Мцндяриъат


Elmi- tədqiqat işlərindən istifadə olunan sözlərin terminoloji mənası



Yüklə 1,07 Mb.
səhifə12/12
tarix21.04.2018
ölçüsü1,07 Mb.
#39699
1   ...   4   5   6   7   8   9   10   11   12

Elmi- tədqiqat işlərindən istifadə olunan sözlərin terminoloji mənası


Alqoritm sistem əməliyyatların müəyyən qaydada həll olunmasına dair və müəyyən sinifə aid məsələlərin həllinə imkan verən dəqiq təlimat.

1. Həqiqətən mövcud olan, həyata keçirilən, potensial məsələ.

2. Hal-hazırkı zamanda vacib, öz həllini tələb edən məsələ.

Aktuallıq: bir tərəfdən dövlətin verdiyi itkilər, digər tərəfdən isə bu itkilərin baş verməməsi üçün tədbirlərin işlənməsi ilə xarakterizə olunur.

AKT -hər hansı bir işi təsdiq edən sənəd (əmlakın verilməsi, torpağın həmişəlik istifadəyə verilməsi və s.)

Annotasiya - kitabın, məqalənin, elmi işin qısa təsnifatı: məzmunu, oxucu rəyini və biblioqrafik təsviri tamamlayan sair xüsusiyyətlərin nöqteyi nəzərindən nəşr olunan əsərin xarakteristikası.

Aspekt

1. Əşya- hadisə, anlayış, araşdırılan nöqteyi nəzər.

2. Bitki örtüyünün ilin fəslindən asılı olaraq zahiri görünüşü (botanika).

Aforizm – qısa və həcmli ifadə olunan tamamlanmış fikir.

Biblioqrafiya–bütün biliklərin açarı; kitablar haqqında əsaslı məlumat mənbəyüi; kitab seçimində yol göstərən.

Variasiya prinsipi – az dəyişikliklər prinsipi.

Giriş – hər-hansı bir elmin öyrənilməsinə daxil olan ilkin məlumatlar.

Tətbiq – ETİ-nin və TKİ-nin nəticələrinin istifadəsi.

Nəticə–hesabatların, düşüncələrin əsasında əmələ gələn yekun xülasə.

Hetoregenlik – tərkibə görə müxtəliflik.

Özütəşkil olunmuş sistemlərdə müxtəlifliyi dağıdan kiçik dəyişikliklər prinsipi.



Hipoteza-elmin nailiyyətlərinə və elmi dünya görüşünə zidd olmayan faktları izah etmək üçün kifayət edən fikir; birbaşa müşahidə edilməyən fakta dair elmi əsaslandırılmış təsəvvür. Təcrübə ilə təsdiq olunmuş hipotez elmi teoremə çevrilir.

Əsas elmi istiqamətlər–elmi işlərin-problemlərin inkişaf istiqamətləri. Hər bir istiqamət üzrə bir neçə problem ola bilər.

Dizayn – əşyaların layihələndirilməsinə dair fəaliyyət növü.

Dinamika–qüvvəyə, bu qüvvənin təsiri altında hərəkətə aiddir, hərəkətin vəziyyəti, inkişafın gedişi; hərəkətin çoxluğu.

Dissimpativ – səpələyən, asta buxarlanma (qaydalı hərəkətin xaotik keçici).

Doktrina–elmi və ya fəlsəfi nəzəriyə, nəzəri prinsip və ya normasını real mövcudluğu təsdiqlənmiş fakt.

Təlimat-rəhbər tutulan göstəriş, müəyyən bir işin görülməsi qaydaları.

İntensifikasiya-gərginliyin, məhsuldarlığın artırılması, elmin və qabaqcıl təcrübənin tətbiqi, təsərrüfatın və istehsalat texnologiyasının idarə olunması üsullarının yaxşılaşdırılması.

Sınaq-hər hansı bir keyfiyyət göstəricilərinin yararlığının yoxlanması.

Tədqiqathər hansı bir məsələnin tədqiq olunduğu elmi əsər.

Tədqiq etmək – müəyyən qanunauyğunluqları və kəmiyyətlər arasında asılılığı təyin etmək məqsədilə hər bir obyektin elmi öyrənilməsi.

Tədqiqatçı-elmi tədqiqatlarla məşğul olan, obyekti elmi öyrənilməyə yönəltməyi bacaran şəxs. Bu şəxsin elmi adı və ya dərəcəsinin olması vacib deyil.

Həqiqət-proses nəticəsində fikirlə obyektin üst üstə düşməsi.

Kriteri–hər hansı bir əlamət əsasında qiymətləndirmə və ya təsnifat.

Layihələndirmə–nəyinsə layihəsinin yaradılması, tikilməsi.

Kompromiss-qarşılıqlı güzəşt nəticəsində əldə olunan razılıq.

Maket-qəbul olunmuş qərarları yoxlamaq və təcrübələr nəticəsində ola biləcək dəyişiklikləri müəyyən etmək üçün hazırlanan eksperimental və ya laboratoriya nümunəsi.

Üsul-müəyyən bir şeyin praktiki həyata keçirilməsi və ya nəzəri tədqiqi üçün yol.

Metoda-üsul ilə üst-üstə düşür.

Metodik-hər hansı bir işin yerinə yetirilməsinə dair qaydalar sistemi, öyrənmə üsullarının ifadəsi; tədqiqatın daha səmərəli həyata keçirilməsinə dair üsullar sistemi.

Metodologiya-ayrı-ayrı elm sahələrinin üsullarına dair öyrənmələr.

Tədbir-hər hansı bir məqsədi həyata keçirmək üçün görülən iş.

Elm - təbiətin, cəmiyyətin inkişafının qanunauyğunluğu və ətraf mühitə planlı təsir üsullarına dair bilik sistemidir.

Elmi problem- elmin geniş sahəsini əhatə edən tədqiqatların müəyyən istiqaməti.

Elmi mövzu-problemin müəyyən müəssisə və ya təşkilat əhatəsində həll olunan hissəsi. Mövzu bölmələrə bölünə bilər. Hər hansı bir bölmə şöbənin, sektorun, laboratoriyanın və ya elmi əməkdaşların fəaliyyət mənbəyi ola bilər. Mövzu həlli tələb olunan bir neçə aspektdən olan məsələləri birləşdirir.

Elmi - mərhələsi, yəni texniki tapşırığı və hesabat tərtib edilən kiçik hissə; təbiətlə, texnika ilə, cəmiyyətlə bağlı olan hadisənin inkişafının qanunauyğunu təyin edən iş.

Əsas elmi istiqamət problemin həlli yollarını əks etdirən tərkib hissə.



Elmi fakt- biliyin müəyyən keyfiyyətinin, elmin nailliyyətinin, obyektin mahiyyətinin öyrənilməsində yenilik, həqiqət. Elmi faktın xarakterik xüsusiyyətləri; dəqiqlik və s.

Təcrübə ya eksperiment – süni yaradılmış şəraitdə hər hansı bir hadisəni tətbiq etmək üçün onun əmələ gətirilməsi.

Kəşf- obyektiv mövcud olan qanunauyğunluğa müvafiq olaraq əvvəllər məlum olmayan yeni qanunun, hadisənin aşkara çıxarılması.

Parametr - riyazi düstura daxil olan və bir hadisə hüququnda dəyişməz qalan göstərici.

Plan - həyata keçirməli müəyyən işlərin, tədbirlərin görülməsini tələb edən fikir, proyekt, tapşırıq, hər hansı bir işin qısa proqramı.

Axtarış -vəsaitlərin yerinin kəşfiyyatı.

Prinsip- əsas tutulan başlanğıc.

Problem- məsələ, tapşırıq.

Layihələndirmək - layihə tərtib etmək;

Protokol - iclasda, yığıncaqda baş verənlər haqqında sənəd.

Proqram -fəaliyyəf planı; fəaliyyətin məqsədinin qısa məzmunu.

Bənd–mətnin ən kiçik hissəsi; nəşriyyatın ölçü sistemdə ən kiçik vahid.

İşləmə-müxtəlif qurğuların yaradılmasında təcrübə-konstruktor işlərinin nəticələrinin istifadəsi. Bütün işləmələrin iqtisadi səmərəsi hesablanır.

Hesabat - analitik tədqiqatlar-dəqiq eksperimental verilənlərə və riyazi düşüncələrə əsaslanan tədqiqat üsulları.

Rezüme məqalənin- məruzənin məzmununun qısa ifadəsi, göstəricilərə əsasən qısa nəticənin yekunu;

Tövsiyyə- məsləhət, göstəriş, qayda, hər hansı bir işə dair rəy, işdə müəyyən bir məsələnin tətbiqinə dair məsləhət.

Referat- əsas nəticələr və faktiki məlumatlar qeyd olunmaqla nəşr olunan işin qısa ifadəsi.

Servis - istənilən sahədə xidmət.

Mündəricat - əsas məna, mahiyyət; mövzuda əhatə olunanların məzmunu.

Mahiyyət -daxili məzmun, nəyinsə xüsusiyyəti.

Tezislər - məruzənin, mühazirənin, məlumatın və s. müddəalarının qısa tərtibi.

Nəzəriyə - yunan dilindən tərcümədə «tədqiqat» deməkdir. Nəzəriyə loqik, sözlə və riyazi ola bilər.

Alim -elmin hər hansı bir sahəsini mükəmməl bilən, tədqiqatların xüsusi üsullarına yiyələnmiş və elmi adı və dərəcəsi olan şəxs.

Elmi fakt - vahid xarakterizəyə malik olan həqiqi hal, vəziyyət.

İqtisadiyyat- təsərrüfatın bu və ya digər sahəsinin xüsusiyyətini öyrənən elm.

Eksperiment - sınaq, elmi nöqteyi nəzərindən qoyulan təcrübə.

Etap- elmi işdə olan eyni xarakterli işlərin müəyyən zaman müddətində yerinə yetirilməsi.

Elmi formaların- və ədəbiyyat əsərlərinin terminologiyası

1932-ci ildən müxtəlif elm sahələri üzrə iki elmi dərəcə: elmlər namizədi və elmlər doktoru adı verilir.



Elmi məruzə -mövzunun elmi və praktiki mahiyyətini əks etdirən elmi və ya əbədi işdir.

Məruzənin tezisləri-məruzənin nəşr üçün nəzərdə tutulan əsas müddəalardır. Tezislər 5-7 bənddən ibarət olub 1,5-2 səhifə həcmində yazılır.

Elmi məqalə elmi məruzənin kompozisiyasıdır. Burada başlıq, giriş, tədqiqat metodikasına dair qısa məlumatlar, şəxsi elmi nəticələrin analızi və onların ümumi-ləşdirilməsi, nəticə və təkliflərə,ədəbiyyat siyahısı öz əksini tapır.

Referat- kitabın məzmunun yazılı və ya şıfahi şəkilində qısa ifadəsidir.

Avtoreferat şəxsi elmi işin tipoqrafik üsulla 100-200 nüsxə tirajla çap olunması.

Namizədlik işində dair avtoreferatın həcmi bir çap vərəqindən, doktorluq dissertasiyasına isə iki çap vərəqindən artıq olmamalıdır (23 makina yazısı səhifəsi). Burada müdafiənin vaxtı və yeri, elmi rəhbərin və ya rəsmi oponentlərin soyadı,

dissertasiyanin həcmi,əlavələrin adı və soyadı, dissertasiya mövzusuna uyğun çap olunmuş elmi məqalələrin siyahısı verilir.

Rəy bir və ya bir neçə elmi işə dair kritik nöqteyi nəzərindən qiymətləndirmə və analiz verilir.

Dərs vəsaiti - elmin hər hansı sahəsini əhatə edən mürəkkəb və məsuliyyətli elmi əsərdir. Burada elmi faktlar və anlayışlar müəyyən ardıcıllıqla, sistemli şəkildə, illyüstrasiyalar əlavə edilməklə öz əksini tapır.

Elmi hesabat elmi işin tamamlanmış mərhələsinin qısa planı və proqramı. Buraya analitik xülasə, məsələnin nəzəriyyəsi, tədqiqat üsulları, yeni elmi nəticələrin mahiy-yəti, tədqiqatların nəticələrini və həll olunmamış məsələləri əks etdirən yekun hissə; təklif və nəticələr daxil edilir.

Annotasiya – kitabın, məqalənin əlyazmasının əsas məzmununu açiqlayan, ona qiymət verən və əsərin oxucu dairəsini göstərən qısa xarakteristika verilir.

Monoqrafiya bir mövzu və problemin tədqiq olunduğu elmi əsərdir.

Kitabça – cilidsiz çap olunan kiçik həcmli (1-3 çap səhifəsi) nəşr əsəri; elmi-kütləvi xarakterli əsərlərin əlverişli çap formasıdır.

Dissertasiya - elmi dərəcə almaq məqsədilə dissertant tərəfindən təqdim olunan və ixtisaslaşmış şurada müdafiə olunan xüsusi elmi-tədqiqat forması sayılir.

İSTIFADƏ OLUNAN ƏDƏBIYYATLAR
1. Elmi fəaliyyət haqqında Azərbaycan Respublikasının qanunu (yeni layihə ilə). Bakı , 2009.

2. B.A.Dospexov. Metodika polevoqo opıta M. 1985.

3. X.H.Qurbanov. Heyvandarlıqda texnoloji maşınlar. (Dərslik) Gəncə. 2005

4. S.V.Melğnikov, V.R.Aleşkin, P.M.Roşin. Planirovanie gksperimenta v issledovaniəx selğskoxozəystvennıx proüessov Leninqrad Kolos. 1980.

5.R.S.Quter, B.V.Ovçinskiy. Glementı çislennoqo analiza i matematiçeskoy obrabotki rezulğtatov opıta. M.1970.

6. X. Q. Kurbanov. Rekomendaüiə po setevomu planirovaniö i upravleniö. Baku, 1986 q.



7.Xalid Qurbanov. Elmi- tədqiqat işçilərinə kömək kitabçası. Gəncə 2008.
Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə