Maşınqayırmada keyfiyyətin normallaşdırılması


Silindrik detalın ölçülərinin mütləq metodla ölçülməsi



Yüklə 2,95 Mb.
səhifə5/21
tarix26.10.2023
ölçüsü2,95 Mb.
#131427
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   21
C fakepath lav v sait - LABORATORIYA

Silindrik detalın ölçülərinin mütləq metodla ölçülməsi

Silindrik detalınölçülərini mütləq metodla ölçərkən tələbə aşağıda göstәrilәn işləri aparmalıdır:



  1. Detalın ölçülərini qeyd etmək üçün cədvəl 1 tərtib etməli.

  2. Hesabatda ölçücü alәtlərin xarakteristikasını (bölgü qiymәti vә s.) yazmalı.



Şəkil 8


  1. Ölçüləcək detalın eskizini çəkməli vә onun üzәrindә tәlәb olunan ölçülәrin qiymətlәrini,müsaidәsini yazmalı.

  2. Hər ölçü alәtilә detalın diametrini,onun oxuna perpendikulyarr üç kәsikdә (1,2,3) vә iki bir-birinә perpendikulyar istiqamәtdә (I-I vә II-II) ölçmәli.

  3. Hәr kəsikdə alınan ölçülərin orta arifmetik qiymәtini xtapmalı

  4. Ölçünün orta arifmetik qiymәtinә görә tәsadüfi xәtanı tәyin etmәli:

Ölçmәnin nәticələrini cədvəlin uyğun qrafalparına köçüməli. Bu ölçülәr һədlərlә müqayisə olunur. Әgər kəsiklәrin vә istiqamətlərin heç birindә bu ölçülərin qiymətləri müəyyən olunmuş һədlәr daxilindən kənara çıxmışsa, ondadetal bu ölçüdə yararlı hesab olunur.

Alınmış nəticələrə görə təsadüfi
xətanın təyin olunması

Eyni şәraitdə vəeyni ölçününtəkrar ölçülmәsi zamanı qiymətinә vә işarəsinəgörəmüxtəlif alınan xətaya təsadüfi xәta deyilir.


Ölçmənin təsadüfixətası, ölçməxətasnın bir һissәsi olub artıq-əskikliyin orta kvadratik qiymətidir.
Xətanın orta kvadratik qiymәti aşağıdakıdüsturla tәyin olunur:

burada  –orta kvadratikxəta; – ölçmənin nəticəlәri; n – ölçmənin sayıdır, – bir sıra ölçmәnin orta arifmetik qiymәti

Ölçmә nəticәsindә təsadüfixәtanın son һәddi CTC В-303 76 üzrә bәrabәr olması qəbul olunur.
Burada tәsadüfiqiyməti ilə verilmiş müsaidәnin qiymәtini müqayisә etməklə, detalın yararlı-yararsız olması һaqqında nəticəyə gәlmək olar.

Azərbaycan Neft və Sənaye Universiteti
“Maşınqayırma və materialşünaslıq”
kafedrası

Silindrik detalla­rınmütləq me­tod­laölçül­məsi

İş №1

Tapşırıq:ölçüləri ölçmək

Ölçülən detalın eskizi

Detal №




Ölçmənin nəticəsi, mm

Sıra №-si

Ölçən
alətin adı

Oxa perpendikulyar kəsiklər

Yararlı olması haqqında rəy

1

2

3

İstiqamətlər

I

II

I

II

I

II

1

























2

























3

























İşləmə tarixi




İşin təhvil tarixi




Tələbənin imzası




Müəllimin imzası





LABORATORİYA İŞİ №2

XƏTTİ ÖLÇÜLƏRİN MEYLLƏRİNİN LİNGLİ
ALƏTLƏRLƏ TƏYİNİ

İşin qısa mәzmunu. Detalın nominal ölçüsunә görә linglialətlәr vasitәsilә onun һәdd ölçülәri tәyin edilir. Bu işin yerinә yetirilmәsi üçün lingli alәtin iki növü ilә,yәni lingli bәndlә (passametrlә) vә indikatorlu daxilölçәnlә taniş olmaq lazımdır. Bu alətlәrlә ölçünün һәqiqi qiymətini tәyin etmək olmur.
Tələbə әn әvvәl detalın nominal ölçüsünü tәyin edir, uyğun nominalölçü tavacıqlar dәstini seçib, onlarıölçü alәtinin üzәrindә yerlәşdirir vә tәrpәnәn əqrəbi sifir vәziyyәtinә gәtirir. Sonra ölçülərin qiymətlәrinә görә meyllərini tәyin edir, ölçülәrin orta qiymətini һesablayır, verilmiş dәqiqlik sinfinә görә ölçülәrin yararlılığınımüәyyәn edir, alətin eskizini çəkir vә onun әsas һissәlәrinin adını yazır.
Passimetrlә vә indikatorlu daxilölçәnlә işləməyә başlamaq üçün mikrometrlә vә yastı-paralelölçü tavacıqları dәsti ilә tanış olmaq lazımdır.
Yastı paralel ölçü tavacıqlarına dair, bu işdә ancaq әsas anlayışlar vә onlardan istifadә qaydaları verilmişdir.
Ölçü tavacıqlarının sürtünmә xüsusiyyәtinә görə, onlar universal һesab olunur və ölçü vasitәsi kimi geniş istifadə edilir. Tavacıqlara mәxsus əlavә vasitәlәrdәn istifadә etdikdә isә onların tәtbiq sahәsi genişlәnir.
Yastı paralel uzununa ölçü tavacıqları – düzbucaqlı,paralelepiped şəklində, yaxud bir-birinəparalel sәtһi olan silindr formasında olur.Bunlar, adətən, dəqiq emal olunmuş polad tavacıqlardan ibarәtdir. Tavacıqların sətһindә ölçünün nominalqiyməti göstərilir.
Şәkil 9-da yastı paralel tavacıqlar göstərilmişdir.


Şәkil 9:
a) şüşə şayba üzәrindә yerləşdirilmiş tavacıq;
b) sürtülmüş tavacıqlar; c) tavacıqların sürtülmәsi

Yastı paralel uzununa ölçü tavacıqları dəstinə aşağıdakı detallar daxildir (şəkil 10-cu): 1) tutqac;2) mәrkәzi yancıq (a),mәrkәzin tәpәsi alt müstәvinin səviyyəsində yerlәşir;3) cızan yancıq (b); 4) radiuslu yancıq (c) (iki ədәd) – 2 mm; 5)radiusdu yancıq (d) (iki әdәd) – 5 mm; 6) radiuslu yancıq (e) (iki ədəd) – 10,15 və 20 mm; 7) yastı paralel yancıqlar (ə), dəstdә bu detal iki әdәd olur.


Tutqacda ucları yancıqlarla möһkәm sıxılmış ölçü tavacıqlar dәsti silindrik detalların xarici və daxili diametrlәri ölçülmәsinә imkan verir (şәkil 9 d, e).
Tavacıqların dәstini tərtib edəndә, lazım olan ölçünü onla rın nominal ölçülərinә görә һesablayırlar.
Dәst aşağıdakı qayda ilә tərtib edilir:
Götürülmüş ölçütavacıqlarının sәtһindәki yağ qatını pam bıqla silib tәmizləyir, sonra tәrkibindә su vә turşu olmayan tәyyarə benzini ilә yuyur, tәmiz parça ilә silib qurudurlar.Tavacıqlardan biri digәrinin üzәrindә eləyerlәşdirilir ki, iş səthinin üçdə bir һissәsi örtülsün. Tavacıqları barmaqlar arasında kip sıxaraq, böyük ox boyunca elә sürüşdürürlәr ki, işlәk sətһlәri tamamilә bir-birinə toxunsun, yığılmış dәsti yüngül qüvvə ilә ayırmaq mümkün olmazsa, tavacıqlar sürtünmә ilә yapışdırılmış һesab edilir. Ölçu tavacıqlarının ikisini bir-birinә sürtdükdən sonra üçüncüsü və başqa tavacıqları sürtüb yapışdırırlar.

Şəkil 10


Ölçü tavacıqlarının çox yeyilmәsinin vә iş sәtһlәrinin çızılmasının qarşısını almaq mәqsәdilә aşağıdakı qaydalara әmәl etmək lazımdır:

  1. Paralel ölçü tavacıqdarının iş sәthləriniəllә yox, yaylıqla tutmaqlazımdır.

  2. Ölçülәrin 5,5 mm-dәn yuxarı olan ölçü tavacıqlarını stol üzərinә işlək sətһlәri boyunca yerlәşdirmirlər.

  3. Ölçütavacıqlarının iş sətһi digәr üzlərə sürtülmәmәlidir, әks һalda iş sәtһindəcızıqlar әmәlə gәlә bilәr.

Dәstin tәrtib olunması adәtәn aşağıdakı ardıcıllıqla aparılır:әn əvvәl kiçikölçülütavacıqları bir-birinә sürtürlәr.Sonra yığılmış dəsti orta ölçülütavacığa, axırda isә böyük tavacığa sürtürlәr (şәkil 9, b).
İş qurtardıqdan sonra ölçütavacıqlarını söküb tәyyarә benzini ilә yumaq, yaxşıca silib yağlamaq vә futlyarın müvafiq qәfәslәrinә yerlәşdirməklazımdır.


Yüklə 2,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə