Maşınqayırmada keyfiyyətin normallaşdırılması


Mikrometrlər vasitəsilə ölçmə



Yüklə 2,95 Mb.
səhifə4/21
tarix26.10.2023
ölçüsü2,95 Mb.
#131427
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   21
C fakepath lav v sait - LABORATORIYA

Mikrometrlər vasitəsilə ölçmə

Detalın xariciölçülərini ölçmək üçün sığallı mikrometrdәn istifadә olunur. Bunların ölçməhəddi 0–25;25–50; 50–75; 75–100 vә bu qayda ilә 600 mm-ə qәdərdir.


Ölçmәyә başlamazdan әvvәl mikrometr yoxlanılır. Ölçü һәdlәri 0–25 mm olan mikrometrdә alәtin sıfır vәziyyәti yoxlanılır.
Ölçü һәdlәri 25–50, 50–75 ım vә s. mikrometrlәrdә isә futlyarın içәrisində olan vә aşağı ölçü һəddinә,yәni 25,50,70 mm vә s. bәrabәr gәlən ölçü tavacıqvarından istifadə edilir. Bu һalda mikrometrin cır-cırını, 4 mikrovintinin yan üzü vә 5 dabancığı müәyyәnlәşdirici ölçüyә (tavacığa) toxunana qədər fırladır. Bu zaman barabanın kәnarı elə vәziyyət almalıdır ki, 0,5 mm bölgülü şkalanın başlanğıccızığı (0,25 yaxud 50) tamam görünsün, yәni 1 saplağının boyuna ştrixi ilә qarşı-qarşıya dayansın.
Yerlәşmә düzgün olmazsa, 2 barabanının vәziyyәtini 4 mikrovintinә nәzәrən döyişmәk lazımdır. 8 nәqşli çıxıntıdan tutmaqla barabanı sol әldә saxlayıb, sağ əllə 9 qaykasını (cır-cırın gövdәsini) fırladırlar və barabanın gövdəsinimikrometrik vintdən azad edirlәr. Bundan sonra mikrometrikvintin üzәrindә sərbəst dayanmış barabanın gövdəsini, sıfır quruluşu bәrpa edәnə qәdәr döndәrirlər, nəqşli çıxıntıdan 8 yapışaraq, 9 qaykası vasitәsilә mikrometrik vinti yenidənbarabana bağlayırlar.


Şəkil 6

1 – saplaq; 2 – baraban; 3 – qayka; 4 – mikrovint;


5 – dabancıq; 6 –cır-cır başlığı; 7 – vint;
8 – nəqşli ucluq; 9 – qayka.
Sıfır quruluşunu əldə etdikdən sonra, mikrovinti fırlatmaqla, ölçülәcək detalı 4 mikrovintinin və 5 dabancığının ölçü sәtһlәri arasında yerləşdirib, ölçüləri hesablayırlar.
Mikrometrlə ölçmənin ştangenpərgarla ölçmədәn başlıca fərqi, mikrometrdә ölçmə qüvvəsinin sabit olmasıdır. Ölçmә vaxtı bu qüvvә P=400 q olur. Ölçməqüvvəsi həddini alarsa, 6 cır-cır başlığı cırıldayır.
Ştangenpәrgarda isә əksinə, ölçən obyektə təzyiq sabit olmur.

Mikrometrik içölçənlə ölçmə

Mikrometrik içölçən (şəkil 7) daxili ölçüləri və deşiklәrin diametrlərini ölçmək üçundür.


İçölçәnin mikrometrik başcığı 1 saplağından vә 3 qaykası ilə 2 barabanın gövdәsinә bərkidilən 4 mikrovintindәn ibarәtdir.Mikrovintin bir ucundan ölçü ucluğunun biri kimi istifadә edilir. Mikrovinti nəqşli 5 һalqası vasitәsilә fırladır vә 6 vinti vasitәsilə dayandırırlar. Gilizin ikinci ucu ölçən 8 ucluğu iləbirlәşmişdir. Gilizin üzәrindəki yivә qoruyucu 9 qaykası vintlənir. Həmin yivin üzәrinә 9 qaykasını bağladıqdan sonra 10 uzadıcısını bağlayırlar. Ölçülərin oxunması sığallı mikrometrlәrlə olduğu kimidir. Mikrometrik içölçənin başlığı, içölçәnin әsas һissәsidir.
İçölçәnlәri, bölgülərinin qiymәti 0,01 mm-ə bәrabәr olan 50–75; 75–175; 75–600; 150–1250; 200–1250; 1250–4000; 2500–6000; 4000–10000 mm ölçmə һüdudlarında һazırlayırlar. Uzadıcısız başlığın ölçühәddi 50–63 mm olur. Hәr bir uzadıcı üzәrindә onun iş ölçüləri gәstәrilir. Ölçülәri 500 mm vә daha çox olan uzadıcıların üzәrindә az istilikkeçirən materialdan hazırlanmış örtük olur.
İçölçәn alәtin komplektinə bәnd formalı ölçü qurğusu (şәkil 7, b) daxildir ki, onun vasitəsilә ciһazın sıfır vәziyyəti yoxlanılır.

Şəkil 7

Əgәr ölçüqurğusu yoxsa, içölçәnin sıfır vәziyyәtini cihazın ölçü ucları vasitәsilә (şәkil 7, c) qurmaq olar. Bu halda ölçü uclarını 12 yanüzlüklәri ilә birlikdə 13 tutacağına yerlәşdirirlәr. Sonra 14 qaykasını boşaldıb A-ölçü uclarını 15 kalotkası vasitәsi tutqacın sol tәrәfinә әl ilә sıxırlar. Sonra 14 qaykasını bәrkidirlәr.


Bu zaman qayka altındakı şayba onun üzәrindәki deşik vasitәsilә uyğun ştrixә keçirilmәlidir. Daha sonra 16 vintini fırlatmaqla ölçü ucları yan üzlüklәrlә birlikdә birdәfәliktutqacda sıxılır vә yan üzlüklәr arasındakı boşluğa mikrometrik içölçәn daxil edilir.
İçolçәni 7 һalqasından tutub nəqşli 5 һalqası vasitәsilә barabanı fırladaraq mikrometrik vinti o vaxta qәdәr açırlar ki, ucluqlar qurğuuclarına vә yaxud yanüzlüklәrә toxunsunlar. 6 dәstәyini döndәrməkləmikrovinti yerindә bәrkidib, sıfır göstәricisini yoxlayırlar. Sıfır ştrix tamamilә görünməlidir. Uzununa ştrixin әsas şkalası qarşısında baraban şkalasının sıfır bölgüsü durmalıdır.
Mikrovinti bәrkitdikdәn sonra astaca yırğalamavasitəsiləölçü sәtһlәri arasındakı әn kiçikməsafәyә bәrabәr olan ölçü tәyin edilir. Əgәr içölçәn hansı bir vәziyyәtdә çox çәtinliklә keçәrsә,o zaman mikrovint boşaldılır vә yoxlama tәkrar aparılır.
Mikrometrik içölçönin cır-cırı olmur. Cihazlarının ölçü və yaxud detal sәtһlәrinә kip toxunmaları һissiyyatla müәyyәn edilir.
Mikrovinti boşaldıb-bәrkitməklə yoxlama bir neçә dәfә aparılır ki, içölçәnin ənkiçik göstәricisi tapılsın. Əgər sıfır qurğusu düz olmazsa 3 kontrqaykasını boşaldır vә barabanın vәziyyәtini nizamlazırlar.
Ölçmә zamanı mikrometrik içölçәn,yoxlanılan deşiyә geydirilir, mikrovint boşaldılır. 4 vә 8, yaxud 4vә 17 ölçüucluqlarını deşiyin divarlarına toxunana qədәr nəqşli 5 һalqasını fırladıb, mikrovinti bәrkidirik. Ölçmә bir neçә dәfə aparılır.
Ölçmə zamanı deşiyin oxuna perpendikulyar müstәvidә içölçәni yüngül surәtdә yırğalayaraq әn böyük ölçünü(şәkil 8, c,ölçü – q) vә һabelә deşik oxundan keçәn müstәvidә әn kiçikölçünü tapırsa (şәkil 8, c, k). İçölçәniölçülәcək diametrin vәziyyәtinә uyğun vәziyyәtdә qurduqdan sonra mikrovint bərkidilir, içәlçәn deşikdәn çıxarılır vә hesablama aparılır.


Yüklə 2,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə