Maşınqayırmada keyfiyyətin normallaşdırılması



Yüklə 2,95 Mb.
səhifə2/21
tarix26.10.2023
ölçüsü2,95 Mb.
#131427
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   21
C fakepath lav v sait - LABORATORIYA

LABORATORİYA İŞİ №1

DETALLARIN XƏTTİ ÖLÇÜLƏRİNİN NONİUSLU ALƏTLƏRLƏ ÖLÇÜLMƏSİ

Maşınqayırmada, ştangenalətlәr və mikrometrik alәtlәr geniştətbiq olunan ölçü vasitәləridir. Oıa görə də bu alәtlәrləişləməyə mütləq bilmәk lazımdır. Bu işdəölçmə ştangepərgarlar, mikrometrlәr vә digər noniuslu alәtlәrlə aparılır.


Tələbә alәtin eskizini çəkir, әsas hissəlәrinin adlarını yazır, onun saz olmasını yoxlayır. Sonra detalın üç en kəsiyində iki istiqamət üzrə bir neçә dәfә ölçüsünü götürür, ölçmə xətasını tәyin edib, detalın yararlı olub-olmaması haqqında nəticə çıxarır.

Ştangenalətlər

Ştangenalәtlәr qrupuna ştangenpərgarlar, ştangendәrin­lik­ölçənlər, ştangenreysmuslar və ştangendişölçənlər daxildir.


Ştangenpərgarların əsasən üç növündən istifadə edilir (şəkil 1).

  1. Birinci tip ştangenpərgarlar (şəkil 1, a) iki tərəfli qoşa dodaqlı olur. Üst qoşa dodaqlar daxili, aşağı qoşa dodaqlar xarici ölçülәri ölçmәk üçündür. Bu ştangenpərgar vasitəsilә 0-125 mm hədlər arasında olan ölçüləri ölçürlər. Bu ştangenpərgarın noniusları ölçünü 0,1 mm dəqiqiliklə almağa imkan verir.

  2. İkinci tip ştangenpərgarlarda (şəkil 1, b) ikitərәfli qoşa dodaqlarıdır. Alt qoşa dodaqlı, həm də xarici ölçülәriölçmәk üçündür. Daxili ölçüləri ölçərkən, alınan nəticənin, yəni əsas ölçününü üzərinə dodaqların qalınlığını əlavəetmək lazımdır. Üst qoşa dodaqlar iti ucludur.Bunlar nişan vurmaq , eləcə də daxili ölçmə üçün tətbiq edilir.

  3. Üçüncü tip ştangenpərgarlarda (şəkil 1, c) ölçmə dodaqları bir tərəfdə yerləşir. Dodaqların daxili 1;2 müstəviləri xarici, xarici silindrik sәtһlәri isә daxili olçmәküçündür.Daxili ölçməlәrdә, göstərişә dodaqların qalınlığını da əlavə etmək lazımdır.


Şəkil 1
Ştangenalәtlәrin һesablama quruluşu, xәtti noniusdan ibarәtdir. Belә tәrtibat, ştangenpәrgarın әsas şkalasının bölgü intervallarının kәsr һissәsini һesablamağa imkan verir.
Ştangenpәrgarın dodaqlarını yumduqda nonius şkalasının bölgü intervalı – a, әsas şkalanın bölgü intervalı a-dan, “C”kәmiyyәti qәdәr kiçik olduqunu görə bilәrik. Burada “C”modulun =1 qiymәtindә nonius üzrә һesablama kəmiyyəti adlanır. Modul =2 odduqda, noniusun şkalasıngn a bölgüsü, әsas şkalanın iki bölgüsü, yəni C-kәmiyyәti qәdәr kiçikdir (şəkil 2). Ona görә də noniusun, kәnar ştrixlәrindәn başqa, һeç bir bölgüsü әsas şkalanın bölgüsünə tuş gәlmir.


Şəkil 2

Tәrpәnәn dodaq çərçivәciyini, noniusun birinci bölgüsü әsas şkalanın birinci bölgüsü ilә uyğun gәlәnә qәdәr sürüşdürsәk, C – kәmiyyәtinә bәrabәr olan araboşluğunu almış olarıq.


Noniusun vә əsas şkalanın parametrlәri aşağıdakı tәnliklә әlaqәdardır.
yaxud
Noniuslu şkalalarda ölçülәn A әdәdinin һesabını әsas şkala üzrə һesablanan tam nbölgülәr ilә, nonius şkalası üzrə һesablanan kәsr bölgülәrini toplamaqla alırlar.

burada – şkalanın uzunluğu; n– nonius şkalasının bölgülә- rinin sayı; K –noniusun һәr hansı ştrixinin әsas şkalanın ştrixinə uyğun gәlənbölgüsüdür.


Yüklə 2,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə