29
Bir vaxtlar, əsasən, çobanların istifadə etdiyi üfləmə ağac musiqi aləti olmuşdur. Bir çox ölkələrdə tütəyin
müxtəlif növləri çox geniş yayılıb. Azərbaycanda böyük və kiçik növləri orkestr və ansamblların tərkibində,
əsasən, solo aləti kimi istifadə edilir. Səs tembri mülayim və məlahətlidir.
Boruşəkilli gövdə ərik, qoz, tut və ya qamışdan hazırlanır. Uzunluğu
280-300 mm, diametri 20 mm-dir.
Gövdənin üst hissəsində yeddi, alt hissəsində isə bir oyuq olur. Alətin
baş tərəfində borunun içərisinə yanakı kəsilmiş ağac tıxac (dil) daxil edilir.
Tıxacla gövdə arasında xüsusi ölçüdə boşluq saxlanılır ki, həmin hissədən
ağız boşluğuna yığılmış hava dodaqlar vasitəsi ilə gövdəyə üflənir. sağ və sol əlin barmaqları ilə oyuqları açıb-
bağlamaqla səs ucalıqlarını almaq mümkün olur.
Onun səs düzümü kiçik oktavanın
“si” səsindən üçüncü oktavanın
“do” səsinə qədərdir. Mahir ifaçılar bir
neçə səs də əlavə edə bilirlər.
Qarmon
Metal dilçəkli, körüklü musiqi alətidir. XIX əsrin sonlarından etibarən Azərbaycan xalqının məişətinə daxil
olmuş və milli musiqi mədəniyyətinin bir hissəsinə çevrilmişdir. Digər xalq çalğı alətləri ilə bir yerdə
ansambllarda, o cümlədən el şənliklərində milli rəqs musiqisinin ifası zamanı geniş istifadə edilir. Təsadüfi
deyildir ki, təkmilləşdirilmiş müasir qarmon bir çox hallarda xalq musiqi aləti
kimi qarşılanır.
Azərbaycanda istifadə olunan xromatik növlü qarmonun texniki ifa
xüsusiyyətləri və səs quruluşu rus qarmonlarından tamamilə fərqlidir. Qarmon
cazibədar səs tembrinə malikdir. Onun yan tərəfləri taxtadan, orta hissəsi dəri
körüklü dördkünc qutudan ibarətdir. Qarmonun hündürlüyü 360 mm, eni 268
mm, qalınlığı 195 mm-dir. Qutunun içərisində ağac lövhələr üzərində xüsusi
qayda ilə düzülmüş nazik metal dilçəklər (lövhələr) yerləşdirilir.
Alət sağ və sol əlin köməyi ilə körüyü açıb-bağlamaqla səsləndirilir. Bu
zaman sağ əlin şəhadət, orta, adsız, çeçələ barmaqları ilə melodiya, sol əlin
barmaqları ilə isə melodiyanın ahənginə uyğun dəm (tonika) saxlanılır. Körük
açılıb-bağlandıqda barmaqların təzyiqi ilə sıxılmış hava dillərin açdığı
boşluqdan keçərək həmin metal lövhələri ehtizaza gətirir. Bu zaman, vibrasiya
olunmuş lövhələrin ölçülərindən asılı olaraq, müxtəlif səs ucalıqları alınır.
Diapazonu kiçik oktavanın
“do” səsindən ikinci oktavanın
“fa” səsinə qədərdir.
Solo və ansambl aləti kimi
geniş istifadə edilir.
Azərbaycanda bu alətin yığılması ilə məşğul olan sənətkarlar onun səs sistemini milli səs düzümünə tam
uyğunlaşdırdıqları üçün alətin səs çalarlığı, ifa texnikasının rahatlığı xalq musiqisinin və muğamların ifasına
geniş imkan yaratmışdır.
30
3) Simli alətlər
Çeşidinə və geniş yayılmasına görə simli alətlərin Azərbaycan musiqi mədəniyyətində müstəsna yeri var.
Yazılı mənbələrdə simli çalğı alətlərinin yaranmasına dair bir çox əfsanələr mövcuddur. Rəvayətə görə qartalın
ağac başında parçaladığı bir heyvanın bağırsaqları dağılaraq ağacın budaqlarına dolaşır. Sonradan quruyub
tarıma çəkilmiş quru bağırsaq külək əsdikcə titrəyərək müxtəlif musiqi səsləri verməyə başlayır. Bu səsləri
eşidən qədim insanlar ilk simli çalğı alətlərini icad edirlər. Bu əfsanədə həqiqətə uyğun bir fakt var. Doğrudan
da tarixən simli çalğı alətlərinin gövdəsi, qolu və kəlləsi müxtəlif ağac növlərindən, simləri və qoluna bağlanmış
pərdələri isə müəyyən üsullarla heyvan bağırsağından hazırlanmışdır. Azərbaycan musiqi mədəniyyətinin
inkişafında əvəzsiz tarixi əhəmiyyəti olmuş çoxsaylı simli musiqi alətləri zaman-zaman formalaşaraq, müasir
musiqi alətlərinin yaranmasına öz təsirini göstərmiş və bu günümüzə gəlib çatmışdır.
Azərbaycan simli çalğı alətləri ifa tərzinə görə dörd qrupa bölünür:
Mizrabla çalınanlar - tar, saz, ud, qanun, bərbət, rud, rübab, qopuz, çoğur
Kamanla ifa
edilənlər - kamança, çəqanə
Barmaqla ifa edilənlər (dartımlı) - çəng,
Şirvan tənburu
Zərblə çalınanlar - səntur
Qopuz
Ən qədim simli çalğı alətlərindən biridir. Onun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. ABŞ
arxeoloqlarının 1960-cı ildə Cənubi Azərbaycanın Şuşdağı ətəyində yerləşən Cığamış qədim insan məskənində
apardıqları qazıntılar zamanı e. ə. VI minilliyə aid edilən nadir mədəniyyət nümunələri aşkar edilmişdir. Bu
tapıntılardan ən maraqlısı sinəsində qopuz tutmuş ozan və bir neçə başqa musiqiçidən ibarət musiqi məclisinin
təsvir edildiyi saxsı qabdır. Qopuz türk xalqlarının yaşadıqları geniş coğrafi ərazilərdə məlum olmuşdur. Onun
müxtəlif növləri hətta bəzi Avropa ölkələrində də (Ukrayna, Polşa, Macarıstan, Moldova) “k obuz”, “k obza”,
“k omuz”, “komız” və başqa adlarla geniş yayılmışdır.
Çox güman ki, bu, eramızın IV-V əsrlərində türk tayfaları
olan hunların Avropaya yürüşü (Xalqların Böyük Köçü) zamanı baş vermişdir.
Qopuzun iki növü daha geniş istifadə olunmuşdur.
1) “Qı l
qopuz” və ya
“ikilıq” kimi tanınan və kamanla ifa edilən ikisimli
qopuz növü Orta Asiya xalqları arasında, xüsusilə Qazaxıstanda geniş yayılmış və
hazırda istifadə edilməkdədir.
2) Müasir aşıq sazının sələfi sayılan üçsimli
“qolça qopuz” Azərbaycan
türklərinin istifadə etdikləri ən qədim simli musiqi alətidir. “Kit abi-Dədə Qorqud”
dastanlarında xatırlanan qolça qopuz bir neçə adda təqdim olunur. Kitabda adları
çəkilən
“quruluca qopuz”,
“alça qopuz” ayrı-ayrı alətlərin deyil, eyni bir alətin
müxtəlif cəhətlərini açıqlayır.
Əbdülqadir Maraği “M əqasid əl-əlhan” əsərində qopuzun iki növünün -
“r umlular qopuzu” və “oz an qopuzu”nun quruluşu barədə məlumat vermişdir.
Güman ki, «qopuz» sözünün etimologiyası
qop - qədim türkcədə
“ucalıq
”,
“yüksəklik
”, uz isə
“avaz
”, “sehrli musiqi ahəngi”
anlamını verir.
Qədim türk qopuzları, əsasən, ikisimli və üçsimli olmuşdur. Altay, Sibir, Çin,
Uyğur və Türkmənistan ərazilərində məskunlaşan türk tayfaları ikisimli, Anadolu
və Azərbaycan türkləri isə üçsimli qopuzdan istifadə etmişlər. Qolça qopuzun çanağı udabənzər olub, ondan
xeyli kiçikdir. Çanaq hissəsi bütövyonma üsulu ilə hazırlanır. Onun üzünün 2/3 hissəsi dəri, qalan hissəsi isə
nazik taxta üzlüklə örtülür. Qopuzun qısa qoluna pərdələr bağlanılmır. Ümumi uzunluğu 810 mm, çanağının
uzunluğu 410 mm, eni 240 mm, hündürlüyü 120 mm-dir.
Diapazonu böyük oktavanın
”si” səsindən birinci oktavanın
“lya” səsinə kimidir.
Çoğur
Tarixi qaynaqlardan aydın olur ki, XII-XVI yüzilliklərdə, qopuzun sazla əvəzlənməsi arasındakı dövrdə,
Qafqaz, İran və Anadoludakı sufi mərasimlərində, dərviş-aşıq məclislərində
“çağır”, “çaqur”, “çuqur”,
“çoğur” adlı musiqi alətindən istifadə edilmişdir. Ehtimal ki, çoğur “ha qqı, allahı çağırmaq üçün istifadə edilən
musiqi aləti” mənasını verir. Bu sözün dilimizdə işlənən
“çal-çağır” ifadəsindən törənməsini və sonralar
“ç oğur” kimi formalaşmasını də güman etmək olar. Müxtəlif tarixi mənbələrdən məlumdur ki, Orta əsrlərdə