Media development foundation



Yüklə 273,57 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix20.02.2018
ölçüsü273,57 Kb.
#27259
1   2   3   4   5   6   7   8   9   10   11

9

Gürcüstan  Paramenti

  qanunvericilik  hakimiyyətini  həyata  keçirən,  hökumətin  işinə nəzarət 

edən ölkənin nümayəndəli orqanıdır. Parlament ümumi, bərabər və birbaşa seçki hüququ 

əsasında, gizli səs vermə yolu ilə 4 il müddətinə seçilmiş 150 nəfərdən ibarət olur. 

Parlament üzvü olaraq Gürcüstan vətəndaşı 25 yaşından seçilə bilər. Parlament öz hüquq və 

səlahiyyətləri müddətinə sədr və sədr müavinini seçir. Parlament komitetlərdən ibarətdir, onun 

fəaliyyətinin təmin olunması üçün büro yaradılır. 

Gürcüstan Hökuməti 

icra hakimiyyətinin fəaliyyətini, ölkənin xarici və daxili siyasətinin icrasını 

təmin edir. Hökumət öz fəaliyyətini nazirliklər və onların idarə sahəsinə daxil olan dövlət qurum-

larının vasitəsi ilə həyata keçirir. O öz səlahiyyətlərini həyata keçirərkən parlamentin etimad etdi-

yi hökumət proqramını rəhbər tutur. Hökumət baş nazir və nazirlərdən təşkil olunur.

Məhkəmə hakimiyyəti 

konstitusuya nəzarəti və ədalət vasitəsi ilə icra olunur. Gürcüstan Kon-

stitusiya Məhkəməsi konstitusiyaya nəzarət edən məhkəmə orqanıdır. 

Ədalət ümumi məh-

kəmələr tərəfindən həyata keçirilir. 

Konstitusiya Məhkəməsi 

9 hakimdən ibarətdir. Konstitusiya Məhkəməsi digər vəzifələrlə yanaşı 

vətəndaşın şikayəti əsasında insan hüquqları ilə əlaqədar normaların konstitusiyaya uyğun-

luğu məsələsinə də baxır. Konstitusiya Məhkəməsi bu və ya digər normanı konstitusiyaya 

zidd olaraq elan edə bilər. 

  Hökumət tədbirlərinin bizim həyatımıza hansı təsirləri var?

  Hakimiyyətin bütün səviyyələrində sizing həyatınızın bütün sahələrinə təsir göstərən ciddi 

qərarlar qəbulo olunur. Bu qərarların bəziləri aşağıdakı sahələrə təsir göstərir:

Sizin məktəb və ya universitetə;

Ətraf mühit – hava və ya su nə dərəcədə təmizdir, və ya qlobal istiləşmə problemləri necə həll 

olunur;

Sizin sağlamlığınız, həmçinin sağlamlıq sığortasından yararlanmaq və ya həkim xidmətinin 



və dərmanların qiymti;

Sizin təhlükəsizliyiniz, həmçinin polislərin və yanğın şöbələrinin sayı;

Dövlət hərbi sahəyə və ya sülhməramlı missiyaya nə qədər pul xərcləyəcək;

Və s..


  Seçki sistemləri

Dünyada bir neçə seçki sistemi mövcuddur. Bunlar arasında ən çox yayılmışı 

majoritar, propor-

sional


 və 

qarışıq 


seçki sistmeləridir. 

Majoritar 

seçki sistemində ölkə təxminən bərabər ölçülü seçki dairələrinə bölünür. Seçici bül-

letendə sadalanan namizədlərdən yalnız birinə səs verə bilər. 

Ən çox səs toplamış namizəd 

qalib sayılır. 

I



10

Proprsional 

seçki sistemi zamanı isə partiyalar kandidadların ümumi siyahılarını hazırlayırlar. 

Hər bir seçici öz səsini onun üçün qəbul olunan partiyanın xeyrinə verir. Qanunvericiliklə 

müəyyən olunan faiz baryerini keçən partiya toplanan səslərin ümumi sayına uyğun olaraq 

seçilən orqanda müvafiq yerləri tutur. 

Qarııq sistem 

majoritar və proporsional sistemləri birləşdirir. Seçilən orqanın bir hissəsi propor-

sional, digər hissəsi isə majoritar qaydada tışkil olunur. 

Gürcüstan Prezidenti majoritar seçki sistemi vasitəsi ilə seçilir, lakin yerli özünüidarəetmə orqa-

nları və parlament seçkiləri majoritar və proporsional qarışıq seçki sisteminin istifadəsi ilə həyata 

keçirilir. 

 Seçkilər və səs vermə

Seçkilər 

əhalinin hakimiyyət nümayəndələrini seçdiyi demokratik idarəetmənin mərkəzi mex-

anizmidir, nümayəndələr isə xalq qarşısında cavabdehdirlər. 

Seçkilər adətən vətəndaşın siyasi proseslərdə iştirak üçün müraciət etdiyi ən vacib tədbir kimi 

dəyərləndirilir.  Demokratik  cəmiyyətdə  hər  bir  səlahiyyətli  seçicinin  səsvermə  hüququ  var, 

lakin onlardan bəziləri bu hüquqdan istifadə etməməyi seçir. 

Demokratiya azad və ədalətli seçkilərsiz mövcud ola bilməz. Azad və ədalətli keçirilmiş seçkilər 

hər kəsin bərabərliyinin təmin olunması deməkdir, çünki hər bir seçicinin sadəcə bir səs hüququ 

var. Buna görə də səsvermə hər kəsə fərdi şans verir ki, öz fikrini bildirsin. 

Seçkilərin yekun nəticələri siyasətçilər, siyasi partiyalar və cəmiyyət üçün hansı mövqe və bax-

ışların cəmiyyət əksəriyyəti tərəfindən qəbul olduğunu anlamaq üçün bir bildirişdir. 

  Siyasi partiyalar

Cəmiyyət və dövlət quruluşu haqqında vahid baxışa malik olan vətəndaşların “Vətəndaşların 

siyasi təşkilatları haqqında” Gürcüstanın əsas qanununa müvafiq olaraq qeydiyyatdan keçmiş 

birliyinə 

siyasi partiya

 deyilir. Siyasi partiyanın məqsədi hakimiyyətə gəlmək, ölkə hökumətində 

və parlamentdə yerlər tutmaqdır ki, bununla da nümayəndəsi olduqları vətəndaşlar qurupunun 

maraqlarına uyğun siyasət aparmaq istəyirlər. 

Demokratik cəmiyyət üçün səciyyəvi olan xüsusiyyətlərdən biri də ölkədə iki və daha artıq siyasi 

partiyanın mövcud olmasıdır. Belə olan halda vətəndaşa imkan verilir ki, ayrı-ayrı partiyaların 

proqramları ilə tanış olsun və hansı partiyanın proqramı düşünürsə ki, ölkənin inkişafını təmin 

edəcək, o partiyanın xeyrinə də seçim etsin. 

Siyasi partiyanın proqramı 

partiyanın baxışlarını və mövcud problemlərin həlli yollarını əhatə edir. 

Gürcüstanda gün ərzində aparılan seçki kampaniyası zamanı, hər bir vətəndaşa imkan yaradılır ki, 



11

mediya və seçki təbliğat materialları vasitəsi ilə seçkilərdə iştirak edən siyasi partiyaların seçkiqa-

bağı proqramları ilə tanış olsun və yalnız bundan sonra məlumatlandırılmış seçim etsin. 

Seçicilərin məlumatlandırılması  məqsədi ilə  partiyalar  seçkiqabağı  təbliğat  aparırlar  və  bu 

məqsədlə  seçkiqabağı görüşlər, ictimai debatlar və diskusiyalar, manifestasiyalar aparırlar.

Müxalif  partiyanın 

vəzifəsi  hakimiyyət  tədbirlərinin  analizi  və  tənqidi,  hakim  partiyaya  və 

cəmiyyətə alternativ ideaların təqdim olunmasından ibarətdir. 

  Azad və ədalətli seçkilər üçün qurumlararası komissiya

Seçkilərin şəffaf və ədalətli mühitdə keçirilməsi məqsədi ilə, seçki məcəlləsi əsasında, 

Ədliyyə 

Nazirliyi yanında azad və ədalətli seçkilərin keçirilməsi üçün qurumlararası komissiya yaradılır. 

Komissiya  ayrı-ayrı  hökumət  qurumları  arasında  kordinasiyaya  şərait  yaradır  və  hökumətlə 

seçkilərdə iştirak edən bütün maraqlı tərəflər arasında dialoq aparır. Komissiya siyasi partiyalar, 

yerli qeyri hökumət və beynəlxalq təşkilatlarla, müşahidəçiərlə əməkdaşlıq edir. O seçki prosesi 

haqqında maraqlı tərəflər tərəfindən təqdim olunan məlumatı, həmçinin seçki pozuntularını 

yoxlamaq və lazım gələrsə, ictimai xidmətlər və inzibati orqanlara təklifllər və məsləhətlər hazır-

lamaq səlahiyyətinə malikdir ki, aşkar olunan faktlara reaksiya versinlər.

  Demokratiya və mediya

  4 vacib şərt

  Demokratik hesab olunması və əhalinin etibarını qazanması üçün, seçkilər müəyyən şərtlərə 

cavab verməlidir. Onlardan dördü ən vacibidir: 



1.

Seçici  siyasi  partiyalar  və  namizədlər  arasından  real  seçim  etməyi  bacarmalıdır.  Prosesdə 

sadəcə bir dominant partiya iştirak edən zaman debatlar və fərqli ideyaların mübadiləsi baş 

vermir, ayrı-ayrı subyektlər arasında rəqabət tendensiyası da olmur. Belə olan halda seçilən 

partiyanın əsası olmur ki, xalqa qulaq assın, çünki xalqın başqa seçimi yoxdur. 

2.

Seçkilərdə iştirak edən subyektlər üçün kampaniya aparmaq imkanı təmin olunmalıdır, bu 

da  o  deməkdir  ki,  onlar  seçkiqabağı  görüşlər keçirməyi  və  seçicilərlə  ünsiyyət  yaratmağı 

bacarmalıdırlar. 

Əgər partiyalara və namizədlərə danışmağa imkan verilməzsə yeni ideya və 

yanaşmalar seçicilərə məlum olmayacaq.  



3.

Seçkilərin keçirilməsini  müəyyən edəcək  qaydalar  mövcud  olmalıdır.  Bu  qaydalar  bütün 

iştirakçılar üçün məlum, əlçatan və qəbulan olmalıdır. Bu qaydaların inzibatiliyini həyata 

keçirən təşkilatçılıq etibarlı olmalıdır. Məhkəmə bu qaydalar pozluduqda onların bərpa olun-

masını təmin etməlidir. Prosesi korrupsiadan və seçicilərə təzyiqdən qoruyacaq qanunveri-

cilik təminatları olmalıdır. Bu qarantiyalarsız seçkilərin nəticələri ədalətsiz hesab oluna və 

xalqın narazılığına səbəb ola bilər. 

Əgər xalq görsə ki, seçkilər ədalətlidir, proses şəffaf keçir, o 

zaman seçilən hakimiyyətə qarşı etibar artıq olur.  

I



Yüklə 273,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə