Media development foundation



Yüklə 273,57 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix20.02.2018
ölçüsü273,57 Kb.
#27259
1   2   3   4   5   6   7   8   9   10   11

12

4.

Ən önəmlisi isə odur ki, xalq kimə səs verdiyini, necə səs verməli olduğunu və səsvermənin 

niyə əhəmiyyətli olduğunu anlasın. Seçici məlumatlandırılmış seçim etməyi bacarmalıdır, 

bunun üçün isə o balanslaşdırılmış və qərəzsiz məlumat almalıdırlar.

Bu 4 şərt təmin olunarsa, deyə bilərik ki, seçilən hakimiyyət legetimdi. Bu o deməkdir ki, qalib 

gələn partiya tərəfindən ölkənin idarə olunması və qərarların qəbul olunması əhali tərəfindən 

qəbul olunur və seçkilər beynəlxalq tərəfindən də tanınır və qəbul olunur.

Azad mətbuatsız demokratiya mövcud deyil.

Deokratik seçkilərin bu 4 şərtini azad medya olmadan həyata keçirmək mümkün deyil. 

Medya xalqa seçkilər və siyasi seçimlər haqqında məlumat verən ən əhəmmiyyətli institutdur. 

Medya azad olmalıdır ki, hər siyasi partiyanın  kampaniyasını ədalətli şəkildə işıqlandırsın, cəmi-

yyətə seçkilər və prosedurlar haqqında məlumat versin, həmçinin prosesin şəffaflığı haqqında 

suallar versin. 

Medya həm hakimiyyətin, həm də müxalif partiyaların xalq qarşısında cavabdehliyini təmin 

etməli, seçicilərə seçkiqabağı vədlərin icrasını xatırlatmalıdır.  

  Qanunvericilik medyaya seçicilərin maarifləndirilməsi məqsədi ilə hansı öhdəliklər verir?

İctimai  televiziya,  Acara  ictimai  televiziyası  və  radiyo,  həmçinin  icma  televiziyaları  onların 

əhatə dairəsində olan bölgədə aparılan seçki kampaniyası ərəfəsində hər saatda 60 saniyə ödəniş-

siz və diskriminasiyasız hər bir seçki subyekti tərəfindən təqdim olunan seçkiqabağı reklama 

ayırmalıdır. 

Seçki subyekti üçün pulsuz reklam vaxtının ayrılması öhdəliyi ümumi yayım həyata keçirən 

milli televizyalara da şamil olunur. Onlar məcburdurlar ki, ümumi seçkilər olarkən seçki kam-

paniyası zamanı öz efirlərində hər 3 saatda 90 saniyədən az olmayaraq və diskriminasiyaya yol 

vermədən hər bir seçki subyekti tərəfindən təqdim olunan seçkiqabağı reklama yer ayırsınlar. 

Digər yayım qurumarına gəldikdə isə, əgər onlar öz efirlərində ödənişli seçkiqabağı reklam yer-

lədirərlərsə, onların öz efirlərində seçki subyekti üçün ödənişsiz seçkiqabağı reklama seçkiqabağı 

dönəmdə (seçkilərə qalmış son 30 gün ərzində) yer ayırma öhdəliyi düşür. Ödənişsiz reklam 

vaxtının diskriminiasiyasız yerləşdirilməsi öhdəliyi ödənişli seçkiqabağı reklamın toplam vax-

tından 3 dəfə artıq vaxtın ödənişsiz ayrılması deməkdir.

Subyekt trəfindən istifadə olunmayan vaxtın gələcəkdə isifadə olunması mümkünsüzdür. 

  Kvalifikasiya seçki subyekti aşağıdakı meyyarlara cavab verməlidir: 

Son parlament seçkilərində sərbəst iştirak edirdi və seçicilərin ən az 4 faizinin səsini toplayıb;

Son yerli özünü idarəetmə seçkilərində sərbəst şəkildə proporsional qaydada iştirak edib və 

ölkə üzrə seçicilərin ən az 3 faizinin səsini toplayıb;




13

Son  parlament  seçkilərində  seçicilərin  ən  az  4  faizinin  səsini  toplamış  seçki  bloqunda 

birləşmiş və bloqun bir nömrəli üzvü olub;

Son yerli özünü idarəetmə seçkilərində proporsional qaydada iştirak edib və ölkə üzrə seçicilərin 

ən az 3 faizinin səsini toplamış seçki bloqunda birləşib və bloqun bir nömrəli üzvü olub.

