Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   110

176 
 
müzakirə obyekti XIX sonu – XX əsrin əvvəllərində fəaliyyət 
göstərən bir sıra tədqiqatçılarının yaradıcılığı olmuşdur.  
Məsələn,  o,  M.Sidqinin  etik  baxışlarını  nəzərdən 
keçirmişdir. M.Sidqi vurğulayırdı ki, insanlar pis və ya yaxşı 
doğulmur,  onların  xarakteri  və  həyata  münasibəti  tərbiyənin 
bəhrəsidir.  Pis  insan  yoxdur,  pis  tərbiyə  var:  "əgər  doğulan 
gündən  uşağı  heyvanlar  arasında  yerləşdirsələr,  onda  o, 
onlardan  heç  nə  ilə  fərqlənməzdi"
1
.  Beləliklə,  mühit 
şəxsiyyətin 
əxlaqi 
və 
sosial 
xüsusiyyətlərinin 
formalaşmasında  əhəmiyyətli  rol  oynayır.  Heç  kəs  anadan 
gəlmə  şair,  riyaziyyatçı,  alim  ola  bilməz,  burada  yalnız 
tərbiyə  və  şəxsi  bacarıqlar  əsas  rolu  oynayır.  Uşaq  insan 
materialıdır, bundan tərbiyə yolu ilə nə lazımdırsa düzəltmək 
olar. 
Göstərilən  dövrün  daha  bir  mütərəqqi  xadimi 
N.B.Vəzirov  qeyd  edirdi  ki,  insanların  əxlaqi  keyfiyyətləri 
anadangəlmə  deyil.  İntellektual  keyfiyyətlər  insanın 
temperamentinə, 
xarakterinə, 
iradəsinə 
əsaslanmışdır. 
Məlumdur ki, əxlaq tarixi xarakter daşıyır və dövrdən – dövrə 
öz  ifadə  formalarını,  dəyər  oriyentasiyalarını  dəyişdirir. 
N.B.Vəzirovun  bədii  yaradıcılığında  şərin  və  xeyrin 
mübarizəsi  haqqında  əbədi  həqiqətlərini,  əxlaqın  sinfi 
xarakterini və s. izləmək olar
2

F.Koçərlinin tədqiqat obyekti ailə və məktəb olmuşdur. 
O  ailədə  əxlaqi  tərbiyənin  xüsusiyyətlərini,  böyüməkdə  olan 
gənc nəslin sosiallaşması prosesinə təsirini bütün təfərrüatı ilə 
təhlil  etmişdir.  O,  həyat  prosesinin  bütün  hallarına  fəal 
münasibət  göstərir  və  bu  zaman  fəal  vətəndaş  mövqeyini 
tuturdu.  Onun  elmi  yaradıcılığı  xalqın  ruhunun  əxlaqi, 
mənəvi  mirasından inkişaf stimulunu alırdı. O, həmişə insan 
                                                 
1
 
Sidqi M. Nəsihətnamə. Bakı: Azərnəşr, 1967. 112 s. s.14-15 
2
 
Геюшев З.Б. Этическая мысль в Азербайджане: исторические очерки.  
Баку: Гянджлик, 1968. 563 с. 
 


177 
 
şəxsiyyətinin  əxlaqi  keyfiyyətlərinin  formalaşmasında  xarici 
mühitin  və  tərbiyənin  rolunu  düzgün  qiymətləndməyə 
çalışırdı. O hesab edirdi ki, cəmiyyətə münasibət bütövlükdə 
şəxsiyyətə olan münasibəti də müəyyən edir 
1
.  
Beləliklə, bu dövrdə əxlaqi ideyalar qismən ədəbiyyat və 
incəsənət  əsərlərində,  eləcə  də  peşəkar  filosoflar  və  ölkənin 
təhsil  müəssisələrində  ictimai  fənn  müəllimləri  tərəfindən 
öyrənilir və təhlil olunurdu. 
Müstəqil iş 
Suallar 
1. Qədim dövrdə etik fikir  
2. Orta əsrlərdə etik baxışlar  
3. Yeni dövrün etik ideyaları  
4. XIX əsrdə etik ideyalar  
5. XX əsrdə etik baxışlar. 
 
 
Mövzu 6. XX əsrdə etika 
 
 XX  əsrdə  etik  nəzəriyyələr.  Özünüreallaşdırma  etikası. 
Neopozitivizmin 
əxlaqi 
nəzəriyyəsi. 
Neoprotestantizm. 
Neotomizm. Praqmatizm. Pessimizm. İntuitivizm. İrrasionalizm. 
Kosmik  teologiyası  etikası.  Riqorizm.  E.Dürkheym,  Levi-Brül, 
A.Baye,  və  b.  etik  baxışları.  A.Berqsonun  etikası. 
Ekzistensializm  etikası  (M.Haydegger,  K.Yaspers,  J.P.Sartr, 
A.Kamü). 
Emosional 
etikanın 
neopozitivist 
nəzəriyyələri. 
Praqmatizmdə  etika  (Ceyms,  Dyui  və  b.).  Əxlaqi  sərvətlərin 
affektiv – iradi nəzəriyyələri. 
Protestantizm və katolisizmin etik nəzəriyyələri. Bioetika 
(A.Şveytser). Ekoetika. 
                                                 
1
 
Göyuşev Z. Əxlaqi dəyərlər. Bakı: Azərnəşr, 1966. 211 s.  
 


178 
 
6.1. XX əsrin etik cərəyanları 
 
İlk növbədə XX əsrin etik cərəyanlarına nəzər yetirək.  
Özünüreallaşdırma  etikası  –  müasir  əxlaq  fəlsəfəsi 
cərəyanıdır.  XIX  əsrin  sonu  –  XX  əsrin  əvvəllərində 
formalaşan  bu  cərəyan  özündə  F.Bredli,  C.Mak  –  Taqqart,  C. 
Makkenzi,  B.Bozanket  (İngiltərə),  C.Roys  (ABŞ),  J.Bastid, 
E.Munye,  Q.Madinye  (Fransa),  B.Kroqen  (İtalya)  kimi 
mütəxəssisləri  birləşdirmişdir.  Burada  başlıca  ideya  -  əxlaqi 
fəaliyyət 
məqsədini 
fərdin 
öz 
“daxili” 
məninin 
reallaşdırılmasında  görməkdir.  İnsan  “Mən”inin  təkrarsız, 
unikal  olduğu  vurğulanır.  Buna  görə  də  hər  bir  insanın 
hərəkətlərinin  əxlaqi  əhəmiyyəti  ondan  ibarət  deyil  ki,  onlar 
bütün  insanlara  xas  olan  əxlaqi  prinsiplərə  cavab  verir,  əksinə 
ondan  ibarətdir  ki,  onlar  fərdiyə,  təkrarsızdır.  Digər  insanların 
hərəkətlərinə  bənzəmirlər.  Bu  cərəyanın  nümayəndələri  hesab 
edirlər  ki,  altruizm  və  eqoizmin  ziddiyyətliliyini  və  əksliyini 
aradan qaldırmaq olar.  
Bunun  üçün  bir  çox  fərdi  “Mən”ləri  “Mütləq  Mən”in 
bütöv  bir  sisteminə  daxil  etmək  lazımdır  ki,  (“mütləq  Mən” 
dedikdə  çox  vaxt  Allahı  nəzərdə  tuturlar),  bütün  insanlar 
arasında ahəngdar münasibətlər formalaşsın. Hər bir insan, öz, 
“Mən”-in  tələblərini  hərəkətlərində  ifadə  etməklə  ən  ümumi 
“Mən”-in  qanunlarını  realizə  edir,  bütövə  (məsələn, 
cəmiyyyətə)  xidmət  edir.  Beləliklə,  insan  bununla  öz  fərdi 
mahiyyətini  ifadə  etmək  imkanını  tapır.  Bu  cərəyanın  bir  çox 
nümayəndələri  bütövün  fərdi  olanın  üzərində  üstünlük  təşkil 
etdiyini  bəyan  edir;  burada  cəmiyyətin  əxlaqi  üstünlüyü 
(nüfuzu) ideyası təbliğ olunur.  
Neopozitivizmin 
əxlaq  nəzəriyyəsi  müasir  əxlaq 
nəzəriyyələrindən  biridir  və  özündə  bir  neçə  cərəyanı 
birləşdirir.  Burada  söhbət  əxlaqi  şüur  hadisələrinin 
öyrənilməsində  məntiqi  pozitivizm  ideyalarının  istifadə 
edilməsindən gedir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə