Media development foundation



Yüklə 273,57 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix20.02.2018
ölçüsü273,57 Kb.
#27259
1   2   3   4   5   6   7   8   9   10   11

14

  Xüsusi ehtiyacları olan şəxslərin məlumatlandırılması necə baş verir?

Eşitmə qabiliyyəti zəifləmiş şəxslər üçün ictimai yayım qurumu seçki kampaniyası dönəmində 

seçki ilə bağlı efirə buraxılan proqramında işarət dili ilə tərcüməni təmin etməlidir.

1

  Kampaniya



  Seçkiqabağı təbliğat aparma və təbliğatda iştirak hüququ yoxdur: 

 Seçki  komissiyasının  üzvlərinin,  hakimin,  Gürcüstan  Daxili  İşlər və  Müdafiə  Nazirliyinin

Prokuraturanın, Xarici Kəşfiyyat və Dövlət Mühfizəsinin xüsusi xidmətinin rəsmi işçiləri, xarici 

ölkə vətəndaşları və təşkilatlar, xeyriyyə və dini təşkilatlar, dövlət və yerli idarəetmə orqan-

larının rəsmi əməkdaşları vəzifə borclarını yerinə yetirərkən təbliğatla məşğul olmamalıdırlar. 

 Gələcək seçicilərə seçkilərdə iştirakla bağlı hansı məsləhətəri verə bilərdiniz?

Siyasi  partiyalar  və  namizədlər  seçki  kampaniyaları  zamanı  müxtəlif  strategiyalara  müraciət 

edirlər ki, əhalini öz baxışları ilə tanış etsinlər və onları inandırsınlar ki, xalqın nümayəndəsi ola 

bilərlər. Hər kəs seçki kampaniyasında fəal iştirak edə və aşağıdakı startegiyaları nəzərə ala bilər:

 Kampaniya zamanı namizədlə tez-tez qapı-qapı gəzirlər. 

Əgər, onlar sizin qapınıza gəlsələr 

lazımi suallarınızı verin. Həqiqətdə hakimiyyətə gəlmək üçün mübarizə aparan  namizədlər 

özləri istəyirlər ki, siz suallar verəsiniz. Yadda saxlayın ki, onlar sizin səsiniz üçün mübarizə 

aparırlar və öz partiyalarının baxışı ilə sizi tanış etmək şansı onlara aiddir ki, onları seçməkdə 

sizi inandıra bilsinlər. 

 Sizi daha çox narahat edən məsələləri seçin və müəyyənləşdirin ki, partiya və namizəd bu 

istiqamətdə nə planlayır.

 

Əgər, şəxsən namizədlə danışmaq şansı sizə verilməzsə, onun seçki ştambına zəng vurun. 



 

Əgər, partiya və namizəd artıq bir dəfə hakimmiyyətdə olubsa, siz müəyyən edə bilərsiniz ki

onlar bu problemlərin həlli ilə necə məşğul olurdular.

 Parrtiyanın seçki platformasını, baxışını, prinsiplərini tanıtmasının ən yaxşı yolu bir seçki 

dairəsinə əhalini yığmaq və suallara cavab verməkdir. Sizin imkanınız var ki, sizi və aid old-

uğunuz icmanı narahat edən problemlərin həllini namizəd necə planlayır. 

 

Əgər, siz bu cür ictimai görüşdə iştirak edə bilmədinizsə namizədlərin ayrı-ayrı debatlardakı 



çıxışlarına göz gəzdirə bilərsiniz. 

 Namizədlər və önəmli məsələlər haqqında məlumat almağın ən önəmli yolu medyadır. Tele-

viziya, radiyo, qazetlər və onlayn buraxılışlar seçki məsələləri ilə bağlı cəmiyyətin məlumat-

landırılmasını təmin edirlər və ən effektiv forma namizədin özünün əhəmiyyətli problemlər 

haqqında danışdığı formadır. 

 Siyasi partiyalar və namizədlər də reklam etmənin ayrı-ayrı formalarına müraciət edirlər - 

televiziya, radiyo, qəzet reklamları, poster və bukletlər və s. namizədlərin reklamlar vasitəsi 

ilə cəmiyyətə ötürdükləri mesajlara diqqət edin. 



1

  “Gürcüstan Seçki Məcəlləsi” Maddə 51




15

Hissə II 

Seçkilərin təşkili

2

  Gürcüstan Seçki Məəcəlləsi, Maddə 2, altbənd „N“.



3

  Gürcüstan Seçki Məəcəlləsi, Maddə 3, altbənd „AA“.

  Gürcüstanda kimin fəal seçki hüququ var?

Gürcüstan Seçki Məcəlləsi şəxsin seçici olmaq hüququnu – 

fəal seçki hüququ 

adlandırır. Fəal 

seçki hüququ Gürcüstan vətəndaşının səsvermə vasitəsi ilə rəsmi hakimiyyətin nümayəndəlik 

orqanlarına xalqın nümayəndələrini seçmək üçün ümumi seçkilərdə iştirak etmək, referendum 

və plebisçitdə iştirak edərək öz fikrini ifadə etmək hüququdur

2



Seçki/referendum/plebisçit gününə qədər 18 yaşı tamam olmuş və Seçki Kodeksi ilə müəyyən 

olunmuş şərtlərə cavab verən, Gürcüstan konstitusiyası və ya seçki kodeksi ilə seçki hüququ 

məhdudlaşdırılmış şəxslər istisna olmaqla hər bir Gürcüstan vətəndaşının fəal seçki hüququ var.

3

 



Passiv seçki hüququ

 – vətəndaşın seçki orqanlarına seçilmə hüququdur, seçkilərdə iştirak etmək 

səlahiyyətinə malik hər bir vətəndaş bu hüquqa malikdir. 

Seçici iradəsinin azad şəkildə ifadə olunması qanunvericiliklə təmin olunub.

  Seçki prosesində cavabdeh şəxs kimdir?

  Gürcüstanda seçki prosesi Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçirilir, və bu komis-

siya təmin edir ki, seçkilər:

Azad, açıq və qərəzsiz olsun;

Seçicilərin seçkilərdə iştirak etmələri üçün lazımi məlumatları olsun;

Siyasi iştirakçıların məlumatları olsun ki, qaydaları qoruya bilinlər. 

 Seçicilərin qeydiyyatı necə aparılır?

Seçicilərin seçki səslərini reallaşdırmaları seçicilərin qeydiyyatından və seçici siyahılarının tərtib 

olunmasından birbaşa aslıdır. Qanun “məcburi” və “könüllü” qeydiyyatı bir-birindən ayırır. 

Məcburi qeydiyyat zamanı hakimiyyət orqanları bütün seçiciləri müəyyən etməli və onları va-

hid siyahıya əlavə etməlidirlər. Məcburi qeydiyyat iki cür ola bilər: dövlətin təşəbbüsü ilə seçki 

komissiyasının əməkdaşlarının qapı-qapı gəzərək və hər seçkiqabağı və ya bir neçə ildə bir dəfə 

seçicini qeydiyyata aldığı dövri qeydiyyat və dövlətin əlində olan sərvətlər əsasında formalaşan 



16

4

  Gürcüstan Seçki Məəcəlləsi, Maddə 31, hissə 6,  altbənd „A“.

daimi qeydiyyat, bu qeydiyyat zamanı seçici siahıları dövlət dövlət tərəfindən daim yenilənən 

siyahıların və ya vətəndaş reyestrinin məlumatları əsasında tərtib olunur. Könüllü qeydiyyata 

gəldikdə isə, o seçicilərin təşəbbüsü ilə aparılan qeydiyyat demədir. Könüllü qeydiyyat iki cür ola 

bilər: birinci – seçicinin təşəbbüsü ilə dövri qeydiyyat (hər seçki öncəsi və bir neçə ildə bir dəfə 

vətəndaşlar xüsusi qeydiyyat mərkəzlərinə gedirlər və qeydiyyat keçirlər) və seçicilərin təşəb-

büsü ilə daimi qeydiyyat  (seçicilər bütün il ərzində fəaliyyət göstərən qeydiyyat mərkəzlərinə 

gedir və qeydiyyat olurlar).

  Seçici siyahılarının formalaşdırılmasından kim cavabdehdir?

Mərkəzi  Seçki  Komissiyası  (MSK)  seçicilərin  vahid  siyahısının  tərtib  olunmasından,  onun 

kompüterdə  işlənməsindən və  ictimai  məlumat  üçün  nəzərdə  tutulmuş  hissəsinin  MSK-nın 

rəsmi veb-səhifəsində yerləşdiriməsində cavabdehdir. Cavabdeh qurumlar ildə dörd dəfə  – hər 

ilin 1 fevral, 1 may, 15 iyul və 1 noyabr – seçki hüququ olan şəxslər haqqında, və ya seçki hüququ 

olmayan şəxslər haqqında yenilənmiş və ya yeni məlumatları MSK-a verirlər. Bu məlumatlar 

əsasında MSK seçicilərin vahid siyahısının elektron bazasının yenilənməsini təmin edir.

4

 Seçicilərin  vahid  siyahısının  nəticələri üçün məlumatların  ötürülməsində  eyni  vaxtda  bir 



neçə qurum cavabdehdir:

 Gürcüstan 

Ədliyyə Nazirliyi;

 Yerli Özünü idarəetmə orqanları;

 Gürcüstanın iğal olunmuş ərazilərindən məcburi köçürülmüş şəxslərin məskunlaşdırılması 

və qaçqınlar nazirliyi;

 Gürcüstan 

Ədliyyə Nazirliyi;

 Gürcüstan Cəzaçəkmə və Probasiya Nazirliyi;

 Gürcüstan Daxili İşlər Nazirliyi;

 Kəşviyyat Xidməti;

 Xüsusi Dövlət Mühafizə Xidməti;

 Gürcüstan Konsulluq Qurumları;

 Gürcüstan Ali Məhkəməsi.

  Vahid seçici siyahısına seçici ilə bağlı aşağıdakı məlumatlar daxil edilir:

 Soyad, ad;

 Doğum tarixi (tarix, ay, il);

 Ünvan (Gürcüstan vətəndaşı şəxsiyyət vəsiqəsi və ya Dövlət Xidmətlərinin İnkişafı Agentliy-

inin məlumat bazasına uyğun olaraq);

 Gürcüstan Vətəndaşının şəxsi nömrəsi;

 Faktiki yaşayış yeri (Gürcüstanın işğal olunmuş torpaqlarından məcburi köçürülmüş şəxslər 

üçün müvəqqəti yaşayış ünvanı qeyd olunur; başqa ölkədə olan şəxsə qeyd olur ki, „Konsul-

luğun uşotundadı, lakin bu cür şəxs əgər konsulluğun uçotunda durmursa qeyd olunur ki 

“xaricdədir”);




Yüklə 273,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə