Media development foundation



Yüklə 273,57 Kb.
Pdf görüntüsü
səhifə11/11
tarix20.02.2018
ölçüsü273,57 Kb.
#27259
1   2   3   4   5   6   7   8   9   10   11

30

tokoluna MSK-nın sədri və müavini imza atırlar. Protokolun surəti bütün maraqlanan şəx-

slərə təqdim olunur.

Seçkilərin yekun nəticələri toplandığı andan MSK öz veb səhifəsində hər bir seçki məntəqəsinə 

uyğun olaraq seçkilərin nıticələri haqqında məlumat yerləşdirir, növbətti gündən gec olmamaq 

şərti ilə isə Kütləvi İnformasiya Vasitələrinə məlumat verir.

Seçkilərin nəticələri MSK tərəfindən seçki nəticələrinin yekun protokolunun verildiyi andan 

qüvvəyə minir. 




31

I

 



I

Hissə III 

Seçkilərdən sonra 

prosesdə iştirak etmək

 Seçkilərdən sonra önəmli olan nədir?

Seçki prosesi seçkilər bitdikdən sonra başa çatmır. 

  Demokratik  cəmiyyət  hər  bir  vətəndaşın  səsinin  qərarın  qəbul  olunma  prosesinə  təsir 

göstərməsi inancına əsaslanır. Seçkiərin keçirilməsi və nümayəndələrin seçilməsi vasitələrdən 

biridir. Eyni zamanda fərdlərin və ayrı-ayrı qurupların öz fikirlərini ifadə etmək, bu fikirləri 

müdafiə etmık və hərəkətə keçmək üçün həvəsləndirilməsi yollardan biridir. Fəal vətəndaş 

sistemi sadəcə seçkilərdə iştirakı deyil, həmdə hakimiyyətin fəaliyyətinə daimi nəzarəti və 

onun hesabatlılığının təmin olunmasını nəzərdə tutur. Biz edə bilərik: 

 Müxtəlif vərəndaş fəaliyyətlərində iştirak edək

 Bloqlar yaradaq, qəzetlər buraxaq, şirkətlər təsis edək və sosial medianı bu məqsədlə istifadə 

edək;

 Bizim üçün və müxtəlif maraq qurupları üçün əhəmiyyətli olan təşəbbüslərin həyata keçir-



ilməsi üçün petisiyalar təşkil edək və tələb edək;

 Müxtəlif ictimai forumlarda iştirak edək;

 Gücün mənbəyi olan və tərəfimizdən seçilmiş hakimiyyətə nəzarət etməyə imkan verən icti-

mai məlumatları tələb edək. 

  İctimai məlumatı necə tələb edək?

 Məlumat azadlığı

Vətəndaşlar seçdikləri hakimiyyətə nəzarət və dövlətin idarə olunmasında tam şəkildə iştirak 

etmək üçün ictimai məlumata sahib olmalıdırlar. Dövlət vətəndaşlar tərəfindən ödənilmiş ver-

gilərlə maliyyələşir. Müvafiq olaraq cəmiyyət hakimiyyətin fəaliyyəti və onun adı ilə qəbul ol-

unan qərarlar haqqında ictimai məlumat tələb etmək hüququna malikdir. Dövlət orqanlarının 

şəffaflığı demokratik idarəetmənin vacib şərtlərindən biridir.

Qeyd olunan hüquq Gürcüstan konstitusiyası ilə müdafiə olunur və ümumi inzibati məcəllənin 

məlumat azadlığı başlığı ilə təmin olunub. Konstitusiyanın 24-cü maddəsinə əsasən, „hər kəsin 

sərbəst şəkildə məlumat əldə etmək və yaymaq, şifahi, yazılı və ya başqa formada öz fikrini ifadə 

etmək azadlığı var.“



32

  İctimai məlumat nədir?

İctimai  məlumat  –  rəsmi  qurumda  qorunan,  eyni  zamanda  rəsmi  qurum  və  dövlət  rəsmisi 

tərəfindən iş fəaliyyəti ilə bağlı qəbul olunmuş, işlənmiş, yaradılmış və ya göndərilmiş məlumat-

dan ibarət rəsmi sənəddir (çertiyoj, maket, plan, sxem, foto şəkil, elektron məlumat, video və 

audio yazılar).

  İctimai məlumatın verilməsi öhdəliyi kimlərə şamil olunur?

Məlumat  tələb  etmək  hüququ  yalnız  dövlət  qurumunda  çalışanlara  deyil,  həmçinin  yerli 

özünüidarəetmə və idarəçilik orqanlarında çalışan və ictimai hüquqlu hüquqi şəxslərə də şamil 

olunur. Umumi İnzibati Məcəllə bütün bu qurumları ictimai qurum adlandırır.

  İctimai qurumu kim təmsil edir?

Qanunvericilik əsasında rəsmi səlahiyyətlərə malik olan və bu səlahiyyətləri icra edən istənilən 

şəxs ictimai qurum hesab olunur.

 

Kim ictimai məlumatı tələb edə bilər?



İctimai məlumat açıq olmalıdır və onu vətəndaşlığından aslı olmayaraq istənilən fiziki və hüquqi 

şəxs tələb edə bilər. Gürcüstan Ümumi Məcəlləsinin 37-ci maddəsinə əsasən,  „hər kəsin fiziki 

formasından və saxlanma vəziyyətindən aslı olmayaraq  ictimai məlumat tələb etmək və ictimai 

məlumatın əldə olunma formasını seçmək hüququ var.“

  Hansı hallarda məlumat verilmir?

Məlumatın açqılığı iki halda məhduddur: bu qanunla nəzərdə tutularsa və müəyyən olunmuş 

qaydada o dövlət, kommersiya və şəxsi sirlərə aiddirsə.

İctimai qurumun yalnız qanunla dəqiq müəyyən olunmuş hallarda bu və ya digər məlumatı 

məxfi  saxlamaq  hüququ  var.  Belə  hallarda  ictimai  qurum  məlumatın  məxfi  saxlanılmasının 

hansı norma əsasında baş verdiyini sübuta yetirməlidir. Məxfi saxlanılan məlumata `məxfi’ grif-

fiti verilməlidir. Məxfi məlumatlar arasında ən əhəmiyyətlisini dövlət sirri təşkil edir. Bu və ya 

digər məlumatı dövlət sirri kimi qəbul etmək `Dövlət sirləri haqqında’ Gürcüstanın 1996-cı 

il qanunvericiliyinə əsasən baş verməlidir. Bu qanuna əsasən, vəzifəli şəxslərin yalnız məhdud 

dairəsinin bu və ya digər məlumatın dövlət sirrinə aid etmə səlahiyyəti var.




33

I

 



I

 

I



 Məxfi məlumat sızdırılarsa məsuliyyətə kim cəlb olunur? 

Məxfi  məlumatı  qanunsuz  olaraq  əldə  etmək,  ictimailəşdirmək və  yaymaq  mümkünsüzdür, 

lakin əgər məxfi sənəd və ya material öz-özlüyündə bu və ya digər vəzifəli şəxsin yüksək icti-

mai marağın mövcud olduğu qanunsuz fəaliyyətini, korrupsiya razılaşmaları və ya digər faktları 

əhatə edən məumatını əks etdirirsə Gürcüstan qanunvericiliyi ifşa edən şəxsi müdafiə edir.  

“Söz və İfadə azadlığı haqqında” Gürcüstan qanunvericiliyi ifşa olunanın azadlığını və ifşa edən-

lərin müdafiəsini ifadə azadlığı çərçivəsində həyata keçirir;

22

 misal üçün, əgər, ictimai qurumun 



əməkdaşı qoruması vəzifə borcu olan, lakin ictimayiləşdirilməsi qanunsuzluğu ifşa etmək olan 

məlumatı ictimayiləşdirərsə o məsuliyyətə cəlb olunmur. 

  İctimai məlumatı necə tələb edək?

Gürcüstanda məlumatı tələb etməyin yazılı forması müəyyən olunub. Maraqlanan şəxs müvafiq 

ictimai quruma konkret məlumatı təqdim etmək tələbi ilə müraciət etməlidir, ictimai qurum isə, 

bu məlumatı dərhal və ya maksimum 10 gün ərzində (belə olan halda ictimai qurum məlumatı 

tələb edən həmin anda məlumatlandırmalıdır) təqdim etməlidir. Məlumatı təqdim etməmək 

qərarı qəbul olunarsa, ictimai qurum həmçinin, bununla bağlı 3 gün ərzində ərizə ilə müraciət 

edənə məlumat verməli və ona hüquq və şikayət qaydalarını izah etməlidir. 

  Şifahi tələb əsasında məlumat tələb etmək olarmı?

Şəxs ona lazım olan rəsmi məlumatı əldə etmək üçün müvafiq quruma yazılı ərizə ilə müraciət 

etməlidir.  İctimai  qurum  məlumatı  şifahi  tələb  əsasında  da  verə  bilər,  lakin  bu  qurumun 

hüququdur,  öhdəliyi  yox.  Eyni  zamanda  ictimai  qurumun  şəxdən məlumatın  tələb  olunma 

səbəb və məqsədini soruşmaq haqqı yoxdur.

 Məlumat nə qədər müddət ərzində təqdim olunmalıdır?

Məlumatı vaxtında təqdim etmək önəmlidir. 

Əksər hallarda məlumat maraqlanan şəxs üçün 

yalnız müəyyən zaman kəsiyində dəyərlidir. Buna görə də, onlar üçün əhəmiyyətlidir ki, bu 

məlumatı mümkün qədər tez əldə etsinlər. Məcəllənin tələbinə əsasən, ictimai orqan məlumatı 

dərhal, tələb olunduğu andaca təqdimetməlidir. Bu ərizə məlumatı verməkdə səlahiyyətli olan 

şəxsə çatmalıdır. Hər rəsmi qurumda məlumat verməyə ssəlahiyyətli şəxs olmalıdır ki, qəbul 

olunan ərizənin müzakirəsinə dərhal başlasın və elə həmin gün də qərar qəbul etsin.



22

  “Söz və ifadə azadlığı haqqında” Gürcüstan qanunun 3-cü maddəsinin birinci bəndinin “t” altbəndi.




34

Əgər məlumatı verməkdə cavabdeh olan şəxsin bu rəsmi qurumda digər öhdəlikləri də varsa, 

o ilk öncə məlumatın verilməsi haqqında qərar qəbul etməlidir və sonra digər səlahiyyətlərin 

icrasına dönə bilər. 

Əgər eyni gündə inzibati orqana bir başa olaraq bir neçə ərizə daxil olarsa 

məlumatı verməkdə səlahiyyətli şəxs o ərizələri daxil olma növbəsinə görə müzakirə edir.

 Bəzi hallarda, məlumatın dərhal verilməsi mümkünsüzdür. Buna görə də, istisna hal olaraq, 

məcəllə məlumatın verilməsi üçün 10 günlük müddət müəyyən edir. 10 günlük vaxta yalnız 

o zaman müraciət etməlidirlər ki, əgər:

a)

  tələbin tam olaraq təmin olunması üçün məlumatın digər alt qurumlardan toplanması vacib-



dirsə.

b)

  tələbin tam olaraq təmin olunması üçün məlumatın digər ictimai qurumlardan toplanması 



vacibdirsə.

q) 


 müxtəlif növ, bir-biri ilə əlaqəsiz sənədlərin axtarılıb tapılması və işlənməsi tələb olunursa.

d)

  tələbi təmin etmək üçün qanunvericilik digər qurumlarda mövcud olan alt qurumlarla və ya 



ictimai müəssisələrlə məsləhətlərin aparılmasını tələb edirsə.

On günlük vaxt tələb olunan zaman mütləq bununla bağlı məlumat tələb edən şəxsə məlumat 

bildirilməlidir. Həmçinin həmin şəxs məlumatın təqdim olunması üçün dəqiq neçə günün lazım 

gəldiyi ilə bağlı xəbərdar edilməlidir.

 Məlumatın verilməməsi ilə bağlı qərarı şikayət etmək olar ya yox?

Əgər inzibati qurum hər hansı sənədi gizlədərslə, bu o demək deyil ki, bu qərarı yoxlamaq 

mümkünsüzdür. Maraqlanan şəxsin həm məhkəməyə, həm də ali inzibati orqana bununla bağlı 

şikayət etmək hüququ var. Maraqlanan şəxs şikayətlə həm qəbul olunan qərarın ləğv olunmasını 

və ya dəyişdirilməsini, həm də dəyən maddi ziyanın ödənilməsini tələb edə bilər. Məlumat aza-

dlığı başlığı ilə bağlı rəsmi qurum və özəl şəxs arasında ortaya çıxan mübahisə zamanı sübut 

etmək yükü tamamilə rəsmi qurumun üzərinə düşür.

Bu  normanın  mənası  ondadır  ki,  hər  inzibati  qurumm  qanunvericiliyin  dəqiq  müdafisəi ilə 

hərəkət etməlidir və qərar qəbul edərkən qəbul etdiyi qərarı hansı qanunvericilik və ya qanuna 

tabe akt əsasında qəbul etdiyini sübuut etməlidir. 

  İctimai qurumun iclasında iştirak etmək olar ya yox?

Ictimai qurumların iclası açıqdır, çün ki, əhəmiyyətli məlumatı təqdim etmək yalnız rəsmi sənəd 

formasında deyil, həm də rəsmi səlahiyyətlərin müzakirəsi prosesində məlum olur. Cəmiyyə-

tin kollegiyalı rəsmi qurumun üzvünün iclasda hansı mövqeni sərgilədiyini, iclasda hansı növ 

məsələlərin müzakirə olunduğunu, məsələnin hər tərəfli müzairəsinin aparılıb-aparılmadığını 

və ictimai qurumun yekun qərara necə vardığını bilmək haqqı var. Bu məlumat olmadan kol-

legiyalı ictimai qurumun üzvünün və bütövlükdə qurumun fəaliyyətinin qiymətləndirilməsi 

mümkünsüzdür. 




35

I

 



I

 

I



Qərarların kollegiya şəklində iki və ya daha artıq şəxs tərəfindən səsvermə əsasında və yaxud da 

qanunvericiliklə müəyyən olunmuş digər qaydada qəbul olunduğu qurum Kollegiyalı ictimai 

qurum hesab olunur. Bununla yanaşı, iclasın rəsmi xarakter daşıması vacib deyil. 

Əgər kollegi-

yalı ictimai qurumun üzvləri qərarların sadəcə qəbul olunma deyil, həm də hazırlanması məqsə-

di ilə də toplaşırlarsa da iclas açıqdır.

Cəmiyyət özü üçün maraqlı iclasda iştirak edə bilsin deyə, iclasın keçirilicəyi və müzakirə olu-

nacaq məsələlər haqqında ona əvvəlcədən məlumat verilməlidir. Bu isə o deməkdir ki, hər bir ic-

timai qurum iclasa bir həftə qalmış iclasın keçirilmə tarixi, yeri və müzakirə olunacaq məsələlərlə 

bağlı, yaxud əgər iclasda məxfi məsələlər müzakirə olunacaqsa, iclasın bağlanmasl ilə bağlı qərar 

haqqında məlumat verməlidir.

Ola bilər ki, iclasın dərhal keçirilməsi lazım gəlsin və bu zaman bir həftəlik müddəti qorumaq 

mümkün olmasın. Buna görə də, təxirəsalınmaz zərurət yaranan zaman, məcəllə iclasın keçir-

ilməsini öncədən elan olunmadan nəzərə alır. Elə ki, iclasın müəyyən olunmuş vaxtdan tez 

keçirilməsi zərurəti yarandı və müvafiq qərar da qəbul olundu, ictimai qurum təxirəsalınmaz 

iclasın keçirilmə yeri, vaxtı və gündəliyi haqqında məlumat yaymalıdır. 

İclasda iştirak etmək üçün təcili dəvətnamənin tələb olunmasına icazə verilmir. İclasda iştirak 

etmək istəyənlərə yalnız o zaman məhdudiyyət qoyula bilər ki, fiziki olaraq bütün arzu edən-

lərin iclas zalında yerləşdirilməsi mümkünsüz olsun. Belə olan halda iclasda iştirak etmənin xü-

susi qaydası tədbiq oluna bilər. İclaslarına qarşı ictimai marağın daim yüksək olduğu qurumlar 

cəmiyyətin iclaslarda iştirakın mümkünlüyünü təmin etmək üçün geniş imkanlar yaratmalıdır-

lar.


Dövlət, kommersiya və ya şəxsi sirlərə aid məlumatın yayılmasının qarşısının alınması məqsə-

di ilə məcəllə  iclasın  bağlı  keçirilməsini  nəzərdə  tutur. 

Əgər  iclasın  gündəliyinə  daxil  olan 

məsələlərdən yalnız bir hissəsinin gizli müzakirəsi gərəkirsə iclas tamamilə deyil, sadəcə məxfi 

məsələlərin müzakirə olunacağı hissəsi bağlı keçirilməlidir.



36

Nə vaxtsa düşünübsənmi ki, bir vətəndaş olaraq sənin üçün önəmli olan nədir? Ola bilər ki, ictimai 

həyatda iştirak etmək üçün nə edə biləcəyin haqda da fikirləşə bilərsən? Əksər hallarda seçkilər 

və seçki hüququ vətəndaş iştirakı ilə eyniləşdirilir. Seçkilər və səsvermə hüququ demokratiyanın 

əsas tərkib hissəsidir. Seçkilərin nəticəsi sənin həyatının müxtəlif sahələrinə mühüm təsir göstərə 

bilər. 


Seçici yaşına çatmamasına baxmayaraq bir çox gənc, bu gün demokratik proseslərdə müxtəlif 

qaydada iştirak edirlər. Onlar özləri üçün önəmli olan sahələrə uyğun olaraq hərəkət edirlər. 

Sənin üçün önəmli olan nədir?

Əhəmiyyətli hesab etdiyin və xalqla, yerlərlə, məsələlərlə və hadisələrlə bağlı ideyaları müəyyənləşdir. 

 

Sənin fikrincə, nələr dəyişməlidir? Yeni ideaları yaz.



Əhəmiyyətli olan nədir?

1

Çalışmalar 




37

Necə fikirləşirsən, şəxsən sən, bu dəyişiklikləri həyata keçirmək üçün nə edə bilərsən?

Hərəkətlə bağlı olan qərarın qəbulu tədqiqat prosesini tələb edir. Öz evində, məktəbində və ya aid 

olduğun  icmada əhəmiyyətli dəyişikliklər üçün nə etməli olduğunu planladığın zaman tədqiqat 

modelinə müraciət edirsən. Modelin hər bir mərhələsi nədən ibarətdir?

 

tədqiqat



persbektivlərin 

müəyyən 


olunması

planlamaq və 

məlumat 

toplamaq


təşkil etmək

nəticələrin 

formalaşdırılması 

və paylaşılması

hərəkət

refleksiya və 



qiymətləndirmə

Çalışmalar




38

Məsuliyyət  sözünü  eşitdikdə  ağlınıza  hansı  fikir  gəlir?  Rutin  fəaliyyət?  Məktəb/universitet 

tapşırıqları? Məsuliyyəti vətəndaşlıqla əlaqələndirisinizmi? Uzun zaman müddətində vətəndaşların 

məsuliyyətlərinin  bir  hissəsi  dəyişdi.  Lakin  əsas  məsuliyyətlər  əksər  hallarda  dəyişməyən 

dəyərlərdən aslıdır və bu dəyərlərlə əlaqəli hərəkətlər isə dəyişikliyə məruz qaldı. 

Sənin bir vətəndaş kimi məsuliyyətin nədir?



____________________________________________________________________________________________________________________________________________'>_____________________________________________________________________

_____________________________________________________________________

_____________________________________________________________________

_____________________________________________________________________

_____________________________________________________________________

Əgər 1800-cü ildə doğulmuş olsaydın sənin həyatın nə qədər fərqli olardı?



_____________________________________________________________________

_____________________________________________________________________

_____________________________________________________________________

_____________________________________________________________________

_____________________________________________________________________

Aşağıda  Gürcüstanda  2015-ci  il  üçün  mövcud  olan  nazirliklər  sadalanıb.  Necə  fikirləşirsən, 

onlardan  hər  biri  nəyə  cavabdehdir?  Cədvəldə  hər  bir  nazirliyin  məsuliyyət  dairəsinə  aid  olan 

sahələri, eyni zamanda bu qurumların həyata keçirməli olduqları tədbirləri qeyd edin. 

 

Gürcüstan Müdafiə Nazirliyi 



 Gürcüstan Daxili İşlər Nazirliyi

 Gürcüstan Xarici İşlər Nazirliyi

 Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi

 

Gürcüstanın Ətraf Mühitin Müdafiəsi və Təbii Sərvətlər Nazirliyi



 Gürcüstanın Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi 

 Gürcüstanın Mədəniyyət, Heykəllərin Müdafiısi və İdman Nazirliyi 

 Gürcüstanın İdman və Gənclər Nazirliyi

 

Gürcüstan Maliyyə Nazirliyi 



 

Gürcüstanın iqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi

 

Gürcüstanın Energetika Nazirliyi 



 Gürcüstanın Elm və Təhsil Nazirliyi 

 Gürcüstanın Cəzaçəkmə və probasiya Nazirliyi

 Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyi

 Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə Gürcüstanın Dövlət Nazirlik Aparatı 

 Vətəndaş bərabərliyi məsələləri üzrə Gürcüstanın Dövlət Nazirlik Aparatı

 

Diaspora məsələləri üzrə Gürcüstanın Dövlət Nazirlik Aparatı



Məsuliyyət

2



39

Çalışmalar

 

Cədvəli doldur və aşağıdakı suallara cavab ver:



1.

 

Qeyd olunan Nazirliyin və ya departamentin əsas hansı funksiyası var?



2.

 

Qeyd olunan nazirliyin 2-3 əsas və ən önəmli öhdəliyi nədən ibarətdir?



3.

 

Qeyd olunan Nazirlik vətəndaşlara hansı xidmət, proqram təqdim edir (konkret misallar)?



4.

 

Qeyd olunan nazirliyin sənin gündəlik həyatınla hansı əlaqə və təsiri  var?



Nazirlik

Məqsəd və öhdəliklər

Xidmət, fasilitasiya, proqramlar...

Məlumatın mənbəyi




40

Sizin maraqlarınızı təmsil edən kimsənin olduğu hal yadınıza düşürmü? Və ya siz başqasının 

təsəvvür  edərdiniz?  Komandanın  ideri  olduğun  zaman  və  ya  komandanın  liderinin  adı  ilə 

danışırsansa    sən  komandanın  digər üzvlərini  təmsil  edirsən.  Sizin  ailənin  üzvü  ictimai 

yığıncaqda iştirak edən zaman o sizin maraqlarınızı təmisl edə bilər. Sizin sinif yoldaşınız və 

ya kurs yoldaşınız məktəb və ya universitet görüşündə iştirak edirsə, o sizin sinifinizi və ya 

fakültənizi təmsil edə bilər. 

Tələbə özünü idarəetmə qurumu tələbələrlə bağlı qərar qəbul edərkən tələbələrin maraqlarını təmsil 

edə bilər. Tələbə özünü idarəetmə qurumu həmçinin müxtəlif layihə və fəaliyyət planları haqqında 

məsuliyyəti öz üzərinə götürə bilər. 

Sizin məktəb/universitetin özünüidarə etmə qurumu var? Siz necə təmsil olunursunuz? Liderliyi 

büruzə vermək üçün orada tələbələrin hansı imknlraı var?



_____________________________________________________________________

_____________________________________________________________________

_____________________________________________________________________

_____________________________________________________________________

_____________________________________________________________________

_____________________________________________________________________

_____________________________________________________________________

Əgər sizin özününzün tələbə özünü idarəetmə qurumu olsa idi onun əsas öhdəliyi nə olacaqdı? 

Sadalayın və digər dostlarınızla müzakirə edin. 

_____________________________________________________________________

_____________________________________________________________________

_____________________________________________________________________

_____________________________________________________________________

_____________________________________________________________________

_____________________________________________________________________

_____________________________________________________________________

Seçki təcrübəsi

3



41

Necə edək ki, səsimizi qərar qəbul edən institutlara çatdıraq?

Siz hər gün başqalaraına da təsir edən qərarlar qəbul edirsiniz və hərəkətlər edirsiniz. Proseslərdə 

iştirakdan  imtina  edərkən  də  siz  öz  mövqeyinizi  bildirirsiniz  və  digərlərinə  təsir  göstərirsiniz. 

Fikirləşin, hansı yolla proseslərdə iştirak etmək istəyirsiniz və sizin hərəkətləriniz sizin ailənizə, 

dostlarınıza, məktəbinizə, universitetinzə və icmanıza necə təsir edəcək. 

Fəaliyyət planını doldurun və əmin olun ki, sizing səsiniz duyulacaq!

Şəxsi fəaliyyət planının formalaşdırılması

4

Hansı hərəkətlərin icrasını 



istəyirəm

Nəyi bilməliyəm

Mümkün çətinliklər və 

öhdəsindən gəlmə yolları

Uğur/nəticəni necə 

qiymətləndirim

Çalışmalar



42

 

Suallar ver: 



 

Nə layihə ilə bağlı məsələləri əhəmiyyətli və xüsusi edir?

 

Bu məsələ ilə bağlı qərar vermək kimə və nə üçün təsir göstərəcək?



 

Məsələ məntiqi, milli və qlobal əhatədə hanzı təsirə malikdir?

 

Bu məsələnin həllində kim iştirak edir (fərdlər və quruplar, hakimiyyət, biznes, qeyri hö-



kumət təşkilatları kimi və s.)? 

 

Başqaları bu məsələni necə həll ediblər?



 

Fəaliyyət planı 

Layihəni  icra  edənə  qədər,  məqsədlərə  bir  daha  baxın  və  layihənin  implementasiyası  üçün 

müraciət edəcəyiniz addımları yazmaq üçün cədvəlləri istifadə edin: məqsədin icrası üçün hansı 

fəallıqları panlayırsınız və hansı sərvətləriniz, resurslarınız var?

Fəallıqlar

Sərvətlər

Kim və nə vaxt




43

Sizin layihənin uğurlu olması üçün effektiv ünsiyyət olduqca vacibdir.

Effektiv ünsiyyət deyərkən:  

 

məlumat vermək məqsədi ilə suallar vermək yolu ilə digər şəxslərlə;



 

 ekspertlərə kömək məqəsədi ilə müraciət edir; 

 layihə ilə bağlı başqalarının məlumatlandırılması; 

 layihəyə dəstəyin tapılması. 

Rabitə və həyata keçirilmə

5

layihəni 



dəstəkləyəcək 

insanlar


?

Çalışmalar



?

?

?



Yüklə 273,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə