Maşınqayırmada keyfiyyətin normallaşdırılması


Tәləbә aşağıdakı işlәri aparır



Yüklə 2,95 Mb.
səhifə9/21
tarix26.10.2023
ölçüsü2,95 Mb.
#131427
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   21
C fakepath lav v sait - LABORATORIYA

Tәləbә aşağıdakı işlәri aparır

  1. verilmiş bucaqölçәnin eskizini çәkir, һissəlәrinin adlarını göstәrir;

  2. bucaqölçənin dәqiqliyini yoxlayır;

  3. verilәn detalın eskizini çəkir, onun bucaqlarını ölçür;

  4. detalınkonusluğunu analitik üsulla təyin edir. Alınan nәticәlәri cәdvәl 3-ə yazır.

Noniuslu bucaqölçənin göstəricisinin
xətasının yoxlanması

Noniuslu bucaqölçәnin göstəricisindә xәtalara tәsir edәn başlıca amil, әsas şkala ilә noniusun cədvəlinin mәrkәzlәrinin bir-birinә uyğun gәlmәsidir. Bu amilin tәsirini aradan qaldırmaq üçün vint və sancaq üçün açılmış deşiklәrin koordinatlarını ciddi uyğunlaşdırmaq lazımdır.


Detalın ölçülmәsi bir neçә nöqtədә dayandırıcı (stopor) vintin boşaldılmış, һabelә bərkidilmiş vәziyyətlәrində aparılır.
Bucaqölçәnlәrin göstәricisinin xәtasını yoxlamaq üçün tәtbiq edilәn bucaqölçәnlәrin xәtası ±30"-dәn (2-ci sinif dәqiqlik) artıq olmamalıdır.
Toxunmametodu ilә tәyin edilmişölçülәri müqayisә etməküçünkonusluğu,yәni K-nı analitikhesablayırlar.
Konusluq (K) noniusun iki en kəsik diametrlər fәrqinin kəsiklər arasındakı məsafəyə nisbətinə deyilir.


Azərbaycan Neft və Sənaye Universiteti
“Maşınqayırma və materialşünaslıq”
kafedrası

Bucaqların və konusların ölçülməsi

İş №3

Ölçülən detalın eskizi


Ölçmənin və hesablamanın nəticələri

Buccaqlar

Ölçmə

Hesablama


Xəta


Yararlı ol­ma­sı haqqın­da nəticə

















































































































İşləmə tarixi




İşin təhvil tarixi




Tələbənin imzası




Müəllimin imzası






LABORATORİYA İŞİ №4

DETALLARIN ÖLÇÜLƏRİNİN SƏRT VƏ TƏNZİMLƏNƏN KALİBRLƏRLƏ YOXLANMASI

Bu işdə başlıca mәqsәd, tәlәbәləri üvәrindә hesablama cədvəli olmayan ölçü vasitələri – müxtəlif kalibrlərlə tanış etməkdir.


İşin aparılmasıüçün sığallı kalibrlərdən, sığallı nizamlanan bәndlərdən, yastı paralel tavacıqlardan vә müsaidәlәr standartları istifadə edilir.

Kalibrlərhaqqında qısa məlumat

Kalibr detalı ölçməküçünyox, onun yararlı,yaxud yararsız olmasını yoxlamaq üçün tәtbiq edilən alәtdir. Kalibr vasitəsiləölçünün һәqiqi meyllərinin tәlәb olunan һәdd meyllәrinә uyğun gәlmәsi müəyyənlәşdirilir. Detalların yararlığı çox zaman, xüsusәn külli vә böyük seriyalı isteһsallarda һədd kalibrlәrilә yoxlanılır. Sığallı silindrik detalları yoxlamaq üçün tәtbiq edilәn һәdd kalibrləri dәstinin iki tərəfi var:



  1. Keçәn tərəf– ПР. Bu kalibrin nominal ölçüsü valın әn böyük һәdd ölçüsünə, yaxud yuvanın ən kiçik һәdd ölçüsünә bərabәrdir.

  2. Keçmәyən tərəf –HE. Bu kalibrin nominal ölçüsü, valin әn kiçik hədd ölçüsünə,yaxud yuvanın әn böyük һәdd ölçüsünә bərabәrdir. Əgәr keçən tərəf öz ağırlığı, yaxud tәxminәn ona bәrabər qüvvә təsiri altında yoxlanan detal sәthindәn keçirsә, keçmәyәn tərəf isә bu sәtһdən keçmirsә, detal yararlı һesab edilir. Bu һalda yoxlanılan detalın һəqiqi ölçüsü verilmiş ölçü һәddlәri arasında olur.

Gördükləri işlərә görə һәdd kalibrlәri işçi vә nәzarәt kalibrlərinə bölünür.
Detalın һazırlanması prosesi zamanı yoxlamaq üçün ПР-keçən vә HE-keçmәyәn işçi kalibrlәr tәtbiq edilir. Bu zaman yuvaları yoxlamaq üçün kalibr tıxaclar(şәkil 20), valları yoxlamaq üçün isә kalibr bəndlәr (şәkil 21) işlәdilir. Bu kalibrlәrdən fəhlәlәr vә zavodun texniki nәzarәt şöbәsinin (OTK) nәzarətçilәri istifadә edirlәr.
Nәzarәt kalibrlәrindən (K-ПР, K-HE, K-И) işçi kalibr-bəndlərin ölçülərini nizamlamaq və yaxud yoxlamaq üçün istifadә edilir. Bunlar halqa formasında olurlar.
K-ПРvә K-HE nәzarət kalibrləri, ПРvә HE işlәkbəndlәrin һazırlanması zamanı onların yoxlanmasında tәtbiq olunur.
K-И nәzarәt kalibrləri keçmәyəndir. Onlar keçən işçi bəndlәrin yeyilməsi nәticәsindә istismara yararsız olmalarını tәyin etmək üçundür.
Kalibr bәndlәrә ölçülәri 1 mm-dәn 180 mn qәdәr olan birtәrәfli təbәqə bәndlәr (şəkil 21, a) daxildir. Ştamlanmış bәndlәr isә, ölçüləri 3 mm-dәn 500 mm-ə kimi birtәrəfli, və 3 mm-dәn 100 mm-ә kimi olan ikitәrəfli (şәkil 21, b) olur.
Әn çox yayılmış bәndlәr – birtərəfli ikiһədli bәndlәrdir. Belә bәndlәr yoxlama vaxtını qısaldır vә bәndin һazırlanmasında materiala qənaәt edilir.
Tәnzimlәnәn bәndlәr. Bu bəndlәrin yeyilmiş hissәlәri, nizamlama һesabına bәrpa edilir vә bənd müәyyәn interval daxilində müxtәlif ölçülәrә uyğun sazlanır. Lakin nizamlanan bәndlәrin sərt bәndlәrə nisbәtәn dəqiqliyi azdır. Ona görә dә bu bәndlәr çox zaman 8-ci kvalitet və daha kobud dәqiqlikdә һazırlanan detalların yoxlanması üçün tәtbiq edilir.
Müxtәlif detalların һazırlanması zamanı olduğu kimi kalibrlәrin һazırlanmasında da xәtaya yol verilir.


Şəkil 20



Şəkil 21

Detalın hazırlanması zamanı müsaidә һәdd meyllәri vә һabelә keçənkalibrlәrin yeyilmә һәdd meyllәri standart üzrә müəyyən edilmişdir. Kalibrlərin istismarı zamanı keçəntıxacların ölçüsü kiçilir,keçən bәndin ölçüsü isә böyüyür vә yeyilmə nәticəsindә kalibr yararsız ola bilər.


Ölçmə.Nizamlanan һәdli sığallı bəndləri (şəkil 22, a) tavacıqlar vasitәsilә müәyyәn interval daxilində tәdәb olunan ölçüdә qurmaq olar. Şəkil 22, b-dә,nizamlanan bәndən nizamlama qovşağı göstәrilmişdir. Vintin yerini dəyişməklә ölçünü azaltmaq olar. Bu, 2 qurğu vintlәri vasitәsilә әldә edilir. Ölçünü artırmaq lazım olarsa, qurğu vintlәrinin açılmış vәziyyәtində başlığı sıxmaqkifayәtdir. Ölçünü bәnd üzәrindә qurduqdan sonra tәnzim olunan ayaq 3 sıxıcı vintlәr vasitәsilә bərkidilir.

Şəkil 22
Tənzimlənәn bәndi lazımi ölçüdә qurmaq üçün müәyyәn olçüdətavacıqlar seçilir.
Hesablanmş ölçulərә görə müәyyәn tavacıqlar yığılır. Alınan kəmiyyәt vergüldәn sonra üçünçü һәddә qәdәr yuvarlaqlaşdırılır.
ПР-dәsti üzrә bәndin A-xarici dodaqcıqları qurulur, bu da onlar üçün keçən tәrәfdir.
HE-dәsti üzrә bәndin B-daxili dodaqcıqları qurulur. Bu isə onlar üçün keçmәyәn tәrәfdir.
Qurulan dodaqcıqlar 3 vinti vasitәsilә bərkidilir (şәkil 22, b).
Sığallı işlәk vә nәzarət kalibrlәrin hәdd meyllәri və müsaidəlәri СЭВ 157-75 standartında verilmişdir.
Şәkil 23-dә ölçüsü olandetalvә işlәkkalibrlәrüçün müsaidә sahәlәrinin qovuşması qrafiki surәtdə göstәrilmişdir. СЭВ 157-75 standart cədvəlindәn(әlavә 3) Z, H, Y – işarәlәri vә onların qiymətlәri (mkm-lә) Z vә Z1keçənkalibrlәrin hazırlanması üçün müsaidә sahəsinin ortasının (Z –deşik, Z1 – isә val üçün) deşiyin әn kiçik ( Dmin) və valınәn böyük һәdd ölçülәrinә (Dmax) nisbәtәn meyl etmәsidir; Hvə H1 – keçən vә keçmәyәn kalibrin һazırlanması üçünmüsaidәlәrdir (deşik üçün – H vә val üçün –H1); YvәY1 keçənkalibrin yeyilməsi nəticəsindә ölçünün mәmulun müsaidә sahәsi sәrһәdindәn kәnara çıxma müsaidәsidir (deşiküçün– Y vә val üçün – Y1).
 vә 1 – ölçüsü 180 mm-dәn çox olan deşik vә valları kalibrlә yoxladıqda buraxılan xәtanın әvәzetmә kәmiyyәtidir ( – deşik, 1 –val üçün).
Aşağıdakı cədvəldә işlәkkalibrlәrin һәdd ölçülәrini һesablamaq üçün formullar göstәrilmişdir.
Misal.Şәkil 23-dә verilmiş ölçüsü60 f 7 – olan valın nәzarәt edilmәsi üçünkalibrlərin һәdd ölçülәrini təyin edin.
Müsaidә saһәlәrinin yerlәşmә sxemini qurub, onların üzәrindә һәdd meyllәrinin qiymәqlәrini göstərin.



Ölçüyə uyğun kalibrin tərəfləri

Məmulun nominal ölçüsü (180 mm qədər)

kalibr-tıxac

kalibr-bənd

ən böyük keçən tərəf (ПРmax)





ən kiçik keçən tərəf (ПРmin)





yeyilmə





ən böyük keçməyən tərəf (HEmax)





ən kiçik keçməyən tərəf (HEmin)




Cədvəl СТ СЭВ-144-75-dən 60 f7 olan valınölçü­sü­nün meyllərini seçirik: es = 30 mkm; ei= –60 mkm



Buradan
d1=60 mm
dmax=60–0,030=59,970 mm
dmin=60–0,060=59,940 mm
Standart СТ СЭВ-157-75-dəkaliblәr üçün müsaidә vә һәdd meyllərini seçirik:
Z1=4 mkm=0,004 mm
H1=5 mkm=0,005 mm
Y1=3 mkm=0,003 mm
Müsaidә sahəlәrinin sxemini qururuq. Bu sxemşəkil 23-dә göstərilir.


Şəkil 23

İndi isə bәndin ölçülәrini tәyin edirik:




Alınan qiymətləri sxem (şәkil 23 ) üzәrindә göstəririk.

Yüklə 2,95 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə