Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   110

179 
 
Neopozitivistlər əxlaq fəlsəfəsinin vəzifəsini əxlaqi dilin 
öyrənilməsində  görürlər.  Nəticədə  etikanın  məzmunu  sırf 
əxlaqi  anlayışlar  və  təsəvvürlərin  məzmunu  və  mənşəyinin 
izahı  kimi  yox,  onların  məntiqi  forması  kimi  başa  düşülür. 
Eləliklə,  etikanın  predmeti  olduqca  məhdudlaşır.  Bu  sahəni 
neopozitivistlər  metaetika  adlandırırlar.  Onların  hesab  etdiyi 
kimi,  əxlaq  nəzəriyyəsi  elmliliyinə  nail  olmaq  üçün  gərək  hər 
hansı  bir  əxlaqi  məsələnin  həllindən  uzaq  olsun. 
Neopozitivistlərin  mövqeyi  belədir:  əxlaqi  mühakimələri 
faktiki biliklər əsasında izah etmək qeyri-mümkündür. 
XX  əsrin  20-30-cu  illərində  neopozitivist  etikanın 
qollarından  biri  olan  emotivist  əxlaq  nəzəriyyəsi  formalaşır 
(bəzən buna volyuntarist və yaxud imperativ etika da deyirlər). 
Onun  başlıca  nümayəndələri  İngiltərədə  A.Ayer,  B.Rassel, 
ABŞ-da  Ç.Stivenson,  R.Karnap,  Q.Rayhenbax  və  s.-dir. 
Emotivistlər  hesab  edilər  ki,  əxlaqi  mühakimələr  təcrübi  yolla 
yoxlanıla bilməz (verifikasiya edilə bilməz), onlar həqiqi deyil, 
bununla belə həm də yanlış deyillər, onların obyektiv məzmunu 
üçün  əsas  yoxdur.  Beləlilkə,  bunların  mənaları  sırf  emotivdir, 
yəni  əxlaqi  mühakimələr  yalnız  danışanın  emosiyalarını  ifadə 
edir  və  dinləyici  üçün  hökm,  əmr  rolunu  oynayır.  Belə 
mühakimələri nə inkar etmək, nə də təsdiqləmək olmur. Onlar 
tamamilə  ixtiyaridir,  yalnız  danışan  adamın  meyllərini  və 
arzularını  ifadə  edir.  Emotivistlər  hesab  edirlər  ki,  insanlar 
yalnız  əxlaqi  mühakimə  vasitəsilə  digər  insanları  inandıra 
bilərlər;  onlar  hətta  əxlaqla  siyasəti  eyniləşdirir,  təbliğata 
ehtiyacı olduğunu göstərirlər. 
40-50-ci  illərdə  neopozitivizmdə  daha  bir  məktəb  - 
əxlaqın  linqvistik  təhlili  məktəbi  yarandı  (S.Tulmin,  R.Near, 
P.Nouel-Smit İngiltərədə, H.Eyken ABŞ-də və s.). Bu məktəbin 
də  nümayəndələri  hesab  edirlər  ki,  əxlaqi  fikirləri  faktiki 
biliklər  əsasında  sübut  etmək,  həqiqi  saymaq  mümkün  deyil. 
Normativ  etika  elm  hesab  edilə  bilməz.  Emotivistlərdən  fərqli 
olaraq  analitiklər  daha  çox  diqqəti  əxlaqi  dilin  təhlilinə 


180 
 
yetirirlər.  Onlar  belə  bir  qənaətə  gəlmişlər  ki,  daha  konkret, 
həyatla  bağlı  olan  əxlaqi  mühakimələri  daha  ümumi  olanlar 
(prinsiplər  və  ideallar)  vasitəsilə  əsaslandırmaq  mümkündür. 
Öz  növbəsində  isə  həmin  prinsiplər  və  ideallar  isə  heç  cürə 
əsaslandırıla bilməz. Deməli, hər hansı bir əxlaqi mövqe, əxlaqi 
yanaşma hər kəsin öz işi olaraq onun ixtiyarındadır. Beləliklə, 
əxlaqi nəzəriyyə əxlaqi məsələlərin həllində insanlara köməklik 
göstərə bilməz. 
Neoprotestantizm (yunanca neos – yeni, latınca protest – 
etiraz  edən  deməkdir)  XX  əsrin  əsas  cərəyanlarından  biri 
olaraq,  etik  irrasionalizmə  aiddir.  Bəzən  bu  cərəyanı 
“neoortodoksiya”,  “böhran  teologiyası”,  “dialektik  teologiya” 
adlandırırlar.  Bu  cərəyanın  etik  baxışları  allah  və  insan 
haqqındakı  etik  təlimə  əsaslanır.  Başlıca  nümayəndələri  Bart, 
E.Brunner,  R.Nibur,  P.Tillih  və  s.  olmuşdur.  Onlar  etikada 
liberal  xristianlıq  ideyalarını  kəskin  tənqid  etmiş,  cəmiyyətdə 
sosial  və əxlaqi eybəcərlikləri ifşa etməyə  çalışmışdılar. Onlar 
bunun  səbəbini  insanın  təbii  “halında”  görərək  qeyd  edirdilər 
ki,  insan  öz  təbiətinə  görə  acıqlı,  hədsiz  dərəcədə  günahkar 
olduğu  üçün  real  həyata  İsa  peyğəmbərin  əxlaqi  nəsihətlərinə 
əməl edə bilmir.  
Deməli,  cəmiyyətdə  yaranan  mənəvi  boşluqlar  təbii  və 
zəruridir.  Əgər  belədirsə,  onda  əsl  mənəviyyatı  insanın  allaha 
olan  münasibətində  axtarmaq  lazımdır.  Beləliklə,  insan 
gündəlik həyatda öz maraqlarını güdür, mənfəəti axtarır, fayda 
götürməyə  çalışır,  öz  ictimai  həyatını  bu  istiqamətdə  qurur. 
Amma bu “əsl” həyat deyil, bu “günaha batmış” həyatdır. Əsl 
həyat, allaha üz tutaraq, ondan mərhəmət ummaq, öz qüvvəsinə 
yox,  allahın  qüdrətinə  inanmaqdır.  Əsl  mənəviyyat,  əsl 
ədalətdir sevmək və bağışlamaqdır, bu da yalnız allaha xidmət 
etmək sayəsində mümkün olur. Burada nə əməli iş, nə zəkanın 
fəaliyyəti nəzərə alına bilməz.  
  Neotomizm  nümayəndələri  də  əxlaqla  bağlı  öz 
mövqelərini  bildirmişlər.  Burada  ilk  növbədə  etik  rasionalizm 


181 
 
prinsiplərinə  istinad  edərək,  əxlaqi  tələblər  prinsiplərinin 
iyerarxik (ardıcıl asılılıq şəklində) sistemi qurulur. Əxlaqın ali, 
başlıca  əsasının  “ilahi  qanun”  olduğu  elan  edilir.  Bu  qanun 
allahın  özünün  təbiətini  müəyyənləşdirilir.  İlahi  təbiət 
dəyişilməz  olaraq,  ilahi  zəka  əsasında  əxlaqi  tələblərin 
məzmununu  birdəfəlik  təyin  etmişdir.  Həmin  tələblər  zəka 
vasitəsilə, rasional şəkildə əsaslandırılsa da, əxlaqi işlərdə dini 
inama  daha  böyük  önəm  verilir.  Əbədi  qanun  həm  də  xristian 
əxlaqi 
normalarının 
əbədi 
və 
dəyişilməz 
olmasını 
əsaslandırmağa imkan verir.  
Daha  bir  qanun  var,  bu  da  “təbii”  qanundur,  yəni  allah 
tərəfindən  insana  bəxş  edilən  təbiət.  Beləliklə,  əxlaq  nəinki 
cəmiyyət tərəfindən insana qarşı irəli sürülən tələblərdir, o, həm 
də  insanın  tələbatlarının  məcmusudur;  bunların  arasında 
ziddiyyət yoxdur. İnsan tələbatlarını neotomizm nümayəndələri 
J.Mariten və E.Jilson dini ruhda izah edirlər; məsələn, göstərilir 
ki,  əsil xoşbəxtliyə o dünyada nail olmaq mümkündür. “İlahi” 
qanunun  növbəti  pilləsi  “pozitiv”  qanundur;  buraya  cəmiyyət 
qanunları  daxildir.  Əsl  yaxşılıq  və  xeyirxahlıq  cəmiyyətin, 
dövlətin tələblərinə əməl etməkdir. 
Praqmatizm  (yunanca  praqma  –  hərəkət,  praktika 
deməkdir) – ABŞ-da XX əsrin əvvəllərindən 50-ci illərə qədər 
inkişaf  edən  əxlaq  fəlsəfəsi  cərəyanıdır.  Praqmatizmdə  etik 
təliminin  əsaslarını  V.Ceyms  formalaşdırmışdı;  o,  iki  əsas 
prinsip irəli sürmüşdü: xeyir hər hansı bir tələbatlara cavab verə 
biləcək haldır; hər bir əxlaqi situasiya təkrarsızdır və buna görə 
də  öz,  tamamilə  yeni  həllini  gözləyir.  Bu  ideyaları  daha 
dərindən  öyrənib  təhlil  edənlər  sırasında  C,Dyui,  C.Tafts, 
C.Mid, A.Smoll və digərləri olmuşdur. Praqmatistlər etikada iki 
halı  qəbul  etmirdilər:  əxlaqi  ehkamçılıq  və  mütləqliliyi.  Onlar 
hesab  edirdilər  ki,  əxlaqi  dəyərlər  universal,  əbədi,  həyatın 
praktikasından  uzaq  olan  hadisələrdir.  Digər  inkar  olunan 
hadisələr irrasionalizm, skeptisizm və neopozitivizm idi, çünki 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə