164
Zahidləri, vaizləri öz əsərlərində dəfələrlə tənqid edən S.Təbrizi
bu yolla insanları fanatizmdən qorumağa çalışır.
S.Təbrizi öz əsərlərində vacib əxlaqi kateqoriyalarından
biri olan sevgi problemini də araşdırır. Sevgi fəlsəfi
kateqoriyadır və varlığın hərəkətverici qüvvəsidir. Məlumdur
ki, sufilikdə sevgi varlığın əsası hesab olunurdu. İnsanı onun
ölümündən sonra dünyanın vahidliyi və bütövlüyü ilə yalnız
sevgi bağlayır. Sevgi insanın varlıq dairəsində hərəkət
mənbəyidir və onu bir aləmdən digərinə aparır. Göy
cisimlərinin cazibə qüvvəsi, bütün hissəciklərini birləşdirən
qüvvə, bitkilərin və heyvanların dünyaya gəlməsi və ölməsi və
s. - sevgidən qidalanır. Sevgi həm də mənəvi həyatın
hərəkətverici qüvvəsi, mənəvi inkişafın əsasıdır. Sevgi insana
ümid verir, ona qüvvə və yaradıcılıq qabiliyyətləri bəxş edir.
Sevgi insanı kamilliyə, yəni Allaha doğru aparır. Əsas
sevgi Allaha olandır. S.Təbrizi inanırdı ki, ilahi sevgi insanı bu
dünyanın məziyyətlərindən uzaqlaşdırır və Allaha, ədəbiyyata
qovuşdurur. Bu sevgi dəryasına yalnız mənəvi paklığa və
ləyaqətə malik olan insan düşə bilər. Kamillikdən və
mənəviyyatdan məhrum olan insanlar bu şərəfə layiq deyillər.
Sevgi aləmi bütövlük, razılıq, qardaşlıq dünyasıdır, burada
hamını sevgi əlaqələri birləşdirir.
Eyni
zamanda
bu
dünyanın
gözəlliyini
və
möhtəşəmliyini qəbul edən S.Təbrizi burada ümumbəşəri
dəyərləri və idealları da vəsf edir. Təbrizi hesab edir ki, insanlar
öz qabiliyyətlərini və bacarıqlarını ümumi rifah naminə istifadə
etməlidirlər. İnsanın əxlaqi kamilliyinə yeganə yol yaradıcı
əməkdir. Əmək insan ləyaqəti və fəxrinin əsasıdır. İnsan hər bir
çətinliyi fəth etməyi, öz ləyaqəti və şərəfini qorumağı
bacarmalıdır.
Saib Təbrizinin əxlaqi baxışlarında humanizm ideyaları
mühüm yer tutur. Qarşılıqlı yardım göstərmək burada əsas
vəzifələrdəndir. Şair cəmiyyətin yaşadığı bir çox ziddiyyətli
problemlərini din xadimlərinin riyakarlığı və ləyaqətsiz
165
davranışı ilə əlaqələndirirdi. Vətənpərvərlik də şairin təbliğ
etdiyi ideyalarından biri olmuşdur. Öz dövrünə xas olan sosial
quruluşunu tənqid atəşinə tutan şair eyni zamanda vətənə, xalqa
bağlılığını, sevgisini nümayiş etdirir. Xalq vahid, bütöv olmalı,
sülh və əmin-amanlıq şəraitində yaşamağı bacarmalıdır. Əxlaqi
keyfiyyətləri aşılamaq işində ailə tərbiyəsi və təlimi böyük rol
oynayır. Hər bir insan öz əməllərini qiymətləndirməyi, düzgün
nəticələri çıxarmağı bacarmalıdır.
Azərbaycanın mənəvi irsində etik ideyalarının təhlili və
tətbiqi tarixin sonrakı mərhələlərində də gözə çarpacaq
dərəcədə özünü biruzə verirdi. Şübhəsiz, bu prosesə sosial-
siyasi və mədəni inkişaf xüsusiyyətləri öz təsirini göstərirdi.
Məsələn, XVII-XVIII əsrlərdə Azərbaycan ərazisində həm yerli
feodallar arasında, həm də işğalçılıq siyasətini həyata keçirən
İran, Türkiyə və Rusiya dövlətləri ilə müharibələr səngimirdi.
Bu da heç də əmin-amanlığa, iqtisadi dirçəlişə, mədəni inkişafa
səbəb olmurdu. Mədəni həyatın, elmin, fəlsəfənin inkişafı
Azərbaycan və İran arasında tarixən formalaşan mədəni-mənəvi
əlaqələrə əsaslanırdı.
Təxminən XVII əsrin ortalarından bu sahədə hökm sürən
tənəzzül mütərəqqi inkişaf ilə əvəzləndi. Buna baxmayaraq
iqtisadi və sosial-siyasi sahələrdə vəziyyət ağır olaraq qalırdı.
Bu isə mədəni inkişafı üçün böyük bir əngəl idi. Bununla belə
bir sıra görkəmli elm, ədəbiyyat, incəsənət nümayəndələri öz
yaradıcılıqları ilə Azərbaycanın mənəvi fikir tarixində dərin iz
salmışlar. Qeyd olunamlıdır ki, bu dövrdə dinin, o cümlədən
sufiliyin mövqeləri xeyli möhkəmlənmişdir, bu da ictimai
həyata öz mühüm təsirini göstərməkdə davam edirdi.
5.4.
XIX əsrdə etik ideyalar
Molla Vəli Vidadi (1709-1809) Azərbaycan mənəvi
mədəniyyətinin görkəmli nümayəndəsidir. Onun bədii əsərləri
klassik Şərq poeziyası və şifahi xalq yaradıcılığının mükəmməl
166
sintezini təcəssüm edir. Onun yaradıcılığında əsas yeri ictimai
problemlərin müzakirəsi tutur. o, öz əsərlərində dəfələrlə
ədalətsizliyi ifşa edir, insan müqəddaratı, həyatın mənası
problemlərini araşdırırdı.
Mənəviyyatda baş verən tənəzzül ona çox ağır təsir
göstərirdi. Vidadi bütün insanlara müraciət edərək onları
ləyaqət hissini qorumağa, bir-birinə hörmət etməyə, bir-birinə
qarşı xeyirxah və mərhəmətli olmağa çağırırdı. “Müsibətnamə”
əsərində o, cəmiyyətin sosial bəlalarını daha qabarıq şəkildə
təsvir edirdi. Birinci növbədə o, dövləti idarə edənlərin
haqsızlıqlarından bəhs edir, məmurları, əyanları ifşa edirdi.
Vidadi göstərir ki, cəmiyyət ayrı-ayrı şöhrətpərəst
adamların əməllərindən əziyyət çəkir. Bunlar hakimiyyətə
vicdanlı, qabiliyyətli, dövlət mənafeyini güdən adamların
gəlməsini istəmirlər, vəzifə tutanlar bacarıqsız, qabiliyyətsiz
olur, bu da dövləti bir qədər də sarsıdır.
Öz əsərlərində Vidadi insanları, cəmiyyəti islah etməyə
çalışır, insanlara yüksək əxlaqi keyfiyyətləri (ədalətlilik,
vətənpərvərlik, humanizm və s.) aşılamağa çalışır.
Molla Pənah Vaqif (1717-1797) Azərbaycanın görkəmli
dövlət xadimi, şairi olmuşdur. O, öz əsərlərində cəmiyyətdə
hökm sürən ədalətsizlik, qanunsuzluq, yalan, cılız maraqlar və
mənafeləri ifşa edir, eyni zamanda müsbət əxlaqi keyfiyyətləri
tərənnüm
edirdi
(əməksevərlik,
doğruluq,
comərdlik,
səmimilik, vicdanlılıq və s.). Vaqif inanırdı ki, elm və təhsil
cəmiyyətdə əxlaqi dəyərlərin rolunu möhkəmləndirəcək, həyat
yaxşılığa doğru hərəkət edəcəkdir. Vaqif öz əsərlərində yüksək
vətəndaşlıq mövqelərini və vətənpərvərliyini nümayiş etdirir,
öz vətənini, xalqını daima düşünürdü.
Vaqifin poeziyasında xalqın həyat tərzi, onun adət-
ənənələri, etik, psixoloji, mənəvi xüsusiyyətləri öz əksini
tapmışdır. Yüksək humanist idealını Vaqif ədaləti, həyatda
düzgün yolun axtarışını əsaslandırıb təbliğ edirdi.
Dostları ilə paylaş: |