Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   110

164 
 
Zahidləri, vaizləri öz əsərlərində dəfələrlə tənqid edən S.Təbrizi 
bu yolla insanları fanatizmdən qorumağa çalışır. 
  S.Təbrizi öz əsərlərində vacib əxlaqi kateqoriyalarından 
biri  olan  sevgi  problemini  də  araşdırır.  Sevgi  fəlsəfi 
kateqoriyadır  və  varlığın  hərəkətverici  qüvvəsidir.  Məlumdur 
ki,  sufilikdə  sevgi  varlığın  əsası  hesab  olunurdu.  İnsanı  onun 
ölümündən  sonra  dünyanın  vahidliyi  və  bütövlüyü  ilə  yalnız 
sevgi  bağlayır.  Sevgi  insanın  varlıq  dairəsində  hərəkət 
mənbəyidir  və  onu  bir  aləmdən  digərinə  aparır.  Göy 
cisimlərinin  cazibə  qüvvəsi,  bütün  hissəciklərini  birləşdirən 
qüvvə, bitkilərin və heyvanların dünyaya gəlməsi və ölməsi və 
s.  -  sevgidən  qidalanır.  Sevgi  həm  də  mənəvi  həyatın 
hərəkətverici  qüvvəsi,  mənəvi  inkişafın  əsasıdır.  Sevgi  insana 
ümid verir, ona qüvvə və yaradıcılıq qabiliyyətləri bəxş edir. 
  Sevgi  insanı  kamilliyə,  yəni  Allaha  doğru  aparır.  Əsas 
sevgi Allaha olandır. S.Təbrizi inanırdı ki, ilahi sevgi insanı bu 
dünyanın  məziyyətlərindən  uzaqlaşdırır  və  Allaha,  ədəbiyyata 
qovuşdurur.  Bu  sevgi  dəryasına  yalnız  mənəvi  paklığa  və 
ləyaqətə  malik  olan  insan  düşə  bilər.  Kamillikdən  və 
mənəviyyatdan  məhrum  olan  insanlar  bu  şərəfə  layiq  deyillər. 
Sevgi  aləmi  bütövlük,  razılıq,  qardaşlıq  dünyasıdır,  burada 
hamını sevgi əlaqələri birləşdirir. 
  Eyni 
zamanda 
bu 
dünyanın 
gözəlliyini 
və 
möhtəşəmliyini  qəbul  edən  S.Təbrizi  burada  ümumbəşəri 
dəyərləri və idealları da vəsf edir. Təbrizi hesab edir ki, insanlar 
öz qabiliyyətlərini və bacarıqlarını ümumi rifah naminə istifadə 
etməlidirlər.  İnsanın  əxlaqi  kamilliyinə  yeganə  yol  yaradıcı 
əməkdir. Əmək insan ləyaqəti və fəxrinin əsasıdır. İnsan hər bir 
çətinliyi  fəth  etməyi,  öz  ləyaqəti  və  şərəfini  qorumağı 
bacarmalıdır. 
  Saib  Təbrizinin əxlaqi baxışlarında humanizm ideyaları 
mühüm  yer  tutur.  Qarşılıqlı  yardım  göstərmək  burada  əsas 
vəzifələrdəndir.  Şair  cəmiyyətin  yaşadığı  bir  çox  ziddiyyətli 
problemlərini  din  xadimlərinin  riyakarlığı  və  ləyaqətsiz 


165 
 
davranışı  ilə  əlaqələndirirdi.  Vətənpərvərlik  də  şairin  təbliğ 
etdiyi ideyalarından biri olmuşdur. Öz dövrünə xas olan sosial 
quruluşunu tənqid atəşinə tutan şair eyni zamanda vətənə, xalqa 
bağlılığını, sevgisini nümayiş etdirir. Xalq vahid, bütöv olmalı, 
sülh və əmin-amanlıq şəraitində yaşamağı bacarmalıdır. Əxlaqi 
keyfiyyətləri aşılamaq işində ailə tərbiyəsi və təlimi böyük rol 
oynayır. Hər bir insan öz əməllərini qiymətləndirməyi, düzgün 
nəticələri çıxarmağı bacarmalıdır. 
Azərbaycanın  mənəvi  irsində  etik  ideyalarının  təhlili  və 
tətbiqi  tarixin  sonrakı  mərhələlərində  də  gözə  çarpacaq 
dərəcədə  özünü  biruzə  verirdi.  Şübhəsiz,  bu  prosesə  sosial-
siyasi  və  mədəni  inkişaf  xüsusiyyətləri  öz  təsirini  göstərirdi. 
Məsələn, XVII-XVIII əsrlərdə Azərbaycan ərazisində həm yerli 
feodallar  arasında,  həm  də  işğalçılıq  siyasətini  həyata  keçirən 
İran,  Türkiyə  və  Rusiya  dövlətləri  ilə  müharibələr  səngimirdi. 
Bu da heç də əmin-amanlığa, iqtisadi dirçəlişə, mədəni inkişafa 
səbəb  olmurdu.  Mədəni  həyatın,  elmin,  fəlsəfənin  inkişafı 
Azərbaycan və İran arasında tarixən formalaşan mədəni-mənəvi 
əlaqələrə əsaslanırdı.  
Təxminən XVII əsrin ortalarından bu sahədə hökm sürən 
tənəzzül  mütərəqqi  inkişaf  ilə  əvəzləndi.  Buna  baxmayaraq 
iqtisadi  və  sosial-siyasi  sahələrdə  vəziyyət  ağır  olaraq  qalırdı. 
Bu isə mədəni inkişafı üçün böyük bir əngəl idi. Bununla belə 
bir  sıra  görkəmli  elm,  ədəbiyyat,  incəsənət  nümayəndələri  öz 
yaradıcılıqları ilə Azərbaycanın mənəvi fikir tarixində dərin iz 
salmışlar.  Qeyd  olunamlıdır  ki,  bu  dövrdə  dinin,  o  cümlədən 
sufiliyin  mövqeləri  xeyli  möhkəmlənmişdir,  bu  da  ictimai 
həyata öz mühüm təsirini göstərməkdə davam edirdi. 
 
5.4.
 
XIX əsrdə etik ideyalar 
 
  Molla  Vəli  Vidadi  (1709-1809)  Azərbaycan  mənəvi 
mədəniyyətinin  görkəmli  nümayəndəsidir.  Onun  bədii  əsərləri 
klassik Şərq poeziyası və şifahi xalq yaradıcılığının mükəmməl 


166 
 
sintezini təcəssüm edir.  Onun  yaradıcılığında əsas  yeri ictimai 
problemlərin  müzakirəsi  tutur.  o,  öz  əsərlərində  dəfələrlə 
ədalətsizliyi  ifşa  edir,  insan  müqəddaratı,  həyatın  mənası 
problemlərini araşdırırdı.  
  Mənəviyyatda  baş  verən  tənəzzül  ona  çox  ağır  təsir 
göstərirdi.  Vidadi  bütün  insanlara  müraciət  edərək  onları 
ləyaqət  hissini  qorumağa,  bir-birinə  hörmət  etməyə,  bir-birinə 
qarşı xeyirxah və mərhəmətli olmağa çağırırdı. “Müsibətnamə” 
əsərində  o,  cəmiyyətin  sosial  bəlalarını  daha  qabarıq  şəkildə 
təsvir  edirdi.  Birinci  növbədə  o,  dövləti  idarə  edənlərin 
haqsızlıqlarından bəhs edir, məmurları, əyanları ifşa edirdi. 
  Vidadi  göstərir  ki,  cəmiyyət  ayrı-ayrı  şöhrətpərəst 
adamların  əməllərindən  əziyyət  çəkir.  Bunlar  hakimiyyətə 
vicdanlı,  qabiliyyətli,  dövlət  mənafeyini  güdən  adamların 
gəlməsini  istəmirlər,  vəzifə  tutanlar  bacarıqsız,  qabiliyyətsiz 
olur, bu da dövləti bir qədər də sarsıdır. 
  Öz əsərlərində Vidadi insanları, cəmiyyəti islah etməyə 
çalışır,  insanlara  yüksək  əxlaqi  keyfiyyətləri  (ədalətlilik, 
vətənpərvərlik, humanizm və s.) aşılamağa çalışır. 
  Molla Pənah Vaqif (1717-1797) Azərbaycanın görkəmli 
dövlət  xadimi,  şairi  olmuşdur.  O,  öz  əsərlərində  cəmiyyətdə 
hökm sürən ədalətsizlik, qanunsuzluq,  yalan, cılız maraqlar və 
mənafeləri ifşa edir, eyni zamanda müsbət əxlaqi keyfiyyətləri 
tərənnüm 
edirdi 
(əməksevərlik, 
doğruluq, 
comərdlik, 
səmimilik,  vicdanlılıq  və  s.).  Vaqif  inanırdı  ki,  elm  və  təhsil 
cəmiyyətdə  əxlaqi  dəyərlərin  rolunu  möhkəmləndirəcək,  həyat 
yaxşılığa doğru hərəkət edəcəkdir. Vaqif öz əsərlərində yüksək 
vətəndaşlıq  mövqelərini  və  vətənpərvərliyini  nümayiş  etdirir, 
öz vətənini, xalqını daima düşünürdü.  
  Vaqifin  poeziyasında  xalqın  həyat  tərzi,  onun  adət-
ənənələri,  etik,  psixoloji,  mənəvi  xüsusiyyətləri  öz  əksini 
tapmışdır.  Yüksək  humanist  idealını  Vaqif  ədaləti,  həyatda 
düzgün yolun axtarışını əsaslandırıb təbliğ edirdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə