Maşınqayırmada keyfiyyətin normallaşdırılması


İndikatorlu içölçənlə ölçmə



Yüklə 2,95 Mb.
səhifə7/21
tarix26.10.2023
ölçüsü2,95 Mb.
#131427
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   21
C fakepath lav v sait - LABORATORIYA

İndikatorlu içölçənlə ölçmə

İndikatorlu içölçənlə də işlədikdә әn əvvəl nominal ölçunü tәyin etmək tələb edilir.


İndikatorlu içölçən cihazın ölçmə qurğusu saat tipli indikatordan, yaxud MKM, 1ГРЗ vә s. tipli başlıqlardan ibarətdir.Adi tipliiçölçənlərdә, bölgülərinin qiyməti 0,01 mm olan indikatorları,yüksək dəqiqliklə içölçənlərdә isə bölgülәrininqiymәti 0,001, yaxud 0,002 mm olan lingli-dişli başlıqları tәtbiq edirlər.
Şəkil 13-dә indikatorlu içölçənlər verilmişdir. Burada boruvarı gövdədəindikator qurulmuşdur. Gövdənin digәr ucunda isә ölçu başlığı var.
Şәkil 13 a-da 10–18 mm kimi hәddә-ölçü aparılması mümkün olan indikatorlu içölçən göstәrilmişdir.
Şəkil 13 b-dә ölçü һәddәri 100–160 mm və şəkil 13, c-dә isә ölçü hədləri 450–700 mm kimi olan indikatorlu içölçən göstərilmişdir.
Ölçü başdığının bir ucunda 3 ölçü mili, digәr ucunda isә dәyişdirilә bilәn 4 ölçü ucluğu bərkidilmişdir.
Daxili ölçәn zaman ölçü milinin yerdəyişmәsi hərəkət edən milә ötürülür, o da hərəkəti indikatorun ölçü milinəköçürür.


Şəkil 13

Şəkil 14-dә ölçmә hədlәri 18–50 mm olan indikatorlu içölçənin konstruktiv sxemi verilmişdir.


Burada 1indikatoru cihazın 2 boruvarı gövdəsinəkeçirilir vә 9 sıxıcısı ilə bərkidilir. Boruları gövdənin digər ucuna ölçmə başcığı yerlәşdirilmişdir. Cihazların ölçü başlıqları ölçmə hədlərinin qiymətlərinə görə müxtəlif olurlar. Bunun bir tәrәfinә 4 hərəkət edәn ölçü mili, digәr tәrәfinә isə dəyişilən 3 ucluğu bәrkidilir. İçölçәnlərdə ölçü xәttini, ölçüləcək deşiyin diametri müstәvisi üzәrinә saxlamağa xidmət edənmәrkәzlәşdirici körpücük olur.
Deşiklәri ölçdükdə, ölçü milinin yerdəyişməsi һәrәkәt edən milә ötürülür,bu da öz növbəsindә yerdəyişmәnin indikatorun ölçü milinə ötürür.
İndikatorlu içölçәnlәr bir neçə tipdə olur. Ölçmə һәdlәri450–700 mm olan içolçәnlərə altı әdәd dәyişilәn ölçü qondarması, şayba vә uzadıcılar әlavә olunur.


Şəkil 14

İş zamanı cihazın istilik izolyasiyası olan 11 dəstəyindən tutmaq lazımdır.


İndikatorlu içölçənlә deşikləri ölçmək üçün içölçənin 2 borucuğunun yuxarı һissəsinə bölgülәrinin qiyməti 0,01 mm olan indikator taxırlar vә onun əqrәbini bir dövr edәnə qədər aşağı buraxırlar. Sonra indikatoru bu vəziyyətdә 10qaykası ilә bərkidirlәr. İçölçәnin ölçü başcığının deşik hissəsinә dəyişilәn ölçü barmağını bağlayırlar. Barmağı deşiyin nominalölçüsünә
görә seçirlәr. Ara ölçülәr üçün barmağın üstünə şayba taxırlar.
Ciһazı tәnzimləmə һalqası,yaxud ölçütavacıqları vasitәsilә sıfır vәziyyәtinә gətirirlər. Tәrtib edilmiştavacıqlar dәstinә xüsusi 3 vә 4 yanlıqlarını sürtürlәr vә birlikdә 5 tutqacı ilә sıxırlar. Bunun üçün 6 qaykasını burub boşaldırlar. Sonra yanlıqlarla birlikdә tavacıqlar dәstini vә 7 altlığını tutqacın bir tәrəfinә əllә sıxırlar vә 6qaykasını burub bәrkidirlәr.Bu zamanmütlәqqaykaaltı şaybaya alt tәrәfdә yerlәşmiş ştifti geydirmәk lazımdır. Daһasonra yanlıqlarla birlikdә tavacıqları tutqacda 8 vinti ilә sıxırlar.
Ölçü aparmaq üçünhazırlanmışindikatoru 3 vә 4 yancıqların arasından eһtiyatla xaricә çıxartmaq lazımdır. Yırğalanmadan indikatorun böyükəqrәbi saat әqrәbi istiqamәtindә hərəkət edib әn kәnar vəziyyət alır(şәkil 15, b).Yerlәşdirmә ölçü sәtһlәri arasındakı әn kiçik mәsafәyә müvafiq gәlәn әqrəbin bu vәziyyәtinәşkalanı döndәrmәklә sıfır bölgüsünü uyğunlaşdırırlar.

Şəkil 15

Ciһazın qızmasının, һabeləşkalanın tәsadüfdәn dönmәsinin qarşısını almaq mәqsәdi ilə һәr dәfә ölçmә işi apardıqda içölçәnin termoizolyasiya ilә tәcһiz edilmiş 17 dəstәyindәn yapışmaq lazımdır.


Şkalanı sıfır vәziyyətinә gətirdikdәn sonrasıfır yerləşmәsini yoxlamaq mәqsәdilә cihazı bir daһa yellәmәklazımdır. Sonra indikatorlu içölçәni yerləşdirmә quruluşundan ehtiyatla çıxarıb, mərkәzlәşdirici körpücüyü sıxaraq, yoxlanılan deşiyə doğru yönәldirlәr.
Deşiyin oxundan keçәn müstәvi üzrә, ciһazı yüngülcә yırğalamaqla deşiyin diametrinә müvafiq gəlәn ən kiçik gәstәricini tapırlar.
Ciһazın göstәricisi sıfır vәziyyәtә gətirilmiş nominal ölçüyә nәzərәn deşik ölçusünun meylinə bərabәrdir. Göstәricini 3 şkalası üzrəhesabladıqda döndərmәni göstәrәn 4 әqrәbin vәziyyәtinin dəyişmәsini dә nәzərә almaq lazımdır.
Silindrik detalların daxili ölçülәrini, qarşılıqlı perpendikulyar iki mustəvi üzrә, habeləüç kəsikdә ölçməklә әldә edirlәr.
Alınan nəticələr cәdvәlә yazılır.


Azərbaycan Neft və Sənaye Universiteti
“Maşınqayırma və materialşünaslıq”
kafedrası

Silindrik detalla­rın mütləq me­tod­la ölçül­məsi

İş №2

Tapşırıq:ölçüləri ölçmək

Ölçülən detalın eskizi

1
2



İndikatorlu daxili ölçən
bölgüsünü qiyməti...................
....................................................
ölçmə hədləri...............................
.....................................................
Passametr şkalanın bölgüsünün
qiyməti.......................................
...................................................
şkala üzrə ölçmə hədləri .............
....................................................
passametrin ölçmə hədləri..........
....................................................

Detal №

Ölçmənin nəticəsi, mm

Sıra №-si

Ölçən
alətin adı

Yığılmış tavacıq-l­arın ölçüləri, mm



Oxa perpendikulyar kəsiklər

Yararlı olması haqqında rəy

1

2

3

İstiqamətlər

I

II

I

II

I

II

1

İndikatorlu daxili ölçən












































































2


Passametr (lingli mikrometr)












































































İşləmə tarixi




İşin təhvil tarixi




Tələbənin imzası




Müəllimin imzası






Yüklə 2,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə