Мцндяриъат


Elmi işin işlənilməsində fərqləndirici xüsusiyyətlər



Yüklə 1,07 Mb.
səhifə3/12
tarix21.04.2018
ölçüsü1,07 Mb.
#39699
1   2   3   4   5   6   7   8   9   ...   12

2.3.Elmi işin işlənilməsində fərqləndirici xüsusiyyətlər


Elmi tədqiqat işi ilə texniki işlənmə arasında bir çox fərqli cəhətlər vardır. Elmi iş adi işdən nəticələrinin yeniliyi və orjinallığı, nəticələrin əldə olunma metodikasının təkrar olunmazlığı ilə fərqlənir. Tədqiqatçı başqalarının işlərini təkrar etməmək şərti ilə məlum olmayanı tədqiqat yolu ilə araşdırır, alınmış nəticələrin lazımi yoxlamalar aparılmaqla dürüstlüyü, nəticələrin ehtimal xarakterli olması aydınlaşdırılır. Bu zaman nəticələr müsbət və ya mənfi ola bilər.

Elmi işin məqsədi iki üsulla araşdirıla bilər:

a) yeni, orjinal, sistemli verilənləri almaq məqsədilə məlum olan biliklərin genişləndirilməsi;

b) yeni texnikanın, texnologiyanın tətbiqilə istehsalatın effektivliyinin yüksəldilməsi:

Elmi iş tədqiqat nəticəsi olub, təcrübə və ya nəzəri analiz əsasında hadisənin qanunauyğunluğunun aşkarlanması məqsədi daşıyaraq, asılılıq və qanunlar əsasında hadisəni aşkara çıxarır. Tədqiqatlar prosesində səbəblər və nəticələr arasında əlaqə riyazi olarsa, hadisənin səbəbləri məlum olur. Bu halda iş elmi xarakterlidir.

Elmi işdə faktorların proseslərə təsiri və bu faktorların qiymətləndirilməsi aşkar edilir.Faktiki materialsız elmi iş fundamentsiz binaya bənziyir. Lakin, ümumiləşmiş, nəticəsiz faktlar hələ elm deyil. D.İ.Mendeleyev bu barədə demişdir:… «Faktlar toplusu elmin görüntüsüdür, onun yanından ötüb elm məbədinə girmək olmaz».

Elmi fəaliyyətə yeni başlayanlara akademik İ.İ.Pavlov belə məsləhət vermişdir: «Elmdə ağır iş görməyə alışın. Faktları öyrənin, toplayın. Elmi iş alimin havasıdır, onsuz o uça bilməz. Faktlarsız sizin «nəzəriyə» boşdur. «Hər hansı mövzuda elmi iş yeni məlumatların alınmasına, mənimsənilməsinə, klassifikasiyasına, işlənməsinə yönəlir.

İqtisadi işlər orjinal və dürüst olduqda, yəni əgər onlar məlum məlumatlarla müqayisədə daha təkmilləşmişdisə əsaslıdır. Buraya sahələrarası balansın tərtibi və analizi, müəssisələrin ixtisaslaşdırılmasına dair məsələlərin həlli, müəssisələrin iqtisadi səmərəliliyinin analizi, elmi fəaliyyətin təşkili və planlaşdırılması daxildir.

Mühasibat hesabatı və ya maddi-texniki təchizata dair iqtisadi iş adi çərçivədə aparılıbsa, bu elmi iş deyil.

Elmi işlərə aşağıdakılar da daxildir: patentşünaslıq, standartların işlənməsi, aspi-rantların hazırlanması və ya tədqiqatçılara rəhbərlik, yaradıcı işin metodikası və s.

İşləri elmi və sıravilərə böldükdə məhsulun prinsipial dəyişdirilməsi elmi işlərin funksiyasına, hazır texnologiyaya əsaslanır, məhsul almaq isə mühəndisin funksiyasına daxil edilir.

2.4. Elmi istiqamətlərin və problemlərin əlaqəsi


Elmi işlərin inkişaf edəcəyi əsas elmi istiqamətlərin formalaşması, hər elm sahəsi üzrə problemlər vasitəsilə həyata keçirilir. Bütün növ tədqiqatlar: əsas elmi istiqamətlər, problemlər, mövzular və fəsillərə bölünür.

Hər bir elmi istiqamətə bir və ya bir neçə problem uyğundur. Problem elmi istiqamətin bir hissəsi olub, onun geniş sahəsini əhatə edir. İşlər üzrə koordinasiya Elmi Tədqiqat İnstitutları (ETİ) tərəfindən aparılır.

Elmi mövzular ETİ və ya təşkilat tərəfindən həllini tapan problemin bir hissəsidir. Böyük əmək sərfi tələb edən işlər fəsillərə, fəsillər isə bölmələrə və bəndlərə bölünür. Fəsillər ETİ və ya konstruktor bürolarının şöbələri tərəfindən, bunların bölmələri və bəndləri isə laborotoriyalar və ya elmi qruplar tərəfindən aparılır. Kiçik mövzular isə ayrıca laborotoriyalar və ya qruplar tərəfindən yerinə yetirilir. Mövzunun aparılması müddəti və mərhələləri əvvəlcədən planlaşdırma nəticəsində təyin edilir. Mərhələ dedikdə işin sərbəst hissəsi nəzərdə tutulur.

2.5. Nəzəri və eksperimental tədqiqatlar


Tədqiqat üsuluna görə axtarış və tətbiqi elmi işlər nəzəri və eksperimental işlərə bölünür. Kəşfiyyat, axtarış və ixtira nəzəri tədqiqatın əsasını təşkil edir.

Nəzəri tədqiqatlar. Nəzəri tədqiqatlar elmi tədqiqatların əsasını təşkil edir. Nəzəri tədqiqatların məqsədi dünyanı obyektiv əks etdirən qanunların öyrənilməsi, həmçinin orjinal nəzəriyyənin, hipotezin ixtirası, yeni prinsipin tətbiqindən ibarətdir.

Nəzəri tədqiqatlar hesabat xarakterli ola bilər, lakin onlar mürəkkəb və dəqiq eksperimentlərə əsaslanır. Nəzəriyyə dedikdə, hər hansı bir bilik sahəsində əsas ideyalar, baxışlar sistemi, təbiətin, cəmiyyətin və zəkanın inkişafı, obyektiv qanunlarının elmi izahı hər hansı faktları izah edən və yeni faktları aşkar edən elmi biliklər toplusu; ümumi anlayışlara əsaslayan təkliflər, rəylər; hər hansı bir elmi və ya elmin sahəsini əmələ gətirən ümumiləşdirilmiş əsaslar cəmi; davranış qaydaları yaradan fikirlər, mülahizələr kimi başa düşmək lazımdır.

Hipoteza verilmiş tədqiqatların əsasında qəbul edilmişdirsə, loqik təzahürlə yoxlanırsa nəzəri tədqiqat adlanır. Nəzəri tədqiqatlar, öyrənilən məsələlərlə və ya hadisələrlə bağlı loqik mülahizələr zənciridir.Mülahizələr riyazi forma alıbsa, deməli bu halda məsələ həllini riyazi yolla tapmalıdır.

Riyazi tədqiqatlarda iki üsuldan istifadə edilir: analiz, hadisənin tərəflərinin, xassələrinin, tərkib hissəsinin ayrı-ayrılıqda baxılması ilə elmi tədqiqat üslubu; sintez, hadisənin təklikdə və qarşılıqlı əlaqədə tədqiqi, analiz nəticəsində alınmış verilənlərin ümumiləşdirilməsi.

Riyazi analiz riyazi elmlərin ümumiləşmiş nəticəsinə aiddir, buraya aşağıdakılar daxildir: differensal və inteqral hesablama, sıralar nəzəriyyəsi, differensial tənliklər nəzəriyyəsi, analitik funksiyalar nəzəriyyəsi, variasiya hesablaması, inteqral tənliklər nəzəriyyəsi və funksional analiz.

Elementar və ali riyaziyyatın bütün bölmələrində sintezdən istifadə edilir. Bütün hallarda onun tərkibində analizin elementləri var. Sintez və analiz birbirləri ilə sıx bağlıdırlar.

