38
Bələdiyyələr haqqında qüvvədə olan qanunlarla, adətən
bələdiyyə tərəfindən xərclənməli olan və bununla əlaqədar yerli
büdcənin xərclər hissəsinə daxil edilməli olan mütləq xərclərin
siyahısı nəzərdə tutulur. Bu siyahıya təhsil xərcləri, icra haki-
miyyəti nümayəndələrinin (merin, yerli hökumətin və s.) əmək
haqqı, yolların istismarı xərcləri, yanğınsöndürən, polis, tibbi və
digər xidmətlərin saxlanması xərcləri və ssudalar üzrə ödəmələr
daxildir. İllik və perspektiv büdcənin tərtibi zamanı ilkin ori-
yentir qismində həm dövlətin və hm də konkret bələdiyyənin
cari siyasəti və iqtisadi vəziyyəti çıxış edir. Burada qiymətlərin
mümkün qədər artması və əmək haqqının artımı, habelə
əhalinin sayının çoxalması və azalması nəzərə alınmalıdır. İstə-
nilən digər gözlənilməz xərclər, bir qayda olaraq, təsadüfi xərc-
lər maddəsində öz əksini tapır. Lakin, büdcə, həmçinin digər
əhəmiyyətli məqsədə malikdir. İllik büdcə bələdiyyə üçün hər
maddə üzrə xərcləri müəyyən edən əsas təlimatdır. Vəsaitlərin
xərclənməsi zamanı icra hakimiyyəti büdcə ilə müəyyən edilmiş
məbləğlərə ciddi riayət etməli və büdcənin hər bir maddəsi üzrə
təsdiq edilmiş xərclərin həddini aşmamalıdır. İllik büdcədə gəlir
və xərc hissələrinin müxtəlif maddələrinin nisbəti düşünülməli,
mümkün və gözlənilən gəlirlər və xərclər (məsələn, vergilərin
artırılması, işsizliyin artması və s.) nəzərə alınmalıdır. Bir ildən
sonra illik büdcə hesabatçılıq və digər bələdiyyələrin büdcəsi ilə
müqayisə üçün istifadə olunur ki, bu da yeni illik büdcə
layihəsinin təkmilləşdirilməsi üçün zəmin yaradır.
Uzunmüddətli büdcə, bir qayda olaraq, bələdiyyə cəmiy-
yətinin sonrakı fəaliyyətinin müxtəlif istiqamətlərinin inkişafı
üçün pul vəsaitlərinin ehtiyatlarının yaradılması məqsədini daşı-
yır. Bu, büdcə fəaliyyətin yeni növlərinin həyata keçirilməsi
39
üçün maliyyə vəsaitlərinin mümkün qədər qənaət olunmasının
nəzərdə tutulmasına imkan verir. Uzunmüddətli büdcə perspek-
tiv planlaşdırma, bələdiyyənin prioritet fəaliyyət sahələrinin
müəyyənləşdirilməsi sənədi kimi çıxış edir və bələdiyyənin cari
maliyyə-iqtisadi vəziyyətinin müəyyənləşdirilməsinə imkan
yaradır. Uzunmüddətli büdcə müvafiq göstəricilərə, o cümlədən
əhalinin kəmiyyətcə artımına, ev tikintisinin artmasına, qiymət-
lər indeksinin dəyişilməsinə və faiz dərəcəsinin artmasına, he-
yətin saxlanılması xərclərinin dəyişilməsinə, müxtəlif istismar
xərclərinə, vergilər və xərclər smetasına, bələdiyyə təmsilçi or-
qanları deputatlarının seçki proqramlarına uyğun olaraq yeni
fəaliyyət növlərinin artmasına əsaslanır.
Bələdiyyə təsisatları üçün, bir qayda olaraq, gəlirlər
mənbəyinin iki növü mövcuddur. Birincisi – yerli mənbələr:
vergilər, təzminatlar və rüsumlar, bələdiyyə müəssisələri üzə-
rində cərimə sanksiyaları və gəlirləri. İkincisi – mərkəzi mənbə-
lər: mərkəzi hökumət və ya onun strukturları (nazirlikləri) tərə-
findən bələdiyyə fondlarından ayrılan subsidiyalar: həm bələ-
diyyənin dəstəklənməsi üçün ayrılan ümumi subsidiyalar, həm
də təhsil, sosial rifah, ev tikintisi kimi məqsədli təyinata malik
olan xüsusi subsidiyalar.
Bələdiyyə hakimiyyətləri daşınmaz əmlaka, kapitaldan
olan gəlirlərə, tikintiyə, turizm fəaliyyətinə, reklam fəaliyyətinə,
it sahiblərinə və s. öz vergilərini müəyyən etmək hüququna ma-
likdirlər. Əksər yerli vergilər bələdiyyələr haqqında qanunla
müəyyən edilir. Bu qanunların müddəaları bələdiyyələrə qa-
nunla nəzərdə tutulmayan vergiləri müəyyənləşdirməyi qadağan
edirlər. Sadalanmış vergilərdən ən əhəmiyyətlisi daşınmaz əm-
laka olan vergidir və onun ödəyiciləri qismində daşınmaz əmla-
kın istifadəçiləri olan həm fiziki , həm də hüquqi şəxslər çıxış
edir.
Bələdiyyələrin gəlirləri üçün böyük əhəmiyyət yerli gə-
lir mənbələri, o cümlədən bələdiyyələr tərəfindən göstərilmiş
xidmətlərə görə təzminatlar kəsb edir. Buna su və kanalizasiya
40
haqları, bazar rüsumları, maşınların dayanacağı və yol sənədlə-
rinin verilməsi haqları və s. daxildir. Yerli bələdiyyə gəlirlərinə
həmçinin idman tikililərinin istifadəsinə görə rüsumlar, muzey-
lərin istifadə ödənişləri, göstərilmiş xidmətlərə görə haqlar aid
edilir.
İcra hakimiyyəti (mer və onun hökuməti) gəlirlərin əldə
edilməsinə, habelə büdcə vəsaitlərinin xərclənməsinə görə mə-
suliyyət daşıyır. Büdcə ilinin sonunda mer illik büdcənin icrası
haqqında təmsilçi orqana hesabat təqdim etməlidir. Həm maliy-
yə-iqtisadi siyasətin həyata keçirilməsi, həm də hesabatın hazır-
lanması zamanı merə adətən mərkəzi idarəetmə orqanları, xüsu-
silə də maliyyə idarələri köməklik göstərirlər.
Bir
sıra xarici dövlətlərin yerli özünüidarəetmə orqanla-
rında aydın şəkildə müəyyən edilmiş səlahiyyətlərə malik olan
vəzifəli şəxslərin xüsusi kateqoriyaları seçilir və ya təyin edilir.
Məsələn, Amerika qraflıqlarında səlahiyyətləri müvafiq
ştatın qanunvericiliyi ilə müəyyən edilən və yerli özünüidarəet-
mənin strukturuna daxil olan böyük sayda seçkili vəzifəli şəxs-
lər, o cümlədən xəzinədar, müfəttiş, qiymətləndirici, qeydçi,
klerk, prokuror, şerif və s. mövcuddur. Xəzinədar vergilərin yı-
ğılmasını, qraflığın vəsaitlərinin saxlanılmasını, müxtəlif yerli
ehtiyaclar üçün vəsaitlərin ayrılmasını, bu vəsaitlərin xərclən-
məsinə nəzarəti təşkil edir. Qraflığın müfəttişi və ya mühəndisi
yolların, körpülərin layihələndirilməsinə, sərhədlərin müəyyən-
ləşdirilməsinə, torpaq quruluşuna və s. məsuliyyət daşıyır. Qiy-
mətləndirici vergiqoymaya məruz qalan mülkiyyətin bütün növ-
lərinin aşkarlanması və qiymətləndirilməsi ilə məşğul olur.
Qeydçi əmlakın alqı-satqısı, parçalanması, girova qoyulması və
sair hərəkətlərin, habelə vəsiyyətnamələrin, nikah, boşanma və
s. haqqında şəhadətnamələrin qeydiyyatını həyata keçirir. Klerk
qraflığın sənədlərinin lazımi qaydada saxlanılması və rəsmiləş-
dirilməsinə, seçicilərin qeydiyyatının təşkilinə, səsvermənin ke-
çirilməsinə v səslərin hesablanmasına cavabdehdir. Şerif qraflı-
ğın polisinə rəhbərlik edir, qraflığın həbsxanasını idarə edir,
Dostları ilə paylaş: |