176
müzakirə obyekti XIX sonu – XX əsrin əvvəllərində fəaliyyət
göstərən bir sıra tədqiqatçılarının yaradıcılığı olmuşdur.
Məsələn, o, M.Sidqinin etik baxışlarını nəzərdən
keçirmişdir. M.Sidqi vurğulayırdı ki, insanlar pis və ya yaxşı
doğulmur, onların xarakteri və həyata münasibəti tərbiyənin
bəhrəsidir. Pis insan yoxdur, pis tərbiyə var: "əgər doğulan
gündən uşağı heyvanlar arasında yerləşdirsələr, onda o,
onlardan heç nə ilə fərqlənməzdi"
1
. Beləliklə, mühit
şəxsiyyətin
əxlaqi
və
sosial
xüsusiyyətlərinin
formalaşmasında əhəmiyyətli rol oynayır. Heç kəs anadan
gəlmə şair, riyaziyyatçı, alim ola bilməz, burada yalnız
tərbiyə və şəxsi bacarıqlar əsas rolu oynayır. Uşaq insan
materialıdır, bundan tərbiyə yolu ilə nə lazımdırsa düzəltmək
olar.
Göstərilən dövrün daha bir mütərəqqi xadimi
N.B.Vəzirov qeyd edirdi ki, insanların əxlaqi keyfiyyətləri
anadangəlmə deyil. İntellektual keyfiyyətlər insanın
temperamentinə,
xarakterinə,
iradəsinə
əsaslanmışdır.
Məlumdur ki, əxlaq tarixi xarakter daşıyır və dövrdən – dövrə
öz ifadə formalarını, dəyər oriyentasiyalarını dəyişdirir.
N.B.Vəzirovun bədii yaradıcılığında şərin və xeyrin
mübarizəsi haqqında əbədi həqiqətlərini, əxlaqın sinfi
xarakterini və s.
izləmək olar
2
.
F.Koçərlinin tədqiqat obyekti ailə və məktəb olmuşdur.
O ailədə əxlaqi tərbiyənin xüsusiyyətlərini, böyüməkdə olan
gənc nəslin sosiallaşması prosesinə təsirini bütün təfərrüatı ilə
təhlil etmişdir. O, həyat prosesinin bütün hallarına fəal
münasibət göstərir və bu zaman fəal vətəndaş mövqeyini
tuturdu. Onun elmi yaradıcılığı xalqın ruhunun əxlaqi,
mənəvi mirasından inkişaf stimulunu alırdı. O, həmişə insan
1
Sidqi M. Nəsihətnamə. Bakı: Azərnəşr, 1967. 112 s. s.14-15
2
Геюшев З.Б. Этическая мысль в Азербайджане: исторические очерки.
Баку: Гянджлик, 1968. 563 с.
177
şəxsiyyətinin əxlaqi keyfiyyətlərinin formalaşmasında xarici
mühitin və tərbiyənin rolunu düzgün qiymətləndməyə
çalışırdı. O hesab edirdi ki, cəmiyyətə münasibət bütövlükdə
şəxsiyyətə olan
münasibəti də müəyyən edir
1
.
Beləliklə, bu dövrdə əxlaqi ideyalar qismən ədəbiyyat və
incəsənət əsərlərində, eləcə də peşəkar filosoflar və ölkənin
təhsil müəssisələrində ictimai fənn müəllimləri tərəfindən
öyrənilir və təhlil olunurdu.
Müstəqil iş
Suallar
1.
Qədim dövrdə etik fikir
2. Orta əsrlərdə etik baxışlar
3. Yeni dövrün etik ideyaları
4.
XIX əsrdə etik ideyalar
5. XX əsrdə etik baxışlar.
Mövzu 6. XX əsrdə etika
XX əsrdə etik nəzəriyyələr. Özünüreallaşdırma etikası.
Neopozitivizmin
əxlaqi
nəzəriyyəsi.
Neoprotestantizm.
Neotomizm. Praqmatizm. Pessimizm. İntuitivizm. İrrasionalizm.
Kosmik teologiyası etikası. Riqorizm. E.Dürkheym, Levi-Brül,
A.Baye, və b. etik baxışları. A.Berqsonun etikası.
Ekzistensializm etikası (M.Haydegger, K.Yaspers, J.P.Sartr,
A.Kamü).
Emosional
etikanın
neopozitivist
nəzəriyyələri.
Praqmatizmdə etika (Ceyms, Dyui və b.). Əxlaqi sərvətlərin
affektiv – iradi nəzəriyyələri.
Protestantizm və katolisizmin etik nəzəriyyələri. Bioetika
(A.Şveytser). Ekoetika.
1
Göyuşev Z. Əxlaqi dəyərlər. Bakı: Azərnəşr, 1966. 211 s.