Hadisənin hər hansı tərəfinə ayrılıqda riyazi baxılırsa, tədqiqat analitik adlanır.

Dahi İtalyan fiziki və astronomu Qalileo Qaliley analitik tədqiqatları belə ifadə etmişdir. Bütün ölçülə bilənləri ölçmək və ölçülməyənləri buna tabe etmək lazımdır». Analitik tədqiqatların keyfiyyəti alınmış başlanğıc verilənlərin dürüstlüyündən asılıdır. Elmin və texnikanın inkişafının bu şəraitində riyaziyyat artıq sırf nəzəri elm deyil. Mühəndis-konstruktor işləmələrində, iqtisadi-bioloji, tibbi və s. sahələrin tədqiqatlarında bundan geniş istifadə edilir. Bəzi hallarda elə nəzəri tədqiqatlar olur ki, müasir zamanla ayaqlaşmır, lakin elə problemlər də var ki, elmi məqsədlərdə realizə olunmaq üçün nəzəri işlənmələr tələb olunur. Birinci halda nəzəri tədqiqatlar yeni elmi yönümdə işlənmələrə qulluq edir, ikinci halda isə məlum olan konstruksiyanın elmi əsaslandırılmasına və təkmilləşdirilməsinə yönəlir.

Proseslərin riyaziləşdirilməsi və ya onların faktorlar arasında əlaqəsinin təyini ilə riyazi moddelləşdirilməsi, prosesə təsir edən faktorların aşkarlanması; riyazi aparatın tətbiqi ilə prosesin sintezi və analizi; riyazi üsulların və analitik mülahizələrin cəlb edilməsi ilə eksperimentin işlənməsi; eksperimental tədqiqatların yeni metodikasının işlənməsi nəzəri işləməyə daxildir. Riyazi modelləşdirmə yeni maşınların və texnoloji proseslərin yaranmasının nəzəri əsasına çevrilir.

Kitab, broşyura, məqalə yazılması, həmçinin nəzəri yaradıcılıq hesab edilir. Nəzəri tədqiqatlar obyektə və ya onun modelinə təsirlə bağlı deyil. Onlar riyazi üsulların və bilik vəsaitlərinin istifadəsinə əsaslanır.

Nəzəri tədqiqatın nəticələri eksperimental tədqiqatlarla yoxlanıla bilər. Riyazi üsulların tədqiqata tətbiq edilməsi vaxta və məsarifə 8-10 dəfə qənaət etmək deməkdir.

Nəzəri və eksperimental tədqiqatlar yerində yoxlanmış asılılıqlara, qanunlara, xassələrə əsaslanır.

Eksperimental tədqiqatlar. V.J.Vikovin fikrinə görə eksperimental elm üç komponentin qarşılıqlı təsirindən yaranan sistemdir: alim, bilik vasitəsi, bilik mənbəyi. Eksperimental elm birbaşa əmək prosesindən ayrılmış və sərbəst elm sahəsinə çevrilmiş bilik prosesidir. Eksperiment elmi cəhətdən qoyulmuş təcrübə və ya planlaşdırılmış ölçülər prosesidir.

Məlumdur ki, kəmiyyətlər arasında asılılığı təyin edən fiziki qanunlar, ölçmələrin təkmilləşməsi nəticəsində aşkara çıxmışdır. Lakin, elm üçün yalnız ölçmələr azdır. Ölçmələrin nəticələrini analiz etmək və verilənləri ümumiləşdirmək lazımdır.

Eksperimentin tətbiqi ilkin tədqiqat olub, konstruktor işinin ayrılmaz hissəsidir, deməli eksperiment qısa zamanda, maksimal iqtisadi səmərə ilə yerinə yetirilməlidir. Bunu isə prosesi avtomatlaşdıran hesablama texnikası təmin edə bilər.

Yeni xassələr, əlaqələr, qanunauyğunluqlar aşkar etmək məqsədilə eksperimental tədqiqatlar obyektlərin modellərində və ya natura nümunələrində aparılır. Eksperimental işdə nəzəri işin olması mütləqdir. Misal üçün, proqram və metodikanın işlənməsi, hipotezin qurulması, eksperimentin planlaşdırılması, nəticələrin işlənməsi və analizi.

Ayrı-ayrı kəmiyyətlər arasında əlaqəni və qanunları əldə etmək məqsədilə proses və ya hadisə elmi öyrənilirsə bu zaman eksperimental tədqiqatdan danışmaq olar. Eksperimental tədqiqat dedikdə məsələnin həlli nəticəsində məlum olmayan göstəricələrin alınması kimi başa düşülür. Bu nəticələr mütləq elmi olmalıdır. Hər bir eksperiment: konstruktiv işlənmə, sınaq, müşahidə, təcrübə, verilənlər tədqiqat proqramının yalnız bir hissəsidir.

Sınaq dedikdə təcrübədə materialların və ya maşınların təyinatı üzrə kəmiyyətlərinin yoxlanması nəzərdə tutulur.

Təcrübə maşınların hər hansı bir iş rejimində onu xarakterizə edən sınaq hissəsidir. Sınaqlar xarakterizə olunmasına görə üç növ olur: yoxlama, qiymətləndirmə və elmi-tədqiqat. Yoxlama sınaqlarının məqsədi ondan ibarətdir ki, obyekt zavodun nəzərdə tutduğu şəraitdə yoxlanılır, yəni eksperimental nüsxənin texniki şərtlərə üyğunluğu müəyyən edilir. Bu sınaqlar standart metodika ilə aparılır.

Qiymətləndirmə sınağında maşının bütövlükdə və ya ayrı-ayrı hissələri üçün qiymətləndirilməsi aparılır. Burada məlum maşının konstruksiyasının qiymətləndirilməsi, onun müsbət və mənfi keyfiyyətlərinin aşkarlanması aparılır. Məqsədindən asılı olaraq qiymətləndirmə sınaqları istehsalata qəbul olunmuş yeni konstruksiyaların dövlət sınağı, seriyalı, qəbul-təhlil, istismar sınaqlarına bölünür.

Elmi-tədqiqat sınaqları, nəzəri qaydaların təsdiqi məqsədilə, o cümlədən, yeni maşın və mexanizmlərin öyrənilməsi, yeni yanacaq, yağ, material növlərinin tədqiqi və s. məqsədilə aparılır. Elmi-tədqiqat sınaqları üçün ümumi metodika yoxdur. Hər dəfə yeni metodika işlənir.

Tədqiqat sınaqlarının məqsədləri; maşının işini müxtəlif şəraitlərdə qiymətləndirilməsi; ayrı-ayrı hissələrin işinin onlara olan təzyiqdən asılı olaraq yoxlanması; maşın aqreqatlarının ölçü aparatlarının işinin etibarlılığının yoxlanması maşında baş verən proseslərin yoxlanmasından ibarətdir.

Yerinə yetirilmə şəraitinə və üsullarına görə tədqiqatlar laborator, laborator-sahə, istehsalat növlərinə bölünür.

Laboratoriya tədqiqatları lazımi cihazlarla təchiz edilmiş binada stasionar şəraitdə yüksək dəqiqliklə aparılır, təsir edən faktorlar aradan qaldırılır. Təəssüflər olsun ki, laboratoriya tədqiqatları sınağı keçirilən maşının iş şəraitini tam yaratmağa imkan vermir.

K/t maşınlarının laboratoriya istehsalat tədqiqatları əkin sahəsinin xüsusi seçilmiş yerlərində aparılır. Bu tədqiqatların xüsusiyyətləri ondadır ki, onlar həqiqi istismar şəraitində aparılır.

İstismar və ya istehsalat tədqiqatlarının məqsədi maşının işinin və etibarlılığının yekun yoxlanmasıdır. Bunun üçün sınaq seriyalı modellərdən seçilmiş maşınlar müxtəlif torpaq-iqlim bölgəsində, atmosfer şəraitlərində orta ixtisaslı işçi tərəfindən xidmət olunduqda aparılır.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə