Maşınqayırmada keyfiyyətin normallaşdırılması



Yüklə 2,95 Mb.
səhifə8/21
tarix26.10.2023
ölçüsü2,95 Mb.
#131427
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   21
C fakepath lav v sait - LABORATORIYA

LABORATORİYA İŞİ №3

BUCAQLARIN VƏ KONUSLARIN ÖLÇÜLMƏSİ

Bucaqların vә konusların ölçülməsi üçün aşağıdakı iki tip bucaqölçәnlәrdәn istifadә edilir:



  1. Transportirli bucaqölçәnlәr.

  2. Universal bucaqölçәnlәr.



Alətlər haqqında qısa məlumat

Bu işin aparılmasında mәqsəd noniuslu bucaqölçәnlәrlə tanış olmaqdır.


Maşınqayırmada һissәlәri toxunma metodu ilә ölçmәküçunmüvafiq noniusları olan standartlaşdırılmışbucaqölçәnlәr iki tipdә hazırlanır:
I-ci tip (şəkil 16) – noniuslu transportirli bucaqölçәn;
II-ci tip (şəkil 17) – noniuslu universal bucaqölçәn.


Şəkil 16


Şəkil 17

Hәr iki tip bucaqölçәnlәrdә noniusun һesablama qiymәti 2 , әsasıncәdvәlinin bölgü qiymәti isə– 1°-dir.


Transportirli bucaqölçən (şəkil 16) üzәrindә 120° qövsşkalası olan 1 әsasından ibarәtdir. Əsas üzәrinә sәrt surәtdә 2 əsas xətkeşi birlәşdirilmişdir. Hərəkət edәn 4 xәtkeşi 3 noniusu ilә birlikdә fırlanır. Müəyyən bir bucağı dәqiq qәrarlaşdırmaq üçün 5 vinti bәrkidilir vә 7 mikrometrik vinti vasitәsilә 4 xətkeşi noniusla birlikdә tәlәb olunan vәziyyәtә gәtirilir. 6 bәrkidicisi 4xәtkeşini bərkitmәk üçündür. 0-dan 90°-yә kimi olanbucaqları ölçmək üçün 4 xәtkeşi üzәrinә 8 bucaqlığı taxılır. 90°-dәn 180°-yә qәdәr olan bucaqları ölçәrkәn 8 bucaqlığı çıxardılır.
Universal bucaqölçən (şәkil 17) üzәrindә әsas dәrәcә şkalası göstәrilmiş 1 әsasdan vә üzәrinә 3 noniusu bәrkidilmiş 2 sektordan ibarətdir. Sektor әsasın üzәrindә һәrәkәt edә bilәr. Tutqac 4 vasitәsilә 2 sektoru üzәrindә 5 bucağını bәrkitmәk olar. Onun da üzәrinә taxılan 6 xәtkeşi bәrkidilir. Әsas 1 ilә onun 7 xәtkeşi sәrt bәrkidilir. Bucaqölçәnin әsas şkalası 130° qövs üzәrindәdir. Bucaqölçәnin detallarını müxtәlif kombinasiyalarda qurmaqla 0°–320° arasında olan bucaqları da ölçmәk mümkündür.
Şәkil 18, a-da 5 bucağın vә 6 xәtkeşin kombinasiyası göstәrilmişdir ki, bu da 0°-dən 50° kimi olan xaricibucaqların ölçülməsinə imkan verir. Bu halda, bucaqölçənin ölçəntərəfləri6 xәtkeşin qabırğası və 7 lövhəciyin səthləri olur. Həmin bucaqları 6 xәtkeşin çıxarılmış vəziyyәtindә dəölçmək olar. Bu һalda isә bucağın yerini elə dәyişmәk lazımdır ki, onun qısa qabırğası sağ tәrәfə yönәlsin. Sıfır vәziyyәti şәkil 18, a-da qırıq-qırıq xәtlә göstərilmişdir.

Şəkil 18

Şəkil 19, a-da ancaq tək6 xәtkeşin (onun әvәzinә 5 bucağı da taxıla bilәr) tәtbiqi göstәrilmişdir. Bu һalda, 50°–140°һәddindә xarici bucaqlar da ölçülә bilәr. Hesablama üçün başlanğıc vәziyyәt 50°-dә qırıq-qırıq xәtlә göstәrilmişdir.


5 bucağının qısa tәrәfi ilә 7 lövһәciyinin kombinasiyası şәkil 18 b-dә gәstərilir. Bu һalda 140°-dәn 180°-yə qәdər xariciküt və 180°-dәn 230°-yə qәdәr daxili bucaqlar ölçülür. Burada başlanğıcvәziyyәt qırıq-qırıq xәtlә göstәrilmişdir. Şəkil 19-da üzәrindәn bucaq vəxətkeş çıxarılmış bucaqölçәn göstәrilmişdir. Bu vəziyyәtdә ancaq 230°–320° һəddində (yaxud, әlavә kimi 360°-yə qədәr, 130°-dən 40°-yəkimi) daxili bucaqlar ölçülür.

Şəkil 19

Beləliklə, 18,a 18,b və 19,a kombinasiyaları 0°–180° һәddindəxaricibucaqları ölçmәyə, 19, c və 19, d kombinasiyaları isə 180°–320° һəddində (yaxud, əlavə kimi 360° qәdər, 40°-dәn 180°-yә kimi) daxilibucaqları ölçməyə imkan yaradır.



Yüklə 2,95 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə