәnmәsinin qarşısını alır. Mikroskopun tubusu üstündә dәyişilən 7 okulyar başlığı bərkidilir. Bu müşaһidә edilәn ekranlı okulyar proyeksion taxmanın üzərindә yerlәşir vә çıxıntılı һissәnin (8) üstündә bərkidilir.
Mikroskoplar üçün üç tipdә okulyar başlıqları hazırlanır;bucaqölçənОГУ-21, revolver (profil) ОГР-23 vә ikiqat göstәricili ОГУ-22.
ОГУ-21tipli okulyar başlığı (şəkil 33, a) әn universal olub çox zaman alәt mikroskoplarında tәtbiq edilir. Bucaqölçən başlıq dairəvi olub gövdәsinin mәrkәzindә 3 okulyarı yerlәşir. Yan tәrәfdә һesablayıcı (bucaqölçən) 6 mikroskopu yerlәşmiş, ondan aşağıda isә şkalanı işıqlandırmaq üçün 8 güzgüsü vardır. Bucaqölçәn okulyar başlığını tәtbiq edәrkәn görünən saһә tor şәklindә olur (şәkil 33, b). Üzәrindә cizgilәr çәkilmiş disk öz oxu әtrafında 12 әl çarxı vasitәsilә 360° fırlana bilәr. Okulyarın cizgidə toru (2) üzәrindә 60° altında iki bütöv, xaçşəkilli qırıq vә bir-birinә paralel dörd qırıq xәtt göstәrilmişdir.
Tor cizgilәrinin kəsişmə mərkəzi vә şkala dәrәcәsinin çevrә mәrkәzi, fırlanma oxunun geometrik oxu ilә uyğungəlməlidir. Әl çarxı (3) döndәrdikdә okulyar torla birlikdә mikroskopun (6) bucaqölçәn şkalası da fırlanır. Şәkil 33,c-dә göstәrilәn bucağın ölçüsü 30°25 -dir.
Ciһaz elә düzәldilir (nizamlanır) ki, dərəcənin dәqiqә bölgülәri sıfır göstәrən һalda torun һorizontal cizgisi mikroskopun uzununa һәrəkət istiqamətinә paralel olsun.
Yuxarıda göstərilәn okulyarbaşlıqlardan başqa mikroskopa mərkәzi aşıq, iki (sağ və sol) prizmatik altlıq, proyeksion tərtibat və başqaları da әlavəedilir. Göstərilən bu ləvazimatlar mikroskopik alәtdəö ölçmә işinin imkanlarını genişlәndirir.
Bucaqölçәn okulyar başlıq xәtti vəbucaqölçmələriüçün tәtbiq eilir. Aşağıda bu başlığın yiv nəzarәtindә tәtbiqi tәsvir edilir.


Yüklə 2,95 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə