6
bərabərliyi və s. həmin problemlərə müxtəlif yanaşma tələb
edir. Dövlət bəzən bu qədər çox müxtəlifliyi nəzərə almaq
iqtidarında olmur. Bunun üçün onun imkanları azlıq edir və bu
imkanlar bir çox hallarda düzgün bölüşdürülmür. Nəyahət
dövlət üçün əlavə, mənfi nəticələr verən idarəçilik yükü ortaya
çıxır. Bir növ dövlətin idarəetmə imkanlarına uyğun gəlməyən
əlavə tənzimləmə sahəsi yaranır ki, dövlət bunun öhdəsindən
çətinliklə gəlir. Bir çox hallarda da qarşıya qoyulan məqsədə
nail olmaq qeyri-mümkündür və ortaya yeni problemlər çıxır.
Bundan yayınmağın ən faydalı yolu idarəçilik yükünün səmərəli
şəkildə paylanmasıdır. Bu, dövlət idarəetməsində idarə olunan
obyektlərin bəzilərinə özü-özünü idarə etmək imkanlarının
verilməsidir. Bunun üçün obyektin hansı sahələrdə, hansı həddə
qərarlar qəbul edəcəyi müəyyənləşdirilir və dövlət operativ
müdaxilə hüququnu saxlamaqla həmin sahəyə toxunmur.
Yerli özünüidarəetmə sadəcə bu səbəbdən yaranmır.
Yerli özünüidarəetmənin yaranması zərurəti həm də idarəetmə-
nin özünün ümumi məqsədlərindən doğur. Hər bir idarəçilikdə
məqsəd qarşıya qoyulmuş hədəflərə ən optimal, səmərəli üsul-
larla nail olmaqdır. Dövlət idarəetməsində də bu belədir və əsas
üsullarından biri idarə olunan obyektin marağının nəzərə alın-
masıdır. Bu zaman idarə olunanın marağının ödənilməsi qarşıya
qoyulan məqsədlə və ya idarə edənin davranışı ilə əlaqələn-
dirilir və nəticədə də idarə olunanın lazımi istiqamətdə müstəqil
fəaliyyəti stimullaşdırılır. Bu zaman dövlət idarəetməsinin əsas
funksiyalarından biri olan daimi nəzarət funksiyasını yerinə
yetirməkdən qismən azad olur. Dövlət öz işlərinin bir hissəsini
müəyyən subyektlərə verir və bununla da, idarəçilik resurslarına
qənaət olunur, ikincisi, idarəçilik verilən subyektlərə məsələləri
7
öz nöqteyi-nəzərincə və deməli, öz marağına uyğun həll etmək
imkanı verməklə onun qarşıya qoyulan məqsədlərə çatmaq istə-
yini stimullaşdırır və beləliklə, özünü idarəetmənin səmərəli ol-
ması müəyyən qədər təmin olunmuş olur. Məlumdur ki, yerli
problemləri həmin ərazinin sakinlərindən başqa kimsə yaxşı bil-
məz. Bilsə belə, bu problemin həllində onlar qədər maraqlı ol-
maz, o baxımdan ki, əldə ediləcək müsbət nəticədə yerli sakin-
lərin maraqları təmin olunacaq. Yerli əhalinin marağı şəxsi de-
yil, ictimai maraqdır və bu maraq ümumi ictimai maraqları tə-
min etməli olan dövlətin maraqları ilə üst-üstə düşür. Dövlət
yerli sakinləri idarəçilikdə maraqlı etməklə özünün də maraqla-
rını ödəmiş olur. Bununla da dövlət idarəçilik imkanlarına
qənaət edir və idarə olunan subyekt dövlətin maraqlarına daxil
olan istiqamətdə hərəkət etməklə idarəçilik məqsədlərinə nail
olmanı tezləşdirir. Yerli idarəçilik dövlət orqanları tərəfindən
həyata keçirilir. Bu zaman mərkəzdən verilən göstərişlər və öz-
lərinin səlahiyyətləri çərçivəsində dövlət orqanları ərazinin
problemlərini həll edirlər. Lakin yuxarıda göstərdiyimiz amillər
(birincisi, dövlət idarəçilik imkanlarına qənaət, ikincisi, dövlətin
idarəçilik yükünün azaldılması, üçüncüsü, idarəetmənin səmərə-
li olması və dövlətin maraqlarının ödənilməsi) dövlətin idarəet-
mə funksiyasını müxtəlif qurumlarla bölüşdürməyə sövq edir.
Nəticədə də yerli özünüidarəetmə ortaya çıxır.
Yerli özünüidarəetmə bütün deyilənlərdən göründüyü
kimi, dövlət fəaliyyətinə yaxıdır. Eyni zamanda, dövlət idarəçi-
liyi kimi, bu idarəçilik də ictimai maraqların təmin olunmasına
yönəlib. Bu onu da sübut edir ki, yerli özünüidarəetmə bir sıra
sırf dövlət hakimiyyəti funksiyalarına malikdir. Yerli özünü-
idarəetmə mahiyyətcə bu və ya digər ərazinin əhalisinə öz işlə-
8
rini həll etmək üçün müəyyən sərbəstliyin verilməsidir. Burada
yerli kollektivin marağı stimullaşdıran vasitə kimi çıxış etmə-
sinə səbəb odur ki, o, yerli kollektivə öz marağına uyğun
davranış forması seçməyə imkan verir.
Bu kitab üzərində işləyərkən ilk növbədə yerli özünüida-
rəetmə sahəsində olan mövcud təcrübə təhlil edilmişdir. Yerli
özünüidarəetmənin müstəqil Azərbaycan üçün yeni bir təsisat
olmasını qəbul edərək bu sahədə beynəlxalq təcrübənin öyrənil-
məsinin böyük əhəmiyyətə malik olması qaçılmaz bir faktdır.
Kitabda bu istiqamətə xüsusi önəm verilmişdir.
Qarşınızda olan kitabda yerli özünüidarəetmənin ümumi
anlayışı və əsas prinsipləri açıqlanır, onun sistemləri, formalaş-
dırılması qaydası və yerli özünüidarəetmə orqanlarının səlahiy-
yətləri, xarici dövlətlərin bununla bağlı təcrübəsi barədə bəhs
olunur. Eyni zamanda, yerli özünüidarəetmə sahəsində beynəl-
xalq əməkdaşlığın həyata keçirilməsinə də diqqət yetirilərək, bu
sahədə olduqca böyük təcrübəyə malik olan Avropa Şurası,
onun məqsəd və vəzifələri, yerli və regional özünüidarəetmə
sistemində rolu və fəaliyyəti, xüsusilə də Şuranın tərkib hissəsi
olan Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi haq-
qında geniş məlumatlar təqdim edilir. Bundan əlavə kitabda
yerli özünüidarəetmənin hüquqi əsaslarının əhəmiyyəti vurğula-
naraq, bu sahədə başlıca beynəlxalq sənəd kimi çıxış edən Yerli
özünüidarəetmə haqqında Avropa Xartiyasının mətni verilir,
onun qəbul edilməsi tarixi barədə bəhs olunur və sənədin müd-
dəalarının maddə-maddə şərhi həyata keçirilir.
Mehdi Səlimzadə
9
I FƏSİL
YERLİ ÖZÜNÜİDARƏETMƏNİN ANLAYIŞI
1.1.
Yerli özünüidarəetmənin ümumi
anlayışı və əsas prinsipləri
erli özünüidarəetmə istənilən müasir demokratik
cəmiyyətin mütləq atributudur. Xarici bələdiyyə
hüququna yerli özünüidarəetmənin böyük sayda müxtəlif mo-
delləri və təşkil növləri məlumdur. Yerli özünüidarəetmə sis-
temlərinin formalaşdırılmasında fərqlər bir çox amillərdən, o
cümlədən siyasi rejimdən, ölkədə üstünlük təşkil edən hakimiy-
yətin təşkili və yerlərdən idarə edilməsi ideyasından, dövlət qu-
ruluşundan, dövlətin inzibati-ərazi bölgüsündən, milli ənənələr-
dən və s. asılıdır.
Əksər müasir dövlətlərdə yerlərdə bütün işlərin idarə
olunması gizli səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seç-
ki hüququ əsasında formalaşan xüsusi yerli idarəetmə orqanları,
habelə mərkəzdən xüsusi təyin edilmiş yerli idarəetmə orqanları
tərəfindən həyata keçirilir. Yerli və ya bələdiyyə özünüidarəet-
məsi dedikdə ölkənin bu və ya digər inzibati-ərazi vahidinin
əhalisini bilavasitə təmsil edən xüsusi seçkili orqanlar tərəfin-
dən həyata keçirilən yerli məsələlərin idarəetmə sistemi nəzərdə
tutulur. Avropa Şurası tərəfindən 1985-ci il oktyabrın 15-də qə-
Y
Dostları ilə paylaş: |