Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   110

167 
 
  Hacı  Zeynalabdin  Şirvani  (1779-1838)  Azərbaycanın 
fəlsəfi  və  ictimai  fikrinin  görkəmli  nümayəndəsidir.  Məşhur 
səyahətçi,  yazıçı  H.Z.Şirvaninin  əxlaqi  baxışları  zəngin  və 
maraqlı  idi.  Onun  əsərlərində  əxlaqi  və  didaktik  məsələlər 
mühüm  yer  tutur.  Məsələn,  “Riyazu-s-siyaha”  və  “Bustanu-s-
siyaha”  əsərlərində  o,  kamil  insana  olan  tələblərini  izah 
etmişdir.  Şirvani  insanın  əxlaqi  keyfiyyətlərinin  daim  inkişaf 
etdiyini,  təkmilləşdiyini  qeyd  edirdi.  Elə  bir  insan  yoxdur  ki, 
əxlaqi mənada kamilləşməyə ehtiyac duymasın. Əxlaqi tərbiyə 
və  sosial  mühit  arasında  birbaşa  əlaqə  vardır.  Mənəvi 
tərbiyənin  təsirliliyi  insanın  intellektual  səviyyəsindən  asılıdır. 
Insan  zəka  vasitəsilə  xeyir  və  şəri  fərqləndirir,  özünü 
xoşagəlməz əməllərdən qoruyur. Şirvani qəti əmin idi ki, ağıllı 
insan pis əməllərə əl atmaz. Ağıl cəmiyyətdə insan davranışını 
tənzimləyir  və  insanın  əxlaqi  hərəkətlərinin  meyarıdır.  Burada 
elmin rolu olduqca böyükdür. 
  İnsanın  başlıca  müsbət  əxlaqi  keyfiyyətləri  müdriklik, 
cəsarət, mənəvi saflıq, iffət və ədalətlilikdir. Kamil və xoşbəxt 
olmaq  istəyən  hər  bir  insan  bu  keyfiyyətləri  özündə 
aşılamalıdır.  Şirvani  adı  çəkilən  əxlaqi  keyfiyyətlərinin 
xarakteristikasını  müxtəlif  xalqların  tarixinə,  mənəvi  irsinə 
müraciət  edərək  verir.  Şirvani  öz  əxlaqi  təlimində  orta  əsr 
peripatetiklərinin yaradıcılığına da müraciət edir. Şirvani kamil 
insana  xas  olmalı  50  əxlaqi  keyfiyyəti  göstərir.  Onun  etik  və 
didaktik  baxışları  XVIII  əsr  Yaxın  və  Orta  Şərq  maarifçilik 
fəlsəfəsinə müsbət təsir göstərmişdir. 
Z.Quluzadənin  göstərdiyi  kimi,  “XIX  əsr  Azərbaycan 
maarifçilik  fəlsəfəsinin  ilk  təmsilçisi  təbiət  elmləri,  tarix, 
məntiq,  filologiya  və  s.  sahələr  üzrə  əsərlərin  müəllifi,  şair  və 
filosof  Abbasqulu  ağa  Bakıxanov  (1794-1847)  olub.  Onun 
Azərbaycan  maarifçiliyinin  ilk  dövrünə  aid  fəlsəfi  görüşləri 
"Əxlaqın  tərbiyələnməsi",  "Nəsihətlər  kitabı",  "İşıqların 
yerləşdiyi  yer",  "Camalın  aynası"  və  s.  əsərlərində,  həmçinin 
məşhur  "Gülüstani-İrəm",  "Qüdsinin  bağı",  "Qüdsinin 


168 
 
qanunları"  əsərlərində  öz  əksini  tapıb.  Onun  fəlsəfəsinin  əsas 
qayəsi  maariflənmə  yolu  ilə  kamil  şəxsiyyət  yetişdirmək, 
ədalətli  cəmiyyət  qurmaq  olub. A.Bakıxanovun  irsində 
kamilləşmənin sufizmdən gələn mistik  (tərki-dünyalıq  yolu  ilə 
Allaha  qovuşmaq)  və  dünyada  mədəni-fəlsəfi  inkişafla  bağlı 
zəka,  elm  kimi  iki  yolu  göstərilir.  Mahmud  Şəbüstəri,  Yusif 
Qarabaği və b. irsində də göstərilən bu iki yol A.Bakıxanovun 
kamilləşmə  konsepsiyası  üçün  təməl  idi. O,  əsrinin  elmi 
nailiyyətlərindən  çıxış  edərək  mənəvi  təkmilləşmədə  elmə, 
elmlə  əməlin  (praktikanın)  bağlılığına  və  mövcudatın  rasional 
dərkinə  xüsusi  əhəmiyyət  verirdi. İctimai  görüşlərində  kamil 
insan  və  təkmil  cəmiyyət  konsepsiyasından  çıxış  edən 
A.Bakıxanov sübut etməyə çalışırdı ki, dünya nizamının əsasını 
sosial bərabərsizlik təşkil edir”
1

Bu  barədə  digər  tədqiqatçılar  da  yazırlar  ki, 
“A.Bakıxanov  “Təhzibi-əxlaq”ın  müqəddiməsində  еlmin, 
kitabın,  mütaliənin  insan  həyatında  nеcə  böyük  rol  oynadığını 
göstərmək üçün həyatı, öz başına gəlmiş hadisələri misal çəkir. 
O qеyd еdir ki,  insanla hеyvanı  fərqləndirən onların şüurudur. 
Bu  şüur  insanlarda  mütaliə  еdən  kitabların  və  uzun  müddətli 
təcrübələrin  nəticəsində  əmələ  gəlir.  Lakin  bəzən  biliksiz 
təcrübə  fayda  vеrmir.  Buna  görə  də  A.Bakıxanov  qabaqcıl 
adamların  kitablarını  oxumağı  və  əldə  еdilən  bilik  vasitəsi  ilə 
həyatda  olan  çətinlikləri  aradan  qaldırmağı  məsləhət  görürdü: 
“Hər  gün  öz  biliyimi  artırmaq  üçün  ciddi-cəhd  göstərdim. 
Dünyanın  böyük  və  qabaqcıl  adamlarının,  müxtəlif  xalqların 
görkəmli  şəxsiyyətlərinin  əsərlərini  araşdırmağa  başladım. 
Özümün  bu  haqda  az  məlumatım  olmasına  baxmayaraq  çox 
faydalandım.  İndi  bir  çox  çətinlikləri  aradan  qaldırmağa 
müvəffəq ola bilib təsəlli tapmaqdayam… Bundan qiyas еtmək 
                                                 
1
 Quluzadə Z. Azərbaycanda XIX əsrdə fəlsəfi fikir. // Xalq Cəbhəsi.- 2014.- 
21 iyun.- S.14. 


169 
 
olur  ki,  bilik  daha  çox  əldə  еdilsə  və  təcrübə  artsa,  daha  çox 
müvəffəqiyyətlərə nail olacağıq”
1
 
XIX  əsr  Azərbaycan  ictimai-fəlsəfi  fikir  tarixi 
M.F.Axundzadənin  (Axundov)  (1812-1878)  "Kəmalüddövlə 
məktubları",  "Mollayi  Ruminin  və  onun  təsnifinin  babında", 
"Həkimi-ingilis  Yuma  cavab",  "Yek  kəlmə  haqqında"  və  s. 
əsərlərində  əksini  tapıb.  Mirzə  Fətəli  Axundzadənin 
dünyagörüşünün  mənbəyi  Azərbaycan,  bütövlükdə  müsəlman 
Şərqi, Qərb və rus mədəniyyətləri, ilk növbədə fəlsəfi təlimləri 
və  elmi  nailiyyətləri  olub. Onun  fəlsəfi  irsinin  ontoloji  aspekti 
materialist və ateist, qnoseoloji aspekti isə rasionalist təmayüllü 
idi. M.F.Axundzadə bir çox Azərbaycan maarifçilərindən fərqli 
olaraq  din  və  dini  dünyagörüşlər  ilə  ardıcıl  mübarizə 
aparıb. Onun  İslam  dininə,  bu  dinlə  bağlı  adət  və  ənənələrə 
qarşı  radikalizmlə  səciyyələnən  və  bir  sıra  məqamlarda 
obyektivlikdən kənar kəskin çıxışlar edirdi. O, hesab edirdi ki, 
din və dini dünyagörüşləri, Azərbaycan xalqı da daxil olmaqla, 
İslam bölgəsi xalqlarını maarifdən və Qərbdəki inkişafdan geri 
qoyur.  M.F.Axundzadənin  ərəb  əlifbasının  sadələşdirilməsi, 
yaxud latın əlifbası  ilə  əvəz  olunması  uğrunda  apardığı 
mübarizə  də  bununla  bağlı  idi. M.F.Axundzadə  tərəfindən 
İslam və İslamla bağlı həyat və düşüncə tərzinin tənqidinin bir 
səbəbi  də toxunduğu bu  problemlərə marağı  artırmaq məqsədi 
olub. O,  azadlığın  insana  əzəli  məxsusluğunu  qəbul  edir, 
azadfikirliliyi  təbliğ  edir,  azadlığı  bəşəriyyətə  filosof  və 
alimlərin 
gətirəcəyinə 
inanırdı. İnsanların 
əmlak 
bərabərliyindən  deyil,  hüquq  bərabərliyindən  bəhs  edən 
M.F.Axundzadə  qadınlar  və  kişilər  arasında  hüquq 
bərabərliyinə  xüsusi  diqqət  verirdi. M.F.Axundzadənin  fəlsəfi 
dünyagörüşü Şərqin mədəni həyatına böyük təsir göstərib
2

                                                 
1
 Aslan K. Abbasqulu Ağa Bakixanovun əsərlərində kitab və mütaliə 
məsələləri // http://www.anl.az/ 
2
 Quluzadə Z. Azərbaycanda XIX əsrdə fəlsəfi fikir. // Xalq Cəbhəsi.- 2014.- 
21 iyun.- S.15 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə