82
Beləliklə, Bernard Mandevil orjinal etik nəzəriyyənin
müəllifidir. Müəllifi bəzən əxlaqsızlıqda və ateizmdə
təqsirləndiridilər. Onun adı yuxarıda çəkilən əsərinin başlıca
ideyası əxlaqi yaxşılıq və ictimai rifahın bir-birinə
uyğunlaşdırılmasıdır. Müəllifin gəldiyi qənaət belədir: öz
cəmiyyətində şərin təzahürləri və xassələri zəruri və faydalıdır.
Mandevil insan münasibətləri sisteminin kəskin tənqidini verir,
hərislik, qazanc ruhunu pisləyir. Alleqorik olaraq, burada
zəhmətkeş arı pətəyi timsalında əməksevər, varlı və qüdrətli
millət” təsvir olunur, “bununla belə burada bir çox şər ifadələri
də
çiçəklənir,
məsələn,
hərislik,
yalan,
ikiüzlülük,
şöhrətpərəstlik, avaraçılıq, israfçılıq və s. Buna baxmayaraq,
pətək sakinləri öz həyatından çox razı idilər, çünki şərin
təzahürləri həyatı yaxşılaşdırır, onu irəliyə doğru aparır”.
Şeftsberi və Hatçesondan fərqli olaraq, Mandevil insan
təbiətində anadangəlmə altruizmi inkar edir, burada eqoizmin
üstünlüyünü sübut etməyə çalışmışdır. Əxlaqi dəyərlər və
normalar insan, daha dəqiq desək, siyasətçi, qanunları tərtib
edən, ağıllı adam tərəfindən yaradılır. Tarix boyu insanlara
öyrədirdilər ki, onlar öz eqoist meyllərini boğub digərlərinin
maraqlarına üstünlük versinlər. İlk növbədə burada
şöhrətpərəstlik və yaxud öyünmək qabiliyyəti nəzərdə
tutulurdu. Buna uyğun olaraq insanları dil ilə şirnikləşdirərək,
onlara vicdan anlayışını da öyrətməyə başladılar.
Əxlaq insanın ictimai varlığa çevrilməsi üçün bir alətdir.
Bu alətdən istifafdə edərək insan öz davranışını tənzimləyir,
mədəni və sosial həyatı nizamlayırdı. Yaxşılıq edən insanlar
hörmət və ehtiramla qarşılanır, bu isə onlarda qürur hissi
oyadır. İnsan fəaliyyətini istiqamətləndirən, təhrik edən məhz
əxlaqdır. Mandevil cəmiyyətin təbiəti haqqında yazırdı ki, “bizi
fəaliyyətə məcbur edən zülümkarlıq, aclıq, susuzluq,
çılpaqlıqdır, bunların ardınca bizim şöhrətpərəstliyimiz və həzz
almaq istəyimiz, bizim tənbəlliyimiz və ardıcıl olmamağımız
bütün sənətlər, elm, incəsənət, məşğuliyyət və istehsalın dahi
83
təhrikedicisidir”. İnsan yalnız öz həyati tələbatları və praktik
maraqlarının təsiri altında sosial varlığa çevrildi. Belə şərait
olmasaydı, insanlar bir-birindən təcrid vəziyyətdə yaşayardılar.
Antoni Eş Kuper Şeftsberi (1671-1713) etika və estetika
üzrə əsərlərini bir kitabda çap etdirmişdir. Onun “İnsanların,
adətlərin, rəylərin, zəmanələrin təsviri” adlı bu kitabinda (1711)
insan problemi gözəllik və ləyaqətin etik və estetik prinsipinin
vəhdəti baxımından araşdırılır. Bizə məlumdur ki, bu prinsip
əvvəllər antik estetikada, sonralar isə Intibah dövrünün
fəlsəfəsində öz ifadəsini tapmışdır.
Şeftsberi sübut etməyə çalışır ki, gözəllik və ləyaqət,
gözəllik və comərdlik əslində eyni bir şeydir: Platon və
Aristotel tərəfindən gözəlliyə verilən tərif nəzərə alsaq (burada
onun əsas əlamətlərinin – mütənasiblik və proposionallıq
olduğu göstərilir), onda görmək olar ki, onlar həmin tərifi həm
də yaxşılıqla, comərdliklə uzlaşdırırlar. Şeftsberi də buraya
əlavə edir ki, “məsələn, zövq aləmində biz, təbii ki, simmetriya
və yaxud nizam ideyası olmadan ötüşə bilmirik. Qəbul
etməliyik ki, proporsional və düzgün münasibət və yaxud
vəziyyət əslində hər bir predmet üçün həqiqətən təbii və
düşərlidir. Şeftsberi hesab edirdi ki, əxlaqi gözəlliyin məzmunu
qəlb arzularının ahəngdar vəhdətini təşkil edir.
Şefstberi bu mənada T.Hobbsun eqoizm haqqında fikrini
qəbul etmirdi (guya eqoizm, yəni xudbunlik insan davranışının
əsas stimuludur). Şübhəsiz, eqoizmlə bağlı müxtəlif affektlər
var (affekt – həyəcan, hirs deməkdir); məsələn, özünüqoruma
hissi, həyata sevgi, xoşbəxtliyə can atmaq və s. Lakin bunlar
başqa adama o zaman zərər gətirə bilərlər ki, ona bütövlükdə
hakim olsalar. Eqoistik affektlər təbii affektlərə nizmalanır və
tənzimlənir (məsələn, xoş rəğbət, xeyirxahlıq, mərhəmət və s.)
“Sosial hiss” və yaxud “sosial duyğu” da var ki, o, insan nəsli
ilə şərik olma, yekdil olma hissi kimi qiymətləndirilməlidir.
Adları çəkilən affektlərlə yanaşı Şeftsberi insan təbiətinə
zidd olan affektləri də, o cümlədən kin, məkrlilik, paxıllıq,
84
qisasçılıq və s. göstərir. “Belə hissləri özündə yaşadan insan
digərlərə zərər gətirməklə yanaşı özü də bədbəxt olub tənha
qalır. Belə insan qəlbində həmişə bədbəxt və tənha olur. Bu
insanın qəlbi özündə vəhşilik və eybəcərliyi daşıyan bir səhraya
bənzəyir. İnsan cəmiyyətdə yaşamaq üçün yaradılıb”
1
(yenə
orada). İnsan qəlbinin təbii vəziyyəti – altruzizmə üstünlük
verməklə eqoist meyyləri və affektləri fəth etməsidir. İnsan
cəmiyyəti ona görə durur və yaşayır ki, burada insanlar ictimai
həyata meyylidirlər. Belə cəmiyyətin əsası və qarantı dövlətin
mütləq hakimiyyəti yox, insana təbiət tərəfindən bəxş edilmiş
“əxlaq hissi” dir. Bu hiss yalnız insana xas olaraq, əxlaqi
şüurun ali formasını təşkil edir. Bunun vasitəsilə insan digər
hissləri, affektləri qiymətləndirə bilir.
Beləliklə, Şfetsberi əxlaqi rasionalizmə qarşı çıxış edir,
mənəviyyatın əsasında əxlaq hissini yerləşdirirdi. Öz müəllimi
və ideya mənbəyi C.Lokkdan fərqli olaraq, Şeftsberi
anadangəlmə mənəvi prinsiplərin olması ideyasına qarşı çıxış
edirdi. Xatırladaq ki, Lokk əxlaqi prinsiplərin nisbiliyini və
dəyişkənliyini vurğulayırdı, göstərirdi ki, bu prinsiplər
mühitdən və tərbiyədən çox asılıdır. Şeftsberi isə bunu bu cür
olmasını qəbul etmir, göstərir ki, mənəviyyat avtonom,
özünəməxsus xarakter daşıyır.
O, təbiəti mənəvi-cismani sintez və bütövlülüyün nizamı
kimi qiymətləndirir, fəzilətdə isə nizama sevgini, ölçülülüyün
gözəlliyini görür. Onun etikası estetika ilə sıx əlaqəlidir və
onun fəlsəfi dünyagörüşünün əsasını təşkil edir. Onun başlıca
əsəri “Əxlaqçılar” (1709) adlanır. İnsan öz istək və arzularını
ağla qarşı qoyur. Ağıl insanın fərdi təbiiliyini əsarətə alır, təbii
hal və fəaliyyətdə olan ruh arasında məsafə yaradır.
Şeftsberi materiyanı panteizm mövqeyindən şərh edir,
burada totallıq (daxili bütövlülük) kimi xüsusiyyəti göstərir.
İnsan, estetik düşüncəyə malik bir varlıq olaraq daxili
qüvvələrinin yüksək harmoniyasına malikdir. Yaradıcı fəaliyyət
1
Гусейнов А.А., Иррлиц Г. Краткая история этики. М.: 1987
Dostları ilə paylaş: |