194
verir. Dəyərin tələbi yalnız real həyatda həyata keçirilə bilər.
Eyni zamanda insan həm borc, həm dəyərlər aləminə aid
olduğu üçün iradə azadlığına malikdir. Bütün digər canlılardan
fərqli olaraq insan öz “qismət”inə uyğun olaraq, dəyərlər və
borcla bağlı arzu və vəzifələrini həyata keçirməli, bu zaman
xarici zərurətin müqavimətini pozmağı bacarmalıdır.
Dəyərləri
insan intellektual, emosional çalarları
olmayan seyretmə, intuisiya vasitəsilə qavrayır. Beləliklə,
Hartmana görə dəyərlərin təbiətində irrasional meyillər
güclüdür. Beləliklə, onun təsəvvüründə iki aləm – dəyərlər və
mövcudat var, insan varlığı da iki sahəyə parçalanır: real varlıq
və ideal zərurilik. Hartmanın ideyaları müasir liberalizminin
təşəkkülünə də təsir göstərmişdir.
Amerikan filosof Con Dyui (1859-1952) praqmatizm
cərəyanının başlıca nümayəndəsi hesab olunur. Dyui
praqmatizmin qollarından biri olan istrumentalizm cərəyanının
banisidir. Dünyanın obyektiv qanunauyğunluqlarını inkar edən
Dyui dünyanı situasiyalar (vəziyyətlər) silsiləsi kimi
qiymətləndirir. Həmin situasiyalar subyektlə uzlaşdırılır.
Etikada həmin “instrumenlal” metod tətbiq olunur. Əxlaqi
problemlər real vəziyyətlərdə yaranır, əxlaqi kateqoriyaların
vəzifəsi isə hər bir yaranmış əxlaqi situasiyadan müvafiq çıxış
yolunu tapmaqdır. Hər bir situasiyada mövcud olan məqsəd və
yaxşılıq digərləri ilə tam bərabər hüquqludur. Dyui etik
relyativizmi müdafiə edir, mənəviyyat normalarını isə sərbəst
yozulmasını təklif edir. O “mütləq” əxlaqı, “əbədi” əxlaqi
normaları inkar edir, onlara qarşı fərdin yaşadığı cəmiyyətin
konkret şəraiti qoyur ki, buradan asılı olaraq, məqsəd və
vəzifələr müəyyən edilsin. Əxlaq və yaxud fayda? Suala cavab
olaraq o, faydanı seçir. Tərbiyə məsələlərində Dyui
fərdiyyətçilik mövqelərdən çıxış edərək, vurğulayır ki, bu
zaman insanın ilk növbədə anadangəlmə intellektual və
emosional bacarıq və qabiliyyətlər inkişaf etməlidir. Əxlaq
haqqında başlıca əsərləri: “Etika” (1908), “Azadlıq və
195
mədəniyyət” (1929), “Fərdiyyətçilik: köhnə və yeni” (1929) və
s-dir.
Sartr Jan Pol (1905 – 1980) fransız yazıçısı, ictimai
xadimi və filosofudur. Sartr fəlsəfədə ateizt mahiyyətli
ekzistensializmin nümayəndəsidir. Etika baxımından onu
göstərmək olar ki, Sartr humanizmin Qərbdə formalaşmış
böhranını
elmin
inkişafında,
rasional
təfəkkürün
nailiyyətlərində, insanın dövlət tərəfindən manipulyasiya
obyektinə çevrilməsində görürdü. Sartr əxlaqi məqsədləri
irrasionalizm və intuitivizm mövqeyindən qiymətləndirməyə
çalışırdı. Əxlaqı riqorizm mövqeyindən qiymətləndirən Sartr bu
zaman “əsl”, “özü-özünə sadiq olana” xüsusi əhəmiyyət verir.
Bu baxımından onun mövqeləri müəyyən mənada Kantın
mövqelərinə yaxındır (məsələn, Kantın əxlaqi hökmünə).
Sartr hesab edirdi ki, əxlaqi normalar heç də hər bir kəs
üçün labüd deyil. Insanın ayrılıqda götürülmüş hər bir hərəkəti
təkrarsız və unikaldır, əxlaqi tələblər sosial şəraitlə izah edilə
bilməz. İnsan öz daxili əxlaqi hökmünə əməl edərkən bir növ
cəmiyyətin əxlaqsız hallarını aradan qaldırır, buna görə də hər
hansı bir vəziyyətdə və şəraitdə insanın üzərinə bir növ fövqəl
vəzifə düşür: özünü müəyyən mənada cəmiyyətə qurban
vermək.
Əgər sosial dəyərlərə qarşı (yəni onların əsl olmasına
qarşı) şübhə yaranırsa, burada fərdin “riyakarlığı”nı
günahlandırmaq lazımdır, çünki həmin fərd öz vicdan səsini
eşitmək istəmir. Vicdan səsi isə əslində insanın ilkin
günahkarlıq hissinin qaçılmaz yüküdür. Sartr azadlığı
arzulamaq, istəmək arzusu kimi başa düşür; belə azadlıq
insanın əzəli, ideal “mahiyyəti” hesab olunur, bu, özünü insanın
istənilən hərəkətində (lap absurd xarakterli) ifadə edir. İnsan
azad olmağa məhkumdur.
Əslində Sartr azadlıq dedikdə qəbul edilmiş qərarın
(mahiyyətinə bir o qədər də varmadan) sərbəst seçim etmək
imkanını nəzərdə tutur. Azadlıq problemində determinizmi
196
inkar edən Sartr eyni zamanda insan davranışının izahında
fatalizm mövqeyindən çıxış edir. Bu davranışı o, birbaşa
insanın nə vaxtsa keçirdiyi mənəvi travmalarla (ekzistensional
psixoanaliz) izah edir.
Beləliklə, Sartrın əxlaqi baxışlarında abstrakt riqorizm
və freydizm üzərində qurulan naturalizm özünü biruzə verir. Bu
da özünü fərdə olan bəzi tələblərdə ifadə edir: özünü daima
“ifşa etmək”, günahkarlıq hissi ilə yaşamaq və s. Sartr öz əxlaqi
baxışlarını aşağıdakı əsərlərində açıqlayıb: “Varlıq və heç nə”
(1943), “Ekzistensializm humanizdir” (1946).
Kamü Alber (1913-1960), fransız yazıçısı və filosofudur.
Ekzistensializmin nümayəndəsi olan Kamü öz etik baxışlarını
çoxsaylı əslərində izah etmişdir. O, insan problemlərini
ekzistensializm mövqeyindən izah edərək, bu mövcudatı
konkret vəziyyətləri baxımından qiymətləndirməyə çalışır.
Kamünün əxlaq fəlsəfəsində çıxış nöqtəsi absurddur
(mənasızlıq, cəfəngiyyat) insan bişüuri olaraq həyata bağlıdır,
ona can atır, lakin onun yaşadığı dünya onun özünə bərabər
deyil, qeyri-rasional və mənasızdır. İnsanın da yaşaması bu
təqdirdə öz mənasını itirir. Bu fikri Kamü “Sizif haqqında
əfsanə” əsərində daha dolğun ifadə etmişdir. Məlumdur ki, bu
qədim Yunan qəhrəmanı əbədi olaraq əzabkeşliyə məhkumdur:
dağın başına itələdiyi daş həmin an geri qayıdır və bütün işlər
yenidən başlanır. Bu yolla Sizif öz cəzasını çəkir. Kamü
əsərində mənasızlığa qarşı mübarizə elan etməyə, əsil yaşayışın
tərzini tapmağa çalışır. Əsil əxlaq, əsil həyat nədir? Bu suala
cavab verməyə çalışan Kamü öz qiyamını ruh sahəsilə
məhdudlaşdırır, fərdi təkmilləşməyə nail olmağa çalışır. Kamü
əslində yaşadığı dünyada özgələşmənin aradan qaldırılması
yollarını tam, axıra qədər dərk edə bilməyib.
Kamü hesab edirdi ki, özgələşmənin aradan qaldırılması
yolu insanın özü-özünə uyğunluğunun axtarılmasındadır, yəni
insan öz mahiyyətini tam dərk edib özünü buna uyğunlaşdıra
bilsə, o, xoşbəxt sayıla bilər. Kamü həmin mahiyyətə uyğun
Dostları ilə paylaş: |