Yayım qurumu seçki ilində bütün Gürcüstan ərazisində seçki qanunvericiliyi ilə müyyən ol-

unmuş qaydada keçirilmiş ən az 5 sorğunun və ya seçkilərə qalmış bir ay ərzində keçirilmiş 

təhqiqatın nəticəsi əösasında seçicilərin ən az 4 faizinin dəstəyini almış siyasi partiyanı kvali-

fikasiyalı seçki subyekti olaraq qəbul edə bilər. Sosial təhqiqatın nəticələrinin yayım qurumu 

tərəfindən diskriminasiyalı istifadəsi yol verilməzdir.

  Qanunvericilik seçicini ictimai fikirlə manipuliasiyadan necə qoruyur?

Seçkilərin müəyyən  olunduğu  gündən  MSK  tərəfindən  seçkilərin nəticələrinin  açıqlanacağı 

vaxta qədər və bu gündən 1 ay ərzində seçkilərlə bağlı ictimai fikrin sorğusunun nəticələrinin 

yayımlanması  zamanı  qanunvericilik  xüsusi  nizamlayıcılar  tədbiq  edir.  Bu  nizamlayıcıların 

məqsədi seçki dönəmində medya vasitələri tərəfindən ictimai fikirlə manipulasiyasının qarşısını 

almaq və ictimayyətə tam məlumat çatdırmaqdan ibarətdir. 

  Seçki qanunvericiliyinə əsasən ictimai fikrin təhqiqi aşağıdakı tələblərə cavab verməlidir:

 Nəticələrin ən az 95 faizinin etibarlı olduğunu və uyğunsuzluğun 3 faizi keçmədiyini təmin 

edən nümayəndəli təsadüfi seçimin qəbul olunan elmi metodologiyasına əsaslanmalıdır;

 İctimai  fikrin  araşdırması  metodologiyasının  etibarlığı  və nəticələrin  obyektivliyi  yox-

lanıldıqdan sonra yayımlanmalıdır;

 Bu  və  ya  digər  müqayisə  olunacaq  ictimi  fikir  araşdırmasının  nəticələrində  əhəmiyyətli 

fərqlərin və ya dəyişikliklərin mövcudluğu zamanı bu fərqlərin və dəyişikliyin inandırıcı elmi 

izahı olmalıdır;

 İctimai fikirlə manipuliasiya olmamalı və ya vəsaitə qənaət edilməməli, telefon, poçt və ya 

internetlə sorğu aparılmamalıdır;

 Nəticələrin sərbəst yoxlanmasına imkan verən şəffaf metodologiyaya əsaslanmalıdır;

 Nəticələr yayımlandığı zaman göstərilməlidir:

İctimai fikirin təhqiqini aparmış təşkilat;

İctimai fikirin təhqiqini sifariş edən və ya maliyyələşdirən;

Sorğuda istifadə olunan sualların dəqiq forma və ardıcıllığı;

Araşdırmanın aparıldığı zaman, vaxt;

Rəyi soruşulanların sayı və seçim üsulları;

Seçim hansı əhatədə və hansı kateqoriyaya mənsub insanlar arasında aparıldı;

Araşdırma bütün rəyi soruşulanların fikirlərinə əsaslanır ya yox;

Sorğuda iştirak etmək istəməyən, suallara cavab verməyən və ya rəyi soruşulmayan respon-

dentlərin sayı;

Seçim ölçüsü;

Səhvlərin və uyğunsuzluqların əhatəsi;

Nəticəyə əhəmiyyətli təsir gösətərə biləcək digər əhəmiyyətli factor haqqında məlumat.

I



Yüklə 273,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə