109
əqidəyə əsaslanan ümumbəşəri əxlaqi qanunlarının zəruriliyini,
əxlaqi istiqamətləndirmələrin özünəməxsusluğunu irəli sürürdü.
Bu mənada mənəvi qanunlar aprior xarakter daşıyır, yəni
mürəkkəb xarakterli empirik şəraitdən asılı deyil. Kantın bu
yanaşması öz davamını yeni kantçılıqda, intuitivizmdə,
ekzistensializmdə, dialektik teologiyada tapmışdır.
Ümumiyyətlə, bu iki sahənin (yəni avtonov və
heteronom) heç birinin əhəmiyyətini mütləqləşdirmək olmaz,
çünki real həyatda hər ikisinin ifadələri var.
Alman filosofu
Georq Vilhelm Fridrix Hegelin (1770-
1831) etika nəzəriyyəsində əsas xidməti ondan ibarətdir ki, o,
Kantdan fərqli olaraq xoş niyyət etikasından sosial məzmunlu
etikaya doğru bir addım atmışdır. Onun etik ideyaları əsasən
“Xalq dini və xristianlıq” (1795-1796) və bir sıra digər
yazılarında öz əksini tapmışdır.
Hegelin etik baxışlarının nəzəri mənbəyi Kant və
Fixtenin əxlaqi baxışları, o cümlədən xristian əxlaqının
maarifçi variantı olmuşdur. Eyni zamanda gənc yaşlarında o,
həm də nanteist ənənəyə müraciət etmişdir.
Onun erkən əsərlərində hər hansı bir məhdudiyyətə,
əngələ qarşı çıxış edən azad fərd vəsf olunur. Bu mübarizədə o,
təbiətlə həmrəy olmuşdur. Yuxarıda adı çəkilən “Xalq dini və
xristianlıq” əsərində o, mənəvi baxımdan daha təsirli olan xalq
dinini və ciddi şəkildə ehkamlaşdırılmış rəsmi dini fərqləndirir.
Burada bir ziddiyyət aşkarlanır: bir
tərəfdən, din, əxlaq, hisslər,
digər tərəfdən, ağıl,
maarifçilik, ehkamçılıq.
Hegel qəti əmin idi ki, xristianlıq əxlaqi dindir, buradakı
ibadətlər, rituallar ağıl vasitəsilə dərk edilə bilməz.
Əxlaq zəka ilə yox, duyğu vasitəsilə qavranılmalı və
qəbul edilməlidir. Şəxsiyyət əxlaqi azadlığa malikdir. Cəmiyyət
insanın özgələşməsini, onun təbiətdən təcrid olunmasını
dərinləşdirir. Əgər əxlaqın mənbəyi xarici obyektdirsə, onda
apologetik mahiyyətli (ehkamçı) əxlaq əmələ gəlir. Əgər