Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   110

185 
 
Humanist  etika  əxlaq  fəlsəfəsinin  bir  cərəyanı  olaraq, 
XX  əsrin  20-ci  illərində  meydana  gəlmişdir.  Əsas 
nümayəndələr  V.Fayt,  İ.Bebbit,  K.Harnet,  İ.Levin  olmuşlar. 
Burada  mənəviyyat  sırf  insani  münasibətlərlə,  yəni  insanın 
psixoloji  xüsusiyyətləri  ilə  əlaqələndirilir,  burada  insanın 
davranışı  və  psixi  xüsusiyyətləri  əsas  götürülür.  Məs,  Fayt 
insan  əxlaqlılığını  onun  hərəkətlərinin  özü  tərəfindən  dərk 
edilməsində,  Bebbit  bunu  insanın  daxili  bütövləşməsində, 
xarici  “təcavüzdən”  uzaqlaşmasında,  Harnet  –  müdriklikdə, 
Levin – davranışın fərasətliliyində görürdü. Bütün bu ideyaların 
əsasında  əxlaqın,  mənəviyyatın  meyarı  formal  tərəfdən 
qiymətləndirilir,  bəzən  burada  əsas  kimi  təsadüfi  əlamətdə 
götürülüb  qiymətləndirilir.  Əxlaqın  ümumi  prinsipləri  inkar 
edilir,  hesab  olunur  ki,  hər  bir  ayrılıqda  götürülmüş  şəxsiyyət 
özü üçün bir loğmandır.  
Kosmik teologiya etikası XX əsrin birinci yarısında geniş 
yayılmış  əxlaqi  nəzəriyyədir.  Bu  təlim  daha  çox  ABD-da 
(F.Vubbric, V.Şeldon) və İngiltərədə (O.Stepldon) yayılmışdır. 
Hesab  olunur  ki,  Kainatın  təkamülündə  vahid  dünya  məqsədi 
durur;  bu  təkamülün  hər  bir  mərhələsi  qabaqcadan  müəyyən 
edilmişdir  və  müvafiq  vasitələrdən  istifadə  olunmaqla  həyata 
keçirilir. İnsan da (Vudbric) təbiətin tərkib hissəsi olduğu üçün 
təbii  teologiya  baxımından  şüurlu  şəkildə  bu  prosesdə  iştirak 
etməlidir.  İnsan  yalnız  bioloji  varlıq  kimi  qiymətləndirildiyi 
üçün  burada  mənəviyyatın  da  cəmiyyətdən  kənarda,  bioloji 
qanunlara uyğun şəkildə inkişaf etdiyini sübut etməyə çalışırlar. 
Bu təlimlə dini etika arasında oxşarlıq çoxdur. 
 
 
 
 
 
 
 


186 
 
6.2. XX əsrin ayrı-ayrı tədqiqatçıları etika haqqında 
 
 Indi  isə  XX  əsrin  ayrı-ayrı  tədqiqatçılarının  etika 
sahəsində yaradıcılığını gözdən keçirək. 
Alman 
filosofu 
Eduard 
Hartman 
(1842-1906) 
irrasionalizmin  nümayəndəsi  olaraq  hesab  edirdi  ki,  şüursuz 
(bişüuri)  mənəvi  başlanğıc  var  və  onun  da  iki  xassəsi 
fərqləndirilir: iradə və təsəvvürlər (ideyalar). Hər ikisi dünyanın 
inkişaf  gedişatını  müəyyən  edir.  Bu  mübarizə  əslində  insan 
nəslinin  dünya  bütövü  sistemində  tutduğu  mövqeyə,  onun 
müqəddəratına  təsir  edir.  Bu  mübarizənin  təsiri  həm  də 
insanların düşüncə tərzində, onların davranışında özünü bildirir. 
E.Hartmanın  yaradıcılığına  A.Şopenhayerin  təsiri  şübhəsizdir. 
Hartmanın  etik  təsəvvürləri  olduqca  pessimistdir:  şüursuz 
başlanğıc  dünyanı  elə  yaratdı  ki,  burada  əzab-əziyyət, 
müsibətlər sevinci üstələyir. 
  E.Hartman  hesab  edir  ki,  xoşbəxtliyə  can  atmaq  adicə 
illuziyadır.  İnsan  bu  dünyada  xoşbəxt  olmaq  istəyir  (antik 
dövrdə), axirət dünyasına ümid bağlayır (orta əsrlər dövründə) 
və,  nəhayət,  xoşbəxt  həyataolan  ümidlərini  sosial  tərəqqi  ilə 
bağlayır  (Yeni  dövr).  Bununla  belə  həmin  istəklərin  əbəs 
olduğunu  başa  düşən  insalar  yeni,  düzgün  olan  qərara 
gəlməlidirlər:  hamı  birlikdə,  kollektiv  şəkildə  bütün  arzu  və 
istəklərdən  imtina  etməli,  reallığın  bəlalarından  canını 
qurtarmalıdırlar.  Nəticədə  prosesin  mistik  məqsədi  həyata 
keçir: şüur ağılsız iradənin üzərində qələbə çalır, dünyanın sonu 
gəlib çatır. 
  E.Hartman, yuxarıda gətirilən müddəaları nəzərə alaraq, 
insanın  mənəvi  davranışına  bunları  aid  edir:  eqoizm  üzərində 
qurulan  əxlaqı  rədd  edir,  ailə,  kilsə,  məktəbin  nüfuzunu 
qoruyub  saxlayan  əxlaqı  da  qəbul  etmir.  Əsl  əxlaq  avtonom 
əxlaqdır  ki,  bunun  kökləri  dini  şüurla  bağlıdır.  Hər  hansı  bir 
əxlaqi borc və yaxud vəzifə yalnız allaha qarşı olan borc kimi 
başa düşülməlidir. İnsan yalnız o zaman düzgün əxlaqi hərəkət 


187 
 
edə  bilər  ki  o,  şüursuz  mənəvi  başlanğıcla  öz  birliyini  dərk 
etmiş olsun. Həmin başlanğıcın məqsədləri insanın da məqsədi 
olur.  E.Hartmanın  əsas  etik  əsərləri  “Etik  oçerklər”  (1898), 
“Mənəvi şüurun fenomenologiyası” (1869) və s. olmuşdur. 
Dürkheym  Emil  Devid  (1859-1917)  cəmiyyəti  fərdlərin 
əxlaqi  vəhdəti  hesab  etdiyindən  əxlaqın  təbiəti,  mənşəyi  və 
funksiyaları məsələsinin şərhində “sosiologizm” prinsipini əsas 
götürür,  əxlaqı  sosial  şəraitdən,  sosial  mühitdən,  spesifik 
şəkildə başa düşülən sosial strukturdan hasil edirdi
1
.  
Dürkheym 
əvvəlcə 
əxlaqı 
davranışın 
obyektiv 
qaydalarının  sistemi  kimi  nəzərdən  keçirirdi.  Bu  qaydaların 
fərqləndirici xüsusiyyəti onların məcburi olması idi, ayrıca fərd 
bu  məcburiyyətə  tabe  olmaya  bilməzdi.  Dürkheym  borcu 
əxlaqın  başlıca  əlaməti  hesab  edirdi.  Borca  əməl  olunması 
insanın  davranışını  əxlaqi  davranış  edir.  Sonralar  əxlaqın 
könüllülük  cəhəti  Dürkheymin  diqqətini  daha  çox  cəlb  etdi 
(xüsusən  əxlaqın  arzu  olunan  olması,  cazibədarlığı  və  fərdin 
əxlaqi  sərvətlərə,  obyektiv  nemətlərə  şəxsi  marağı  kimi 
xüsusiyyətləri).  
Əxlaqı  fenomenlərin  həm  mənşəyinin,  həm  də 
mövcudluğunun  sosioloji  təhlilini  verən  Dürkheym  əxlaqın 
sosial  determinasiyası  üsullarını  yeni  şəkildə  mənalandırmağa 
çalışırdı.  O,  “Əmək  bölgüsündə”  morfoloji  və  struktur 
amillərdən asılı olaraq əxlaqi inamların tarixi inkişaf prinsipini 
təsdiq  edirdi.  Sonralar  o,  mənəvi  yüksəliş  dövrlərinin, 
“ruhlandırma  momentlərinin”,  “yaratma  və  yeniləşmə 
dövrlərinin”  əhəmiyyətini  qeyd  edirdi
2
.  Belə  dövrlər  ideyalar, 
ideallar  və  sərvətlər  şəklində  özləri  barəsində  yaddaş  qoruyub 
saxlayırlar.  Bunlar  bayramlar,  kütləvi  dini  və  dünyəvi 
mərasimlər  yolu  ilə,  natiqlik  sənəti,  dramatik  tamaşalar 
                                                 
1
 Qərbi Avropada və ABŞ-da sosiologiyanın tarixi. B.: 2010 
2
 Durkheim E. Sociologie et philosiphie. P.: 1924, p.134 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə