88
bizi xeyirxahlığa doğru istiqamətləndirir, əxlaqi hiss isə əslində
elə yaxşılığın, ədalətliliyin, xoş məramlılığın qavranılması
zamanı yaranan bir hissdir.
Hatçesona görə “ali hisslər” tam müstəqildir, hər hansı
bir xarici təsirdən kənardırlar. Daxili və əxlaqi hisslər hər hansı
bir faydanın axtarışından uzaqdırlar. Burada müəllifin rasional
və utilitar yanaşmalardan uzaq olması nümayiş etdirilir.
Adət-ənənələr insan həyatının hər bir sahəsində
formalaşır: geyim, qidalanma, əmək sahələri, memarlıq, məişət
və s. Məs:, XVIII əsrin ingilis yazıçısı Oliver Qodsmit Çin
əhalisinin sosial həyatı haqqında yazarkən, burada həyat tərzi,
dəb ilə bağlı deyir: “Çində bir çox sənətkar öz həmvətənlərin
şöhrət düşkünlüyü hesabına dolanır. Əgər bu adamlar həmin
xüsusiyyətini tərk etmiş olsaydılar, onda burun deşənlər,
ayaqları sarıyanlar (qadınların ayaqlarını sarıqla sarıyırdılar ki,
ayaq balaca qalsın: dəb bunu tələb edirdi) və qaşları ütüyənlər
işsiz qalardılar. Amma Ingiltərədə vəziyyət daha gərdindir:
çətin ki, modabaz zadəgan xanımın və yaxud bəyin bədənində
bir bəzəksiz yer qalmış olsun.
Müəllif ingilislərin əsas mənəvi dəyərlərindən daha birini
qeyd edir: onlar ətraflarında olan yaxın və əziz adamlardan
sevgidən daha çox hörmət gözləyirlər. Nəticədə hətta ən şən
söhbət zamanı onlar ifrat dərəcədə ciddi olur, sakitliyi nümayiş
edir. Mətbuat bu xüsusiyyətləri daha yaxşı izah edir. Qəzetin
hər bir səhifəsi, müvafiq olaraq bizə Italiyanın incəliyi və
zərifliyindən,
İspaniyada
təşrifat
qaydalarının
gözlənilməsindən, Portuqaliya əhalisinin qəddarlığından,
Avstriyanın
ehtiyatlılığından,
Fransanın
yüngül
xasiyyətliliyindən, Hollandiyanın hərisliyindən, İngiltərənin
məğrurluğundan,
İrlandiyanın
ehtiyatsızlığından
və
Şotlandıyanın milli heysiyyətindən
bizə xəbər verir
1
.
Əvvəlki əsrdən fərqli olaraq burada etika nikbinlik
üzərində qurulur, insan həqiqətən öz bütün qüvvə və
1
Дитрих фон Гильдебранд. Этика. Издательство: Алетейя. 2001