Мцндяриъат


Axtarış və tətbiqi tədqiqatların əsas xüsusiyyətləri



Yüklə 1,07 Mb.
səhifə2/12
tarix21.04.2018
ölçüsü1,07 Mb.
#39699
1   2   3   4   5   6   7   8   9   ...   12

1.2. Axtarış və tətbiqi tədqiqatların əsas xüsusiyyətləri


Praktiki və nəzəri biliklərin dərinləşdirilməsi yalnız bu sahədə proqres əldə etməyə imkan verir. Bununla əlaqədar olaraq axtarış və tətbiqi tədqiqatların əsas vəzifələrinə aşağıdakılar daxildir:

1.İstehsalat və istehsal ediləcək məhsulların təkmilləşdirilməsi üsulları

2.Yeni məhsullar almaq və onların alınması üçün yeni orjinal üsulları işləmək;

Bu halda axtarış tədqiqatları nəticəsində istehsal olunacaq məhsul dəqiqliklə öyrənilməlidir. Tətbiqi tədqiqatlarda isə sistematik öyrənmə ilə məhsulun seriyalı və kütləvi, sonra isə yüksək səviyyədə istehsalına yol tapılmalıdır.

3.Elmin perspektiv sahələrinin imkanlarını üzə çıxartmaq, eksperimentlər əsasında sənayedə və k/t istehsalında uğur qazanma şansının momentini təyin etmək üçün bilik toplamaq.

4.Elmin vəzifəsi ondan ibarətdir ki, təbiətdə və texnikada cəmiyyətin tarixi inkişafında qanunların əksini tapmasını dərk etmək, bu isə fərqini ümumidən, formanı məzmundan, təsadüfi obyektiv zərurətdən, milli adətləri onların sosial əsas-

larından, şəxsiyyəti sinifindən ayrılıqda tədqiqin mümkün olmadığını açıqlamaq. 1.3. Elmin cəmiyyətdə rolu

Elmin cəmiyyətdə rolu çox böyükdür. Müasir dövrdə elm istehsal qüvvəsidir. Texniki tərəqqinin əsas mənbəyi əmək məhsuldarlığının və əhalinin artımı eləcə də elmdə irəli sürülən əsas problemlərin həyatiliyidir.

Elm, texnika, texnologiya və idarəetmə maddi istehsala, icmal münasibətlərə, idarəetmə sisteminə, insanların həyat və yaşayışına təsir göstərir. Elm cəmiyyətin və maddi istehsalın inkişafının aparıcı qüvvəsidir.

Hələ 1967-ci ildə akademik V.N.Trapeznikov yazırdı: “Elm və onun nəticələrinin k/t-da mənimsənilməsi əmək istehsalının yüksəldilməsinin əsas mənbəyidir”.

Elmə sərf olunan hər manat istehsalat fondlarının planlı inkişafına qoyulandan dörd dəfə, texniki proqres olmadıqda isə altı dəfə sərfəlidir.

Elmin istehsalatla əlaqəsi elmi-tədqiqat işlərinin planının tutulması ilə başlanır. Bu səbəbdən də elmi işçilər istehsalatın tələblərini yaxşı bilməli və tədqiqat planına aktual məsələləri daxil etməlidirlər. Elmlə istehsalatın əlaqəsi birbaşa və ya əksinə olur. Birbaşa əlaqə elmi tədqiqatların tətbiqi nəticələrində nail olunur, əks halda istehsalatın dərindən öyrənilməsi və tədqiqata ehtiyacı olan sahələrin aşkara çıxarıl-ması ilə.

Elmin istehsalatla birbaşa əlaqəsi təsərrüfat və yaradıcılıq müqavilələri ilə möhkəmlənir. Əks halda əlaqə mətbuat, radio, televiziya, sərgilər, konfranslar vasitəsi ilə aparılır.

Elmlə istehsalatın əlaqəsi nəticələrin tətbiqi ilə başa çatmamalıdır, bu nəticələrin təkmilləşdirilməsinə və ya daha yeniləri ilə əvəz olunmasına səbəb olmalıdır. Belə əlaqələr nəticəsində elm cəmiyyətin istehsal gücünə çevrilir. Bu isə elmin yeni roludur.

Qabaqlar ixtira praktikada nailiyyətlərə əsaslanırdı, elm isə nəzərdən keçirir və əsaslandırılırdı. Belə də olurdu ki, elm praktikanı qabaqlayırdı. Fundamental elm isə praktikanı bir neçə il qabaqlamalıdır.

Elmi nailiyyətlərin nəticələrinin realizə olunması, elmi ən effektli kapital qoyuluşu olan sahələrdən birinə çevirir. Bu elmi cəmiyyətin istehsal qüvvəsinə çevrilən amil-lərdən biridir.

Yeni əmək vasitələrində və alətlərində, yeni tələbat vasitələrində, nailiyyətlərin modelləşdirilməsində tətbiqi elm müəssisələrdə istehsal qüvvəsi kimi yer tutur.

II F Ə Sİ L

ELMİ-TƏDQİQAT İŞLƏRİNİN NÖVLƏRİ

2.1. Elmi işin əlamətləri


Yuxarıda adları çəkilən tədqiqatların xüsusiyyətlərini göstərən «Elmi iş» anlayışı fundamental, axtarış və tətbiqi tədqiqatlar layihələndirmənin və təcrübi-eksperimental istehsalatın nəticələrini əhatə edir.

«Elmi iş» termini altında təbiət, texnika, cəmiyyət və s. inkişafı qanunlarının təyin etdiyi iş nəzərdə tutulur. Elmi işdə yalnız məsələlər öz həllini tapmamalıdır, yeni problemlər və onlaırın həlli yolları da araşdırılmalıdır.

A.N.Krılov belə hesab edirdi ki, elmi iş yalnız o zaman nəticə verə bilər ki, iş aparanın hər hansı bir ideyası və şəxsi fikirləri olsun.

Elmi işin əlamətləri bunlardır: yenilik və orjinallıq; unikallıq və təkrar olunmazlıq, təkamül xarakteri və risk. Elmi iş tədqiqatçının sərbəstliyindən deyil, prosesin anlaşılma mahiyyətindən, mənfi və ya müsbət nəticə alınmasından irəli gəlir. Çünki yaradıcılıq axtarışdır, alınmış məlumatın doğruluğudur.


2.2. Elmi-tədqiqat işlərinin növləri


Fundamental işlər. Bu işlər cəmiyyətdə qısa zamanda hiss ediləcək xeyir vermir. Bəziləri illərlə rəflərdə qala bilər. Məsələn, Siolkovskinin işləri kimi.Fundamental və axtarış işlərinin yüksək effekt vermək ehtimalı həmişə olmur. Lakin, fundamental işlərin nəticəsi ixtira ola bilər, onlarsız isə elmin inkişafı mümkün deyil. İxtira elmi-tədqiqatın inkişafının təməlidir.

Fundamental elmi-tədqiqat işləri bir qayda olaraq nəzəri profilli akademiyanın institutları tərəfindən işlənir. Bu işlərin təhsil və elmi tədqiqat institutlarında yerinə yetirilməsi də istisna deyil.

Nəzəri istiqamətli institutlar mədəniyyətin və elmin ümumi dirçəlişinə kömək edir. Nəzəri ixtiralar maddi istehsalatda köklü dönüşə səbəb olur və əlaqəli sahələrdə irəliləyiş deməkdir. Hər bir ixtiranın elmə və texnikaya ehtiyacı var. Bu səbəbdən də axtarış və tətbiqi tədqiqatlar gələcək təcrübə-konstruktor və istehsalatın konstruktor hazırlığı işlərinin aparılması üçün vacibdir.

Axtarış işləri. Ayrı-ayrı hallarda axtarış işlərinin nəticələri birbaşa istehsalatda tətbiqi tədqiqatları və təcrübi-konstruktor işləri nəzərə alınmadan istifadə edilə bilər.

Axtarış işləri tətbiq qanunlarının elmi-texniki proqress üçün yeni istifadə prinsiplərini üzə çıxarmağa imkan verir. Bəzi hallarda işin yekununda gözlənilməyən nəticələr ortaya çıxır ki, bunlar da sənayedə və k/t-da istifadə edilir.

Bəzən tədqiqat işləri konkret elmi iş haqqında sistemli məlumat almaq məqsədi ilə aparılır. Belə işlər kiçik məqsəd daşıyır və alınmış nəticələrin xalq təsərrüfatında işlənməsi yollarını öyrənir.

Tətbiqi elmi-tədqiqat işləri. ETİ və KB tərəfindən yerinə yetirilən işlər bu təşkilatların fəaliyyətinin planlaşdırılması və uçotu nöqteyi - nəzərindən üç növə bölünür: tətbiqi elmi-tədqiqat, təcrübi - konstruktor və başqa təşkilatlara texniki xidmət və kömək göstərilməsinə dair işlər.

Tətbiqi xarakterli işlər təcrübi-konstruktor və ya layihə texnoloji işləmələrdə istifadə edilir. Tətbiqi işlərə aşağıdakılar daxildir: yeni texnikanın yaradılmasında istifadə edilən təkmilləşdirilmiş konstruktor - texnoloji prinsiplərin axtarışı; yeni məhsulların texniki parametrlərinin işlənməsinin optimal üsullarının axtarışı; materialların texniki xarakteristikalarının təyin edilməsi və onların sınağı üsullarının axtarışı. Bu işlər də tam eksperimental nüsxələrin yaradılması və bütün sınaqların aparılması ilə başa çatır.

Tətbiqi xarakterli elmi işlərin yekununda prinsipcə yeni nəzəri və texniki həlli olan əlavə nəticələr əldə edilir.

Əsasən sənaye yönümlü institutlarda işlənir. Bu institutlardan təxirəsalınmaz səmərə tələb edilir.

Tətbiqi elmi-tədqiqat işlərinin tamlığı və uğuru aşağıdakılardan asılıdır:

- bir sıra məsələləlrin həllində tələbatlar və ya axtarış işində nəzəri tərtib olunmuş məsələnin labüdlüyü;

-məsələnin həlli üçün ideyanın , maddi şəraitin və enerjinin tələb olunan növünün olması;

-təcrübənin istifadə etdiyi riyazi aparat;

-elmi tədqiqatların nəticələrinin xalq təsərrüfatı sahələrinə koordinasiya edilməsi və tətbiq olunma imkanları.

Təcrübi konstruktor işləri: Bu işlərə texniki işlənmə ilə əlaqəli işlər, yeni qurğuların yaradılmasına yönəldilmiş elmi-konstruktor işlərinin nəticələri, texniki və texniki-iqtisadi sənədləşdirilmənin, texniki şəraitin və quraşdırma işlərinin işlənməsi aiddir.

TKİ elmi-tədqiqat işlərinin nəticələrinə dair tələblər işlənmiş texniki məsələlərin əsasında həyata keçirilir. TKİ-nin məqsədi hərtərəfli sınaqlardan sonra istehsalata verilə biləcək yeni texnikanın yaradılmasıdır.

Texniki işləmənin və ya TKİ-nin əsasını texnoloji layihələndirmə, sınaq maşın-larının, qurğularının yaradılması təşkil edir. TKİ layihə-konstruktor və layihə - texno-loji institutlarda aparılır. TKİ-nın bütün növləri və iqtisadi effekt təyin edilir.

Elmi mövzunun işlənməsində layihələndirmə elmi işin növü kimi öyrənilir. Təcrübə-konstruktor işlənməsinə: qurğunun layihələndirilməsi, mövcud üsulların və prinsiplərin sınağı və qiymətləndirilməsi aiddir. TKİ nəzəri ixtiranın praktiki olaraq həyata keçirilməsində əsas mərhələdir. O, mövcud qanunlara, normativ verilənlərə, məlum düsturlara, məlum və standart sınaq materiallarına əsaslanır.

TKİ yüksək əmək məhsuldarlığına, yeni texnikanın fasiləsiz və avtomatik işi təmin edən yeni texnikanın yaradılmasına, proqramlı idarəetmənin, elektronikanın, hesablama texnikasının tətbiqinə və s. yaradılmasına yönəldilir.Texniki işləmədə və ya sıravi işdə işin yalnız əsas məqsədi əldə edilir.

Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, texniki işləmələrə konstruktiv işləmələr, sınaqlar, texnologiyanın işlənməsi, müşahidələr, tədqiqatların nəticələrinin analizi və müqayisə edilməsi daxil edilir. Burada maşının keyfiyyətlərinin mənfi və müsbət olması səbəbləri aşkara çıxarılır.

Maşının funksiyasını təyin etdikdə konstruktor başqa ixtisasçıların: texnoloqların, mühəndis-mexanizatorların, təmirçi mühəndislərin, aqronomların, zootexniklərin, iqtisadçıların məsləhətlərindən istifadə etməlidir.

Seriyalı maşın işlənməsində hər bir hissənin və birləşmənin etibarlılığı, o cümlədən, bu göstəricilər əsasında hissələrdə gərginlik göstəriciləri, hərəkət hissələrinin ətalət qüvvələri, tarazlıq dərəcəsi, surət və təcil və başqa faktorlar öyrənilməlidir. Bununla əlaqədar olaraq hissələr üçün uyğun materiallar seçilir. Hissələrin etibarlılıq göstəricilərini onların möhkəmliyi ilə uyğunlaşdırmaq lazımdır. Yeni maşın o zaman istehsalatda tətbiq edilir ki, onun metal tutumu və enerji tutumu az olsun, sadə konstruksiyası, asan iş prinsipi və işçi üçün təhlükəsiz və məhsuldar olsun.

Köməkçi işlər. Texniki kömək işlərində aşağıdakılar nəzərdə tutulur: yeni texnoloji proseslərin mənimsənilməsində müəssisələrdə təşkilati-metodiki, texniki materialların işlənməsi, kompleks işlərin iqtisadı əsaslandırma ilə işlənilməsi üzrə rəhbərə kömək göstərmək.

Texniki xidmətin göstərilməsi tədqiqat xarakterli olması da ETİ-nin mövzu planlarında vacib yer tutur və buraya bütün növ resursların böyük xərci tələb olunan xidmət işləri daxil edilir.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə