49
1 2 3
Çexiya
6200 bələdiyyə
Bələdiyyə şurası əhali tərə-
findən 4 il müddətinə se-
çilir, onun icra orqanı olan
bələdiyyə komitəsinə üzv-
ləri seçir. Onun tərkibinə
mer və onun müavinləri da-
xildir. Mer şura tərəfindən 4
il müddətinə seçilir.
Büdcə, yerli inki-
şaf, bələdiyyə po-
lisi, su təchizatı,
məişət tullantıları,
kənd təsərrüfatı, ib-
tidai təhsil, mənzil
fondu, sosial yar-
dım, şəhər planlaş-
dırılması.
İsveçrə
2900 bələdiyyə
Bələdiyyə assambleyası
əhali tərəfindən özü müəy-
yən etdiyi müddətə seçilir,
bələdiyyə şurası ümumi şu-
ranın üzvləri sırasında seçi-
lir və ona mer rəhbərlik
edir.
Mülki müdafiə,
enerji səmərəliliyi,
yol infrastrukturu,
torpaqların planlaş-
dırılması, vergilər,
polis, şəhər plan-
laşdırılması, təhsil,
sosial yardım.
İsveç
290 bələdiyyə
Bələdiyyə şurası əhali tərə-
findən 4 il müddətinə se-
çilir, icraiyyə komitəsi şura
tərəfindən seçilir.
Ətraf mühit, məişət
tullantıları, su təc-
hizatı, təhsil, səhiy-
yə, sosial yardım,
ictimai nəqliyyat,
urbanizasiya, yol-
lar.
50
2.4. Yerli özünüidarəetmə xalq hakimiyyəti
forması kimi
Məlum olduğu kimi, yerli özünüidarəetmə orqanları
istənilən demokratik quruluşun əsaslarından birini təşkil edirlər.
Vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ
bütün dövlətlər üçün ümumi olan demokratik prinsiplərə aiddir.
Bu hüquq bilavasitə məhz yerli səviyyədə həyata keçirilə bilər.
Hər vətəndaş yaşadığı dövlətin konstitusiya quruluşundan asılı
olmayaraq, istər bu, monarxiya olsun, yaxud respublika olsun,
dövlət formasından asılı olmayaraq - istər bu, federasiya olsun,
yaxud unitar dövlət olsun, özünü ilk növbədə yerli hakimiyyət
səviyyəsində ifadə və təsdiq edir; o, burada onun gündəlik
həyatına bilavasitə təsir göstərən qərarların qəbul olunmasında
iştirak edə bilər. Real hakimiyyətə malik olan yerli özünüidarə-
etmə orqanlarının mövcudluğu səmərəli və eyni zamanda
vətəndaş üçün yaxın olan idarəetməni təmin edə bilər.
Özünüidarənin müdafiəsi və möhkəmləndirilməsi demokratiya
və dövlətin desentralizasiyası prinsiplərinə uyğundur və bu,
demokratik yolla yaradılmış və öz səlahiyyətləri, bu
səlahiyyətlərin həyata keçirilməsi qaydası və bunun üçün lazımi
vasitələr barədə geniş muxtariyyətə malik olan yerli özünüidarə
orqanlarının mövcudluğunun zəruriliyini nəzərdə tutur.
Bunun üçün bir sıra şərtlərə əməl olunmalıdır:
1. Səlahiyyətlərin bölüşdürülməsi baxımından:
yerli özünüidarənin əsas səlahiyyətləri konstitusiya və
qanunla müəyyən edilir. Lakin bu müddəa yerli
özünüidarəetmə orqanlarına qanuna uyğun olaraq ayrı-
ayrı konkret səlahiyyətlərin verilməsini istisna etmir;
51
yerli özünüidarəetmə orqanları qanunun müəyyən etdiyi
çərçivədə, onların səlahiyyətlər dairəsindən çıxarılaraq
digər hakimiyyət orqanının səlahiyyətinə verilməmiş hər
hansı bir məsələ üzrə öz şəxsi təşəbbüslərinin həyata
keçirilməsi üçün tam sərbəst hərəkət edə bilərlər;
dövlət səlahiyyətlərinin həyata keçirilməsi bir qayda
olaraq, vətəndaşlara ən yaxın olan hakimiyyət orqanları-
nın üzərinə qoyulmalıdır. Bu səlahiyyətlərdən hər hansı
birinin digər hakimiyyət orqanına verilməsi qarşıya qo-
yulmuş vəzifənin həcmi və xarakterini, habelə səmərə
və qənaət tələblərini nəzərə almaqla həyata keçirilməli-
dir;
yerli özünüidarə orqanlarına verilən səlahiyyətlər bir
qayda olaraq tam və müstəsna olmalıdır. Bu səlahiyyət-
lər bu və ya digər mərkəzi, yaxud regional hakimiyyət
orqanı tərəfindən yalnız qanun təyin etdiyi hüdudlar da-
xilində iddia edilə və ya məhdudlaşdırıla bilər;
mərkəzi və ya regional orqanlar tərəfindən səlahiyyətlə-
rin göndərilməsi zamanı yerli özünüidarə orqanları bu
səlahiyyətlərin həyata keçirilməsini yerli şəraitə uyğun-
laşdırmaq üçün mümkün olduğu qədərində sərbəstliyə
malik olmalıdır;
bilavasitə yerli özünüidarə orqanlarına aid olan istənilən
qərarların planlaşdırılması və qəbul edilməsi prosesində
mümkün olduğu qədər, vaxtında və müvafiq formada bu
orqanlarla məsləhətləşmək zəruridir
2. Ərazi əsasları baxımından:
Yerli ərazi bölgüsü ilə əlaqədar hər hansı bir dəyişiklik
zamanı öncədən müvafiq yerli özünüidarə orqanları ilə
52
məsləhətləşmək zəruridir, qanunun yol verdiyi hallarda
bu dəyişikliklər referendum keçirilməsi yolu ilə edilə
bilər.
3. İnzibati struktur və vasitələrin yerli özünüidarə orqanlarının
vəzifələrinə müvafiqliyi baxımından:
yerli hakimiyyət orqanları daha ümumi qanunvericilik
müddəalarını pozmadan özləri öz daxili inzibati struk-
turlarını müəyyən etmək imkanına malik olmalıdırlar ki,
yerli tələbatlara cavab verə və səmərəli idarəetməni tə-
min edə bilsinlər;
yerli özünüidarə orqanları qulluqçularının iş şəraiti elə
olmalıdır ki, təcrübə və bacarığın nəzərə alınması prinsi-
pi əsasında yüksəkixtisaslı kadrların seçilməsini təmin
etmək mümkün olsun; buna görə peşə hazırlığı, əmək
haqqının ödənilməsi və qulluq üzrə irəliləmə üçün mü-
vafiq şəraitin təmin edilməsi zəruridir;
yerli özünüidarə orqanlarının vəzifəli şəxslərinin statusu
baxımından;
yerli seçkili şəxslərin statusu onların səlahiyyətlərinin
sərbəst həyata keçirilməsini təmin etməlidir;
yerli seçkili şəxslərin statusu onların öz səlahiyyətlərini
həyata keçirməsi ilə əlaqədar çəkilmiş xərclərinə müva-
fiq pul kompensasiyasını almağa, habelə zərurət yaran-
dıqda, mənfəətə, yaxud qazanca görə müvafiq kompen-
sasiya və müvafiq sosial sığortaya görə kompensasiya
almağa ona imkan verməlidir;
yerli seçkili şəxsin mandatı ilə bir araya sığmayan
funksiyalar və fəaliyyət yalnız qanunla və ya əsas hüqu-
qi prinsiplərlə müəyyən edilə bilər.
Dostları ilə paylaş: |